Cəfər Cabbarlı
Əli Şamil daha sonra yazır ki, «Azərabycan Ali Xalq Təsərrüfatı Şurasında tərcüməçilik, Bakının müxtəlif məktəblərdə müəllimlik edən, Sabir adına kitabxananın idarə heyətində çalışan M. B. Məmmədzadə rəsmi mətbuatla da əlaqəsini kəsməyib. “Yeni yıldız” jurnalında Azərbaycan tarixinə dair silsilə məqalələr dərc etdirib. 1922-ci ildə isə, Bakıda “Azərbaycan türk mətbuatı” adlı kitabı işıq üzü görüb.
Azərbaycanda fəaliyyət göstərən gizli təşkilatları və onların gizli nəşrlərini axtaran Bolşeviklərin xüsusi xidmət orqanları 1923-cü ilin iyulunda “İstiqlal” qəzeti mətbəəsini müəyyənləşdirb, qəzetin mətbəə işçilərini və redaksiya heyətini həbs edib. Milli Müqavimət Komitəsinin sədri və “İstiqlal” qəzetinin redaktoru olan Mirzəbala əvvəllər tutularaq əleyhinə faktlar tapılmadığından duraxıldığına görə gizli şəraitdə daha ehtiyatla işləyib. Ona görə də yoldaşları həbs edildikər o, yenə də gizli fəaliyyətini davam etdirə bilib.
Lakin vəziyyətin çıxılmaz dalana dirəndiyini görən Mirzabala Sovet xüsusi xidmət orqanlarından məharatlə yayınaraq 1924-cü ilin mayında İranın Ənzəli şəhərinə gedə bilib. Sovet kəşfiyatı onu həbs edərək geri gətirməkdən ötrü Həştərxandan Ənzəilyə hərbi gəmi göndərib. Bundan xəbər tutan Mirzəbala bir müddət Tehranda, Təbrizdə, Sulduzda gizli fəaliyyət göstərib, “Yeni Qafqasiya” jurnalına məqalələr yazıb.
1927-ci ildə Sovet kəşfiyyatından qurtulmaq üçün İranı tərk edərək İstanbula gəlib. M. Ə. Rəsulzadənin yaxın silahdaşına çevrilərək “Azəri-türk” , “Odlu yurdu” “Azərbaycan yurd bilgisi” jurnallarında Sovet siyasətinin puçluğunu göstərən məqalələr çap etdirib.
İstanbul Universitetinin hüquq fakültəsində oxuyan M.B.Məmmədzadə azərbaycan mühacirlərinin nəşriyat işinə rəhbərlik edib. M.Ə.Rəsulzadənin 1930-cu ilin avqustun 7-də nəşr etdirdiyi həftəlik “Bildiriş” qəzetinə məqalələr yazan Mirzəbala Məhəmmədəmin Sovetlərin təziqiylə Türkiyəni tərk etməli olanda qəzetə redaktor olub. Lakin onun redaktorluğu da uzun sürməyib. Qəzet bağlanıb və M.B. Məmmədzadə də ölkədən çıxarılıb.
Avropada mühacirətdə olan M.B. Məmmədzadə qəzet və jurnallara məqalələr yazmaqla yanaşı “Milli Azərbaycan hərəkatı, Milli Azərbaycan Müsavat Xalq Firqəsinin tarixi” adlı əsərini tamamlayıb. Əsər 1938-ci ildə Berlində “Qurtuluş” jurnalının mətbəəsində nəşr olunub. II Dünya müharibəsi başlayanda Polşa faşist Almaniyası tərəfindən işğal olunduğundan M.B.Məmmədzadə buranı tərk edərək İstanbula köçüb. Burada “Türk ensiklopediyası və İslam ensiklopediyası” redaksiyasında çalışıb. 1951-ci ildə “Azərbaycan tarixində türk Albaniyası” adlı əsəri çap olunub.
1954-cü ildən 1959-cu ilədək Münhendə ABŞ-ın yaratdığı SSRİ-ni öyrənmə institutunda Qafqaz bölməsinin müdiri vəzifəsində çalışan M.B.Məmmədzadə institut tərəfindən nəşr olunan azərbaycan dilli siyasi jurnala da redaktorluq edib. Bu institutda M.B.Məmmədzadə iki il elmi şuranın sədri, iki il də sədr müavini vəzifəsini icra edib. Çoxlu elmi seminarlar və konfranslar keçirib, dünya ictimaiyyətini kommunist ideologiyasının SSRİ məkanında törətdiyi cinayətlərlə tanış edib.
1955-ci ilin martın 6-da milli istiqlal hərəkatının banisi Məhəmmədəmin Rəsulzadə dünyasını dəyişib. Bundan sonra Azərbaycan milli azadlıq hərəkatına və partiyaya M. B. Məmmədzadə rəhbərlik edib. Dörd il bu vəzifəni layiqincə yerinə yetirən M. B. Məmmədzadə 1959-cu il martın 8-də İstanbul şəhərində ürək xəstəliyindən vəfat edib.
Nə yazıq ki, vətəninin və millətinin azaldığı uğrunda çalışmış bu insanın xidmətləri lazımınca dəyərləndirilməyib. Amma türk dünyasının gəncləri onun əsərlərini sevə-sevə oxuyur, arzularını reallaşdırmaq üçün əllərindən gələni əsirgəmirlər (9).
Ə.Yurdsevərin taleyi isə M. B. Məmmədzadənin taleyindən bir qədər fərqli olub. Belə ki, «Milli fəaliyyətindən dolayı 1923-cü ildə həbs edilən Ə. Yurdsevər 3 illik sürgünə məhkum edilərək Şimali Qafqaza göndərilir. 1926-cı ildə böyük çətinliklə Bakıya qayıdır. Lakin az bir müddətdən sonra yenidən həbs olunur. 11 il həbs cəzasına məhkum olunan Yurdsevər yenidən Yaroslavl düşərgəsinə göndərilir. O, burada məxfi sənədlər əldə edərək Özbəkistanın mərkəzi olan Daşkəndə köçür. Özbək maarifçiləri tərəfindən çox hörmətlə qarşılanan Ə. Yurdsevər bir müddət qız məktəbində müəllim işləyir. Sonra İrana getmək üçün sərhədə yaxın olan Türkmənistanın mərkəzi Aşqabada köçür. Az sonra sərhədi keçərək İrana, paytaxt Tehrana gedir.
Alman, rus, ərəb və fars dillərini mükəmməl bildiyi üçün Ə.Yurdsevər Tehran hərbiyyə məktəbində alman dili müəllimi işləyir. Lakin İranda qalmaq istəməyən Yurdsevər Polşanın paytaxtı Varşavada fəaliyyət göstərən Rəsulzadə ilə əlaqə yaradır. 1936-cı ilin avqustunda həmin şəhərdə keçirilən Müsavat Partiyasının III qurultayına dəvət olunur.
Konfransda iştirak edən Ə.Yurdsevər sonrakı fəaliyyətini Polşada davam etdirir. 1939-cu ildə Polşa işğal edildikdən sonra Türkiyəyə köçür və Baş Nəşriyyat İdarəsində işləməyə başlayır. Burada Yurdsevərin əsas vəzifəsi rus dilində çap olunmuş mətbuatı izləməkdən ibarət idi. 1947-ci ilin sentyabrında Rəsulzadə Almaniyadan Ankaraya köçdüyünə görə Azərbaycan Milli Mərkəzi yenidən fəaliyyətə başlayır.
1949-cu ildən Ankarada "Azərbaycan Kültür Dərnəyi”nin əsası qoyulur. Bütün bu tədbirlərdə Ə.Yurdsevər fəal iştirak edirdi. 1950-ci ildə "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ə.Yurdsevərin "Mirzə Fətəli Axundzadənin həyatı və əsərləri” adlı kitabı çap olunur. Onun Xurşudbanu Natəvan, Cəfər Cabbarlı, Aşıq Ələsgər, Məhəmməd Hadi, Abbas Səhhət, Qasım bəy Zakir, Abbasqulu Ağa Bakıxanlı, Məhsəti Gəncəvi kimi söz ustalarının həyat və yaradıcılığına dair araşdırmaları özünəməxsus yanaşma tərzi, ciddi mühakimələri ilə diqqəti cəlb edir.
1951-ci ildə Yurdsevərin Ankarada "Azərbaycan Kültür Dərnəyi” tərəfindən "Azərbaycan Dram Ədəbiyyatı” kitabı çapdan çıxır. 1952-ci ilin aprelindən başlayaraq "Azərbaycan Kültür Dərnəyi” Ankarada aylıq "Azərbaycan” jurnalını nəşr etdirməyə başlayır. Yurdsevər də bu jurnalda ilk saydan etibarən Azərbaycan ədəbiyyatının görkəmli simaları haqqında məqalələrlə çıxış edib. Həmin ildə onun "Azərbaycan Kültür Dərnəyi” tərəfindən Ankarada "Azərbaycan şairlərindən Vaqif və Vidadinin yaradıcılığı” adlı kitabı çap olunub. Qeyd edək ki, publisist o illərdə "Azərbaycan” jurnalının baş redaktoru vəzifəsini də icra edirdi. Onun jurnalın ardıcıl 3 nömrəsində verilən "Azərbaycan dram ədiblərindən C.Cabbarlı” adlı tədqiqat əsərində müəllif Cabbarlının həyat və yaradıcılığını addım-addım izləyir, əsərlərinin mövzusunu, ideya istiqamətini dəyərləndirir.
Yurdsevər Cabbarlının sovet rejimi dövründə amansız təqiblərə, təhqirlərə, təzyiqlərə məruz qaldığını, bütün bu fiziki-mənəvi işgəncələrə rəğmən, "Sifarişlə sənət olmaz” söylədiyini, elə buna görə də intihara məcbur edildiyini göz yaşı ilə yazır. O göstərir ki, Cəfərin ölümü ilə bağlı sovetlərin yazdıqları yalan, iftira və riyakarlıqdan başqa bir şey deyildi. Yurdsevər Cabbarlını "Azərbaycan dram ədəbiyyatının tacı”, "əli-qolu sovet zəncirləri ilə sıx-sıx bağlı bir düha”, "adını Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə qeyd etdirmiş şair” deyə xarakterizə edirdi. İstedadlı tədqiqatçı olan Yurdsevərin Məhəmməd Hadinin həyat və yaradıcılığı barədə məqaləsi də maraqlı faktlarla zəngindir. Hadi irsini və şəxsiyyətini böyük məhəbbətlə araşdıran müəllif bu istiqlal şairinin vətən, millət sevgisilə dolu şeirlərini yüksək qiymətləndirirdi. O ədəbiyyat tarixinin tədqiqi ilə yanaşı, digər mövzularda da maraqlı məqalələr yazıb. Onun "Ergənəkon bayramı”, "Atatürk və xaricdəki türklər”, "Təbii bir müttəfiq”, "Məhkum millətlər cəbhəsi”, "Fikirdə, sözdə, işdə birlik”, "21 Mart - Qurtuluş bayramı”, "23 Aprel - Milli hakimiyyət günü”, "Demokratların qayə birliyi”, "Sovetlərin din düşmənliyi” və s. onlarla məqaləsi Yurdsevərin istedadlı tədqiqatçı, həm də sözün böyük imkanlarından bacarıqla istifadə edən mahir publisist olduğuna dəlalət edir.
1959-cu il martın 8-də M.B.Məmmədzadənin vəfatı ilə əlaqədar Azərbaycan Milli Mərkəzinə Yurdsevər rəhbərlik edib. O, uzun müddət həm siyasi, həm də mətbu sahədə çalışıb. Azərbaycan mətbuatını mühacirətdə yaşadanlardan biri olub. Ə.Yurdsevərin "Azərbaycan” jurnalında nəşr edilən "Azərbaycan istiqlal savaşından səhnələr” əsəri yalnız tarixi-publisistik əhəmiyyətinə görə deyil, həm də XX əsrdə bolşevik işğalına qarşı mücadilə tariximizi öyrənmək üçün çox ciddi və faydalı bir mənbə hesab olunur» (5).
Azərbaycan xalqının «Çənlibel» təşkilatının tarix səhnəsinə çıxışına qədərki dövrdə rus-sovet imperializminə qarşı zəngin milli mücadilə tarixindən söz açarkən İsmixan Rəhimov, Hacı Zeynalov, Musa Abdullayev, Kamil Əliyev, Azər Ələsgərov, Aydın Vahidov, Kamil Rzayev və Gülhüseyn Abdullayevin (Gülhüseyn Hüseynoğlu) 1942-ci ildə qurduqları «İldırım» adlı milliyyətçi anti-sovet təşkilatından da yan keçməmək lazımdır. İsmixan Rəhimovun xatirələrindən belə məlum olur ki, təşkilat üzvləri içərisində yeganə yazıçı Gülhüseyn Hüseynoğlu olduğundan ona xalq arasında iş aparmaq, Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqillik əldə etməsinin vacibliyi ideyasını yaymaq tapşırılmışdı. Sonralar təşkilat üzvləri qərara gəlirlər ki, o zamanın öndə gedən sovet şairi Səməd Vurğuna məktub yazıb ondan dəstək istəsinlər. G. Hüseynoğlunun diktəsilə İ. Rəhimov çap hərflərinə bənzər bir xətdə məktub yazır. Ümid edir ki, "Dönməzlər" imzasıyla yazılmış bu məktub əl hərflərilə yazılmadığından, ələ keçsə, xəttini tanımayacaqlar.
“İldırım” təşkilatının üzvləri
Səməd Vurğuna qohumları vasitəsilə məktub göndəriləndən bir sürə sonra şair onları ələ verir. 1945-ci ildə universitetlərdə bütün tələbələrin xətlərini yoxlama yazı işi bəhanəsilə əldə edirlər. İsmixanın xəttini minlərlə tələbə arasından tanıyırlar. 9 ay izləyəndən sonra onu, daha sonra G. Hüseynoğlunu və digərlərini həbs edirlər. Ali Məhkəmənin qərarıyla onlardan üçünə (İsmixan Rəhimov, Gülhüseyn Hüseynoğlu, Hacı Zeynalov) güllələnmə cəzası verilir. O illərdə güllələnmə hökmü müvəqqəti götürüldüyündən hökm 25 il həbslə əvəzlənir. Digərləri isə 10 il həbs cəzasına məhkum edilirlər (4; 8).
Tanınmış romançı həmin üç nəfərdən biri kimi Sibirə sürgün edilir. Apardığı azadlıq hərəkatına görə, Tayşet və Bodaybo arasında 7 il ağac kəsməyə məhkum olunur. Nəhayət, Stalin öləndən sonra bir çox məsələlər kimi bu işə də yenidən baxmağa qərar verilir və 1955-ci ilin mayında "İldırım"çılar evlərinə qayıdırlar (4; 7).
Bir il sonra, yəni 1956-cı ildə iki gənc - Çingiz Abdullayev və Cahid Hilaloğlu Azərbaycan Cümhuriyyətinin üçrəngli bayrağını Qız qalasının üzərində dalğalandırmaqla xalqımızın mübarizə ruhunun ölmədiyini bütüm dünyaya sübut edirlər.
Əli və Əzizə Şamillərin araşdırmalarından belə aydın olur ki, «Cahid Hilaloğlu 1928-ci ildə Ağdamda doğulub. Deyilənə görə, ailə İrandan köçübmüş. Cahid ilk vaxtlar Şirinov soyadını daşıyıb. Ailə Cahidin kiçikliyində Bakıya köçüb. Atası neft mədənlərində çalışır, Cahid də 13 saylı məktəbdə oxuyurmuş. 1941-ci ilin avqustunda Cahid sovet qoşunlarına qoşularaq, ata-anasından xəbərsiz, Arazı keçir. 13 yaşlı Cahid iki il İran Azərbaycanında qalır. Başına olmazın işlər gəlir və axırda Bakıya dönə bilir…
Dostları ilə paylaş: |