Elmi-praktiKİ konfransin materiallari



Yüklə 0,84 Mb.
səhifə40/52
tarix02.01.2022
ölçüsü0,84 Mb.
#2526
1   ...   36   37   38   39   40   41   42   43   ...   52
İlyas Heydərov

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin

sosial-siyasi elmlər kafedrasının dosenti, t.e.n.

Azərbaycan qadını qədimdə və antiq dövrdə
Qadına ta qədim zamanlardan nəslin yaradıcısı kimi baxmışlar. Qadına daim tayfa ocağını qoruyub saxlayan ilahi bir qüvvə kimi sitayiş etmişlər. Harada, hansı evdə qadın var, o evdə bərəkət də vardır. Həmçinin qadına əmin-amanlıq və firavanlıq mənbəyi kimi də münasibət bəsləmişlər. Əlbəttə bu yanaşma çox düzdür. Çünki bu fikir tarixin sınağından çıxmışdır. Azərbaycanın ayrı-ayrı ərazilərində aparılmış arxeoloji qazıntılar zamanı qadına aid əşyalar tapılmışdır. Neolit abidələrindən Qarğalar təpəsi və Çalağantəpə adlanan ərazilərdən çoxlu qadın heykəllərinin tapılması, qadına insan cəmiyyətinin meydana gəldiyi vaxtdan sitayiş edildiyini göstərir.
Qadın bərəkət və rifah rəmzidir, həmçinin qadın təmizlik, paklıq, müqəddəslik nümunəsi kimi də yüksək insani keyfiyyətlərə malik olan və çox-çox qiymətli bir məxluqdur. Neolit daş dövründə insanlar qəbilə icması şəklində yaşamışdır. Ailədə ana xaqanlığı, madərşahlığı, matriarxat ana nəsli hökm sürmüşdür.
Son dövrlər insanın sosial-ictimai həyat tərzi və dünya görüşündə mühüm dəyişikliklər baş vermişdir. Qoşa nigahlılıq ailənin meydana çıxması və möhkəmlənməsi istehsal vasitələri üzərində irəliyə doğru addım idi. Qadın qəhrəmanlığı haqqında qədim mənbələrdə geniş məlumatlar vardır.
Antik dövrün qadın qəhrəmanlarından birisi də massaqetlərin hökmdarı Tomris idi. Qədim dövrün İran şahı II Kir Arazın Şimal hissəsini işğal etmək üçün Azərbaycan ərazisinə qoşun göndərdi. II Kir Azərbaycana soxularkən Araz üzərindən hətta körpü də saldırdı. II Kir Tomrisin yanına qasid göndərdi və onunla nigah bağlamağı təklif etdi, lakin Tomris bu təklifi qəbul etmədi. Bildirdi ki, Kir massaqetlərin torpağına göz dikmişdir. Tomris Kirə belə xəbər göndərdi: - "Midiyalıların şahı, fikrindən əl çək, əgər sən massaqetlərlə qüvvəni sınamaq istəyirsənsə, çay sahillərini birləşdirməyə cəhd göstərmə".
Tomrisin dediyinə əhəmiyyət verməyən II Kir Şimala qoşun çəkdi. Onun qoşunları Arazı keçdilər. Burada düzənlik bir ərazidə qoşunlar vuruşdu. Massaqetlər farsları məğlub etdilər.
Ancaq farslar çox böyük hiylə işlətdilər. Bundan istifadə edən massaqetlər Azərbaycan ərazisində çox qəhrəmanlıqlar göstərdilər. Tomrisin oğlu bu zaman çox mərdlik göstərdi. Tomrisin oğlunu öldürdülər. Burada Tomrisin özü gəldi. Kir yenədə türmədən oğlunu əsir aldırdı. Tomris Kirdən oğlunu istədi, o vermədi, Tomrisin oğlu əsirlikdə özünü öldürdü. Tomris Kirə xəbər verdi ki, ölkəni tərk etsin. II Kir isə yenidən hücum etdi. O, Tomrisin tələbinə əhəmiyyət vermədi. Tomris Kirə qarşı hücuma keçdi. Qanlı döyüş fars ordusunun darmadağın edilməsi ilə başa çatdı.
Kir bu döyüşdə ordusu ilə məğlub oldu. O, bu döyüşdə həlak oldu. Tomrisin göstərişi ilə onun cəsədini tapıb gətirdilər. Tuluğu qanla doldurdular və Kirin başını tuluğa salıb, dedi ki, "Mən sənə döyüşdə qalib gəldim, lakin sən mənə ağır dağ səkdin, oğlumu hiylə ilə məndən ayırdın. Necə demişəm, eləcə də etdim və sənə doyunca qan içirtdim".
Antik dövründə belə əfsanəvi qəhrəmanımız olan Tomris, bizim bu günümüz üçün də çox lazımlı və öyrənilməsi lazım olan bir dastandır. Onun surəti Azərbaycan ədəbiyyatında görkəmli yer tutur.
Azərbaycan qadınları Roma-Alban müharibələrində də ərləri ilə birlikdə böyük qəhrəmanlıqlar göstərmişlər. Onların igidliklə vuruşmaları hətta düşməninin özünü də heyrətləndirmişdir. Antik müəllifləri alban qadınlarının qəhrəmanlıq dastanı haqqında yazdıqları tarixi məlumatlar bizim zəmanəyə də gəlib çatmışdır.
Romalılar albanlardan götürdükləri əsrlər içərisində çoxlu qadın olduğunu görmüşlər. Alban qadınlarının bu cəsarəti romalıları o qədər heyran etmişdir ki, qədimdə Albaniyada albanlara müharibələrdə kömək edən döyuşkən amazonka tayfalarının yaşadıqları haqqında əfsanə yayılmağa başlamışdır. İstər qədim, istərsə də Antik dövrlərdə Azərbaycan qadınlarının igidliyi haqqında çoxlu əfsanələr bizə gəlib çatmışdır. Bu nə qədər də mif və əfsanə olsa da, bir o qədəri də həqiqətdir.

Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin