Əlverişli təbii-coğrafi şəraiti olan Azərbaycan ərazisi dünyada insanın formalaşdığı ilk məskənlərdəndir



Yüklə 12,01 Mb.
səhifə84/201
tarix02.01.2022
ölçüsü12,01 Mb.
#2221
1   ...   80   81   82   83   84   85   86   87   ...   201
Süleyman Tatlıyev
Paşayev İslam (ADU; Qubadlıdan):

- 1) Niyə Balayan, Ağanbeqyan haqqında heç bir tədbir görülmür?

2) Niyə mətbuat hadisələri birtərəfli işıqlandırır?

3) Müslümzadənin işi həll olundu. Kevorkov isə işə götürülüb. Niyə Kevorkov heç bir cəzaalmayıb?

Qubadlıdan daş qoyun heykəllərini aparıblar. Dedilər ki, başında qızıl var.

Tatlıyev: Yoldaş Müslümzadənin işinə plenum baxacaq. Kevorkovun da məsələsinə plenumda baxılacaq.

Oğlan (tələbə):

-Nümayişlərin, mitinqlərin keçirilməsi haqqında fərmanın Dağlıq Qarabağa dəxli yoxdur? Niyə bu haqda bizə mə lumat verilmir? Z. Balayanın “Ocaq” əsəri ingiliscə çıxacaq, onda dünya qarşısında biabır olacağıq.

Tatlıyev:

- Fərmanı Ermənistan da verib.

Qadın:

Z. Balayan “Mej dvux oqney” (İki od arasında – B. T.), Kaputikyan isə …………….... əsərində Kolumbiyada və başqa yerlərdə olan ermənilərdən yazır. Ən dəhşətlisi (bizdə) Mərkəzi Komitənin xalqa münasibətidir.

S. Tatlıyev etiraz etdi. Qadın:

Mı pozvolyayem (Biz imkan veririk – B. T.). Ermənilər Andraniki xalq qəhrəmanı edir, biz sumqayıtlıları “cani” adlandırırıq.

Başqa qadın:

- Mənim evimdə kişi xeylağı yoxdur. Mən bu işlərə biganə qala bilmirəm. On gün idi ki, Stepanakertdə ermənilər tətil edib. Hamı bilirdi. Gərək onda qarşısı alınaydı. Ermənilər partbileti yandırdılar, bizdə də elə bir kişi çıxaydı.

Əliyev Mənsur Mahmud oğlu (yazdığını oxudu):

- Ermənilər hazırlaşıblar. Bizdə isə heç kəs qabaqcadan hazırlaşmayıb. Günahkarlar erməni alim və jurnalistləridir. Balayan, Ağanbeqyan, Kaputikyan, Naqapetyan və başqaları Sumqayıt caniləri ilə yanaşı oturmalıdırlar.Təkər altında ölən azərbaycanlılar üçün kim cavab verəcək?

Ağayeva Güllü (ADU-nun mə zunu):

- Hamı başa düşür. Nağıl danışmaq yox, tələb etmək lazımdır. Müslümzadə çıxarılırsa, Azərbaycanda Bağırov, SSRİ-də Qorbaçov işdən çıxarılmalıdır. 

Xəlil Rza (18.40):

- Səbri daşıb-tökülən, alçaqlığa, gədalığa, zülmə və s. e tiraz edənlərin qüvvəsini görürəm. İki yüz ilə yaxındır ki, Azərbaycanın başı üstündə genosid qırğını, qılıncı asılıb. Xətayi dövründə 2 milyon 800 min kvadrat kilometr sahə idi Azərbaycan. İndi isə 2 milyonu yoxdur.Cənub haqqında şerləri kitabdan çıxarmaq velikorus şovinizmidir. Azərbaycanın ən yaxşı oğullarını ya pantürkçü, ya da panirançı adlandırıb qırıblar: Əli bəy Hüseynzadəni, Əhməd bəy Ağaoğlunu. (Əli bəyin şe rini söylədi). Fevralın 27-sində Ramiz Mehdiyevə dedim ki, hamımız qətrə-qətrə xəyanət edə-edə xalqı bu vəziyyətə gətirmişik. Eşq olsun o xalqa ki, bizim şerimizə inanmayıb. Ali Sovetə, Mərkəzi Komitəyə soxulanlar, deputat nişanlarını çirkaba atanlar... (Alqışlar). Bizim davamız yalnız Xankəndi deyil, manqurdçuluqdur. Hamı xəyanət edib. Bağırov dövründə 200 mindən artıq Ermənistandan gələn azərbaycanlılar öldülər. 2 milyon adamdan 750 min adam müharibəyə getdi (200 min getməli idi)

Milli gəlirimizdən xəbərimiz yoxdur. Mətbuatımız azaldılır. SSRİ-də ən kiçik limit Azərbaycanın payınadır. Mətbuatın üstündən senzura götürülsün. Azərbaycan dili felən dövlət dili olsun. Azərbaycanca bilməyənlər vəzifəyə qoyulmasın. 140 min erməniyə Dağlıq Qarabağda muxtariyyət verilibsə Gürcüstan və Ermənistandakı 100 minlərlə azərbaycanlıya da muxtariyyət verilsin. Hava zəhərlidir, radiasiya içindəyik. Radiasiyaya son qoyulsun. Sərhəd rayonlarına gedib-gəlmək sərbəstləşsin. Ermənistandan qovulan azərbaycanlıların əzabına Mərkəzi Komitə, Ali Sovet son qoysun. Qoymasa biz darmadağın edəcəyik. Azərbaycan xalqı, ayın 25-inə kimi (tələb edirik) bu işlərə son qoyulmasa, ayağa qalxacağıq. 18 may saat 10-da hamı gəlməlidir. Siyasi Büro üzvlərindən biri gəlməyincə nümayiş edəcəyik.

18.58-də gəldilər: Eldar Salayev, Püstə Əzizbəyovə, Aslan Aslanov, Qəraş Mədətov, Nəriman Quluyev, Fuad Həsənov və başqaları.

Nəbiyev Yaşar (hüquqçu):

- Dağlıq Qarabağ Muxtar Vilayəti sözündən “Dağlıq” sözü götürülsün. Ermənistandan qovulanlar Qarabağda yerləşdirilsin. Gürcüstandakı azərbaycanlılara muxtariyyət verilsin.

Ermənistanlı qadın (Qazax rayonunun Eynallı kəndindən):

- Qəhrəman anayam. Ana kimi xahiş edirəm ki, ananı bir yana, balanı bir yana aparan kimi Qarabağı ermənilərə vermək biabırçılıqdır.

19.04. Abbas Abdulla:

- Azərbaycan xalqı son 30-40 ildə bir sıra imtahanlar qarşısında qalıb. Bugün də imtahan qarşısındayıq. Biz gedib Borçalıdakı, Ermənistandakı azərbaycanlıları oradaqorumalıyıq.Mən Ali Sovetdən xahiş edirəm: yarananda muxtar vilayət olmayıb. Bu, aydınlaşdırılsın. 1819 -dan 1879-acan Azərbaycana bir milyon 300 min erməni köçürülüb. Mətbuata düşsün. Beynəlmiləlçilik adı altında kosmopolitizmə yol verdilər. Kirovun adına 300 yer var, 3 Şaumyan rayonu var - azaldılsın. Qax və Şəkidə Stalinin 3 heykəli var. Bizim Dağlıq Qarabağın katibi Poğosov 1 mayda çıxış edib deyib ki, mən sizi əmin edirəm ki, Ermənistana birləşmək arzunuz həyata keçəcək. Növbəti plenumda Müslümzadə ilə yanaşı Poğosovun da məsələsi müzakirə olunsun.

Babək Məmmədov:

- 1) Ermənistandakı azərbaycanlılara verilən əzablara, evlərinin yandırılmasına, terrora sonqoyulsun (Sov.İKP MK-dan tələb).

2) Dağlıq Qarabağ azərbaycanlılarına əzab verilməsinə son qoyulsun.

3) Bir Siyasi Büro üzvü (yaxşı olar ki, Liqaçov) Bakıya gəlsin.

4) Dağlıq Qarabağdakı respublika rəhbərliyinin itirilmiş nüfuzu bərpa edilsin.

İlqar (rusca oxuyanda səs ucaldı. Qabaqca üzr istədi):…………………..

2) Dağlıq Qarabağdakı ekstremistləri dağıtmaq üçün səlahiyyət verilsin.

Stepanakertdə yaşayan azərbaycanlı incəsənət işçisi Dostuyev Məhəmməd:

- “Krunk” cəmiyyəti açıq-açığına işləyir, DTK göz yumur, azərbaycanlılar işləyən dəzgahların üstünə Ermənistanın bayrağını qoyurlar. Azərbaycanlılar işləyən (20-dən artıq) sexləri bağlayırlar. Stepanakertdə azərbaycanlıları incidirlər. Biz də onların siyasəti ilə işləməliyik. 206 nəfər azərbaycanlı, 95 erməni zibilxanada işləyir. Niyə maraqlanmırlar ki, təyinatla ora gedənlər niyə qayıdırlar? Bizi (azərbaycanlıları) qanunsuz saxlayırlar. İgid oğullarsınızsa gedək mənimlə, yaşayın orada. Başımın altında balta qoyub yatıram. Niyə? Azərbaycan televiziyasının redaktoru: Telman Orucov yoldaşı Qarabağdan qovmuşdular. Biz alimi yetişdiririk, sonra məhv edirik.

19.32. Püstə Əzizbəyova:

-Mən həyəcanlıyam. Düzdür, Ağdamda narahatlıq var. Oğlum dedi ki, Murtuzayev elə təşkil edib ki, cavanlar sakitləşib. Torpağı vermək olmaz. Moskvada erməni yoldaşlarla mübahisə etdik (mən, yazıçı M.İbrahimov, Tələt Qasımov). Dedilər ki, 4 min kv. km sahəni verməklə heç nə olmaz. Mən dedim ki, üç oğlumu verərəm, özümü alın, ancaq torpağı vermərik. 1921-inci il 4 iyulda Kavbüroda səsqoyma olub, 4 nəfər lehinə, 3 nəfər əleyhinə səs verib ki, Dağlıq Qarabağ  Ermənistana verilsin.  Ayın 5-ində Kavbüronun  iclasında Nərimanovun rəyi oxunur. Burada isə DQ yekdilliklə Azərbaycanda qaldı. 1918 - 20-də guya müsavatçılar erməniləri qırıb. Yanlışdır.

Mənə dedilər ki, Məşədi bəyin Ermənistanda heykəlini yıxıblar. Dəmirçiyandan soruşdum. Əzizbəyov kolxozunu Sayat-Nova kolxozu ediblər. Gəlin bu dərdlərə çarə qılaq. Hamımız danışaq. Ortada nə var? Tələb: DQMV Azərbaycanın torpağı olub və olaraq qalacaq. MT-da çıxışımdan sonra mənə məktublar gəlib - 99%-i təhqirdir. Əzizbəyovlar tayfasından bir kişi öz evində can verməyib. Oğlanlarım da əsgərdir. Hamınızı təmkinli olmağa çağırıram.

Hatəmi Tantəkin (Nizami muzeyi):

-Aşağıdan atılan məktublara əsasən tələblər:

1. Sumqayıtda tutulanlar buraxılsın.

2. Rektorlar niyə qapıları bağlayır?

3. Erməni şəxslərlə bağlı yerlərin, küçələrin adları dəyişdirilsin.

4. Kəndlərimizin adı qaytarılsın.

5. Arvadı erməni olan rəhbər işçilər işdən götürülsün (Gurultulu alqışlar).

6. Ermənilərin (Şaumyanın) heykəli götürülsün.

İndi isə öz tələblərim. Bizim bütün tariximiz saxtalaşdırılıb. DQ-dakı bütün kurqanlar türk kurqanlarıdır. Salayev söz verib, ancaq inanmıram, çünki Tarix İnstitutumuzun direktoru İqrar Əliyevdir. Azərbaycan dilinin pozulması Konstitusiyaya hörmətsizlikdir. Bağdakı abidə Nizamiyə böhtandır. Bir var ki, gəlini kəbinlə aparasan, bir də var ki, götürüb qaçasan. Ermənilər Qarabağı götürüb qaçırlar. Əldən verməməliyik. “Qnçak” Türkiyədən torpaq istəyirdi, “Daşnak” isə Rusiyada Ermənistan qurmaq istəyirdi; onlar qalib gəldi.

Oğlan: 4 ay davam edən hadisələr bizim Mərkəzi Komitənin ideoloji şö”bəsinindişsizliyindəndir.Siz Balayanın kitabı çıxanda dediniz ki, tədbir görəcəyik. Nə tədbir gördünüz? H.Borovik “Pozisiya” verilişini çəkəndə sizinlə görüşməyib?

R.Mehdiyev:

- Yox!


Oğlan: 

- Deməli, sizin nüfuzunuz yoxdur. Cavab verəydiniz. Özünüz bacarmırsınız, bacarıqlı jurnalistlərimiz var, onlara yazdıraydınız. (Sürəkli alqışlar). Bahar bayramını niyə keçirmirik? Şıxəli Qurbanovu fiziki öldürdülər, Müslümzadəni mə nəvi. (Alqışlar).

B.Vahabzadə (20.03):

- Bu gün büro olacaq. Burada deyilənlər orada müzakirə ediləcək. Xəlil, qəzəbli baş lazım deyil bizə. Milləti qırğına vermək olmaz. (Xəlil Rza ilə mübahisəsi düşdü). Novruz bayramını Cəfər Cəfərov dayandırmadı. Cəbhə yaratmayaq. Əsəbiləşib əsədovun yanına gəldim. Mənə çoxlu sənəd göstərdi. Moskvaya çox müraciət ediblər. Ancaq birini bilirsiniz, birini yox, ürəyi çox açmaq olmur. Burda deyilərin 70 faizindən çoxu ilə razıyıq. Gürcüləri özümüzə düşmən edək? Bu Borçalı muxtariyyəti məsələsi nədir? Dərbənd məsələsi... Meydanda tək qalaqmı? Emosiyaları cilovlayaq. Siz bayıra çıxanda emosiya ilə danışsanız axşam bizi nə gözləyir? Sumqayıt baş versin? Yenə balalar tankın altında qalsın?

Mənsur:

- Torpaq alanın torpağını almalı, cəza verənə cəza verilməlidir. Yaşasın azadlıq!

Bir kişi qərar layihəsi oxudu:

- Küçə adları (Avakyan, Şaumyan və başqa -yan lar) dəyişdirilsin. Krunk “Komitet Revolyuionnoqo Upravleniəya Naqornoqo Karabaxa” (Dağlıq Qarabağın inqilabi idarə komitəsi – B. T.) deməkdir.

Ağamalı Sadiq (“Ulduz” jurnalının işçisi):

- Ermənistandakı azərbaycanlılara maddi yardım göstərək.Ermənistandan gələn oğlan: Ayın 2-sindən dərdimizi Bakıda MK-ya demişik (200-dən çox adam). Dedilər tədbir görəcəyik. Ancaq heç nə yoxdur indiyədək. Kim tədbir görəcək?

Qaradağ rayonundan bir nənə:

-Səbrli olun, ayıq olun.

Püstə Əzizbəyova:

- İçinizdən 11 nəfərlik komissiya yaradılsın. Onlar təklifləri işləyib hazırlasın.

Nurəddin Quluyev (artist):

- Proqram qəbul edilsin:

1. Ermənistanda yaşayan azərbaycanlıların bugünü və taleyi.

2. Gürcüstandakı azərbaycanlıların taleyi.

3. Qarabağ məsələsi bütün ali məclislərdə Azərbaycanın xeyrinə həll edilsin.

4. Mərkəzi mətbuatda jurnalistlərə yer verilsin.

5. Azərbaycanın birləşməsi məsələsi gözdən keçirilsin.

- Azərbaycan dili Xətayi dövründəki kimi dövlət dili olsun.

- Ağanbeqyanın “Humanite”dəki çıxışı dövlətə xəyanət kimi qiymətləndirilsin.

- Siyasi Büroya tələblərimiz çatdırılsın.

20.30-da camaat ayağa durdu.

20.33. D.Gədəbəyli:

Onlar (ermənilər - Ə.T.) kimi ağıllı olun. Heç yerdə iz qoymurlar. Ağıllı millətlər həmişə qalib gəlir. Siz Bəxtiyar müəllimə söz qaytarırsınız. Biz sizə inana bilərikmi?

20.37 İlyas İsmayılov (prokuror):

- Ağıllı söz emosiya ilə deyiləndə eybəcər hala düşür. Bugünkü yığıncağımız qanunsuzdur. Niyə elə düşünürsünüz ki, respublika rəhbərləri Qarabağın vəziyyətini düşünmürlər? Qarabağda kütləvi işdənçıxarma olub. İndi istintaq gedir. Gərək bir-birimizə hörmət edək. Xeyri şərdən seçə bilmiriksə işimiz uğurlu olmaz.

Qadın ona sual verdi:

-DQ-da işə çıxmayanlara qarşı nə tədbir görülüb?

Cavab: Cinayət tərkibi yoxdur, işdən çıxara bilərlər...

Qızın sualı: Niyə Tanzaniyada daxma uçanda xəbərimiz olur, Sumqayıtdan xəbərimiz yoxdur?

Cavab:


- Düz deyirsiniz.

20.51. Tofiq Bayram: Biz haqqımızı tələb edirik. Rəhbərlərdən təminat alaq: DQ-da anarxiyaya son qoyulacaqmı, Ermənistandakı azərbaycanlıların taleyinə qayğı göstəriləcəkmi?

20.56. S. Tatlıyev:

- Çoxlu təkliflər oldu. Gecə səhərə kimi işləyəcəyik. Sizin təklifləriniz bu gecə Moskvaya çatdırılacaq. Bəxtiyar müəllim getdi, niyə? Hamımız bir nöqtəyə vurmalıyıq.

20.59. Hamı dağılışmağa başladı.

21.22-də camaat Ali Sovetin qarşısından dağıldı.

Saat 21.49. N. Nərimanov prospektində provokasiya.

Ayın 17-sində televiziyada “Publisist” studiyası: S.Tatlıyev, R.Mehdiyev, İ.İsmayılov, Anar, F.Köçərli, İlqar Qasımov. Ayın 18-ində həmin verilişin təkrarı oldu.1988, mayın 19-undan 20-sinə keçən gecə, saat 4.10-9.21. 

18 MAY 1988. Lenin meydanı.

Mitinq. Şüarlar:

"Tələblərimiz həyata keçirilsin!"

"Ucalsın elin səsi, Qarabağın şikəstəsi!"

"Dağlıq Qarabağ azərbaycanlıları azadlıq istəyir!"

"Doloy "KRUNK!"

"Koroğlu qeyrətli, Babək hünərli yaşa, yaşa , Azərbaycan!"

"Biz millətçi deyilik, beynəlmiləlçiyik!"

"Ne dadim toptat sovetskie zakonı i konstitutsiyu!"

"Şuşa - tsentr Karabaxa!"

"Prekratit izdevatelsetva nad azerbaycaskim narodom!"

"Yaşa Azərbaycan!"

"Xankəndi".

"Karabax bıl, yest i budet naşim!"

"Mixail Serqeeviç! Ostainovite massovıy şovinistiçeskiy psixoz v NKAO!"

"SSRİ vahid dövlətdir, onu parçalamağa yol vermərik!"

100-dən artıq şüar var. O sıradan bunlar da:

"Azərbaycan abidələrini qoruyaq!"

"Azərbaycandili dövlət dili olmalıdır!"

"Boykot TV peredaçu "Pozitsiya!"

"NKAO - neotdelimaya çast Azerbaycana!"

"Yaşasın Lenin milli siyasəti!"

"Erməni şovinizminə, onun tərəfdarlarına ölum!"

"Prekratith antityurkskuyu politiku!"

"Polojit konets besçinstvam v Erevane!"

"Aqambeqyanları, Balayanları. Muradyaiları Sumqayıtda gedən məhkəmənin müttəhimlərkürsüsünə!"

"Ermənistanda yaşayan 200 min azərbaycanlıya muxtariyyət!"

"Səbrimiz tükənib!"."Mı za reşenie Politbüro KPSS !"

"Prizıvaem prekratitv demaqoqiyu vokruq NKAO "

"Dosta - dost, düşmənə - düşmən!"

"Qarabağdan əl çəkin"."Torpaqdan pay olmaz!"

"Şuşa Qarabağın mərkəzidir!"

"Yaşasın qədim Xankəndi!"

“Dağliq Qarabağ bir vilayət kimi ləğv edilsin! "

"Aqanbeqyana - na skamyu podsudimıx!"

"Za 70 let v Armenii bılo pereimenovano svışe 300 azerbaycanskix qeoqrafiçeskix nazvaniy! "

"Vosstanovit sovetskuyu vlasth v Karabaxe! "

"Natsistskomu kursu Balayana - net!"

"Vernite Nizami rodinu k 850-letiyu GƏNCİ!"

"Millətçiliyə ar olsun!"

"Vremya" - pokaji nas, "Pravda" - pişi o nas ".

Saat 9.42-də meydana, 10.14-də tribunaya çatdıq. Əzizə Cəfərzadə sakitliyə çağırdı. Sonra Mənsur danışdı erməni millətçilərindən.

10.20. Tofiq Bayram:

- Bu nümayişimizlə Azərbaycan xalqının birliyini, gücünü nümayişetdirməyə yığışmışıq.

Azərbaycana dair şerini oxudu.

10.24-də helikopter (vertalyot) uçdu. Dənizin üstündə dövrə vurub yenə gəldi.

Saat 10.25-də ən azı 50 min adam var.

10.29. Ədilə Namazova (akademik):

- Azərbaycan xalqı mərd xalqdır. Biz sizinlə həmfikirik. Çox ağıllı, çox inadkarlılıqla hərəkət etməliyik. Qarabağ bizimdir, onu heç kəsə verməyəçəyik! Torpaq hissi, vətən hissi, ana sevgisi çox yüksəkdir. Yaşasın bizim Azərbaycan torpağı!

10.31-də Heydər Əliyevin və Leninin portretləri göründü.

10.32-də yenə helikopter (vertolyot) gəldi.

10.33. Bəxtiyar müəllim gələcək. Hələlik isə şair Qabil danışır. (Nüsrət Kəsəmənli aparır yığıncağı). Azərbaycan xalqı ağıllı və döyüşkən xalqdır.

10.35-də yeni bir güclü axın gəldi (soldan).

10.36. N. Kəsəmənli mitinqin tələblərini oxudu:

1. Mətbuatda ünvanımıza yağdırılan böhtanlara son qoyulsun.

2. Ermənistanda yaşayan azərbaycanlılara muxtariyyət verilsin.

3. Göyçə, Gorus, Masis azərbaycanlılarına dəyən zərər ödənilməlidir.

4. Vazgen, Aqanbeqyan, Balayan və başqa ekstremistlər cəzalandırılmalı və bu haqda məlumat verilməlidir.

5. Balayanın "Oçaq” kitabı...

6 .................................

7. Ermənistanda dəyişdirilən Azərbaycan adları özünə qaytarılsın, SSRİAli Sovetinin fərmanı ilə təsdiq edilsin.

8. Stepanakert və Sumqayıtdakı məhkəmə prosesi əsassız sayılsın. (Gurultulu, sürəklialqışlar).

9. Peşkəş edilmiş torpaqlar geri qaytarılmalıdır. Gəliri Azərbaycan xalqına verilsin.

10. Borovik üzr istəsin.

11. Kevorkov məhkəmə məsuliyyətinə çəlb edilsin.

13. "Krunk"la elaqəyə son qoyulsun! 

10.42. Məmməd İsmayıl:

- Srağagün Ali Sovetə tələblər vermisiniz. Biz onlara əməli cavab gözləyirik. Ermənistanda və başqa yerlərdə azərbaycanlıların taleyi bizə əzizdir. Bağırov Moskvaya gedib. Məsələlərdən biri Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməsidir. Bakıdakı küçələrə layiqli adlar qoyulmalıdır - Elmlər Akademiyasında bununla bağlı komissiyayaradılıb. Biz tələb edirik, "Kommunist" qəzetinin mövqeyini tənqid edirik.

10.46-da sağdan çox böyük izdiham gəlib qoşuldu.

Məmməd İsmayıl:

- Eşq olsun bu birliyə!

10.47. Prof. Nurəddin Rzayev:

- Azərbaycan xalqının sabahı olan gənclərimiz! Biz intizamlı olmalıyıq. Çünki Sumqayıtda da nümayişdən sonra hadisələr baş verdi (10.49-da yenə helikopter (vertolyot).

10.50-də Bəxtiyarı gəclər çiyinlərində izdihamdan keçirib gətirdilər (çox böyük coşqunluq vardı).

10.51-də: "Bəxtiyar müəllim mikrofon qarşısındadır!".(Sürəkli alqışlar, "Bəx-ti-yar!").

Bəxtiyar:

- Mən sizin hamınızı öpürəm. Sevinirəm ki, mənim millətim haqqı uğrunda mübarizə apara bilir. Ancaq xahişim budur ki, özümüzü xalqımızın adına layiq aparaq. Bağırov yoldaş Moskvadadır. Tələblərimiz 70-80% ödəniləcək. Son dərəcə xahiş edirəm: qeyri-millətlərin başından bir tük də əskik olmamalıdır.

10.54. Tağı Xalisbəyli:

- Azərbaycan xalqının monolit birliyinə eşq olsun! Bu birliyi biz yaratmışıq. Var olsun bu birlik! Azərbaycan gənclərinin müraciətini oxuyuram. 200 ilə yaxındır Azərbaycanın şimalını cənubuna həsrət qoyublar. Unutmayın ki, aramızda qızışdırıcılar var, sakit olun. Yaşasın Azərbaycan xalqının monolit birliyi! Azərbaycan türklərinə eşq olsun! Rədd olsun daşnak partiyası! Balayan, Dəmirçiyan, Ağanbeqyan və başqaları cəzalandırılmalıdır.

10.59. Nüsrət Kəsəmənli:

- Biz heç bir millətçi iş görmürük.

Xankəndindən gələn Əhmədov:

- Əziz balalar, müdrik atalar, sevimli analar, bacılar! Sizə Qarabağdan salam gətirmişəm! Sizin hər bir hərəkətiniz orada bizə baha başa gələ bilər. Azərbaycan xalqı qəhrəman xalqdır. Stepanakertin yaxınlığındakı Kərkicahan kəndi Xankəndi olsun. (Etirazlar). (11.03-də yeni bir böyük dəstə sağdan gəlib qoşuldu)."Krunk" məhv olmalıdır. Yaşasın Azərbaycan xalqının birliyi!

11.04. N.Kəsəmənli:

- Bu mitinqdə başqa yerlərdən də gələn var.

Cənubdan olan Ədaləti Babək (həkim):

- Yoldaşlar! Sizə Cənubi Azərbaycan xalqından salam gətirmişəm.(Xalq: "Təb-riz", "Təb-riz!").Əsl azərbaycanlısınızsa erməni millətçiləri qarşısında öz təmkininizi göstərin. Ağsaqqallarımıza eşq olsun! Sizinlə ölümə də getməyə hazıram!("Təb-riz", "Təb-riz!"). Erməni daşnakları kimi özünüzü aparmayın. Deyirik, yoldaş Bağırov, Seyidov, Tatlıyev, Həsənov, xalq sizinlədir, siz də xalqla olun!(Alqışlar).***

11.09. Elan. Dəmirdəkilər yanaş-yavaş düşsünlər. Birinə bir iş olsa rəng verərlər.

11.10. Yeni bir dəstə (az) qoşuldu.

Şuşadan Rəfiqə Yusifova: 

- Qeyrətinizə qurban olum! Şuşadan ətirli salam gətirmişəm! Dağlıq Qarabağın bütün abı-havası buradadır. Xahişim var: ayın 14-15-ndə Şuşada nümayiş edib öz torpağımızı tələb edib, müraciət etdik. Şuşada 3 ayda bir hadisə olmadı. Ona görə elə edin ki, dilimiz gödək olmasın bu gün. Şərq mədəniyyətini qoruyaq. 1. Rədd olsun xalqlar arasında nifaq salan ekstremistlər! 2. Dağlıq Qarabağın muxtariyyəti ləğv edilsin! (Alqışlar).

11.16. Zakir Fəxri:

- Biz Azərbaycan TV-nin dünənki verilişini alqışlayırıq. Azərbaycan Kommunist Partyası rəhbərliyinin fəaliyyətini alqışlayırıq!

11.17. Əhmədov: İntizamınız qarşısında baş əyirəm. Siz Babəkin övladlarımız. Azərbaycan müharibədə neftin 95%-ni verirdi. Biz tələb edirik: millətçilər cəzalandırılmalıdır.

11.22. Şuşadan gələn Xavər Qasımova:

- Şuşadan sizə salam gətirmişəm. İndiyədək olduğunuzkimi, indidə belə təmkinli olun. Xahiş və tələblərimiz budur ki xalqları bir-birinə savaşdıranlar cəzalandırılsın! Yaşasın Qarabağ!

Sov. İKP-nin qərarı Ermənistandakı azərbaycanlılara da şamil edilsin! Azərbaycanda nə qədər erməni rəhbər varsa Ermənistanda da o qədər azərbaycanlı rəhbər işçi olmalıdır.

11.06. Şahmar Əkbərzadə (fit səsləri ucaldı nə üçünsə):

- Mən sizin monolit birliyinizi öpürəm! Unutmayın ki, siz Babəkin ruhu ilə bura yığışmısınız. Sumbatlara ar olsun! Sumbatlar iradəmizi qıra bilməz. Biz Üzeyir bəyin yurduna yadları qoymamalıyıq. Biz Dağlıq Qarabağda işdən çıxarılmış azərbaycanlıları sizin gücünüzə geri qaytaracağıq. Zori Balayanları cəzalandıracağıq. SSRİ birliyinə yad toxumlar səpən şərəfsizlərə ar olsun! (11.31 Yeni bir böyük dəstə sağdan birləşdi) Yaşasın vahid Azərbaycan!

11.32. Bir qadın: 

- Mən vətən müharibəsi iştirakçısıyam. Əslim Şuşa qalasındadır. Vaqifin, Üzeyirbəyin yurdu özümüzündür.

Zeynəb Xanlarova:

- Əzizlərim! Mən öyrənmişəm mikrofon qarşısında oxumağa. Bu xalqla mikrofon da olacaq, mahnı da olacaq Mən Qarabağla bağlı yeni mahnılar oxuyacağam. Bu yaxınlarda ABŞ-dan gəlmişəm. Oradakı azərbaycanlılar sizə salam yetiriblər. Deyiblər ki, siz orada möhkəm durun, burada biz də canla başla hazırıq. (Oxudu) Bir qonaq gəl bizlərə Qarabağın maralı, Azərbaycan maralı

11.38. Raykom Xəlil Xəlilov:

- 16-sı nümayişindəki tələblərimizə baxılıb. Bağirov yoldaş onlarla bağlı Moskvaya gedib. Tələblərinizin hamısına baxılacaq! Xahiş edirəm ki, buradan dağılışanda hamı iş yerinə sakitliklə getsin. (Fit). Mən demirəm ki, gedin. Deyirəm ki, gedəndə intizamlı olun. Sumqayıtdakı hadisələrdən nəticə çıxarmalıyıq.

11.42. Şair katib (?):

- Niyə partbilet yandıran (ermənilər) cəzalandırılmır?

11.43. Aydın Məmmədov (alim):

- Bu gün biz birliyimizi göstərməyə gəlmişik. Heç kəsin torpağını istəmirik. Başqasının ocağını uçurub, özümüzə ocaq düzəltmirik. Hər bir xalq öz babalarına uyğun yaşamalıdır. Bugünkü birlik təsadüfi yaranmayıb. Siz bizi bütün dünyada təmsil etməlisiniz. Sizin simanızda xalqımıza eşq olsun!

11.47. Ermənistanın Kalinin rayonundan Əhliman Gülməmmədov:

-Yaşasın Ermənistanda yaşayan azərbaycanlılar! Biz partiya rəhbərlərimizin dalında durmuşuq. "Cəlaloqlu" "Stepanavan" olub. Ermənistandakı azərbaycanlılara muxtariyyət verilməlidir! Sağ olun! Sağolun!

11.48. Həsən Turabov:

- Bu gün Azərbaycan xalqının bayramıdır. Azərbaycan xalqının birlik bayramıdır. Dram teatrı artistləri də sizin qarşınızdadır. Ancaq çox intizamlı olmalıyıq. Hərc-mərcliyə yol verə bilmərik! Yaşasın Azərbaycan torpağı! (11.51-də sağdan çox böyük izdiham gəlib qoşuldu.)

11.52. Süleyman Tatlıyev. (Fitlər).

- Əziz həmyerlilərim. Srağagün bu meydanda, Ali Sovetdə olarkən tələblər irəli sürüldü. Bugün də lazımi məsələlər irəli sürüldü. Bu məsələlər Sov.İKP MK-da, bizdə həll olunur. Sizi əmin edirəm ki, bizi Qarabağdakı hadisələr narahat edir. Ermənistanda baş verən hadisələrə gəlincə Azərbaycan xalqına qarşı olan bütün hörmətsizliklər bizə məlumdur. SSRİ prokurorluğu iş aparır.

11.56. Tələbə Nüşabə Hacıyeva:

- Biz buraya tələblərimizi irəli sürməyə gəlmişik. Tələblərimizəcavab eşitmək istəyirik, onlar ödənilməyincə buradan getməyəcəyik.

11.59. Bütün kütlə: "Bəx-ti-yar!". Bəxtiyar:

- Mənim övladlarım! Mənim balalarım! Sizin istər srağagünkü, istər bugünkü tələblərinizi Razumovskinin müavini Savçenko Moskvaya çatdıracaq. Gəlin əməyimizi puça verməyək. Əziz övladlarım. Mədəni xalqıq. Mədəniyyətimizi saxlayaq. Bu, kifayətdir.40 illik yaradıcılığımda mənə qarşı olan hücumlara baxmayaraq Azərbaycana aid yazmışam, yenə yazacağam.

12.03. Gədəbəydən gələn 96 yaşlı kişi:

Siz salamat alasınız. (? - B. T.) Sizin qırılmamağınızı arzu edirəm.

12.05. Ermənistandan deputat Xuraman Əkbərova (Səslər: "Lazım deyil!"):

- Mənim doğma xalqım, millətim! Məni eşidin. Moskvaya getmək istəyirdim. Siz də çox sağ olun ki, halımıza belə yanırsınız. Dağlıq Qarabağdakı hadisələrdən sonra mayın 11-indəki hadisədən yəqin hamınızın xəbəri var. Ölüm hadisəsi olmayıb - evlar yanıb. Elə etməyin ki, xalqımızın adı pis çıxsın. "Gunəş" komitəsindən salam gətirmişəm. Tələblərimizi Moskvaya aparıram. Bunlardır:

1. Ermənistandakı 200 minlik azərbaycanlılara muxtariyyət verilsin.

2. Kənd və rayonlarımızın keçmiş adları qaytarılsın.

3. Millətçilər ifşa olunsun!

12.11-də izdihamdan bir oğlan çiyin üstündə söz istədi. İzdiham tələb etdi ki, ona söz verilsin. İğtişaş düşdü (bir neçə dəqiqəlik). Tələbə Xuramanı istəyir.

12.28. Bir qadın tələblər irəli sürdü:

- Müslümzadə işə qaytarılmalıdır.

- Ermənistandakı azərbaycanlılara azadlıq verilməlidir.

Mənim iki oğlum var, onları bu xalqın yolunda qurban verərəm. Yaşasın Azərbaycan!

12.34. Kütlə: "Bəx-ti-yar!". Bəxtiyar:

- Əziz övladlarım, mənə qulaq asın. Elə etməyin ki, bu gözəl işimiz peşmançılıqla qurtarsın. Bu torbanın içində sizin tələbləriniz var, onlarla tanış oldum. Onlara əməl olunacaq. Biz vahid bir mərkəz yaradacağıq. Həmən mərkəzin başında mən duracağam. (Kütlə: "Bəx-ti-yar!"). Sizin tələblərinizi yerinə yetirməyə çalışaçağıq. Kevorkov kimi alçaqlar xalqın arasına nifaq saldılar. Ağanbeqyanlara, Balayanlara cavab yazmışıq, yenə yazaçağıq. Mən 40 ildir ki, Azərbaycan dilinin dövlət dili olmasına çalışmışam, yenə çalışacağam.

12.39. Dəmir Gədəbəyli:

- And için! And için! Aid için! Azərbaycan xalqının torpağını, qeyrətini heç kəsə verməyəcəyik! El bilir ki, sən mənimsən. Yurdum. yuvam, məskənimsən! (Bu bəndi sonadək, 2 dəfə təkrar edir). (Sürəkli alqışlar). Ağıllı sözü qışqıra-qışqıra deməzlər. (Şer söylədi). Gunəş altda qızmış başlar məni eşitsin: Azərbaycan xalqı bu gün yaranışını sübut etdi. Aranızdakı provokatorlardan uzaq olun. Bununla da izdihamımızı qurtaraq.

12.43. Qadın:

- Mənim mükafatım sizin namusunuz, qeyrətinizdir. Soruşurlar ki, mən haradayaşayıram? Mən Azərbaycanda yaşayıram. Mən sizəm. Bizə uçuz elm yaraşmaz. Biz ermənilər kimi özümüzü pula satmırıq. Türklər bizim qan qardaşlarımız! Yaşasın müsəlmanlar!

12.47. Qadın danışmaq istədi.

12.49. Nurəddin Quliyev (artist):

- Siz kiməsə inanmalısınız. Sakit olun. Heç kəs sizin qeyrətinizə şübhə etmir. Ancaq elə etməyin ki, xalqımızın adı tarixə ləkəli düşsün. Bu cür hay-küylə heç nə etmək olmaz, heç kəs torpağınızı almır və ala da bilməz. Həqiqi kişiyiksə kişiliyimizi qoruyub saxlamalıyıq.

12.54. Qadın: Xahiş edirəm Koroğluya, Babəkə ləkə gətirməyək. Narahat olmayın. Qadınlar dalınızda dayanıb. (Guya Könül adlı bu qadın özünü azərbaycanlı kimi qələmə verən erməni idi; onu sonra ifşa etdilər - adı Rita imiş – Ə.T.)

12.55. Nurəddin:

- Siz düşmənlərimizin əlinə fürsət verməyin. Bu boyda iş görmüsünüz, onu bir qısa anda məhv edə bilərsiniz.

13.10-da yavaş-yavaş dağılmağa başladı izdiham.

14.31-də Cümşüd Nuruyevlə meydandan çıxdım. Meydanda 1000-dən artıq adam qaldı.

Bütünlükdə 800 mindən artıq adam var. Bu, indiyədək olmayan bir hadisə - bütün millətin birliyinin yarandığı ilk böyük, əzəmətli çıxışdır…

Gecə televiziya ilə mitinqi göstərdilər.

Həmişə olduğu kimi bu gecə də "Kommunist" nəşriyyatına gedib qəzetlərin sabahkı nömrələrini götürdüm ki, gətirib yataqxanada uşaqlara paylayım. (Yataqxanamızın sakinləri zarafatla deyirlər ki, sən bizi qəzetləri bir gün qabağdan oxumağa vərdiş etdirmisən). Nə isə, sabahkı "Molodyoj Azerbaydjana"nın başı bəlalı oldu. Belə ki, qözetin 58-inci (10426-cı) nömrəsində 1-inci səhifədə "Azərinformun məlumatı" dərc edildikdən sonra bütün tiraj yığışdırılıb məhv edildi. Uşaqlar həmin nəşrdən məna 5-6 nüsxə tapıb verdilər. Gecə evdə bu variantla həmin məlumatın yeni variantını müqayisə etdim. Birincisi, məlumat çox qısaldılıb; başlığı 4 sütun boyunca böyüdüblər, "Yeni xətt " adlı məlumat da əlavə olunub - ixtisarın yerini doldurmaq üçün. İkincisi isə, ilk variantda Bakıda ayın həm 16-sı, həm də 18-ində mitinqlər keçirilməsi göstərilsə də yeni nəşrdə yalnız 18-i saxlanılıb. Mitinqlərin çoxminli olması, onları gənclərin, tələbələrin, ziyalı nümayəndələrinin və əmək kollektivlərinin keçirməsi mətndən çıxarılıb. Üçüncüsü, Ermənistan SSR-nn Ararat rayonunun bir sıra yaşayış məntəqələrində yerli əhali arasında toqquşmalar baş verməsi haqqında (mayın 11-ində) məlumat bütünlüklə götürülüb. Məlumatın sonundakı "Qəbul edilən qərarlar haqqında ictimaiyyətə vaxtaşırı məlumat veriləcək" cümləsi də atılıb.Azərinformun bu məlumatını başqa qəzetlər dərc etməyib. "Molodyojka"nın bu nömrəsində 1-inci səhifənin ətəyində Nəcəf Adiloğlunun "Mı v otvete za çest naroda" ("Xalqın şərəfinə görə cavabdehik") adlı çox dəyərli məqaləsi də verilib» (9).



Yüklə 12,01 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   201




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin