Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə24/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   20   21   22   23   24   25   26   27   ...   201
- “Çənlibel” Bütöv Azərbaycan məsələsini ilk gündən qoymuşdu, yoxsa, əsas məqsəd qüzeylə bağlı idi?

- Məhəmməd Hatəmi başda olmaqla, təşkilatda xeyli güneyli var idi. Təbii, bu məsələ prioritet idi. Yaxın məqsəd qüzeyin müstəqilliyinin elan edilməsi, uzaq məqsəd Azəraycanın birləşdirilməsi idi. Onu da deyim ki, elə ilk vaxtlardan qurumda iki qanad vardı – liberallar və radikallar. Radikal qanadın üzvləri əsasən gənclər olsa da, onlara Məhəmməd Hatəmi başçılıq edirdi. Mən də o qanaddaydım və biz liberallara qorxaq kimi baxırdıq» (3).

“Çənlibel” təşkilatı və onun Milli Azadlıq Hərəkatı haqqındakı rolu barədə Ənvər Əliyevin söylədikləri də maraqlıdır. O, “Şərq” qəzetində verdiyi müsahibəsində bunları söyləyib: "Milli Azadlıq Hərəkatından (MAH) əvvəl "Çənlibel" adlı təşkilat yarandı. Qurumun ilk toplantıları "Azərnəşr"in akt zalında keçirilirdi. Orada da təşkilat üzvləri mikrofonla danışırdılar, düşünmürdülər ki, bu, DTK-nın səsi yazması üçün ən ideal imkandır. DTK səsgücləndiricidən bütün danışılanları yazırdı. Yığıncaq başa çatırdı, axşam kaseti gətirirdilər, qulaq asırdım ki, kim nə danışıb, nə deyib". Bu sözləri "Yeni Müsavat" qəzetinə müsahibəsində təxminən 22 il Azərbaycan SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) xüsusi şöbəsində ən yüksək vəzifələr daşımış polkovniki Eldəniz Əliyev deyib...

Əvvəllər "Çənlibel" mədəni-ictimai qurum olub...

Qarabağ hadisələri başlayanda isə toplantılarda siyasi söhbətlər aparıldı. Mən də o toplantılarda iştirak edirdim. Həmin dövrün hadisələri ilə bağlı qələmə aldığım "Meydan sirləri" adlı kitabımda bir çox məsələləri qeyd etmişəm. O dövrdə Moskvadan gələn istintaqçılara mən ifadə verməmişəm, amma verən adamlar var. Həmin şəxslər qeyd ediblər ki, "Çənlibel" siyasiləşməyə başlayanda, oradan uzaqlaşdıq". Bu donoslarda yazılıb ki, Hatəmi bolşevik xarakterli çıxışlar etdirirdi, təşkilat başqa istiqamətə yönlənmişdi, sovet hökumətinin əleyhinə çevrilmişdi. Hətta Nemət Pənahlının ifadəsi var ki, ona Kommunist Partiyası Nərimanov təşkilatının sədri, keçmiş Bakı meri Rəfael Allahverdiyev tərəfindən ciddi tapşırıq verilib ki, "Çənlibel"in bəyanatları Səttarxan adına zavodda oxunmasın. Yəni Moskvanın qurumun fəaliyyəti ilə bağlı məlumatı var idi, toplantıların hamısı izlənilirdi” (2).

Maraqlıdır ki, «Çənlibel»in siyasiləşməsini İnşaat Mühəndisləri İnstitutu ilə Politexnik İnstitutunun tələbələrinin 19 fevral 1988-ci il tarixində Bakıda ilk etiraz nümayişinə çıxmaları və özünün ondakı iştirakı ilə bağlayan M. H. Tantəkindən fərqli olaraq, Ə. Əliyev bunu Qarabağ hadisələrinin qızışmağa başlaması ilə əlaqələndirir və şübhəsiz ki, o haqlıdır. Qarabağ məsələsinin gündəmə gəlməsi ilə təkcə «Çənlibel» deyil, bütün Azərbaycan cəmiyyəti siyasiləşməyə başladı. Yaxşı yadımdadır, təşkilatın iclaslarından birində məhz Qarabağda yeni-yeni qızışmağa başlayan olayları bəhanə edərək, Azərbaycan SSR-in Konstitusiyasında SSRİ-dən çıxmaq hüququnu təsbit edən maddənin olduğunu və bu hüquqdan istifadə erməli olduğumuzu dilə gətirmişdim.

Mən bu fikri ilk dəfə, sadəcə 300-400 adamın qarşısında səsləndirmişdim, 17 günlük meydan hadisəsi zamanı «Çənlibel»çi dostum Nemət Pənahlı isə bunu milyondan artıq mitinq iştirakçısının qarşısında edəcək və bu fikri millətin mübarizə amalına çevirəcəkdi. Maraqlıdır ki, həmin gün meydanda Nemət bəylə görüşmüş, «Məncə, Azərbaycanın SSRİ tərkibindən çıxmalı olduğu fikrini səsləndirməyin vaxtıdır» - demiş, o da «Bilirəm, deyəcəyəm» - deyə cavab vermişdi. Dedi də, etdi də… O gün həyatımın, bəlkə də, ən xoşbəxt günü idi…

Keçmiş DTK polkovniki Eldəniz Əliyev də “Yeni Müsavat”a verdiyi silsilə müsahibəsində Milli Azadlıq Hərəkatının qısa tarixçəsindən söz açarkən “Çənlibel”in adını ilk sırada çəkmişdir:

“1986-cı ildə Dağlıq Qarabağda “Krunk” təşkilatı yarandı. Onlar Qarabağın Azərbaycanın tərkibindən çıxması və Ermənistana birləşdirilməsi üçün təbliğat aparırdılar. Vilayət partiya komitəsinin birinci katibi Gevorkov və digər rayonlardakı partiya rəhbərləri də əlbir idilər. Azərbaycan DTK demək olar hər gün Dağlıq Qarabağda baş verənlərlə bağlı SSRİ KP MK-ya və SSRİ DTK-sına məlumat verirdi. Ancaq nə Azərbaycan rəhbərliyi, nə də SSRİ rəhbərliyi tədbir görmürdü. Həmin zamanlar Azərbaycanda milli oyanış başladı. O zaman nə İsa Qəmbər, nə Pənah Hüseyn, nə də bugünkü başqa liderlər yox idi. Akademiklər Mahmud İsmayılov, Ziya Bünyadov, Xudu Məmmədov, Bəxtiyar Vahabzadə, Lalə Şövkət Hacıyeva, Şövkət Tağıyeva üzdə idilər. Onlar Ermənistandan Azərbaycana qarşı səslənən ittihamlara seyrçi qalmırdılar, yeri düşdükcə, imkanlar daxilində tutarlı cavablar verirdilər. Ancaq əfsuslar olsun, Azərbaycan KP MK-nın birinci katibi Kamran Bağırov milli məsələlərdən uzaq adam idi. Allah rəhmət eləsin, təmiz adam idi, rüşvətxor-filan deyildi. Həyat yoldaşı da yəhudi idi. Ancaq milli məsələlərdə ondan hansısa mövqe, qətiyyət gözləmək çox yersiz idi. Hər addımında Moskvanı düşünürdü, Moskvadan çox asılı idi. İsa Qəmbər Zori Balayanın “Ocaq” kitabına cavab yazandan sonra Azərbaycan DTK Moskvaya qalaq-qalaq məktublar yazmışdı...



Ancaq nə baş verdi? Yalnız SSRİ Nəşriyyat Komitəsinin kollegiyasında müzakirə keçirdilər, Mərkəzi Komitəyə də belə bir məktub göndərdilər ki, Zori Balayanın “Ocaq” kitabında bəzi nöqsanlar var. Bundan başqa heç nə. Azərbaycanın gücü bundan artığına çatmadı. Ancaq bu məsələ Moskvadan həll olunmalı idi. Orada da bircə Heydər Əliyev var idi. Onu da neytrallaşdırmışdılar. O zaman hətta belə bir qərar hazırlanırdı ki, Azərbaycan Ermənistana torpaq verməlidir, çünki Ermənistanın münbit torpağı yoxdur. Bir az Zəngilandan, bir az Cəbrayıldan, bir az Qazaxdan, Ağstafadan torpaq istəyirdilər. Kamran Bağırov dedi ki, Moskva Azərbaycan torpaqlarının Ermənistana verilməsinə qərar veribsə, verək. Birinci iğtişaş Qazaxda oldu. Hökumət rəhbərlərindən Rəsizadə getmişdi ora. İndiki baş nazir Artur Rəsizadənin əmisi... Kəmərli kəndinə gedəndə onu oradan qovmuşdular...

Qayıdaq yenə milli-azadlıq hərəkatına. “Çənlibel” yarandı. Təşkilatın ilk toplantıları “Azərnəşr”in akt zalında keçirilirdi. Orada da təşkilat üzvləri mikrofonla danışırdılar, düşünmürdülər ki, bu, DTK-nın səsi yazması üçün ən ideal imkandır. DTK səsgücləndiricidən bütün danışılanları yazırdı. Yığıncaq başa çatırdı, axşam kaseti gətirirdilər, qulaq asırdım ki, Məhəmməd Hatəmi, Vurğun Əyyubov, Bəxtiyar Şahverdiyev (Tuncay – B. T.) nə danışdı, Sabir Rüstəmxanlı nə dedi. O təşkilatda ən böyük rol oynayanlar Məhəmməd Hatəmi, Tağı Xalisbəyli, Bəxtiyar Tuncay, vəkil Fuad Ağayev, Mansur Əliyev idi. Bu şəxslərin təsir imkanları daha çox idi. Əbülfəz Elçibəy onların yığıncaqlarına gəlirdi...

Bəxtiyar Tuncayla Fuad Ağayevi DTK-ya söhbət etməyə çağırmışdım. Yuxarılardan əmr gəlmişdi ki, təcili cinayət işi qaldırıb milli azadlıq hərəkatında kim varsa, hamısını həbs edin. Fuad Ağayev o zaman xəstəxanalardan birində vəkil idi. Bəxtiyar Tuncay isə işsiz idi. Əslində Bəxtiyar xeyli qabaqdan DTK-nın nəzarəti altına alınmışdı - o, Almaniya Demokratik Respublikasında hərbi xidmət keçərkən millətçilik etdiyinə görə nəzarətdə idi. Çox milli əhval-ruhiyyəli, eyni zamanda dünya görüşü geniş olan bir şəxs idi. Çox təəssüf, Xalq Cəbhəsi hakimiyyətə gələndə, belə savadlı bir adamdan istifadə etmədilər. Onlar mənim kabinetimdə mənə dedilər ki, siz bizi bura millətçi kimi çağırmısınız, ancaq siz bizdən də millətçisiniz. Sən demə, o zaman mənim telefonum, kabinetim dinlənirmiş. Çünki rəhbərlik mənə ard-arda göstəriş verirdi ki, filankəslər tutulmalıdır, mən də heç kimi həbs etmirdim” (7).


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin