Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Meydanı dağıtmaq üçün Bakıya yeridilən rus sovet ordusu



Yüklə 12,01 Mb.
səhifə162/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   158   159   160   161   162   163   164   165   ...   201
Meydanı dağıtmaq üçün Bakıya yeridilən rus sovet ordusu
16.27. Nemət:

- Bütün dərdlərimizi demişik. Qoy indi gəlib cavab versinlər. Qoy mikrofon kəsilsin. (Aclıq elan edənləri camaat içindən alqışlarla yola saldılar).

16.30. Sumqayıtlı həkim (həmişə danışan):

- Düşüncəli olaq. Bu işi Moskva düzəldib, Moskva da əlac etsin.

16.34. İsa Qəmbərov:

- Son 7 gündə Azərbaycan xalqı böyük siyasi məktəb keçmiş, siyasi liderini yetişdirmişdir. Nemət hazır siyasi liderdir. Mən hamınızı onun ətrafında birləşməyə çağırıram. Mən “Amerikanın səsi” radiostansiyasından xahiş edirəm ki, bizim hərəkatımızı düzgün qiymətləndirsin. Biz Azərbaycanın suveren hüquqları uğrunda mübarizə aparırıq. Bizim hərəkatımız haqqında yanlış təsəvvürlər var. Biz, azadlıqdan, demokratiyadan, bu imkandan istifadə etməliyik. Bəlkə də komendant saatının nəticəsində buradan dağılaq. Bura qayıtmaq üçün yeganə yol Xalq Cəbhəsinin yaradılmasıdır. O, aşağılardan yaradılmalıdır. Biz ilk bura yığışanda bizə dedilər ki, dağılışın, tələblərinizə əməl edərik. Artıq 7 gündür ki, buradayıq. Bəs hansı tələbimizə əməl olundu? Bizə çoxlu ağıllı təkliflər gəlib. Onların içində bir maraqlısı var. Ermənistanla iqtisadi əlaqəni kəsmək haqqında. Müəssisənin əmək kollektivi şurası bunu qərara alsa, müəssisə onu yerinə yetirməyə borcludur. Mən sizi buna əməl etməyə çağırıram» (4).

İsa Qəmbərin noyabrın 23-də meydanda etdiyi bu çıxış zamanı Nemət Pənahlını hərəkatın siyasi lideri adlandırması və milləti onun ətrafında birləşməyə çağırması həmin dövrdə Nemət Pənahlının Milli Azadlıq Hərəkatının lideri səviyyəsinə yüksəldiyinin və Məhəmməd Hatəmini artıq kölgədə qoyduğunun əlavə təsdiqidir. Burada İsa bəyin fürsətdən istifadə edərək, növbəti dəfə Xalq Cəbhəsi ideyasını təbliğ etdiyini də diqqətdən qaçırmamalıyıq.

Həmin dövrdə Nemət bəy bu ideyaya çox da sıcaq baxmırdı. Daha doğrusu, Xalq Cəbhəsinin yaranmasının əleyhinə deyildi, amma onun arxasında hakimiyyət dairələrinin durmasını istəmirdi. Durduğunu isə dəqiq bilirdi. Dəqiq bilirdi ki, bu təşkilatı Araz və Əlizadə qardaşlarının əli ilə Fuad Musayev qurur. Onu narahat edən başqa səbəblər də vardı:

«Mən o günlərə qədər özümə bir ustad axtarırdım ki, ona şagirdlik edim. Amma tale elə gətirdi ki, şagird olmadan ustad olmağa məcbur oldum. Millətin taleyi mənim öhdəmə qalmışdı. Millət öz xilaskarı kimi məni gördü, məni seçdi. Bu acınacaqlı hal, əlbəttə ki, xoş bir şey deyildi. Könlümdən dəli bir ağlamaq keçirdi. Amma bunu etməyə nə yer, nə də vaxt tapa bilmirdim. Bir kənara çəkilməyə, özümlə tək qalmağa aman verirdilərmi ki…

Hatəmiyə isə lap yazığım və gülməyim gəlirdi. Bu vurhavurda, sanki, Azərbaycan bu gün-sabah artıq müstəqil dövlət olurmuş və hakimiyyət xalqın əlinə keçirmiş kimi vəzifə bölgüsü aparırdı. Siyahının ən yuxarısında da mənim adımı yazmışdı.

Gedin, - dedim, - nə istəyirsiniz, onu da edin.

Əmin idim ki, nümayişə son qoyulduqdan sonra məni mütləq həbs edəcəklər.

Meydanda azsaylı olmalarına rəğmən, Hatəmini dəstəkləyən radikal qüvvələrdən daha mütəşəkkil başqa bir qüvvə də peyda olmuşdu ki, onlar daha təhlükəli idilər. Adına «Nümayiş Komitəsi» deyilən bu qurum hökumətin nəzarəti və himayəsi altında idi. Bu komitənin döş nişanları da vardı. O, qurulmaqda olan, daha doğrusu təbliğatı aparılan Xalq Cəbhəsinin əsas nüvəsi olmalı idi. Üzdə olan ziyalıların, o cümlədən Əbülfəz Əliyevin ya içində olduğu, ya da dəstəklədiyi bu qurum xalq hərəkatının hakimiyyət dairələrinin nəzarətinə keçməsinə çalışırdı. Mən belə bir qurum tanımadığımı söyləmiş və onlarla əməkdaşlıqdan imtina etmişdim. Bu qurum, olsa-olsa, dövlət strukturunun astar üzü idi.

Bununla belə, millətin təşkilatlanmasına da böyük ehtiyac vardı. Dövlətin də məqsədi bu idi ki, yaradılacaq təşkilat onun əlinin altında və nəzarətində olsun. Beləliklə, Xalq Cəbhəsi ideyası reallaşmağa doğru gedirdi və görünən bu idi ki, bunda hakimiyyət dairələrinin marağı və bilavasitə əli var» (2, s. 169).

Ədalət bəy davam edir:

«16.40. Yəhya Məmmədov (ADU rektoru) camaatı təmkinli olmağa çağırdı.

16.43. Nemət:

- Mənə aşağıdan məktublar gəlir ki, sənin başından bir tük əksik olsa aləmi dağıdarıq. Bizə tək-tək adamları yox, bütün xalqı müdafiə etmək gərəkdir.

17.00. Alma, kolabasa və siqaret (üç maşında) paylayırlar. Bərk basabas düşüb. 21-38 AQO (alma və s. gətirən maşın).

18.00. Camaatın böyük əksəriyyəti meydandadır (təx. 700 min nəfər).

Nemət hökumət üzvləri ilə komendant saatının tətbiqinin dayandırılması barədə haqqında danışıq aparır.

“Topxanada iş gedir, Bakıda nümayiş gedir” (xorla).

18.50. Nemət aşağıdan baş tribunaya çıxdı. Onu görən xalq gurultulu alqışlarla qarşıladı.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin