Fəsil II. Kür-Araz iqtisadi rayonunun torpaq resurslarının
istifadəsinin müasir vəziyyəti
2.1. Torpaq fondu və onun istifadəsinin müasir vəziyyəti
İqtisadi-coğrafi mövqe və təbii şəraitlə əlaqədar olaraq torpaq
ehtiyatlarından istifadə proseslərinin müxtəlifliyinə görə digər iqtisadi
rayonlarından fərqlənən Kür-Araz iqtisadi rayonunun sahəsi 2,6 mln. ha-dır və bu
respublikanın ümumi ərazisinin 30,3%-i deməkdir.İqtisadi rayonun ümumi
sahəsinin təxminən 3/2 hissəsi əkinçilik və heyvandarlığın inkişafı üçün
əhəmiyyətli hesab olunur [29,40].
Kür-Araz iqtisadi rayonu ölkənin ərazi sahəcə ən böyük iqtisadi rayonudur
və torpaq ehtiyatları ilə yüksək təmin edilmiş bölgələrdən hesab edilir. İqtisadi
rayon əkinçilik üçün lazımı torpaq ehtiyatlarının tiplərinə və növlərinə münasib
fərqlənir və ərazisində istifadə edilən müvafiq torpaqların 3/1-i, əkin yerlərinin
50%-ə qədəri, qış otlaqların 3/1-i həminbölgənin hesabına düşür. Ancaq
göstərilməlidir ki, bölgədə istifadəyə yararlı torpaq ehtiyatlarının quruluşu ilə
respublikanın uyğun torpaqları arasında quruluş fərqlərinə rast gəlinir. Deməli
Respublika ərazisi üzrə şümluq sahələr ümumi torpaq sahəsinin 16,8%-ni, əkinçilik
və heyvandarlıq əhəmiyyətli ərazilər isə təxminən ərazinin 3/1-ni əhatə edir.
Həmin götəricilər Kür-Araz bölgəsi ərazisində uyğun olaraq təxminən 3/1 və 5/2-ə
müvafiqdir. İqtisadi bölgədə torpaq sərvətlərinin 2- 4% arası çoxillik bitkilər, 2/1
hissəsiotlaq və biçənək kimi istifadə olunan torpaqlardır [18,29].
Kür-Araz iqtisadi rayonunda əkinçilik və heyvandarlıq əhəmiyyətli münbit
torpaqların və şümluq ərazilərinin dəyərinin böyük olması həmin sahələrdən
səmərəli və kompleks şəkildə mənimsəməyə imkan yaradan amillərdən hesab
olunur.
İqtisadi rayonunun torpaq fondunun strukturu aryı-ayrı ekoloji-iqtisadi
sahələr üzrə fərqlidir.İqtisadi bölgənin daxilində olan Kür-Araz ovalığına məxsus
düzənliklərin torpaq sahələrindəfərqli fiziki-kimyəvi və aqrokimyəvi xüusiyyətlər
mövcuddur. Kür-Araz bölgəsinin torpaq sərvətləri boz torpaq tipləri ilə xarakterizə
olunurlar. Həmin torpaqlar ərazilər üzrə bir-birindən yüksək şorakətləşmə,
qələviləşmə, gilli bərkimə və digər mənfi fiziki xarakterləri ilə seçilirlər. Qeyd
edilən vəziyyət Kür-Araz bölgəsinin torpaq sərvətlərinin növ müxtəlifliyinə,
həmçinin torpaqlardan müxtəlif məqsədlərlə istifadəsinə səbəb olmuşdur. Müasir
dövrdə bölgənin ümumi torpaq sahəsinin 10/1-i isə Arazboyu, 4/1-iayrılıqda Şirvan
və Mil-Qarabağ, 3/1-i isə Muğan-Salyandüzlərinin ərazisində yerləşir. Ümumi
torpaqlara nisbətdə aqrar sektor üçün əhəmiyyətli torpaq sərvətlərininistifadə
xüsusiyyətinə görə3/2-siKür-Araz bölgəsi daxilində olan düzənliklərin payına
düşür.Eyni zamanda qeyd edilməlidir ki, əkinçilik altında istifadə olunan
məhsuldar torpaq sərvətlərinin tədqiqat bölgəsində payı düzənliklərdən asılı olaraq
30-50% arasında dəyişilir [18,29].
İqtisadi rayonda torpaq sərvətlərindən səmərəli və kompleks istifadə
torpaqların həm məhsuldarlığını yüksəldər, həm də əkinçiliyin əhəmiyyətli
inkişafına gətirib çıxarar. Belə yanaşsaq onda bölgədə hazırda istifadə olunmayan
və ya dincə qoyulmuş torpaq sərvətlərini yenidən kənd təsərrüfatı məqsədləri ilə
istifadə etmək xüsusi əhəmiyyətə malikdir.Ölkə üzrə dincə qoyulmuş torpaqların
3/1-i Kür-Araz bölgəsinin payına düşür. Region ərazisində olan ehtiyat torpaqların
4/2-si Şirvan və Muğan-Salyan, 10/1-i Mil-Qarabağ və təqribən 4%-i Arazboyu
düzənliklərdədir.
Tədqiqat rayonunda çoxillik bitkilərin altındakı ərazi sahəsi çox deyildir və
59,7 min ha təşkil edir ki, onun 2,6%-i Şirvan zonasında, 5,5%-i Mil-Qarabağ
zonasında, 0,7%-i Muğan-Salyan zonasında, 7,3%-i isə Arazboyu zonada yerləşir.
İqtisadi rayonun təbii-coğrafi xüsusiyyətləri, aqroiqlim ehtiyatları imkan verir ki,
bölgədə həm pambıqçılıq, tərəvəzçilik və bostançılıq və həm də quru subtropik
meyvəçilik intensiv inkişaf etsin.
Kür-Araz iqtisadi rayonun ərazisində biçənək sahələri az, otlaq əraziləri isə
5,5% təşkil edir. Otlaq və biçənəklər tədqiqat bölgəsində heyvandarlığın il boyu
açıq şəkildə inkişaf etdirilməsi üçün böyük imkanlar açır. Buna iqlim amilinin
ilboyu mülayim keçməsi də şərait yaradır [29,40].
Regionun torpaq fondunda son illərdə əhəmiyyətli dəyişikliklər müşahidə
edilməkdədir. Deməli, 1990-2016-cı illər arası müddətdə bölgədə istifadə
olunmayan torpaq sahələri və biçənək əraziləri xeyli məhdudlaşmış, əksinə aqrar
sektorda istifadə oluna bilən əkin yerləri və bağlar əhəmiyyətli miqdarda
yüksəlmişdir. Bu onu bildirir ki, həmin ərazilərdən müxtəlif məqsədlər
üçün,xüsusən də pambıqçılıq, üzümçülük və meyvə-tərəvəz istehsalı üzrə istifadə
etmək daha məqsədəmüvafiqdir.
Kür-Araz iqtisadi rayonunun torpaq fondunun strukturunda istifadəçilər
arasındakı bölgüsünün tədqiqi göstərir ki, 2016-cı ilin statistikasına əsasən
istifadədə olan ümumi torpaqların 10/9-u kənd təsərrüfatı üzrə fəaliyyətdə olan
sahibkarların ixtiyarındadır. Bunlarla yanaşı istifadədə olan bölgə torpaqlarının
digər hissələri dövlət,bələdiyyə, sosial və sənaye infrastrukturları məqsədləri üçün
saxlanılmış torpaq sahələrinin hesabına düşür.Tədqiqat ərazisində hazırda aqrar
məqsədlər üçün yararlı hesablanan ərazidəki torpaqların 3%-i yerli əhalinin şəxsi
mülkiyyətinə ayrılmışdır. Nəticədə, həm şəxsi torpaq mülkiyyətçiləri və həm də
digər aqrar sektor istifadəçilərinin ümumi torpaq istifadələrində payları 98%-ə
çatmışdır [18,29,40].
Tədqiqat bölgəsində əkinçiliyin müasir inkişaf xüsusiyyətləri və
istiqamətləri torpağın məhsuldarlığının artırılmasına kömək edir. Digər tərəfdən
torpaqlarda müxtəlif meliorasiya tədbirlərinin aparılması da əkin sahələrinin
genişləndirilməsinə
gətirib
çıxarır.Belə
ki,torpaqların
daşlardan
təmizlənməsi,irriqasiya eroziyasına qarşı mübarizə aparılması,bataqlıqların
qurudulması və arid regionda süni suvarma sisteminin qurulması vacib mühafizə
tədbirləri hesab olunur.Ölkəmizin Kür-Araz ovalığında şoranlaşmış torpaqlara
meliorasiya tədbirləri tətbiq olunaraq əkin sahələri yenidən bərpa edilir.
Kür-Araz iqtisadi bölgəsində torpaqların pisləşməsi ilə əlaqədar aşağıdakı
tədbirlərin müntəzəm yerinə yetirilməsi məqsədəuyğundur; tarlaqoruyucu meşə
zolaqlarının salınması,süni sututarların yaradılması və irriqasiya sistemlərinin
təkmilləşdirilməsi və s. Hazırda regionda insan fəaliyyətinin torpaq örtüyünə və
torpaqda gedən proseslərə təsir miqyası getdikcə artmaqdadır.Bunu nəzərə alaraq
torpaqla bağlı effektiv tədbirlərin yerinə yetirilməsi,torpaqların mühafizəsi və
məhsuldarlığının artırılması üçün tədbirlər planı nəzərdə tutulmalıdır. Kür-Araz
regionunun torpaqlarının şoranlaşması bölgə üçün xarakterik haldır.Tərkibində
kənd təsərrüfatı bitkilərinin inkişafına maneə ola biləcək miqdarda suda asan həll
oluna bilən duzlar toplanmış torpaqlara şoran torpaqlar deyilir. Torpaqların üst
qatlarının duzlarla zəngin olması həmin torpaqların səciyyəvi xüsusiyyətidir.
Regionda zonadaxili torpaqlar kimi şoran torpaqlar zonal torpaqlar fonunda
Azərbaycanın Kür-Araz ovalığında daha geniş yayılmışdır.Həmin torpaqlar
respublika ərazisinin 1,3-1,5%-ni əhatə edirlər. Şoranlıqlar qərbə-Xəzər sahillərinə
doğru çoxalır.Şoran torpaqlar duzların anion və kationlarının nisbətinə və
morfoloji əlamətlərinə görə müxtəlif qruplara bölünürlər. Suda asan həll oluna
bilən duzların kimyəvi tərkibinə görə duzlar xloridli,sulfatlı,sodalı və qarışıq
şorlaşmış torpaqlara ayrılırlar. Azərbaycanın şoran torpaqlarının duz toplanmanın
xarakterindən və şəraitindən asılı olaraq iki genetik tipi fərqləndirilir; avtomorf və
hidromorf şoranlar. Kur-Araz ovalığı düzənlikləri üçün əsasən hidromorf
şoranlıqlar səciyyəvidir. Bu torpaqlarda minerallaşmış qrunt suları yaxın dərinlikdə
yerləşirlər. Həmin torpaqların səciyyəvi xüsusiyyəti həll olan duzların torpaqların
üst qatında toplanmasıdır. Burada bitki örtüyü çox kasıb olub əsasən
şorəngə,qarağan,qışotu və s. ibarətdir. Adətən qrunt suları torpağa yaxın yerləşdiyi
üçün onların ərazidə totpaqyaranmada əhəmiyyəti böyükdür.Torpaq qrunt sularının
səviyyəsindən asılı olaraq inkişaf edərək dəyişilir. Qrunt suları tərkibindəki
maddələrlə torpağı kimyəvi cəhətdən zənginləşdirir. Tədqiqatlar nəticəsində aşkar
olunmuşdur
ki,
bütövlükdə
iqtisadi
rayonda
bataqlıqlaşma,kolluqlaşma,şorəkətləşmə üzündən 700 min ha yaxın torpaq sahəsi
hazırda demək olar ki, istifadəsiz vəziyyətdədir
[29,40].
Dostları ilə paylaş: |