Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Azərbaycan Milli Azadlıq Hərəkatını boğmağa hazırlaşan rus sovet ordusu



Yüklə 12,01 Mb.
səhifə164/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   160   161   162   163   164   165   166   167   ...   201
Azərbaycan Milli Azadlıq Hərəkatını boğmağa hazırlaşan rus sovet ordusu
(Əsgərlərə qalmasın deyə bütün odunları yandırmağa başladılar. Bir neçə yerdə böyük tonqallarqalandı).(“Könlüm quşu qanad çalmaz sənsiz bir an, Azərbaycan” misrası ilə başlanan Şəhriyar şerini söylədi. “Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!” misrasını xüsusi vurğu ilə dedi və “Azadlıqdır mənə məlhəm, sənə dərman, Azərbaycan” misrası ilə bütün içini, duyğularını açdı).

Məktub almışam ki, Nemət televiziyada çıxış edib bunu desin. Mən o məsuliyyəti boynuma götürmürəm. Hökumətə iki həftə vaxt veririk. İki həftə bütün Azərbaycan üzrə tətil elan edirik. İşə çıxan ziyalılar, fəhlələr biqeyrətdir, bişərəf-dir. Xalqa qoşulmayanlara ölüm!

Bu quruluşu quran sağ olsaydı yanımıza gələrdi. Ancaq onun quruluşunda bizim qarşımıza çıxan olmadı. Mənə yazıblar ki, düş xalqın içinə, inanmayanlar da sənin ardınca getsin. Mən düşürəm sizing içinizə.(“Ne-mət!”, “Ne-mət!”).

21.35. Xalq Neməti çiyninə alıb. İzdiham “Azərbaycan” mehmanxanasına doğru yönəldi. Onu“Ne-mət”, “Ne-mət” qışqıra-qışqıra gurultulu, sürəkli alqışlarla müşayiət edirlər.

21.45. Camaat yarısı getdi, yarısı qaldı. Tribunalar yerindən tərpənməyib uğuldayır, guruldayır…

…Dostum Bəhram Zeynalovla meydandan çıxıb, “28 aprel” metro stansiyasına getdik. İçəri girib pul xırdalamaq istədik. Dedilər ki, metro havayıdır. (Taksinin də üstündə “tətilçilər üçün” yazılmışdı və yəqin ki, pulsuz idi, çünki dünən elan etdilər ki, Avtomobil Nəqliyyatı Nazirliyi bizimlədir və nəqliyyatı pulsuz işlədəcək.

23.00. Evə çatan kimi televiziyada Az. SSR Ali Soveti RH-nin sədri Süleyman Tatlıyevin Bakıdahərbi vəziyyət elan edilməsi haqqında qərarı oxuduğunu gördüm. (Bu gün Ali Sovet növbədənkənar sessiya çağırmalı idi ki, Dağlıq Qarabağda muxtariyyəti ləğv etsin, ancaq təəssüf ki, doğma Ali Sovetimizə bu, müyəssər olmadı. O, muxtariyyəti qorumaq üçün doğma Bakıda gündə beşcə saatlıq qadağan vaxtı müəyyənləşdirdi). Yaxşı ki, S. Tatlıyevdən sonra televiziyada Anarın “Üzeyir ömrü” adlı 2 hissəli filmi göstərildi. Burada Şuşadan, Qarabağdan çox danışılır. Deməli, doğma rəhbərliyimiz Qarabağı bizdən heç də az sevmirmiş!..

“Kommuist” qəzeti bu gün 3-üncü səhifəsini mitinqlərə həsr edib. Başda S. Rüstəmxanlının mikrofonla danışan fotosu, onun yanında isə meydandakı camaatın geniş təsviri verilib. Dünənki televiziya ilə birbaşa translyasiyadan da danışır. Eşitdiyimizə görə, Yerevanda da mitinqlərdir. Bəli, biz burada bu cür qızışırıq, ermənilər isə Yerevanda...» (4).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   160   161   162   163   164   165   166   167   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin