Qromıko: Bir sözlə, var gücləri ilə çalışmırlar.
Qorbaçov: Yox. Var gücləri ilə çalışırlar, amma əks istiqamətdə. Bu əhval-ruhiyyə ilə oynayırlar, onun əsirinə çevriliblər, geri addım atmaq isə onlar üçün çətindir.
Ermənistan KP MK müracəti dəstəklədi, amma komissiyanın yaradılması barədə bir qeyd əlavəı etdi. Onlar artıq çox uzağa gediblər və xalqın qarşısında geri çəkiliblər. Bu faktdır. Amma biz də bunu başa düşməli, onlara, necə deyərlər, öz mövqelərini elə indi dəyişməyə imkan verməliyik. Amma vəziyyəti qoruyub saxlamalıyıq. Mən sizin hamınızı elə bu məqsədlə toplamışam ki, vəziyyətdən xəbərdar olasınız.
Fikrimcə, qoy bizim yoldaşlar işləsinlər, işə partiya orqanlarını və digər yarli orqanları cəlb etsinlər. Ən əsası xalqı normallaşdırma prosesinə daha çox cəlb etmək lazımdır ki, yayılma olmasın, əks təqdirdə bütün bunları saxlamaq üçün çox əmək sərf etmək lazım gələcək. Bu birincisi – bunu orada etmək lazımdır.
İkincisi. Yəqin ki, bizim yoldaşlar qayıtdıqdan sonra bu məsələni diqqətlə dinləməliyik. Bu, daha ətraflı informasiya olacaq. O bizə hansısa konkret göstərişlər verməyə komək edər. Ümumilikdə vəziyyət göz qabağındadır, hadisələrin səbəbləri, demək olar ki, aydındır. Amma onların incəliklərinə qədər öyrənilməsi tələb edilir. Bütün bunları diqqətdən kənarda saxlamaq olmaz. Çünki bu respublikaların qarşılıqlı əlaqələrində baş verənlər – bir çox məsələlərə tətbiq edilə biləcək açardı. Bu kimi qarşıdurmalar hər yerdə var və əgər biz onları saxlamasaq (biz burada düzgün mövqe tutmuşuq), qarşıdurmalar bütün ölkəyə yayılacaq. Odur ki, mövqeyimiz doğrudur. Bunu bir daha təsdiq etmək lazımdır. Məndə bu barədə heç bir şübhə yaranmır.
Üçüncüsü. Baxın, nə alınır: respublika rəhbərlərindən heç biri, bir dəfə də olsun, digərigildə olmayıblar, heç kəs qonşu respublikaya səfər etmir, görüşmür, fikir mübadiləsi etmir. Belə olan halda dostluq əlaqələrindən, beynəlmiləlçilikdən necə danışmaq olar? Bu dəhşətdir. Və qəribədir ki, Azərbaycandan bir nəfər Ermənistana və ya Ermənistandan bir nəfər Azərbaycana getmək istəyirsə, bu nəinki təşviq edilmir, əksinə, şübhə doğurur.
Vladimir İvanoviç dünən Vazgenlə söhbət edib. O antisovetizmin qarşısının alınması üçün bütün nüfuzundan istifadə edəcəyinə söz verdi. Ona xaricdən çoxlu zənglər olub. Onun dediyinə görə, hamıya belə cavab verib: bu işlərə qarışmayın, heç bir antisovetizm olmamalıdır. Yalnız burada, Sovet İttifaqı çərçivəsində erməni xalqı inkişaf edir.
O, eyni zamanda deyib ki, real problemlər var və hadisələr boş yerdə yaranmayıb. Bu halda öz təcrübəsindən bir misal çəkir. Budur, - deyir, - o Bakıda Əliyevin qəbulunda olub. Bakıda erməni kilsəsi var. Bu şəhərdə 200 mindən artıq erməni yaşayır. Vazgen kilsədə dini mərasim keçirməyi xahiş edib. Amma artıq 12 ildir ki, dəvətnamə gözləyir, amma hələ də onu almayıb. O orada arzuolunmaz şəxsdir, onun orada peyda olmasını istəmirlər…
Dünən Yeqor Kuzmiç ilə söhbətimizdə ortaya sual çıxdı: bəlkə, biz partiya konfransını gözləmədən, müasir şəraitdə milli siyasət sahəsində hədəflər məsələsi ilə bağlı iclas keçirək?
Yazov: Qeorqi Petroviç axşam Sumqayıtda komendant saatı tətbiq etməyi xahiş edir. Bu o deməkdir ki, qoşun və hər hansı bir hərbi hissəni daxil etmək, silahlandırmaq lazımdır. Amma atəş açmaq üçün yox.
Dostları ilə paylaş: |