Qorbaçov: Komendant saatı lazımdırmı?
Yazov: Hesab edirəm ki, lazımdır.
Qorbaçov: Silahı hazır tutmaq, amma atəş açmamaq. Yoxsa yolunu azanları gülləbaran etməyə başlayarlar.
Yazov: Patronlarsız silah verək, sonra patronlu, amam təcrid edilmiş şəkildə, zirehli transportyorlar olsun. Bunu edərik, təşkil edərik.
Qorbaçov: Patronlar ayrı olsun.
Yazov: İcazə verirsinizsə, göstəriş verim.
Siyasi Büro üzvləri: Razıyıq.
Qorbaçov: Düşünürəm ki, zorakılıqların qarşısını almaq üçün bunu etmək vacibdir.
Qarşıdan konfrans gəlir. Konfrans üçün materiallar hər keçən gün daha çox daxil olur. Bu məsələ daha dərin tədqiqat tələb edir, hətta bütün bunların doğulduğu daha əvvəlki dövrlərə qayıdarıq. O dövrdə, sən demə, çox maraqlı şey olub. Hətta beynəlmiləl kənd sovetləri də olub.
Yakovlev: Milli kənd sovetləri, rayonlar. Sonra onlar sıradan çıxdı. Qapımızı başqa məsələlər də döyür – tatarlar, almanlar və s.
Qorbaçov: Milli kənd sovetləri - hansı millətlər təmərküzləşmişdisə. Milli rayonların sayı isə 5200-dən çox idi. Yəni sistem daha münasib idi. O mədəni əlaqələrin güclənməsi üçün bütün fərqlilikləri nəzərə alırdı. Çox münasibdi. Əlbəttə, bütün bu məsələlər qapımızı döyür. Tatarlar, almanlar və s. çoxdan müraciət edirlər…
Bu məsələləri sıraya düzmək lazımdır. Amma indi Ermənistanda hazırki vəziyyəti sona çatdırmaq lazımdır.
Katibliyə tapşırıq verək. bu hadisələrə gətirib çıxarmış səbəbləri araşdırmağa başlasın. Sakitcə araşdırmaq lazımdır. İfşa etməkdən daha çox anlamağa çalışmaq lazımdır, özü də bizim ziyalıları cəlb etməklə. Sanballı komissiya təşkil etmək lazımdır: təkcə partiya işçilərindən yox, həm də alimlərdən, ziyalılardan və s. ibarət…
Dostları ilə paylaş: |