- Akademiyamız sizin tələblərinizlə razıdır. Sizinlə addımlamağa hazıram. Mən özümlə daşnak partiyasının çap etdiyi xəritəni gətirmişəm. Bu xəritədə Xəzərdən Qaradənizədək Ermənistandır. Bu gün biz zəiflik etsək onlar deyəcək ki, Naxçıvan da bizimdir, Azərbaycan da bizimdir. Zəngəzur bizimdir. 18-19-uncu ildə Bakıda, Şamaxıda 100 mindən artıq azərbaycanlılar qırılıb. Hər il mart ayını Matəm ayıa dlandıraq. Əlbir olaq, ağılla işləyək.
16.07. Sabir:
- Bircə cümlə deyilməlidir ki, Qarabağ qədim Azərbaycan torpağıdır, ona görə verilə bilməz. Yığışıb təsdiq etməliyik.
16.07. Ağsaqqallar adından Məmməd kişi:
- Culfa zəhmətkeşlərindən sizə salam gətirmişəm. Niyə burada soruşan yoxdur ki, ay mənim məzlum xalqim, bura niyə yiğışmısınız? Bu məni kədərləndirir. Ancaq sevinirəm ki, xalq haqlarını tələb edir. Ermənistana niyə deyilmir ki, ay həyasız, niyə işimizə qarışırsınız?
Vətəni sevməyən insan olmaz,
Olsa da o şəxsdə vicdan olmaz!
Biz Vətəni sevirik, onu qorumağa hazırıq. Yaşasın birlik! Yaşasın sülh!
16.11. Sabir:
- Təzədən çıxışıma başlayacağam, çünki birbaşa translyasiya başlayacaq. Aşağı 2 yoldaş gedib baxsın, verilmirsə çıxışları kəsəcəyik.
16.14. Camaat veriliş üçün əl çaldı.
Sabir:
- 6 gündür ki, Azərbaycanın igid oğul və qızları, ağsaqqalları Bakının bu baş meydanına yığışib taleyimizi müzakirə edirik. Düzdür, başlıca səbəb Topxanadır, ancaq daha böyük dərdlərimiz var. Erməni millətçiləri hadisələrdən istifadə edirlər. Qoy bütün Azərbaycan xalqı bilsin ki, siz nə tələb edirsiniz. Dünənki televiziya verilişi nə idi? Eşq olsun sizin iradənizə! Bu meydanda xalqdan gizlədilən heç nə yoxdur. Bizim hərəkatımız çox vaxt təhqir olunur. Günah çox vaxt bizim üstümüzə yıxılır. Bu, mətbuatımızın ikiüzlü siyasətinin nəticəsidir.“Qa-ra-bağ!” (sürəkli). Qoy xalqımız eşitsin, siz də eşidin. Qarabağ tarix boyu Azərbaycanın olub. İndiki Ermənistan SSR-in torpaqlarının çoxu da Azərbaycanın olub. İndi bizim qalan torpaqlarımızı onlar istəyirlər.
16.22. Nemət Pənahov:
- Qoy prinsipal mübarizəmiz xalqa çatsın. Xalqımız parçalanıb. Qarabağa uzanan xain əlləri kəsməliyik. Qoy dünya səsimizi eşitsin. Sumqayıt hadisəsinin ermənilər tərəfindən ssenarisinin hazırlanması ifşa edildi. Beş gündə burada heç bir hadisə baş verməyib. Ermənilər bizi ifşa edirlər. Biz isə özümüzü müdafiə edə bilmirik. Mətbuat, televiziya günahkardır. Erməni fitnəkarları yenə aramıza soxulub. Buna Azərbaycan xalqının oğulları yol verməyəcək. Azərbaycan Mərkəzi Komitəsindən tələb edirik Dağlıq Qarabağ buraxılsın, Sumqayıt hadisəsinə düzgün qiymət verilsin; ona Sumqayıt məhkəməsində obyektiv baxılmalıdır. Hərdən deyirlər ki, kimsən ki, xalqın adından danışırsan? Moskvaya çatdırılsın ki, xalqımız özü taleyini həll etsin. Neçə ki xalqın tələbləri həyata keçirilməyib, Ermənistanla əlaqələr kəsilsin. Tələblərimiz ödənilməyincə ümumazərbaycan tətili elan edilib. Hamı bir nəfər kimi mütəşəkkil olmalıdır. Tələblərimiz həyata keçməyincə Azərbaycan ölü elan olunur.
16.30. Qulu Xəlilov:
- Böyük birliyinizin qarşısında baş əyirəm. Biz evimizdə rahat yata bilmirik. Biz torpağımızı qoruyuruq. Dünən bu böyük izdihamı televiziyamız verməyib. Onlara ar olsun! Ermənistanın Moskvada, Moldaviyada satqın nümayəndələri var. Tələblərimizdən biri budur ki, Əhmədovun ölüm hökmü ləğv olunsun! Topxanada yenə hadisələr gedir. Əgər Topxanada yenə də ermənilər tikintini dayandırmasa oraya yürüş təşkil edilsin. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilsin. Zori Balayanlar, Silva Kaputikyanlar, Ağanbeqyanlar havaxt cəzalanacaq? Xalqlar arasına ixtilaf salanlar cəzalandırılsın.