Əlyazması hüququnda


Tədqiqatın informasiya bazası



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə4/18
tarix08.06.2022
ölçüsü0,61 Mb.
#60960
1   2   3   4   5   6   7   8   9   ...   18
crai-F-rid-Dissertasiya-son (1)

Tədqiqatın informasiya bazası. Tədqiqatın informasiya əsasını
Azərbaycan Respublikası Dövlət Statistika və keçmiş Dövlət Torpaq və 
Xəritəçəkmə Komitələrinin, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar 


Cəmiyyətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, MEA-nın Torpaqşünaslıq 
və Aqrokimya,Coğrafiya institutlarının statistik-hesabat və fond-tədqiqat 
materialları, həmçinin müxtəlif elmi ədəbiyyat məlumatları təşkil edir. Tədqiqat 
metodları kimi iqtisadi-statistik, balans, riyazi, müqayisəli təhlil, ümumiləşdirmə,
sistemli yanaşma və s. üsullardan istifadə olunmuşdur. 
Tədqiqatın elmi yeniliyi. Disertasiya işində əldə edilmiş elmi yeniliklərə 
aşağıdakıları aid etmək olar: 
— Torpaq islahatının həyata keçirilməsini təmin edən qanunvericilik bazası 
təhlil edilmiş və onların həyata keçməsi yolları göstərilmişdir; 
— Kür-Araz iqtisadi rayonunun torpaqlarından istifadə səviyyəsi ekoloji-
iqtisadi qiymətləndirilmişdir; 
— İqtisadi rayonda torpaq kadastrının araşdırılması əsasında torpaqların 
keyfiyyətcə və iqtisadi qiymətləndirilməsi məsələləri təhlil edilmişdir; 
— İqtisadi rayonda torpaqların meliorativ vəziyyəti təhlil edilmiş və onun 
yaxşılaşdırılması barədə müvafiq təkliflər verilmişdir;
— Suvarılan torpaqlarda şorlaşma,bataqlaşma, eroziya və çirklənmə 
dərəcələrindən asılı olaraq ərazilər ayrılmışdır. 
Tədqiqatın təcrübi əhəmiyyəti. İqtisadi rayonda aparılan tədqiqatın 
nəticələrindən və irəli sürülən təkliflərdən torpaqdan istifadənin ekoloji-iqtisadi 
səmərəliliyini müəyyən edən amillərin müəyyən edilməsində, torpaqdan səmərəli 
istifadəyə maneə olan səbəbləri aşkar edib qiymətləndirilməsində, mövcud ekoloji 
problemlərin aradan qaldırılmasında, torpaqların mellorativ vəziyyətinin 
yaxşılaşdırılmasında, aqrar məhsullar istehsalının düzgün planlaşdırılmasında və 
yerləşdirilməsində, həmçinin torpaqdan istifadənin iqtiadi səmərəliliyinin 
artırılmasına dair müvafiq proqram və tədbirlərin hazırlanmasında istifadə oluna 
bilər. 
İşin strukturu: Dissertasiya işində mövzunun aktuallığı, üç əsas fəsil, 
nəticə və təkliflər, həmçinin sonda ədəbiyyat siyahısı verilmişdir.



Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin