Əlyazması hüququnda



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə16/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   ...   10   11   12   13   14   15   16   17   18
crai-F-rid-Dissertasiya-son (1)

Nəticə və təkliflər 
1. Kür-Araz İR-nın geoloji inkişaf tarixi, iqlimi, relyefi, suları, torpaq-bitki 
örtüyü təbii-resurs potensialının formalaşmasına və inkişafına səbəb olmuşdur 
ki,bu da iqtisadi rayonda tarixən torpaq ehtiyatlarından intensiv istifadəyə səbəb 
olmuşdur. 
2. İqtisadi rayonun sosial-iqtisadi inkişaf səviyyəsi regionun təbii və əmək 
ehtiyatları ilə təmin olunma dərəcəsindən, onların yerləşmə və mənimsəmə 
xarakterindən, bu ehtiyatların ictimai istehsala cəlb edilmə və ekoloji-iqtisadi 
qiymətləndirmə səviyyəsindən çox asılıdır. 
3. Kür-Araz İR-nın ərazisində olan neft, qaz, yod və bromla zəngin 
minerallaşmış yeraltı sular, tikinti materialları, torpaq və su ehtiyatlarının ictimai 
istehsala cəlb edilməsi və onlardan istifadənin səviyyəsinin getdikcə artması 
sənaye sahələrinin,xüsusən də hasilat sənayesinin hərtərəfli inkişafına səbəb 
olmuşdur ki, bu da öz növbəsində torpaq resurslarının çirklənməsinə, 
şoranlaşmanın, bataqlaşmanın və eroziyanın artmasına, həmçinin digər neqativ 
proseslərə səbəb olmuşdur. 
4. İqtisadi rayonun təbii sərvətləri əsasında burada neft və qazçıxarma, 
kimya, tikinti materialları, energetika sənaye sahələri formalaşmış və həmin 
sahələrin inkişafı üçün yeni-yeni köməkçi istehsal sahələri yaranmışdır ki, həmin 
sahələrin yaratdıqları sənaye tullantıları regionun ekoloji durumuna mənfi təsir 
göstərir. 
5. Aran İR ərazisində torpaqların şoranlaşması və neftlə çirkləndirilməsi
irriqasiya eroziyası, tuqay meşələrinin məhv edilməsi, təbii yerli içməli su 
mənbələrinin olmaması, burada yaşayan əhalinin 70-80%-nin Gürcüstan və 
Ermənistan ərazilərində ifrat dərəcədə çirkləndirilmiş Kür çayının suyundan 
istifadə etməsi və s. də əsas ekoloji problemlərdir. 
6. İqtisadi rayonda təbii dağıdıcı hadisələr və müasir dövrdə antropogen
fəaliyyətin yüksəlməsi səbəbindən Kür və Araz çaylarının su rejimindəki 
dəyişikliklər, arid iqlim şəraiti və s., ərazidə yerləşən göllərin hidroloji rejimi və 


yerləşməsinə təsir etmiş, nəticədə baş verən bu hadisələr yeni su hövzələrinin 
meydana gəlməsinə və mövcud göl su hövzələrinin tamamən yox olmasına gətirib 
çıxarmışdır.
7. Kür-Araz regionunda kənd təsərrüfatında torpaqlara verilən mineral 
gübrələr və bitki mühafizə vasitələri bir tərəfdən məhsul istehsalının artırılmasına 
və onun mühafizə olunmasına imkan yaradır, digər tərəfdən torpağın və ətraf 
mühitin çirklənməsinə səbəb olur. Regionda bütövlükdə su ehtiyatlarından 
səmərəli istifadə edilməsi və onlann mühafizəsi, tədqiq edilən regionda mövcud 
təsərrüfatın ərazi strukturlarının yenidən qurulmasına gətirə bilər, məhsuldar 
qüvvələrin gələcək inkişafına mühüm dərəcədə təsir göstərər. Regionun sosial-
iqtisadi inkişafı ilə əlaqədar ərazidə istifadə edilməyən dövlət torpaqlarının 
mənimsənilməsinin ekoloji məsələləri mühüm əhəmiyyətə malikdir.
8. Aran iqtisadi rayonunda torpaq örtüyünün ərazi üzrə yerləşməsinin təhlili 
göstərir ki, burada torpaqların mühafizəsi və bərpası üzrə bir sıra tədbirlərin həyata 
keçirilməsi məqsədəuyğundur. Rayonun sosial-iqtisadi inkişafının təmin edilməsilə 
əlaqədar ilk növbədə torpaqların meliorasiya yolu ilə saflaşdırılması ərazidə kənd 
təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Sonra ərazini bütövlükdə 
eroziya prosesinin gedişinə qarşı hazırlamaq, şırımlarla əkin aparmaq, qoruyucu 
meşə zolaqları salmaq və s. tədbirlərin görülməsi zəruri hesab olunur. Müxtəlif su 
mənbələrinin təsiri altında qurunt sularının səviyyəsinin qalxması ilə bataqlaşma və 
şoranlaşma halları baş verən ərazilərdə drenaj şəbəkəsi yaratmaq vacib məsələdir. 
Çökəkliklərdə bataqlıqlaşma prosesi gedən torpaqlarda qurunt sularının səviyyəsini 
normal vəziyyətə salmaq üçün qurudulma işlərinin aparılması, şoranlaşmanın, 
torpaqların münbitliyini artırmaq və torpaqların deqradasiyaya uğramasının 
qarşısını almaq olar.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin