Qromıko: Onda, bəlkə, komissiya yox, nümayəndəlik ki, zorla sırımağa çalışdıqları komissiya ilə qarışıq salmasınlar.
Qorbaçov: Hə. Katiblik, qoy, uyğun formalar tapsın – o, həm materialları tələb edər, həm statistikanı tələb edər, həm səyahətlər və mübadilə təşkil edər və insanlar gedərlər. Artıq hazırlığın özü yaxınlaşmaya kömək etməlidir. Biz özümüz də yeni, bu incə məsələdə xüsusən zəruri olan iş metodlarına alışmalıyıq.
Onlar orada, - kobud sözdən çəkinməyəcəyəm, - bir-biri ilə «qapışmağa» başlayanda, onları dayandırmaq, əsas məsələ - qonşu olduqları, əsrlərlə bir yerdə yaşadıqları barədə düşünməyə inandırmaq lazımdır.
Hər hansı bir ideyanın dərinliklərinə varanda bütün incəlikləri başa düşürsən. Azərbaycanlı bir bəstəkar deyir: Şuşa mənimdir. O orada, Qarabağda doğulub və deyir ki, ora Şərq incəsənətinin beşiyidir və s. Bu onların ümumi beşiyidir. Sən onu ondan necə qopara bilərsən? Ermənistan isə deyir ki, «bizimdir». Ayırmaq heç cür mümkün deyil, bütün bunlar, əslərdir ki, davam edir.
Azərbaycanda erməni muxtariyyəti, bunda dialektika da var, amma elə etmək lazımdır ki, o, həqiqətən də muxtariyyət olsun və bütün imkanlardan istifadə etsin… (6, s. 82-90)
Təqdim etdiyimiz fraqmentdən açıq-aydın görünür ki, həmin dövrdə Qorbaçovun və SSRİ rəhbərliyinin guya birmənalı şəkildə erməniləri dəstəklədiyi, hətta onları təhrik etdiyi barədə Azərbaycanda mövcud olmuş və mövcudluğunu günümüzədək qoruyan fikirlər əsassızdır. Sadəcə hadisələr artıq nəzarətdən çıxırdı və SSRİ rəhbərliyi prosesin qarşısını almaqda çətinlik çəkirdi. Amma almağa çalışırdı, çünki bunun SSRİ-nin parçalanmasına və məhvinə gətirib çıxara biləcəyini anlayırdı. Ölkənin, imperiyanın dağılmasını isə istəmirdi.
Qorbaçovu və SSRİ rəhbərliyini yalnız Qarabağdakı separatçılara qarşı sərt davranmamaqda, Ermənistanda yaşayan azərbaycanlıları qoruya bilməməkdə suçlamaq olar. Fakt isə budur ki, həmin dövrdə erməni separatizmi ilə ən yüksək səviyyədə mübarizə aparılmışdır və bunun ən bariz sübutu «Qarabağ» Komitəsinin üzvlərinin həbsi idi.
Həbs edilən erməni milliyyətçiləri bunlar idi:
Akopyan A. A. (Tarix elmləri namizədi, Erm. SSR EA-nı Şərqşünaslıq İnstitutunun böyük elmi işçisi);
Araktsyan B. Q. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin tətbiqi riyaziyyat kafedrasının müdiri, dosent);
Vardanyan D. M. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin bərk cisimlər fizikası kafedrasının böyük elmi işçisi);
Qalstyan A. P. (Tarix elmləri namizədi, «Servis» kooperativinin elmi məsləhətçisi);
Qevorkyan C. V. (SSRİ jurnalistlər ittifaqının üzvü, Ermənista Dövlət Radio və Televiziyasının şöbə müdiri);
Kazaryan R. A. (Texnika elmləri doktoru, Erm. SSR EA-nın mübir üzvü, kvant elektronikası şöbəsinin müdiri);
Kazaryan S. S. (183 №-li orta məktəbin müəllimi, «Avanqard» qəzetinin ştatdankənar müxbiri);
Manukyan V. M. (Fizika-riyaziyyat elmləri namizədi, dövlət universitetinin rəqəmsal analiz kafedrasının dosenti);
Manuçaryan A. Q. 183 №-li orta məktəbin tədris hissə müdiri);
Siradeqyan V. S. (Yazıçı, SSRİ yazıçılar ittifaqının üzvü);
Ter-Petrosyan L. A. (Filologiya elmləri doktoru, «Matedaran» qədim əlyazmalar institutunun böyük elmi işçisi).
Onlarla birlikdə DQMR-ın Ermənistana birləşdirilməsi uğrunda hərəkatın üç üzvü də həbs edilmişdi:
Manuçarov A. M. (DQMR – ın tikinti materialları kombinatının direktoru);
Muradyan İ. M. (iqtisadiyyat elmləri namizədi, Erm. SSR dövlət plan komitəsinin planlaşdırma və iqtisadiyyat ETİ-nin böyük elmi işçisi);
Stanbulyants X. V. (Respublika «Mərhəmət» çəmiyyətinin sədri, Erm. SSR ali sovetinin deputatı).
Əlbəttə ki, Azərbaycan xalqını sakitləşdirmək üçün bütün bunlar kifayət deyildi. Ermənistanda və Dağlıq Qarabağda yaşayan azərbaycanlıların təhlükəsizliyini təmin etmək lazım idi. Bu isə edilmirdi.
Dostları ilə paylaş: |