Amaliya Pənahova 14.50. «Azərbaycan» mehmanxanası tərəfdən yol açıldı. Böyük dəstələr əllərində bayraqlar, şüarlar meydana gəldilər. Şüarlardan görünür ki, onlar MK-nın qarşısında toplaşanlardır. Nemət tribunanın səkisinə çıxıb ucadandanışanla dedi ki, televiziya işçilərinə yol verin, onlar gəlib çəksinlər. Xalqımızın bu qələbəsi çəkilib tarix üçün saxlanılmalıdır.
Zəlimxan Yaqub Dünən Gürcüstanda da 500 minlik nümayiş olub. Stalin və Beriya ilə bağlı gürcü xalqının təhqiredilməsinə son qoyulmasını, suveren hüquqlarının bərpasını tələb ediblər. Moskva 8 gündür ki, susur, televiziyada Bakıdan bir dəqiqəlik belə veriliş verilməyib.