münasibətlərinin nizamlanmasının ekoloji hüquqi və sosial-iqtisadi əsaslarını təhlil
edib torpaqdan istifadənin ekoloji-iqtisadi əhəmiyyətinin artırılmasına dair elmi
cəhətdən əsaslandırılmış təkliflər və tövsiyyələr verməkdir.
Tədqiqatın məqsədinə uyğun olaraq aşağıdakı vəzifələrin yerinə yetirilməsi
qarşıya qoyulmuş və həll edilmişdir:
— İqtisadi rayonda kənd təsərrüfatında torpaqdan
istifadənin nəzəri -
metodoloji əsaslarının öyrənilməsi;
— İnsanların təsərrüfat fəaliyyətinin torpaqdan istifadəyə təsirinin tədqiqi;
— Keçirilən torpaq islahatının ekoloji-hüquqi əsasının təhlili və yeni torpaq
münasibətlərinin qiymətləndirilməsi;
— Səmərəli torpaqdan istifadə subyektlərinin inkişafı
və əkinçilik
sahələrinin ekoloji-iqtisadi qiymətləndirilməsi;
— Kənd təsərrüfatında torpaq ehtiyatlarından istifadənin mövcud ekoloji
vəziyyətinin təhlili və iqtisadi əhəmiyyətinin dəyərləndirilməsi;
—Torpaqların məhsuldarlıq
qabiliyyətinə şoranlaşma, bataqlıqlaşma,
eroziya,çirklənmə və s. təsirinin müəyyən edilməsi;
— İqtisadi rayonda suvarılan torpaqların meliorativ vəziyyətinin yaxşılaş-
dırılmasının ekoloji-iqtisadi səmərəliliyinin əsaslandırılması;
— İqtisadi rayonda kimyalaşdırılmasının torpaqdan səmərəli istifadəyə
ekoloji təsirinin qiymətləndirilməsi;
Tədqiqat obyekti. Tədqiqatın obyekti kimi Kür-Araz (Aran)
iqtisadi
rayonunun müxtəlif torpaq tipləri və onların istifadəsindən yaranan torpaq
sahələrinin ekoloji-iqtisadi qiymətləndirilməsi seçilmişdir.
Tədqiqatın predmetini iqtisadi rayonda yeni torpaq münasibətlərinin
formalaşması əsasında kənd təsərrüfatında torpaqdan istifadənin ekoloji və iqtisadi
səmərəliliyinin yüksəldilməsi yolları, onların meliorativ təkmilləşdirilməi
mexanizmi təşkil edir.
Dostları ilə paylaş: