Ədalət Tahirzadə
Görəsən, Dağlıq Qarabağda nə olmuşdu? 1982-ci ildə “Oqonyok” jurnalında (№ 50) belə bir yazı getmişdi ki, (müəllifi Aşot Arzumanyan), heykəltaraş Akop Gürcüyan Şuşa şəhərində - Ermənistanın gözəl guşəsi Dağlıq Qarabağın mərkəzində anadan olub. 10 fevral 1983 tarixdə isə “Komsomolskaya pravda” qəzetində dərc olunan yazıda (“Əks təsir”; müəllifi İ. Ağacanyan) Dağlıq Qarabağda kənd kənd təsərrüfatı problemləri ilə bağlı vəziyyəti öyrənmək üçün Ermənistan rəhbərliyinin (nazirin) fikri öyrənilirdi. Belə məntiqi nəticə çıxırdı ki, Dağlıq Qarabağ Ermənistana baxır, ona görə həmin respublikaya müraciət edilib. Sonralar Azərbaycandan gedən çoxlu məktub və teleqrama əsasən hər iki redaksiya oxuculardan yol verilmiş səhvə görə üzr istədi (Onların redaksiyalarında, görünür, Dağlıq Qarabağın Azərbaycana aidliyini bilməyən savadsız şöbə müdirləri işləyirmiş. Hər halda, yəqinki, ən rəsmi cavab belə olardı). Yeri gəlmişkən, “Komsomolskaya pravda” qəzetinə cavab olaraq “Kommunist” qəzetində “Doğrudan da əks təsir” replikası çıxdı (13 fevral 1983) və həmin müəllifi sonradan Azərbaycan KP MK aparatı cəzalandırdı» (3).
Məlumat üçün bildirək ki, 1951 –ci ildə Qəbələ rayonunun Xırxatala kəndində dünyaya göz açmış Ədalət Şərif oğlu Tahirzadə 1981-ci ildə, aspiranturanı bitirdikdən sonra «Dilçilik İnstitutunda kiçik elmi işçi (yanvar 1981-oktyabr 1984) və baş elmi işçi (oktyabr 1984-yanvar 1986) vəzifələrində işləyib. 1983-cü ilin fevralında dissertasiya müdafiə edib, filologiya elmləri namizədi alimlik dərəcəsi alıb. 1985-ci ilin avqustundan 1987-ci ilin iyununadək Azərbaycan EA-nın "Elm" qəzetinin ilk redaktoru olub. 1987-ci ilin iyunundan 1988-ci ilin fevralınadək EA Əlyazmalar İnstitutunda şöbə müdiri, aparıcı elmi işçi (fevral 1988-yanvar 1991), baş elmi işçi (yanvar 1991-fevral 1992) işləyib.
Ə. Tahirzadə «Azadlıq» qəzetinin qurucularındandır. Görkəmli jurnalist və ictimai xadim N. Nəcəfovun (1955-1999) baş redaktor olduğu bu qəzetdə ilk saydan – 1989-cu ilin 24 dekabrından 1991-ci ilin iyulunadək redaktor müavini vəzifəsində çalışıb. 1991-ci ilin avqustunda "QKÇP" vaxtı yenidən «Azadlğ»a qayıdaraq 1992-ci ilin yanvarınadək burada müqavilə ilə baş müxbir olub. 1992-ci ilin sentyabrından 1993-cü ilin noyabrınadək Azərbaycan Respublikası xalq təhsili nazirinin, ali və orta ixtisas təhsili nazirinin və təhsil nazirinin müavini işləyib. Müstəqil Azərbaycanın milli ideologiyaya əsaslanan tam yeni ilk proqram və dərslikləri (o sıradan orta məktəblərimiz üçün 7 ictimai fənn üzrə proqramlar və 82 adda dərslik!) bu dönəmdə məhz onun rəhbərliyi altında hazırlanıb.
1993-cü ilin noyabrından Ali Diplomatiya Kollecinə (indiki Bakı Avrasiya Universiteti) baş müəllim keçən Ə. Tahirzadə və 2009-cu ilin oktyabrınadək orada dosent kimi çalışıb. 22 aprel 2011-ci ildən indiyədək həmin universitetin professorudur. Bir müddət Bakı Avrasiya Universitetinin 1-ci prorektoru - tədris işləri üzrə prorektoru işləyib (13 mart-16 sentyabr 2015). 2009-cu ildən 2015-ci ilin sonunadək AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi vəzifəsində çalışıb.
Ə. Tahirzadə çox sayda dəyərli kitabın, 500-ə yaxın elmi, elmi-kütləvi və publisist yazının müəllifi, eləcə də Əbülfəz Elçibəyi "Mən qurtuluşçuyam!" kitabının tərtibçisi və ön sözünün müəllifidir (2).
Alimi haqqında bəhs etdiyimiz dövrün ən mükəmməl salnaməçisi kimi tanınır. Onun yazdığına görə, «1984-cü ilin oktyabrında beş erməni dığası Bakıda 106 nömrəli avtobusu partlatmaq istədi. Onlar təxminən Dağüstü parkın yanında avtobusa partlayıcı maddə qoyubmuş ki, Politexnik İnstitutun qarşısına çatanda partlayış baş versin (Hadisə axşama yaxın olub. Bu vaxt hamıişdən çı-xır, tələbələr isə dərsə yollanır, Politexnik İnstitutun qarşısı adamla dolur). Ancaq təxminən Əzizbəyovun heykəlinin yanında kiminsə ayağı ona dolaşıb, partlayış olmayıbsa da, iki nəfər ölüb (biri qadın; Akademiyanın Şərqşünaslıq İnstitutunda işləyirdi), bir-iki nəfər yaralanıb. Yarımçıq partlayışın səbəbkarını Moskvadan gələn dövlət təhlükəsizliyi əməkdaşları tapdılar.Bəlli oldu ki, təşkilatçı 17 yaşında erməni dığası imiş. Məqsədi əsasən azərbaycanlı tələbələri qırmaq olub. Özü də hadisə ermənilərin “genosid”i ilə bağlı təşkil edilmişdi. Xoşbəxt təsadüf kütləvi qırğının qarşısını aldı» (9).
Maraqlıdır ki, müəllif kitabında təkcə öz xatirələrini yazmayıb, əlinə düşdükcə, kitaba ayrı-ayrı sənədlər, o cümlədən dövrü qəzetlərdə getmiş yazılardan fraqmentlər də daxil edib ki, ən yeni tariximizin tədqiqində onların da əhəmiyyəti əvəzsidir. Məsələn, onun yuxarıda təsvir edilən hadisə ilə bağlı dövrü mətbuatda getmiş bir məqalədən gətirdiyi sitat çox maraqlıdır: «Əziz Rəsulovun yadına salmaq istərdik ki, məhz onun DTK-nın istintaq şö bəsinin rəhbərişçisi olduğu və fəaliyyəti dövründə 1984-cü ildə Bakıda 106 nömrəli avtobusda partlayıştörətmiş Vartanov Henrix Surenoviç psixi cəhətdən qeyri-sağlam hesab olunaraq güllələnməcəzasından canını qurtara bilmişdir» (1).
Ə. Tahirzadə davam edir: «Bu hadisədən yarım il qabaq - 17 aprel 1984-də böyük xərclə təmir edilmiş (bəzək işlərinə 4kilodan artıq qızıl işlənmişdi) Akademik Opera və Balet Teatrı binasını da ermənilər (fəhlə Qazaryan) yandırdılar. Bu gün-sabah açılışı olacaq binanı heç nəylə söndürmək mümkün olmadı və onun quruca divarları qaldı. Bu yanğın insan vəhşiliyinin, azğınlığının, vandalizmin ən bariz örnəyi idi (Nə yaxşı ki, bizimkilərdə qeyrət tapıldı, Əliş Lənbəranski, Həsən Həsənov başda olmaqla qabaqkından da gözəl, əzəmətli, yaraşıqlı bina ucaltdılar. Düzdür, bina çöldən dəyişməz kimi görünür, ancaq bir ay bundan qabaq açılışı olan teatr binası, demək olar ki, özülündən yenidən tikilib).Bu ekstremist hadisələr xəbərdarlıq imiş... A.Şərifzadə küçəsindəki bina da terrorçuların əli ilə partladıldı və burada xeyli adam öldü» (9).
Tədqiqatçı bu məlumatını da sənədlə möhkəmləndirməyi unutmur: «Sov. İKP Mərkəzi Komitəsində Sov. İKP MK “Ermənistan respublika partiya təşkilatında Sov. İKP MK iyun (1983-cü il) plenumu qərarlarının yerinə yetirilməsi gedişi haqqında” qərar qəbul etmişdir. Qərarda deyilir ki, ... adamların tərbiyəsindəki qüsurlara bə zi partiya komitələrininmünasibətində siyasi kəskinlik və prinsipiallıq çatmır.... Ayrı-ayrı elmi tədqiqatlarda, bədii əsərlərdə tarixi hadisələrin və şəxsiyyətlərin qiymətləndirilməsinə qeyri-sinfi münasibət müşahidə olunur.... Rəhbər kadrların seçilməsində və yerləşdirilməsində əhalinin milli tərkibi daha tam şəkildənəzərə alınmalıdır.... Oğlan və qızlara yüksək ideya-mə nəvi keyfiyyətlər, dərin beynəlmiləlçilik ruhu aşılansın (6).
Ə. Tahirzadənin kitabına saldığı aşağıdakı sənəd də çox önəmlidir:
Dostları ilə paylaş: |