Meyxanaçı Nizami Rəmzi Zaur Rzayev, Yaşar Nuruyev, qarmonçalan Aslan və b. da belə hərəkət edib. Taxıl məhsulları naziri 1.000 manat verib.
Zaur Rzayev Yeməkləri yoxlamaq üçün komissiya yaradılıb. Hansı maşın gəlsə təşkilat, yaxud şəxs qeydəalınır, yemək yoxlanır…
Yaşar Nuri 6.50. “Qarabağ” qışqıra-qışqıra gələn bir dəstə qız camaatın yuxusunu qaçırdı. Meydanın ortasında kabab çəkib camaata paylayırlar (bu gündən). Biskvit fabrikinin işçiləri Mehrəliyev İsmayıl, Rzayev Cavanşir öz şəxsi xərclərinə bu işi görürlər gecə saat birdən indiyədək (yəqin sonra da davam edəcək). Güzdəkli Əliyev Babəli pulsuz çay verir.
8.15. “Əhmədova azadlıq!”. Ə. Əhmədovun yeni böyük portretini parça üstündə çəkib tribunadaLenin heykəlinin pastamentində Azərbaycanın gerbi ilə yanaşı asıblar. Karikatura: Eybəcər kişi (erməni) şəkli, altında “fitnəkar” sözü. Qanlı bir əl Qarabağın üstünə (xəritədə) uzanıb. Ələ xəncər batırılıb. Kənarında: “Çək əlini, daşnak!”.
Şüarlar:
“Nə vaxta qədər? Hökumət, xalqa cavab ver!”,
“Sərdarovçular (B.Sərdarov adınazavodun fəhlələri - Ə.T.) xalqın tələblərini müdafiə edirlər”,
“Azərbaycandan ermənilər çıxsın”,
“Möhkəm durun, qardaşlar!”,
“Azad bir millətik, Qarabağı vermərik!”,
“Azəri yurduna gözdikənlərin gözü tökülər!”,
“Ədalətsizliyə son qoyulsun!”,
“Respublika hökuməti bir iş görməyincə tətil davam edəcək”,
“Qəti qərar gözləyirik!”,
“Qarabağ, sənə muxtariyyət heç yaraşmır...”.
Bu gün orta məktəb şagirdləri kütləvi şəkildə gəliblər (ilk dəfə). Alınlarına üstündə “Qarabağ”sözü yazılmış qırmızı lent bağlayanlar da az deyil.
9.05. Dünənki hadisədən nəticə çıxarıb bu gün tezdən “təcili yardım” üçün dəhliz hazırlayıblar.
9.25. İlk dəfə olaraq rayonlardan nümayəndələr gəldi. İlk “qonaqlar” Cəlilabad və Pushkindən (indiki Biləsuvar) idi.
Yeni gələn şüarlardan:
“Qonşu torpaqlarına göz dikənlərə ar olsun!”,
“Azərbaycanlılar, susmayın! Susmaq razılıq əlamətidir”,
“Ermənilərin özbaşınalığına son qoyulsun!”,
“Əhmədova azadlıq!”,
“Topxana bülbülləri susmayacaq!”,
“Azəri xalqına eşq olsun!”,
“Erməni zəhmətkeşlərinə Sumqayıt borusu!!!”,
“Ciddi siqnal: ermənilər, Bakını tərk edin!”.
10.00. Meydanda 800 minə yaxın adam var. Sağdan və soldan gələnlərin ardı-arası gəsilmir. Hər iki mehmanxanadan turistlər baxırlar.
11.00. Nemət başında 4 uşaq, Azərbaycan bayrağını yellədir. Oradan “A-zər-bay-can”qışqırırlar). Sol və sağ cinikləri tutmuş uşaqları düşürməyə, dinamikləri təmir etməyə xeyli vaxt getdi. «Azərbaycan televiziyasına və ona mane olanlara ar olsun!».
Dünən Türkan və Maştağa kəndlərindən meydana piyada yürüş təşkil ediblər. Səhər alaqaranlıqdan çıxıb, axşam saat 6-da çatıblar (15 mindən çox). Bəziləri ailəli idilər. Z. Xanlarova Leninqraddan gələndən sonra “İnturist”i mitinq iştirakçıları üçün işlədib (yemək hazırladıb).
12.00. Havaya fişəng atdılar (niyə?). Bu gün səhər tezdən Marksın heykəli yanına BTR-lər, əsgərlər töküblər (erməniləri Xutorda qorumaq üçün).
12.15. Xalq Neməti tələb edir. Deyəsən, onu içəridə saxlayıblar, ciddi söhbət aparırlar. Tribunadakı 2 oğlan camaata əl edir ki, “Nemət” çağırın. Camaat uğuldayır.
12.25. Nemət tələblərə baxmayaraq tribunaya çıxmır. Adamlarda təşviş və həyəcan duyğusu yaranıb. Kəsilməyən “Ne-mət” çağırışı okean dalğaları kimi gurlayır.