Hatəmi Tantəkin. Acı həqiqətlər. - “Milli qurtuluş” qəz.,18 sentyabr 1993.
"Kommunist" qəzeti, 23. Dekabr, 1988.
"Meydan" qəzeti, 29 yanvar,1993.
"Meydan" qəzeti, 10 sentyabr, 1992.
Pənahlı N. Əbədiyyət yolçusu. Əlyazma. N. Pənahlının şəxsi arxivi.
Tahirzadə Ə. Meydan hərəkat: 4 il, 4 ay (https://ru.scribd.com/ doc/61649371 /Meydan-gundeliyi).
Tarixi həm yaratdıq, həm də yazdıq
F. Quliyev özünün «Missiya» adlı kitabında bildirir ki, psixologiyada fasilitasiya (ingiliscə - fasilitate asanlaşdırmaq, kömək etmək) deyilən termin var. «Sosial fasilitasiya dedikdə, insanların sosial təmas şəraitində biri-birinə göstərdikləri müsbət təsir nəzərdə tutulur. Bu zaman onların fəallıqları artır, reaksiyaları nisbətən asanlaşır, fəaliyyətlərinin nəticəsi yaxşılaşır. Le Bonun “zehniyyətin təkləşməsi qanunu”nun mahiyyəti budur ki, kütləni yaradan fərdlərdə nə qədər düşüncə, duyğu, davranış və s. fərqli olursa-olsun, vahid bir kütlə halına gəlmələri onlarda bir ortaqlıq - “kollektiv ruh” meydana gətirir. Le Bonun irəli sürdüyü başqa bir nəzəriyyədə də millətin bütövlüyünün həm fərdə, həm də bütövlükdə cəmiyyətə müsbət təsiri göstərilir. Duyğu və hissiyyat ağlı, məntiqi hətta üstələmək imkanındadır. Kollektiv ruh çəkingən, hətta qorxaq bir fərdi cəsarətə gətirib, döyüşkən mübariz bir kütlə üzvünə çevirir. Təkbaşına olarkən ortaya çıxara bilmədiyi həyəcanı birlikdə çox açıq ortaya qoyar. Əlbəttə, bu kütlənin enerjisi o vaxt müsbət nəticə verəcək ki, ictimai rəy lideri passionar şəxs doğru qənaətlərin qaynağı olsun. Azəıbaycanın düşmənləri də kollektiv ruhu, milləti parçalayıb böldülər. Vətəninin düşmənləri anlayırdılar ki, Azərbaycanın milli ruhu bütöv olduqca, ona qalib gəlmək mümkün deyil» (1, s. 29).