Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə21/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   17   18   19   20   21   22   23   24   ...   52
Elmira Dadaşova

Azərbaycan Respublikasının Prezidenti yanında

Dövlət İdarəçilik Akademiyasının dissertantı
Vətəndaş cəmiyyəti və gender problemi
Vətəndaş cəmiyyətinin qurumasında hakimiyyət orqanları ilə cəmiyyət, konkret fərdlər arasında qarşılıqlı əlaqələrin yaradılması və onların bu sahədə birgə fəaliyyəti ortaya çıxan problemlərin həllində böyük əhəmiyyət kəsb edir.
Vətəndaş cəmiyyətinin inkişafında seçki qanunvericiliyinin demokratikləşdirilməsinin, ölkədə siyasi plüralizminin, çoxpartiyalı sistemin qərarlaşmasının da həmçinin özünəməxsus əhəmiyyəti var. Hazırda ölkədə fəaliyyət göstərən 1500-dən artıq ictimai birliyin mövcudluğu Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafını səciyyələndirən ən yaxşı göstərici kimi diqqəti cəlb edir.
Vətəndaş cəmiyyəti şəraitində hər hansı problemin öyrənilməsi hər bir tədqiqatçıdan dərin elmi bilik və mövzunun ardıcıl şəkildə araşdırılmasını tələb edir. Dövrümüzdə gender probleminin öyrənilməsi məhz belə araşdırmanın aparılmasını zəruri vəzifə kimi irəli sürür.
Cəmiyyətin bütün sahələri ilə bilavasitə bağlı olan bu problemin öyrənilməsi çox vacibdir.
Bəşəriyyət bu gün qlobal problemlərin həlli ilə məşğul olsa da, qeyd etməliyik ki, gender problemi də həmçinin insanlığı narahat edən, düşündürən məsələlərdən biridir. Əslində, açıq etiraf etməliyik ki, bu problemin tarixi çox qədimdir. Yəni istər antik dövrdə, istərsə də orta əsrlərdə həm müsəlman Şərqində, həm də Qərb dünyasında ictimai-siyasi fikir tarixində gender və onun cəmiyyətdə doğurduğu müxtəlif problemlər ətrafında xeyli maraqlı fikirlər mövcuddur. Lakin onu da qeyd etməliyik ki, heç bir dövrdə gender problemi müasir mərhələdə olduğu kimi bütün kəskinliyi ilə qoyulmamışdır.
Bu nə ilə bağlıdır? Elmi-texniki tərəqqinin yüksək inkişaf elədiyi bir mərhələdə, insanların vətəndaş cəmiyyəti qurduğu bir dövrdə gender probleminin bütün aktuallığı ilə diqqət mərkəzində saxlanılması, fikrimizcə, müasir cəmiyyətdə qadın amilinin rolunun artması ilə bağlıdır. Qadının cəmiyyətdə, məişətdə, ailədə, ictimai həyatda rolunun düzgün tədqiq olunması, müasir həyatda onun rolunun düzgün qiymətləndirilməsi bu aktual problemlə ardıcıl məşğul olmağı tələb edir. XX əsrin 60-cı illərindən başlayaraq gender problemlərinin mütəmadi olaraq tədqiq olunması bu sahədə bir sıra sosial məsələlərə də lazimi diqqət yetirməyi aşkara çıxardı. Belə ki, gender probleminə kompleks şəkildə yanaşılmaması cəmiyyətdə sosial problemlərin artmasına və təxirəsalınmaz bir vəzifə kimi qarşıya çıxmasına səbəb olmuşdur. Belə sosial problemlər çoxdur. Xüsusilə müasir mərhələdə müstəqil dövlətçilik həyatına qədəm qoymuş suveren ölkələrdə vətəndaş cəmiyyətnin qurulması ilə əlaqədar olaraq belə kəskin sosial problemlər təzahür etməsi təsadüfi xarakter daşımır. Çünki cəmiyyətin yaratdığı şərait ölkə miqyasında kütləvi şəkildə yeni birliklərin, müxtəlif mərkəz və cəmiyyətlərin, təşkilatların yaradılaraq fəaliyyət göstərmələri qarşısında həm yeni tələblər qoyur, həm perspektivlər açır, həm də indiyədək həll olunmamış, diqqətdən kənarda qalmış müxtəlif problemlərin, o cümlədən bu gün bütün aktuallığı ilə nəzərə çarpan gender probleminin öyrənilməsini mühüm vəzifə kimi irəli sürür.
Vətəndaş cəmiyyəti gender probleminin öyrənilməsində qarşıya çıxan çətinliklərin həllinə daha həssaslıqla yanaşa bilər. Ona görə ki, bu problemini öyrənilməsinə və həllinə artıq müxtəlif əspektlərdən yanaşılması bu cəmiyyətin mahiyyətindən irəli gəlir. Qadının cəmiyyətdə sosial rolunun getdikcə artması və bu gün ailənin, kişi və qadınların həyatında baş verən mühüm dəyişikliklərin özünü büruzə verməsi, ideoloji dəyərlərin dəyişməsi, yeni demokratik idealların meydana çıxması, cəmiyyətdə gedən ictimai-siyasi proseslərlə bağlı hər iki cinsin fəallığının artması gender problemlərinin xarakterik xüsusiyyətləri kimi diqqəti cəlb edir.
Azərbaycanda qadın hərəkatı ümumi gender probleminin strukturunda öz xarakterik xüsusiyyətlərinə görə fərqlənir. Vətəndaş cəmiyyətinin yaratdığı şərait və imkanlar hesabına son vaxtlarda ölkə miqyasında beynəlxalq məclislərin, konfransların keçirilməsi işində qadınlar fəal iştirak edirlər, onlar xalq diplomatiyasının təşəbbüskarı və fədakar nümayəndələri kimi cəmiyyətdə özlərinə layiqli yer tutmuşlar. Təkcə maddi istehsal sahəsində yox, həm də kişilərlə bərabər hüquqda müxtəlif sahələrdə çalışan qadınlar cəmiyyətin onlara qarşı irəli sürdüyü tələbatların ödənilməsində fərqlənirlər. Qadınlar ictimai, iqtisadi, mənəvi həyatın bütün sahələrində kişilərlə bərabər hüquqlar qazanmış və dolğun yaradıcılıq imkanlarından cəimiyyətə xidmət etmək üçün istifadə etmişlər və bu sahələrdə səmərəli çalışırlar. Lakin vətəndaş cəmiyyəti quruculuğu gender qarşısında elə problemlər çıxarmışdır ki, onları həll etmək heç də asan məsələ deyil. Bunun üçün cəmiyyətin sosial-iqitsadi problemlərinin həlli həyata keçirilməlidir.
Tədqiqatlar aydın göstərir ki, gender problemi bu gün cəmiyyətin bütün sosial-iqtisadi və siyasi-mənəvi problemləri ilə sıx bağlıdır. Vətəndaş cəmiyyəti quruculuğu sahəsində qazanılmış uğurlar bir çox mühüm problem kimi gender probleminin də həll olunmasında təxirəsalınmaz rol oynayacaqdır.
Azərbaycanda gender probleminin inkişafı ilə bağlı az iş görülməmişdir. Xüsusilə müstəqillik əldə etdikdən sonra qadınların cəmiyyətdə rolunun artırılmasına, ümumiyyətlə, gender probleminin öyrənilməsinə və həll olunmasına ciddi diqqət yetirilməsinə başlanmışdır. Bu problemi artıq ayrı-ayrı institutlar öyrənir, bu istiqamətdə geniş tədqiqat işləri aparılır. Məsələn, tanınmış tədqiqatçı filosof alim, siyasi elmləri doktoru Aqiyə Naxçıvanlı cəmiyyətdə gender probleminin son dərəcə aktuallığı ilə bağlı maraqlı fikirlər irəli sürmüşdür. O, bir çox tədqiqatçıların fikirlərini ümumiləşdirərək belə bir qənaətə gəlmişdir ki, dövlətin hakimiyyət strukturlarında qadınların azlıq təşkil etməsi gələcəkdə dövlətçiliyin kişi standartları üzrə qurulmasına səbəb ola bilər. Bu problemin kişi tipi üzrə həll edilməsi çox vaxt millətçiliyə səbəb olur. Məsələnin qadınlar tərəfindən həlli ənənələrin dirçəlişinə və qorunub saxlanmasına səbəb olur. Azərbaycanda ictimai həyat sahələrində qadınlar üstünlük qazanırsa, bu hakimiyyət strukturunda da mütləq öz əksini tapmalıdır. Bu gün qadınlar səhiyyədə, maarifdə, elmdə, dövlət işində və müəyyən istehsal sahələrində mühüm yer tutur, respublikada seçicilərin çox hissəsini təşkil edir, bir sözlə ölkənin idarə olunmasında böyük qüvvəyə malikdirlər .
Azərbaycanda qadın məsələləri üzrə Dövlət Komitəsinin yaradılması da həmçinin gender probleminin öyrənilməsinə böyük təkan verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti H.Əliyevin 1998-ci ilin yanvar ayında verdiyi fərman əsasında yaradılmış bu komitə bu gün məhz bu istiqamətdə çox geniş iş aparır.
Qadın problemlərinin həlli daim dövlətin diqqət mərkəzindədir. Dövlət başçısı 6 mart 2000-ci ildə "Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" verdiyi fərman bu fikri bir daha təsdiq edir.
Son illərdə bu problemlə əlaqədar müxtəlif konfransların, seminarların və dəyirmi masaların keçirilməsi ölkəmizdə vətəndaş cəmiyyətinin formalaşmasını aydın göstərən xüsusiyyətlərdən biri kimi diqqəti cəlb edir.
Fikrimizcə, bu istiqamətdə ölkədə hələ çox iş görülməlidir. Aşağıda bu məqsədlə bəzi təkliflərimi tezis şəklində verməyi zəruri hesab edirəm:
1. Gender problemi bütün ali məktəblərdə tədris olunmalıdır.
2. Gender probleminin müxtəlif aspektləri daha dərindən öyrənilməlidir.
3. Vətəndaş cəmiyyəti və gender problemi arasında əlaqələrin artmasını təmin etmək üçün hər iki problem qarşılıqlı şəkildə tədqiq edilməlidir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin