Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə10/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   ...   6   7   8   9   10   11   12   13   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

 
 
 
 
 
2.3. Torpaqdan istifadənin ekoloji nəticələri və onun aradan 
qaldırılması yolları 
Araşdırmalar göstərir ki, torpaq sahələrinin aqrar sektorda istifadədən 
kənarlaşmasının başlıca səbəblərindən ən mühümləri məsuldar torpaq sahələrində 
müxtəlif infrastruktur obyektlərinin tikintisinin intensiv artmasıdır. Kür-Araz 
iqtisadi rayonunda son 20-30 ildə sənaye, nəqliyyat və başqa strukturların 
nəzdindəki torpaq sahələri 20%-ə yaxın yüksəlmişdir.Daha yüksək artımSalyan və 
Muğan zonasında 20,2%, nisbətən aşağı göstərici isə Şirvan düzündə qeydə 
alınmışdır.Sənaye infrastrukturunun müxtəlif bölmələrinin statistik təhlili göstərir 
ki, tədqiqatının göstərdiyi kimi həmin sahələrə yönəldilən investisiya qoyuluşu, 
infrastruktur obyektlərinin tutduğu sahələrin həcmi ilə bilavasitə bağlıdır. Misal 
üçün, investisiya qoyuluşunun həcmi sahələrin tikintisindən asılı olaraq həmin 
dövr qiymətləri ilə 10 min ABŞ dolları civarında dəyişilir.SES və digər 
infrastruktur elementlərinin tikintisində 15-400 ha arası torpaq sahəsi nəzərdə 
tutulmalıdır[29,40]. 
Tədqiqatlardan məlum olur ki, su anbarları və mədən sənayesi sahələrinin 
inkişafı ilə bağlı olaraq iqtisadi rayonda torpaqlar əkin üçün istifadəyə yararsız 
vəziyyətə düşür.Regionda əhalinin artması, şəxsi evlərin və həyətyanı ərazilərin 
artması kənd təsərrüfatında torpaqların dövriyyəsindən çıxmasına gətirib çıxaran 
əsas səbəblərindən biridir. Son 20 ildə iqtisadi rayonda həyətyanı sahələr 11,2 min 
ha artmışdır [40]. İqtisadi rayonun yaşayış məntəqələrində yeni binaların


tikintisini kənd daxilində olan ehtiyat torpaq sahələrində aparmaq mümkündür. 
Yaxşı olardı ki, müxtəlif səbəblərdən dövriyyəsindən çıxan torpaqlardan alınan 
gəlir həmin ərazilərdə tikilən sənaye müəssisələri tərəfindən ödənilmiş olsun. 
Regionda aparılan tədqiqatların nəticələrinə görə iqtisadi rayonda yeni 
sənaye parklarının,o cümlədən, neftçıxarma, energetika, kimya,yüngül,yeyinti və
tikinti sənaye sahələlərinin inkişafına əsasən 2017-ci ilə qədər 15-20 min ha
torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsindən çıxarilmışdır. İqtisadi rayonun 
müxtəlif zonalarında olan torpaq resurslarının istifadəsindən yaranan nöqsanların
aradan qaldırılması kənd təsərrüfatı sahələrinin ixtisaslaşmasına və kompleks 
şəkildə inkişafına böyük təkan verəcəkdir. 
Məlundur ki, Kür-Araz təbii-coğrafi regionunun iqlimi yarımsəhra və quru 
çöl tipli olduğundan, burada əkinçilik yalnız suvarma yolu ilə inkişaf edə 
bilir.Burada su və torpaq ehtiyatları kənd təsərrüfatı sahələrində məhsuldar 
qüvvələrin inkişafı və yerləşməsində əsas rol oynayır. Əkinçilik sahələrində suya 
olan tələbat ilbəil daha da artır.Kür-Araz iqtisadi rayonunda yerli su ehtiyatı 
olmadığından bölgədə məhsuldar qüvvələrin yerləşdirilməsi və inkişafı xeyli əlavə 
problemlərə məruz qalır. 
Aydındır ki, su təsərrüfatının inkişafına xərclənən vəsaitin səmərəliliyi 
suvarılan əkin sahələrindən alınan məhsulun həcmi ilə müəyyənləşdiyindən burada 
məhsuldarlıq aşağı olduqda rentabellik də aşağı olur. Ona görə suvarma suyundan 
itkisiz və səmərəli istifadə edilməsi bu tədbirlərinə sərf olunan vəsaitin 
səmərəliliyini artırır. 
Son illərdə suvarma şəbəkəsində olan torpaqların həcminin sabit qalmasına 
baxmayaraq, kənd təsərrüfatına yararlı torpaqlar 4,4 min ha, şumluq sahələr 18,7 
min ha, çoxillik əkmələr 12,5 min ha, otlaqlar 30,6 min ha artmış, dincə qoyulmuş 
sahələr 66,3 min ha və biçənəklər 1,0 min hektar azalmışdır. Bu da onu göstərir ki, 
suvarılan əkin sahələrinin artımı dincə qoyulmuş və biçənək sahələrinin hesabına 
olmuşdur. Suvarılan əkin sahələrinin genişləndirilməsində kollektor-drenaj 
şəbəkəsinin genişləndirilməsinin böyük əhəmiyyəti vardır. Hazırda-iqtisadi 
rayonda 180,4 min ha sahə kollektor-drenaj şəbəkəsi ilə təmin edilmişdir ki, bu da 


suvarılan əkin sahələrinin yalnız 1/3 hissəsini əhatə edir. Bu da regionda kollektor-
drenaj şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsini mühüm bir vəzifə kimi 
qarşıya qoyur [29]. 
1976-cı ildə istismara verilmiş Sərsəng su anbarının suvarılan torpaqların 
genişləndirilməsində mühüm rolu olmuşdur. Həmin su anbarının istismara 
verilməsi 140 min ha-dan çox torpağı suvarmağa imkan vermişdir. Eyni zamanda 
perspektivdə Baş Şirvan, Baş Mil kanallarının və s. yenidən qurulması nəticəsində 
iqtisadi rayonun ərazisində 100 min ha artıq torpaq sahəsinin suvarma suyu ilə 
təminatı yaxşılaşdırılacaqdır ki, göstərilən tədbirlərin yerinə yetirilməsi nəticəsində 
regionda suvarılan torpaqların sahəsi 800 min ha-a çatdırıla bilər [18,29]. 
Qeyd etmək lazımdır ki, Respublikamızın təbii-iqtisadi coğrafi zonalardakı 
suvarma sistemləri arasında fərqlərdən torpaqların rütubətlə təmin edilmə dərəcəsi 
müxtəlif olduğundan məhsuldarlıq da eyni deyildir.
Məlumdur ki, regionda suvarılan torpaqlarda becərilən ərzaq və yem 
bitkilərinin yüksək məhsuldarlığa malik olması və həm də həmin torpaqlardan 
istifadəedilmə səviyyəsi özünü ümumi məhsulun maya dəyərində göstərir. 
İqtisadi rayonda əkilən torpaqların məhsuldarlığı və səmərəliliyi suvarma 
əkinçiliyinin göstəriciləri ilə yanaşı həm də dövlətin suvarma sistemlərinin 
istismarına ayırdığı xərclərdən də asılıdır.Tədqiqatlar göstərir ki, əkinçilikdə 
suvarma sistemlərinin istismarına ayrılan xərclərin az olduğu yerlərdə 
məhsuldarlıq da aşağı səviyyədədir.Bu baxımdan regionda suvarma sistemləri 
daim təkmilləşdirilməli,rekonstruksiya olunmalıdır. 
Aydındır ki, suvarılan torpaqlardan iqtisadi səmərə əldə etməyə təsir 
göstərən bir sıra amillər vardır. Həmin amillər irriqasiya sistemlərinin texniki 
göstəriclərindən, suvarma üsullarından və rejimindən, suvarılan torpaqların
təmərküzləşmə və ixtisaslaşma səviyyəsindən, maddi-texniki resurslarla 
təmininatından əhəmiyyətli dərəcədə asılıdır. Buna görə də göstərilən amillərin hər 
biri suvarılan torpaqlardan səmərəli istifadə edilməsinə, onun məhsuldarlığının 
yüksəldilməsinə və suvarılmaya yönəldilən investisiyanın iqtisadi səmərəliliyinin 
artrılmasına təsir göstərir. Suvarılan topaqlardan istifadənin iqtisadi göstəricilərinin 


təhlili göstərir ki, bu torpaqların məhsuldarlığının artırılması və onun iqtisadi 
səmərəliliyinin yüksəldilməsi kənd təsərrüfatı məhsullarının istehsal artımından 
asılıdır. Suvarma həmçinin təsərrüfatlarda istehsalın həcminin artırılmasında, kənd 
təsərrüfatı məhsullarının yüksəlmə istiqamətində satılmasında, təsərrüfatların 
iqtisadi cəhətdən möhkəmləndirilməsində və s.-də həlledici rol oynayır. Bu isə, öz 
növbəsində, təsərrüfatlarda xalis gəlirin və mənfəətin artmasına, əsas fondların 
yüksək səviyyədə olmasına imkan yaradır [29]. 
Kür-Araz 
iqtisadi 
rayonunda 
kənd 
təsərrüfatı 
sahələrinin 
intensivləşdirilməsinin,səmərəli istifadəsinin əsas məğzi suvarmaya ayrılan
investisiyanın daha tez, əkinçilik və heyvandarlıqda istehsalın həcminin çoxalması 
hesabına ödənilməsində özünü doğruldur. Müasir dövrdə regionda suvarmanın 
inkişafı üçün irriqasiya sisteminin təkmilləşdirilməsi, suvarma əkinçiliyi 
zonalarındakı torpaqlarda istehsalın təmərküzləşməsi və ixtisaslaşması, daha da 
genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. 
Suvarılan torpaqların intensivləşdirilməsinin gələcək yolu onların iqtisadi 
münbitliyinin artırılması əsasında bu torpaqların iqtisadi səmərəliliyinin 
yüksəldilməsindən ibarətdir. Bu, əsasən, suvarılan torpaqlara əmək və vəsait 
qoyuluşunun artırılması ilə mövcud çatışmazlıqların – bir tərəfdən investisiya 
qoyuluşunun həcmi ilə fondla təminatın aşağı səviyyədə olması, digər tərəfdən isə 
suvarma sistemlərinin istifadəyə verilməsilə suvarılan torpaqlardan istifadə 
edilməsi və suvarma əkinçiliyi mədəniyyətinin aşağı səviyyəsi arasındakı 
əksikliklərin aradan qaldırılması ilə və həmçinin, su təsərrüfatı müəssisələrilə kənd 
təsərrüfatı müəssisələri arasında hazırla fəaliyyət göstərən iqtisadi mexanizmin 
təkmilləşdirilməi yolu ilə həyata keçirilə bilər. 
Kür-Araz iqtisadi rayonunun ərazisində münbitliyi və məhsuldarlığı aşağı 
olan şoran və şorakətləşmiş.bataqlıqlaşmış,eroziyaya uğramış torpaq sahələri geniş 
yayılmışdır ki, növbəti fəsildə bu məsələ geniş araşdırılır. 



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin