Azərbaycanlı dessident Nadir Ağayev
14 il 4 aydan sonra – 1970-ci il avqustun 25-də onu «müalicəxana-həbsxana»dan azad edirlər.
İkinci qrup əlil olduğu üçün Çingiz Azərbaycan Korlar Cəmiyyətində işə düzəlir. Ancaq… burada da fikirlərini azad söyləyir, sovet hökumətini ifşa etməyə davam edir. Onu nəzarətdə saxlayır və ətrafda fikir formalaşdırmağa çalışırlar ki, Çingiz Abdullayev ağıl pozuntusundan belə danışır…» (6).
Əldə olan məlumatlara görə, «Azadlığa çıxmaq özünü həmişə «xalqlar həbsxanası»nda hiss edən Çingiz Abdullayevə rahatlıq gətirmir. O, xaricə getmək planları qurur. Moskvaya gedir. 1982-ci il sentyabrın 15-də milisin gözündən yayınaraq Moskvadakı İsveçrə səfirliyinin hasarından aşıb həyətə keçə bilir və siyasi sığınacaq istəyir. Onu səfirliyin həkimlərinə müayinə etdirirlər. İsveçrədən çağırılan iki professor da Çingizdə psixi pozğunluq olmadığını təsdiqləyir. İsveçrədə və başqa xarici ölkələrdə çıxan qəzetlər onun haqqında geniş məqalələr yazırlar.
Əli və Əzizə Şamillərin araşdırmasından aydın olur ki, Sovet tərəfi vəziyyəti nəzarət altına almaq üçün Çingiz Abdullayevə İsveçrə səfirliyindən çıxıb vizası gələnədək gözləməyi, onun haqqında daha heç bir cəza tədbiri görülməyəcəyini vəd edir. O, bu vədlərə inanmasa da, İsveçrə səfirliyinin işə qarışdığını nəzərə alıb «Moskva» mehmanxanasında qalmağa razılaşır və səfirliyin iki əməkdaşı ilə birlikdə sənədlərini SSRİ DİN-nin şöbəsinə təqdim edir. İsveçrə səfirliyi onun bütün xərclərini ödəyir, müalicəsinin qayğısına qalır…
Ancaq SSRİ Ali Soveti Rəyasət Heyətində Çingizin xaricə getmək məsələsi süründürməçiliyə salınır. 1984-cü il oktyabrın 14-də DTK-nın 6 əməkdaşı qəflətən onun qaldığı otel nömrəsinə daxil olur və Çingizi həbs edərək gizli şəkildə Moskvadakı milis idarələrindən birinə gətirir. Orada Çingiz Abdullayevi Azərbaycandan gəlmiş iki DTK əməkdaşına təhvil verirlər. Çingizi gizlicə təyyarənin gecə reysi ilə əlləri bağlı, sərnişinlərdən ayrı Bakıya gətirib yenidən Maştağadakı 1 nömrəli Psixiatrik Xəstəxanaya salırlar...
Çingiz Abdullayev Maştağadan bir də sovetlərin çöküşündən sonra çıxa bilir. O, yenidən İsveçrədən siyasi sığınacaq istəyir. Araşdırmada vurğulanır ki, 1991-ci ildə qocalıb əldən düşmüş, kimsəsiz Çingiz Abdullayevə İsveçrə hökuməti siyasi sığınacaq verir. 1947-ci ildən başlanan mücadilə 1991-ci ildə – 44 ildən sonra gerçəkləşir. Araşdırma qrupu onun son sorağını 1998-ci ildə Bern şəhərindən alıb. Ondan sonra Ç.Abdullayevdən soraq verən olmayıb... Öldüsü-qaldısı bilinmir…
Bayrağı sancandan az sonra Cahidi milislər saxlayır. Amma qəribədir ki, ona cəza vermirlər. Araşdırma qrupu bunu ovaxtkı siyasi dustaqları başqa adla şərləyib tutmaq təcrübəsinə bağlayır. Əli Şamilin dediyinə görə, həmin illərdə tanınmış aşıq Mikayıl Azaflı da yazdığı şeirlərə görə yox, oğurluğa görə tutulmuşdu. Özü də, palto oğurluğuna görə! Gülünc də olsa, bir neçə aydan sonra Cahid Hilaloğlunu da palto oğurluğunda suçlayıb tuturlar. Daha sonra onu Azərbaycan SSR CM 21-63 maddəsi ilə və Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 4 iyun 1947-ci il fərmanıyla antisovet təbliğat və təşviqatda suçlayırlar. İşə Azərbaycan SSR Ali Məhkəməsi baxır və Cahid Hilaloğlu 1956-cı ildə 10 il azadlıqdan, 3 il siyasi fəaliyyətdən və vətəndaşlıqdan məhrumetmə ilə cəzalandırılır...» (7).
XX əsrin 70-ci illərində Azərbaycan Dövlət Universitetinin Respublika tələbə hərəkatının mərkəzinə çevrildiyini diqqətə çatdıran M. Zülfüqarlı Ə. Elcibəyə istinadən qeyd edir ki, «1971 - 1974-cü illərdə Universitetdə tələbə hərəkatı özünü büruzə verdi. Məqsəd gəncliyi gələcəyə hazırlamaq idi» (3, s 9; 11, s. 12).
Tədqiqatçının yazdığına görə, «Etibar Məmmədovun rəhbərliyi ilə 1974-cu il oktyabrın 24-ü saat 18–00-da BDU-nun tarix fakultəsinin yerləşdiyi (Indiki Iqtisad Universitetinin binası) binanın 3-cü mərtəbəsində yarıqaranlıq bir auditoriyada kecirilmiş iclasda gizli təşkilatın əsası qoyuldu.
Təşkilatın əsas fəaliyyət istiqamətləri Azərbaycanın müstəqilliyi, cənubi Azərbaycanla şimali Azərbaycanın birləşməsi ideyalarını yaymaq, ölkəyə rusların axınının qarşısını almaq, beynəlmiləlçilik bayrağı altında Azərbaycan xalqının ruslaşdırılmasına qarşı etiraz etmək, Respublikanın sərvətlərinin Moskva tərəfindən istismarına qarşı çıxmaq, dövlət idarələrində ana dilinin dövlət dili kimi işlədilməsinə nail olmaq və s. məsələlərdən ibarət idi.
E. Məmmədov carizmin və kommunist rejiminin müsəlman əhaliyə qarşı ayrı-seçkilik siyasətini faktlarla ifşa edərək yazırdı: «Rus imperiyası yaranandan bəri xristian və müsəlman əhalisinə munasibətdə ikili siyasət yeridilirdi. Əgər işğal edilmiş ərazilərin əhalisi xristian idisə, idarəcilik sistemi əsasən yerli zadəganları qulluğa qəbul edib, onlara arxalanmaqla qurulurdu. Müsəlman regionlarında isə köklü zadəgan nəsilləri fiziki cəhətdən məhv edilir, mühacirətə məcbur olunur və s. vasitələrlə sıradan cıxarmaqla tamamilə idarəçilikdən uzaqlaşdırılırdı. Qalan zadəganlar isə hüquqları məhdudlaşdırılmaqla imperiyadan tam asılı vəziyyətə salınırdı».
Dostları ilə paylaş: |