Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Planlı ödəniş tələbnamələri üzrə hesablaşma forması



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə11/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
Taqizade Kenan

Planlı ödəniş tələbnamələri üzrə hesablaşma forması. 
Nağdsız hesablaşma qaydalarından birisi planlı ödəniş tələbnamələridir. Bu 
hesablaşma qaydasında satılmış məhsulun hər bir partiyası üzrə hesablaşma üçün 
ayrıca sənəd yazılmır. Ona görə də nəinki müəssisələrdə sənədlərin 
rəsmiləşdirilməsi üzrə texniki işlərin miqdarı xeyli ixtisara düşür, eyni zamanda 
banka sənəd axını azalır. 


21 
Planlı ödənişləri, daimi edilən xidmətlər və müntəzəm mal göndərmə üçün 
başlıca olaraq eyni şəhər daxili hesablaşmalarında tətbiq edilir. 
Malların tədarükü və xidmətlərin göstərilməsi daimi olaraq təxminən
bərabər olduğu zaman alıcılar malsatanlarla planlı tədiyyə qaydasında hesablaşa 
bilər. 
Planlı ödəmələr həm eyni şəhərli, həm də özgə şəhərli hesablaşmalar üzrə 
həyata keçirilir. Bu cür hesablaşma zamanı məbləğlər və müddətlər, tərəflərin 
razılıı ilə müəyyən edilir. 
Planlı ödəmə qaydasında hesablaşmalar ödəyici müəssisədə 211 № “Alıcılar 
və sifarişçilərin qısamüddətli debitor borcları” adlı sintetik hesabda uçota alınır. Bu 
zaman bu üsulla hesablaşmaların analitik uçotu ayrı-ayrı malsatanlar üzrə 5 saylı 
cədvəldə aparılır. 5 saylı cədvəlin aylıq yekunu 6 №-li jurnal-orderə köçürülür. 
Malsatan müəssisədə planlı ödəmə qaydasında hesablaşmalar 171 “Alıcılar 
sifarişçilərlə hesablaşmalar” hesabında uçota alınır. 
Hər 15 və 30 gündən bir buraxılış malın dəyəri üzrə sonuncu haqq-hesab 
aparılır. Digər təşkilatlar və müəssisələrlə nağdsız hesablaşmaların öz vaxtında 
həyata keçirilməsini, vəsaitin dövriyyə sürətinin artırılmasını təmin etmək 
məqsədilə Səttarxan adına zavoda zəruri hallarda hesablaşmaların tələbnamələrin 
qarşılıqlı hesaba almaq qaydasında istifadə edilir. 
Bu hesablar üzrə təsərrüfat orqanlarının hesablaşma hesabının olduğu 
yerlərdə tələbnamələrin qarşılıqlı hesaba alınması və iki təsərrüfat orqanı
arasında qarşılıqlı tələbnamələrin saldosu üzrə vaxtaşırı hesablar aparılır. Hər
bir təsərrüfat hesablı müəssisə eyni bir vaxtda pul vəsaitlərinin həm
ödəyicisi mal göndərənlərdən mal aldıqda, həm də alıcı-öz məhsulunu satarkən 
kimi çıxış edir. Qarşılıqlı hesablaşmaların iştirakçılarının hər biri üçün
müvafiq bank şöbəsi hesab açır. Bu hesablaşmalar müvafiq bank şöbəsi
tərəfindən daim qüvvədə olan formada və bir dəfəlik hesablamalar formasında 
aparılır. 
Daimi qüvvədə olan hesablaşmalara aşaıdakılar daxildir: 


22 
-
Müxtəlif müəssisələrin hesablaşma hesablarının olduğu yerdə qarşılıqlı 
tələbnamələrin hesaba alınması (qeyri mərkəzləşdirilmiş hesablamalar); 
-
İki müəssisə arasında qarşılıqlı tələblərin saldosu üzrə vaxtaşırı 
hesablaşmalar; 
-
Bir dəfəlik hesablamalar isə özündə aşaıdakıları birləşdirir; 
a)
iki müəssisə arasında qarşılıqlı tələbnamələrin hesaba alınması; 
b)
qrup halında müəssisələr ilə qarşılıqlı tələbnamələrin qrup halında hesaba 
alınması. 
Qeyri-mərkəzləşdirilmiş 
qaydada 
qarşılıqlı 
tələbnamələrin 
hesaba 
alınmasına əsaslanan hesablaşmalar məhdud dairəsi Səttərxan adına maşınqayırma 
zavodu tərəfindən həyata keçirilir.
Qeyri-mərkəzləşdirilmiş qaydada hesablaşmalarda iştirak edənlərin tərkibi 
dövlət bankının idarə heyəti tərəfindən müəyyənləşdirilir. Bu tərkibdə
büdcə təşkilatları, tam şəkildə təsərrüfat hesabına keçməmiş müəssisələr,
tikinti-quraşdırma təşkilatları, mədəni-məişət və mənzil-kommunal təsərrüfatları 
daxil edilmir. Qeyri-mərkəzləşdirilmiş hesablaşmaların hər bir iştirakçısı üçün ona 
xidmət edən bank şöbəsində hesablama üzrə ayrıca şəxsi hesab açılır. Xüsusi 
hesablar üzrə kreditləşdirilən və öz satış pulların həmin hesablara təhvil verən 
müəssisə və təşkilatların qeyri-mərkəzləşdirilmiş hesablamalar üzrə ayrıca şəxsi 
hesabları olmur və onlar mal və xidmətlər üzrə bütün hesablaşmaları hesablama 
qaydasında xüsusi hesablarında ödənilir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin