Vlasov: Mindən çoxdur.
Qorbaçov: Mindən artıq. Beləcə orada qalırlar ki, «ocaq sönməsin». Burada Ermənistanla əlaqə və oradan gələn təlimat açıq-aşkar görünür. İndisə Azərbaycanda reaksiya verməyə başlayıblar. İlk öncə ölüm hadisəsinin olmasına görə. Bununla bağlı şaiyələr çoxalır. Azərbaycanlılar təqiblərdən qaçır və bildirirlər ki, Ermənistanda onlara rahat yaşamağa imkan vermirlər. Bax, elə bu da təkana səbəb olub. Üstəlik də Stepanakert sakitləşmək bilmir. Azərbaycanda hərəkətlənmə başlayıb. Mənə elə gəlir ki, o da tənzimlənir və idarə edilir. Bu özünü Naxçıvanda daha aydın göstərdi. Orada da adamlar toplaşdı, fəqət katib gəldi, çıxış etdi və 30 dəqiqə sonra hamı dağılışdı.
İndi Dmitri Timofeyeviç Sumqayıtdan generallardan birinin məruzəsi barədə məlumat verdi. Hərbçilər belə bir mənzərə ilə üzləşiblər: gənclər zorakılıq edir, onları dağıtdılar, onlarsa zorakılıqları kiçik qruplaa halında davam etdirməyə - avtobusları yandırmağa, öldürməyə başladılar. Artıq 14 ölüm halı var. Bir çox adam hospitallardadır.
Dostları ilə paylaş: |