Əlyazması hüququnda


 Kür-Araz iqtisadi rayonunun torpaqlarını çirkləndirən mənbələr



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə15/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   ...   10   11   12   13   14   15   16   17   18
crai-F-rid-Dissertasiya-son (1)

 
3.3. Kür-Araz iqtisadi rayonunun torpaqlarını çirkləndirən mənbələr
və onların aradan qaldırılmasının iqtisadi səmərəliliyi 
Statistik məlumatların təhlili göstərir ki, Kür-Araz iqtisadi rayonu hələ 
keçmiş sovetlər dövründə inkişaf etmiş sənaye və çoxsahəli kənd təsərrüfatına 
malik olmuşdur. İqtisadi rayonda istehsal olunan ümumi məhsulun 45%-i 
sənayenin, 35%-i kənd təsərrüfatının payına düşmüşdür. Respublikada istehsal 
olunan ümumi sənaye məhsulunun 12%-i, o cümlədən, elektrik enerjisinin 85%-i, 
neft hasilatının 8,5%-i, neft-kimya məhsullarının 2,5%-i, yeyinti sənayesinin 2%-i, 
xam pambığın 95%-i iqtisadi rayonun payına düşür [18,40]. Kənd təsərrüfatında 
pambıqçılıq,quru subtropik meyvəçilik, taxılçılıq, üzümçülük,tərəvəzçilik və 
bostançılıq iqtisadi rayonda ixtisaslaşmış təsərrüfat sahələridir.. Kür-Araz iqtisadi 
rayonunun müasir inkişaf səviyyəsi və ekoloji vəziyyəti təsərrüfatın müxtəlif 
sahələrinin inkişafı və ixtisaslaşmasına təsir göstərir. İqtisadi rayon ərazisi zəngin 
neft-qaz 
və 
mineral-xammal 
ehtiyatlarının 
çoxluğuna, 
həmçinin 
su 
çatışmamazlığma görə səciyyələnir. Tədqiqat ərazisinin zəngin təbii-resurs 
potensialı, onun intensiv mənimsənilməsi və sənaye qovşaqlarının formalaşması 
sürətlə gedir. Təsərrüfat komplekslərinin strukturunu təyin edən su təsərrüfatı 
problemlərinin həlli müasir mərhələdə ən mühüm amillərdəndir. İqtisadi rayonda
suvarma əkinçiliyinin intehsiv inkişafı su təchizatının əhəmiyyətini həmişə 
artıracaqdır. Regionda ümumi torpaq fondunda aqrar sektorda istifadə oluna bilən 


torpaqlar tədqiqat ərazisinin 3/2 hissəsini əhatə edir və bunun da 42%-i əkilir. 
Əkinçilik məqsədilə becərilən torpaqların yarısında suvarma tətbiq edilir [29,40]. 
Mövcud torpaq və su ehtiyatlanndan regionda elmi-texnoloji qaydalara əməl 
edilmədən istifadə, kənd təsərrüfatında məhsuldarlığı aşağı salmaqla yanaşı iqtisadi 
və ekoloji tarazlığın pozulmasına da səbəb olmuşdur. Əkinçilikdə istifadə edilən 
mineral gübrələr və bitki mühafizə vasitələri məhsul istehsalını artırmaqla yanaşı 
onun mühafizə olunmasına imkan yaratsada torpağın və ətraf mühitin 
çirklənməsinə səbəb olur. Kənd təsərrüfatında torpaqların meliorativ vəziyyətinə 
çəkilən xərclərin az olması səbəbindən torpaqların ekoloji şəraiti pisləşmişdir, 
torpaqlar şoranlaşmış və bataqhqlaşmışdır. Səbəbi ərazinin torpaq qurunt şəraiti 
öyrənilmədən su anbarları yaradılıb əkin sahələrini suvarmaq üçün torpaq kanallar
çəkilməsidir. Lakin su anbarlarından, kanallardan sızan sular həm torpaq 
sahələrində duzlaşma və bataqlıqlaşma yaradır, həm də ekoloji şəraiti 
gərginləşdirir. Hesablamalar göstərir ki, regionun əsas su ehtiyatı mənbəyi Kür və 
Araz çayları və onların iqtisadi rayon ərazisindən axan qollarının sularıdır. İqtisadi 
rayon ərazisində su ehtiyatlarından səmərəli istifadə edilməsi və onların 
mühafizəsi, mövcud təsərrüfatın ərazi strukturlarının yenidən qurulmasına və 
məhsuldar qüvvələrin gələcək inkişafına əhəmiyyətli təsir edər. Tədqiqat 
ərazisində istifadə edilməyən dövlət torpaqlarının mənimsənilməsinin ekoloji 
aspektləri mühüm əhəmiyyət daşıyır. Həmin torpaqlara mənsub ekosistemin 
korlanmadan mühafizə edilməsi tədbirlərini qabaqcadan nəzərə almaq vacib 
məsələdir.
Toplanmış məlumatların təhlili göstərir ki. Kür-Araz iqtisadi rayonunda 
məhsuldar qüvvələrin inkişafı və yerləşdirilməsi bir sıra iqtisadi və ekoloji 
problemlərlə sıx bağlıdır. Bunlara yanacaq və mineral-xammal resurslarından 
səmərəli və kompleks istifadə, su mənbələrinin çirklənmədən mühafizəsi, iri 
şəhərlərin hava hövzəsinin qorunması, landşaft strukturlarına texnogen təsirin 
optimallaşdırılması və s. aiddir. Yuxarıda qeyd edilən pozuntuların bərpa edilməsi 
və çirklənmədən qorunması mühüm iqtisadi və ekoloji əhəmiyyət kəsb edir.
İqtisadi rayon zəngin neft-qaz ehtiyatlarına malikdir. Həmin ehtiyatlar Kürovdağ, 


Qarabağlı, Neftçala, Kürsəngə, Pirsəhhət, Mişovdağ, Qalmaz, Muradxanlı, 
Mollakənd və s. yataqlardadır. Neftçala və Xıllıdakı yodlu-bromlu su ehtiyatları
sənaye əhəmiyyətli yataqlardır. Rayonun ərazisində çöküntü süxurlarının geniş 
yayılması, burada tikinti xammalının çox böyük ehtiyatlannm olmasına səbəb 
olmuşdur. Regionda kərpic-kirəmit gili, mişar daşı, kirəc ehtiyatları, əhəng daşı. 
çınqıl və gil, qum-çınqıl, yüksək temperaturlu termal su ehtiyatları və s. çox böyük 
təsərrüfat əhəmiyyəti daşıyır. Buradakı termal su quyusu 10 mln. m3-dən çox 
suvermə qabiliyyətinə malikdir və suyun temperaturu 75-85°C -yə çatır. Həmin 
termal suların tərkibi mineral duzlarla zəngindir.Sulardan həm müalicə üçün, həm 
də şəhər təsərrüfatında, məişətdə və s. geniş istifadə edilə bilər.Regionda olan 
termal suların tərkibindəki mineral maddələr kimya sənayesi üçün əsas 
xammallardan biridir. Eyni zamanda mineral suların çıxarılıb istifadə edilməsi və
çirklənmədən mühafizəsi məsələləir də öyrənilməlidir. Kür-Araz iqtisadi 
rayonunun sosial-iqtisadi inkişafında mühüm yer tutan mineral-xammal 
ehtiyatlarından səmərəli və kompleks istifadə edilməsi, mühafizəsi,regionda 
ekoloji-iqtisadi tarazlığın qorunub saxlanmasında mühüm əhəmiyyət daşıyır. 
Statistik təhlil göstərir ki, XX əsrin ikinci yarısında iqtisadi rayonun ayrı-ayrı 
sahələrində ətraf mühit, insanların səmərəsiz fəaliyyəti nəticəsində əhəmiyyətli 
mənfi təsirə məruz qalmışdır. Xüsusən də neft-qaz hasilatı sahələrində 100 hektara 
yaxın torpaq yararsız vəziyyətə düşmüş, tikinti materialları istehsal olunan 
ərazilərdəki yataqların ətrafında isə ətraf mühit korlanmışdır.
İqtisadi rayon ərazisində su təsərrüfatı problemlərinin aradan qaldırılması
təbiət və cəmiyyətin qarşılıqlı təsiri sistemində mühüm aktuallığa malikdir. 
Hazırda su ehtiyatlarından regionda səmərəli istifadənin əsas yolu əkinçilikdə 
torpaqların suvarılmasının, əhalinin su təminatının, elektrik enerjisinin istehsalı və 
balıqçılıq kimi mühüm sahələrin daha geniş inkişafıdır. Rayonda çay şəbəkəsi 
Kürdən və onun qolları olan Tərtərçay, İnciçay, Aqquşa, Araz çayı və s. xırda 
çaylardan ibarətdir. Yer səthinə yaxın yerləşən yeraltı sular rayonun su ehtiyatını 
tamamlayır [18,19]. Ümumiyyətlə regionun kənd təsərrüfatında əkin sahələrinin, 
sənayenin və mənzil-kommunal təsərrüfatının suya olan tələbatı süni suvarma 


sistemləri vasitəsilə ödənilir. İqtisadi rayonun əsas suvarma mənbələri Yuxarı 
Qarabağ, Yuxarı Şirvan, Əzizbəyov, Baş Mil, Baş Muğan və Sabir adına 
kanallardır. Tədqiq edilən rayonda suvarma sistemlərinə aid olan su anbarları və su 
kanalları iqtisadi cəhətdən çox böyük səmərə verir. Təəssüflə deyd etməliyik ki, 
onların tikintisinin düzgün aparılmaması, torpaq kanallar üzündən gedən sızmalar 
hesabına torpaqlar şoranlaşaraq keyfiyyətini itirir. Nəticədə böyük vəsait hesabına
həmin torpaqlar bərpa edilərək təsərrüfat dövriyyəsinə qaytarılır. Mingəçevirdən 
başlayaraq Kürün sol sahilləri boyu torpaq sahələri Yuxarı Qarabağ kanalından 
sızan sular hesabına demək olar ki, şoranlaşdıraraq yararsız vəziyyətə 
düşmüşdür.Eyni zamanda paralel olaraq suvarılmada sudan düzgün istifadə 
edilməməsi səbəbindən torpaq sahələri yuyularaq eroziyaya məruz qalmışdır. 
Bəzən isə əkin sahələrinə mineral gübrələrin, pestisid və herbisidlərin verilməsi 
zamanı aqrotexniki qaydaların pozulması üzündən həmin məhsullar su ilə yenidən 
təbii su mənbələrinə qarışaraq suyun kimyəvi çirklənməsinə səbəb olur. Kür-Araz 
iqtisadi rayonunun torpaq sahələri Gürcüstanın və Ermənistanın ərazilərindən 
keçən Kür və Araz çaylanın yuxarı axınında sənaye tullantıları və məişət çirkabları 
ilə çirklənmiş sularla çirklənməyə məruz qalır. Araşdırılan məlumatların təhlili 
göstərir 
ki, 
Ermənistanın 
sənaye 
müəssisələrindən 
atılan 
tullantılar 
Arpaçay,Oxçuçay,Bazarçay və s. vasitə və yollarla Araz çayını çirkləndirir. Bu 
tullantılar qatılıq həddindən 100 dəfə və daha çox olan ağır metallardır ki,onlar da 
əsasən Ermənistanın Qafan-Qaçaran mis-molibden kombinatlarının çirkab suları 
ilə Oxçuçaya və onun vasitəsilə Araza axıdılır. Ermənistan ərazisindən Razdan 
çayına axıdılan çoxlu miqdarda mis, fenol, ammonyak, azot və digər radioaktiv 
məhsullar Arpaçay vasitəsi ilə Araz çayını çirkləndirərək həmin çirkli sularla Kür-
Araz iqtisadi rayonunun torpaq sahələri suvarılır ki, bu da əraziyə öz mənfi ekoloji 
təsirini göstərir. Əldə edilən statistik məlumatlara əsasın deyə bilərik ki, Arazın bu 
ölkənin ərazisindən axan hissəsində misin miqdarı yol verilən qatılıq həddindən 25 
dəfə, fenol 5 dəfə, manqan 2—4 dəfə çoxdur [18]. Gürcüstanda Tbilisi və Rustavi 
şəhərlərindən Kür çayına axıdılan təmizlənməmiş məişət çirkab suların və 
müəssisə tullantılarının çirkləndirməsi hesabına yol verilən qatılıq həddindən


fenolun miqdan 15-25 dəfə çoxdur. Azərbaycan ərazisində Kür çayının ən çox 
çikrlənmiş qollarından biri Qoşqar çayıdır ki, onun da çirklənmə mənbəyi 
Daşkəsən şəhər-kommunal və dağ-mədən sənaye müəssisələrinin çirkab sularıdır. 
Bu çayın suyunda mis birləşmələri yol verilən qatılıq həddindən 20 və fenol 8 dəfə 
çoxdur [18,40]. Kür və Araz çayları və onların tranzit qolları həm qonşu 
Gürcüstan və Ermənistan ərazisində, həm də Azərbaycanın öz ərazisində Gəncə, 
Mingəçevir, Şirvan və başqa şəhərlərin kommunal-məişət və sənaye çirkab suları 
ilə güclü çirklənməyə məruz qalırlar. İqtisadi rayonun ərazisində suvarılan torpaq 
sahələrinə çəkilmiş suvarma kanalları mütəmadi təmizlənmədiyindən, onların 
faydalı iş əmsalı da aşağı düşür. Bunun qarşısını almaq üçün ilk növbədə həm 
suvarma prosesində, həm də kanallarda həyata keçirilən aqrotexniki və 
hidromeliorativ tədbirlərlə su itkisini azaltmaq və ətraf mühitin qorunmasına ciddi 
əməl etmək lazımdır. Respublikanın ən iri qış otlaqlarının olduğu regionda 
suvarılmanın düzgün aparılmaması səbəbindən torpağa ziyan dəyir. Salyan, Muğan 
və Şirvan düzlərində kollektor-derenajların vaxtaşırı təmizlənrnəməsi nəticəsində 
kollektor-derenaj sularının səviyyəsi qalxaraq ətraf ərazilərin torpaq örtüyünün 
şoranlaşmasını artırır. İqtisadi rayonun ərazisində həm yeraltı suların qalxması,həm 
də gölləmə suvarma səbəbindən ifrat nəmlənmə və rütubət sevən bitkilərin geniş 
inkişaf etdiyi sahələrdə bataqlıqlar geniş yayılmışdır. Bataqlıqlar əsasən Ağgöl, 
Mehmangöl, Sarısu və s. ətrafında, xüsusilə çayların gətiımə konusları aralarındakı 
çökəkliklərdə yayılmışdır. Muğan düzündə Ağçala gölü ilə əlaqədar olaraq ümumi 
sahəsi 500 km2 -dən çox bir neçə bataqlıq yaranmışdır [18]. XX əsrin 2-ci 
yarısında Kür-Araz ovalığında o dövr üçün mükəmməl kollektor-drenaj 
sistemlərinin yaradılması nəticəsində bataqlıqların sahəsi nəzərə çarpacaq dərəcədə 
azalmışdır. Lakin son illər iqtisadi böhran səbəbindən, həm də meliorasiya işlərinin 
zəif aparılması üzündən rayonun ərazisində yerləşən kollektor-drenaj sistemi
dolmuş və lazımı səviyyədə təmizlənmədiyindən drenaj sularını çəkib apara bilmir 
ki, bunun da nəticəsində bataqlıqların sahəsi yenidən artmışdır. Araşdırmalar 
göstərir ki, Yuxarı Qarabağ və Yuxarı Şirvan kanalları sahilləri boyunca yeni 
bataqlıqlar yaranır ki,bu da ərazidə yeni ekoloji-iqtisadi gərginliyin artmasına 


səbəb olmuşdur. Kür-Araz iqtisadi rayonunda kənd təsərrüfatında əkinçiliyin üstün 
inkişafı torpaq sahələrinin məhsuldarlığının artmasını, suvarma və digər 
aqrotexniki tədbirlərinin təkmilləşdirilməsini, şoran torpaqlann meliorasiyasını 
tələb edir.
İqtisadi rayonda ən iri kollektordan biri olan Baş Şirvan kollektorundan ildə 
təxminən 250 min hektardan çox əkin sahələrində toplanan şor sular axıdılır. Mil-
Qarabağ və Muğan-Salyan kollektorları birləşdirildikdən sonra Baş Mil-Muğan 
adlanan bu kollektorun uzunluğu 416 km olmuş və onun vasitəsilə 506 min hektar 
ərazidən toplanan şor sular axıdılmağa başlanmışdır [18,40]. Təəssüf ki,əsas 
kollektorlara birləşdirilən ikinci dərəcəli kollektor-drenajlarda uzun illər təmizləmə 
işlərinin aparılmaması, ətraf sahələrdə qurunt sularının səviyyəsinin qalxmasına 
səbəb olur və nəticədə torpaqlar şoranlaşmaya və təkrar şorlaşmaya məruz qalır. 
Ümumiyyətlə əhəmiyyətli miqdarda maliyyə vəsaiti, əmək və əsas fondlar 
hesabına yaradılan yerüstü və yeraltı su ehtiyatlarından məqsədyönlü, səmərəli və 
qənaətlə istifadə edilərsə tədqiqat rayonu üçün ən vacib ekoloji və iqtisadi 
problemləri həll etmək olar. Kür-Araz iqtisadi rayonunun iqtisadiyyatında və 
ekologiyasında Xəzər dənizi mühüm əhəmiyyət daşıyır. Xəzərin təbii-coğrafi
iqlimi şəraiti Kür-Araz iqtisadi rayonunun iqliminə mühüm təsir göstərir. 1978-ci 
ildən Xəzər dənizinin səviyyəsinin qalxması ilə əlaqədar səth dalğaları və qurunt 
sularının səviyyəsinin qalxması səbəbindən iqtisadi rayonun dəniz sahili 
ərazilərinə, xüsusilə ən çox Salyan və Neftçala inzibati rayonlarında 40 000
hektara yaxın sahəyə ziyan vurmuşdur. Deməli, səviyyə tərəddüdü həm region 
ərazisinin sosial-iqtisadi inkişafına və həm də ekoloji mühitinə çox böyük zərər 
gətirmişdir. XX əsrin 2-ci yarısınadək Xəzərin səviyyəsi mütamadi endiyindən 
sahil zolağında sənaye, kənd təsərrüfatı, yaşayış məntəqələrinin tikintisi geniş 
inkişaf etmişdir. Neftçala rayonunda iki balıqartırma zavodları, kənd təsərrüfatına 
yararlı geniş əkin sahələri və bir sıra yaşayış məntəqələri 1978-ci ildən dəniz 
səviyyəsinin qalxması ilə əlaqədar su altında qalmış, ərazi böyük iqtisadi və ekoloji 
zərərə uğramışdır. İqtisadi rayonda Kür çayı boyunca Neftçala, Hacıqabul, Salyan 
rayonlarında çoxlu təbii və süni axmazlar mövcuddur və onlar balıqçılıq 


təsərrüfatının inkişafı üçün xüsusi əhəmiyyətə malikdir. Nohur balıqçılığı yerli 
əhalinin ərzaq təminatında böyük rol oynayır. Ancaq tədqiqatlar göstərir ki, 
Salyan, Neftçala və digər inzibati rayonlarda əhalinin bir qismi özünün pay 
torpaqlarında nohur düzəldərək balıq yetişdirirlər. Bu proses həm əkin yerlərinin 
azalmasına, həm də ətraf torpaqların şoranlaşmasına və çoxlu su itkisinə səbəb 
olaraq ekoloji-iqtisadi tarazlığı pozur. Eyni zamanda suvarma əkinçiliklə məşğul 
olan fermerlər su çatışmamazlığından əziyyət çəkirlər. Tədqiqat rayonunun
mühüm sərvəti olan torpaq həm kənd təsərrüfatında başlıca istehsal vasitəsi,həm də
məhsuldar qüvvə kimi mühüm sosial-iqtisadi əhəmiyyətə malikdir. Deməli, 
torpaqdan istifadənin yaxşılaşdırılması, mühafizəsi və münbitliyinin artırılması 
qarşıda mühüm problem kimi durmaqdadır. Torpaqdan istifadə prosesində lazımi 
aqromeliorativ tədbirlər həyata keçirilmədikdə onun strukturu pozulur, münbitliyi 
azalır və kənd təsərrüfatı istifadəsindən çıxır. Eyni zamanda iqtisadi rayonda 
torpaqlar hasilat sənayesinin, əsasən də neft-qaz və tikinti materiallarının hasilatı 
sahələrinin inkişafı nəticəsində də korlanmışdır. Ərazidə neft-qaz hasilatı zamanı 
100 hektar, tikinti materiallarının hasilatı ilə 120,2 hektar yararlı torpaqlar 
korlanmışdır [18,29]. Aparılan araşdırmaların təhlili göstərir ki, regionda kənd 
təsərrüfatına yararlı torpaqların münbitliyin azalması prosesi səciyyəvidir. Səbəbi 
torpaqların düzgün istifadə olunmamasıdır. Nəticədə torpaqların deqradasiyası 
artır, mühitlə mədəni bitkilər arasında ekoloji-iqtisadi tarazlığı pozulur.
Kür-Araz iqtisadi rayonunda torpaq sərvətinin ərazi üzrə yerləşməsinin 
təhlili göstərir ki, burada torpaqların mühafizəsi və yaxşılaşdırılması üzrə bir sıra 
tədbirlərin görülməsi məqsədəuyğundur. Rayonun sosial-iqtisadi inkişafının 
təminində ilk növbədə torpaqların aqromeliorasiya yolu ilə optimallaşdırılması və 
regionda kənd təsərrüfatının inkişafı mühüm əhəmiyyət daşıyır. Ərazini 
bütövlükdə eroziya prosesinin gedişinə qarşı hazırlamaq, şırımlarla əkin aparmaq, 
qoruyucu meşə zolaqları salmaq və s. tədbirlərin görülməsi zəruridir. İqtisadi 
rayonda təsərrüfatın müxtəlif formaları ilə korlanmış torpaqlar geniş yayılmışdır. 
Neftçala, Salyan, İmişli, Kürdəmir inzibati rayonlarının ərazilərində neft-qaz 
hasilatı ilə çirklənmiş torpaqları, Bəhramtəpədə və s. tikinti materiallarının hasilatı 


zamanı korlanmış torpaqları rekultivasiya edərək təsərrüfat dövriyyəsinə 
qaytarmaq, onları bərpa etmək lazımdır ki, ərazinin ekoloji vəziyyətinin 
yaxşılaşdırılmasına və stabilləşməsinə şərait yaransın.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin