Elmi, təhsili heç vaxt unutmayan bir


Qadın hüquqlarının etibarlı hamisi



Yüklə 6,34 Mb.
səhifə43/68
tarix02.01.2022
ölçüsü6,34 Mb.
#2186
1   ...   39   40   41   42   43   44   45   46   ...   68
Qadın hüquqlarının etibarlı hamisi

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində, onların YAP-a axınının təmin edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlib. Fond ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.

Bu gün YAP Qadınlar Şurası Mehriban xanım Əliyevanın sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasına, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfəsini verməyə çalışır. 2008-ci ilin yayında Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Həmin tədbirdə Azərbaycanın birinci xanımı ölkə qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayıb: "Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir".

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında təhsil və səhiyyəyə yardım, bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri mühüm yer tutur. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Fondun 8 illik fəaliyyətinin ən mühüm nəticələrindən biri də respublikada xeyriyyə fəaliyyətinin canlandırılmasıdır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır.

Fondun ən uğurlu fəaliyyət istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin dünyada təbliğidir. Uzağa getməyək, elə bu ilin may ayında "Eurovision" mahnı yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi də məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Müsabiqənin keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində respublikamız nəinki bu məsuliyyətli işin öhdəsindən uğurla gəldi, eyni zamanda milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu da təsdiqləmək imkanı qazandı. Mehriban xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Bakıya gəlmiş əcnəbilərə müraciətində deyirdi: "Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. "Eurovision" Mahnı Mü­sabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tama­şaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək".

Bu gün ölkəmizin birinci xanımı Azərbaycan naminə həyata ke­çir­diyi ən uğurlu layihələri ilə müqəddəs analığın xid­mətin­də­dir.

Sonda xüsusi vurğulamaq istərdik ki, YAP-ın 20 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Partiya müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü, zəkalı, qətiyyətli və müdrik lider rəhbərlik edir.


Azərbaycan qəzeti”, 21 noyabr 2012-ci il.


Yüklə 6,34 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin