Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir


Aysberqin daha bir görünməyən üzü: Quzey Azərbaycandakı Milli Azadlıq Hərəkatında Güneyli soydaşlarımızın iştirakı haqqında bilinən və bilinməyən həqiqətlər



Yüklə 12,01 Mb.
səhifə183/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   179   180   181   182   183   184   185   186   ...   201
Aysberqin daha bir görünməyən üzü: Quzey Azərbaycandakı Milli Azadlıq Hərəkatında Güneyli soydaşlarımızın iştirakı haqqında bilinən və bilinməyən həqiqətlər

Azərbaycan xalqı Gülüstan və Türkmənçay müqavilələri ilə iki yerə parçalandıqdan və aradakı əlaqələr get-gedə zəifləyərək sovet dövründə tam kəsildikdən sonra bu, quzeylilərin Güneyə, güneylilərin Quzeyə olan sevgi, həsrət və marağını zərrə qədər də azaltmamışdır. Parçalanmış vahid vətənin övladları bir-birinin taleyinə heç vaxt biganə qalmamış, hər imkanda bir-birlərinə dəstək vermiş, bir çox hallarda birgə siyasi fəaliyyətlə məşğul olmuşlar. Bu baxımdan XX əsrin ilk onilliklərində Azərbaycanın  siyasət meydanına çıxmış tarixi şəxsiyyətlərdən  iki böyük İdeoloq və Dövlət xadiminin: Quzey Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin, Güney Azərbaycanda Seyid Həsən Tağızadənin adlarını ilk sırada çəkmək lazımdır. «Azərbaycanın iki böyük  paytaxtında  — Bakıda və Təbrizdə,  ruhani ailələrində  dünyaya gəlmış bu iki şəxs,  taleyin hökmü  ilə  öz siyasi-ictimai  görüşlırinin hələ formalaşdığı bir dövrdə tanış olmuş, bu tanışlıq məsləkdaşlığa, daha sonra əməkdaşlığa çevrilmiş  və   böyük bir dostluğun təməlini qoymuşdur. Tarixi şərait,  xüsusilə  son məqsəd olaraq edilən seçim  onları hələ keçəcəkləri yolların  başlanğıcında ayırsa da, əsası eyni məsləkə söykənən bu dostluq zamanının sınağından çıxmış və  ömürlərinin sonunadək qorunub saxlanmışdır» (7).

M. Əliyevin yazdığına görə, «Məmməd Əmin Rəsulzadə Avropa təhsili görmüş bir qrup İran ziyalısı (Seyid Həsən Tağızadə, Hüseynqulu xan Nəvvab, Süleyman Mirzə, Seyid Məhəmməd Rza və b.) ilə birlikdə 1910-cu ilin sentyabr ayında İran demokrat partiyasının əsasını qoyur. O bu partiyanın əsas orqanı olan «İrane nou» və «İrane Ahat» qəzetlərinin baş redaktoru olur. Həmin qəzetlərdə M. Ə. Rəsulzadənin çoxlu məqalələri, şer və publisist yazıları çap olunmuşdur. O, öz qələmi ilə İranda Avropa tipli jurnalist sənətinin əsasını qoymuşdur. Sonralar Seyid Həsən Tağızadə (1878 - 1969) M. Ə. Rəsulzadənin xatirəsinə həsr etdiyi nekroloqda yazacaq: “Modern Avropa qəzet formasını ilk dəfə İrana gətirən M. Ə. Rəsulzadə olmuşdur” (8). İranda həmin il mürtəce «Etidaliyyun» («Mötədillər») partiyası təşkil edildi. Bununla əlaqədar M. Ə. Rəsulzadə Tehranda 1910-cu ildə fars dilində «Tənqidi – firqeyi – etidaliyyun» adlı kitabını çap etdirmişdir. 1911-ci ildə isə Ərdəbildə müəllifin farsca «Səadəti – bəşər» adlı kitabı nəşr olunmuşdur. Çar höküməti İrandakı inqilabi hərəkatdan qorxuya düşərək, onun əsas rəhbərlərindən biri olan M. Ə. Rəsulzadənin ölkədən xaric olunması haqqında şahlıq üsuli – idarəsindən tələb eləyir. M. Ə. Rəsulzadə təqiblərdən yaxa qurtarmaq üçün İstanbula mühacirət edir» (2, s. 6).




Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   179   180   181   182   183   184   185   186   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin