Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə6/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   2   3   4   5   6   7   8   9   ...   201
Budur, Litva azaddır. Belə olan halda başqaları ilə əməkdaşlıq edəcəksiniz, ya yox? Yoxsa, əlaqələri kəsəcəksiniz? (Zaldan «edəcəyik» sədaları eçidilir).

Bilirsiniz, bütün proseslər – iqtsadi, siyasi, mədəni, - sinxron və paralel gedir. Odur ki, hər bir xalqa öz potensialını tam və bütöv şəkildə gerçəkləşdirməyə imkan vermək, federasiyanı yeni real məzmunla zənginləşdirmək lazımdır. Bax, bizə bunu etmək lazımdır! Başqa yol elə qüvvələri gətirəcək ki, onları təsəvvür etmək belə çətindir. Elə isə, hansı yolla getməliyik? Artıq olanı dağıtmadan, ona yeni xarakter verəcək, yeni məzmunla zənginləşdirəcək və onu gerçək mənada bərabərhüquqlu suveren dövlətlərin birliyinə çevirəcək yollamı? Yoxsa, xalqları, bir-birinə qarşı qoymağa, taleləri, iqtisadiyyatı – hər şeyi parçalamağa başlayaq? Bu yollamı?

…Qarşıdurma lazım deyil. Gəlin dialoq quraq, gəlin hər kəsin bərabərhüquqlu olduğunu, litva xalqının köklərinin bu torpaqlarda olduğunu, onun sahibi olduğunu qəbul edib, müzakirə edək. Başqa cür ola bilməz. Əgər litvalılar özlərini əzilmiş, qeyri – bərabər hüquqlu, alçaldılmış hiss edərlərsə, hamıya pis olar. Əgər hamıya pis olsa, litvalılara da pis olar. İnandırıram, elə belə də olacaq. Görürəm ki, soyuqluq artıq var. Əgər «şaxta» olarsa, dalınca parçalanma, qarşıdurma gələcək və bu yaxşı bir şeyə gətirib çıxarmayacaq. Narazı olduğumuz bu həyatı yaxşılaşdırmalıyıq və bunu da birlikdə etməliyik.

…Tələsənlər isə, sizi əmin edirəm ki, sonrası barədə düşünmürlər. Tələsənlər Moskvada da var. Onlar başqa yerlərdə də var, - mən sadəcə Litva barədə danışmıram. Doğrudur, onlar bir qayda olaraq, dəyişikliklərin qızğın tərəfdarı olduqlarını və çoxdan, həsrətlə gözlənilən «möcüzə»nin mümkün qədər tez gəlməsini istədiklərini söyləyirlər. Amma möcüzə baş vermir. Biz onu hamımız birlikdə yaratmalı və qurmalıyıq.


Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin