Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Hesablaşma çekləri üzrə hesablaşma forması



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə12/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Taqizade Kenan

Hesablaşma çekləri üzrə hesablaşma forması. 
 
Sənaye müəssisələri hesablaşma çeklərindən mal-material qiymətlərinə və 
göstərilmiş xidmətlərə görə ancaq nağdsız hesablaşmalar aparmaq üçün istifadə 
edilir. 
Hesablaşma çekləri adi, aksept, edilmiş çeklərdən, limitləşdirilmiş və 
limitləşdirilməmiş çek kitablarından ibarət olur. Hesablaşma çeklərinin qalıına 


23 
görə pul alınması və ya hesablaşma çeklərini nağd pula dəyişmək qadağan 
edilmişdir. 
Adi və aksept edilmiş hesablaşma çekləri Keşlə maşınqayırma zavodu 
tərəfindən yazıdır. Nəqliyyat xidmətinə görə nəqliyyat təşkilatları ilə, poçt 
göndərmələri ilə əlaqədar Rabitə Nazirliyinin orqanları ilə hesablaşmalar
apardıqda da hesablaşma çeklərindən istifadə oluna bilər. Bank bu hesablaşma 
çeklərinin icra üçün yalnız o şərtlə qəbul edir ki, ödəyicinin hesabına ödəməyə 
kifayət edə biləcək miqdarda pul vəsaiti məbləği olsun. Məhz buna görə də 
tədqiqat işi yazdıımız müəssisə aksept edilmiş hesablaşma çeklərindən daha çox 
istifadə edir. Adi çeklərdən fərqli olaraq aksept edilmiş çeklərin məbləği 
hesablaşma hesabından dərhal, yeni bank tərəfindən aksept edildiyi vaxtda silinir. 
Hesablaşmanın bu formasının ən başlıca xüsusiyyəti ondan ibarətdir ki, mal-
material qiymətlərinin və xidmətlərin dəyəri hesablaşma çekində yazılmış məbləğə 
uyğun gəlməlidir. Lakin elə hallar olur ki, məhsulu alarkən elə hal ola bilər ki, 
onun müəyyən hissəsi müəssisənin tələbinə uyğun deyildir və yaxud da əksinə, 
məhsul müəssisə üçün çox lazımlı olduğu bir halda çekin məbləği onun ölçüsünün 
artırılmasına və ya yaradılmasına imkan vermir. Məhz buna görə də çeklər üzrə 
hesablaşmalardan adətən müntəzəm olmayan mal-material qiymətləri və 
xidmətlərin bir dəfəlik göndərmələrində, nəqliyyat təşkilatları ilə birdəfəlik yük 
daşınmasında, alınmış mallara və göstərilmiş xidmətlərə görə büdcə təşkilatları ilə 
hesablaşmalarda istifadə edilir. 
Müxtəlif müəssisələrdə hesablaşma əməliyyatlarında limitləşdirilmiş və 
limitləşdirilməmiş çek kitabçalarından istifadə edilməsi də geniş yer tutur. Bu 
çeklər eyni şəhərli təchizat və göstərilən xidmətlər üzrə hesablamalar üçün tətbiq 
edilir. Başqa şəhərli hesablaşmalar üzrə isə əgər mallar alıcılar tərəfindən faktik 
olaraq daşınıbsa və ya ona çatdırılıbsa təhvil-təslim üzrə alıcılar tərəfindən qəbul 
edilmiş mallara görə tətbiq edilir. 
Bu çeklər yüklərin daşınmasına və göstərilən xidmətə görə nəqliyyat 
təşkilatları (dəmir yolu, su yolu və başqaları) və rabitə müəssisələri ilə 


24 
hesablaşmalar zamanı tətbiq edilir. Limitləşdirilmiş və limitləşdirilməmiş çek 
kitabçalarını almaq üçün Keşlə maşınqayırma zavodu ona xidmət göstərən banka 
müəyyən edilmiş forma üzrə bir nüsxədən ibarət ərizə təqdim edir. 
Limitləşdirilmiş çek kitabçaları zavoda öz vəsaitləri və ya bankın ssudaları 
hesabına verilir. Limitləşdirilmiş çek kitabçaları 6 ay müddətində etibarlı olur. 
Alınmış mallara və göstərilmiş xidmətlərə görə hesablaşmalar zamanı müvafiq 
məbləğdə yazılır. Nəqliyyat təşkilatlarının xidmətlərinə görə və poçt bağlamaları 
göndərməyə görə, habelə ödəmə qoymaqla göndərilmiş poçt bağlamalarının 
alınmasına görə də çeklər yazılır. Çeklər yazılan gün nəzərə alınmadan 10 gün 
ərzində etibarlı olur. Ödəyicidən limitləşdirilmiş çek kitabçasının çekini alan 
müəssisə göstərilən məbləğləri özünün hesablaşmış hesabına köçürmək üçün onun 
banka 2 nüsxədə yazılmış reyestrdə verir. Limitləşdirilmiş çek kitabçaları üzrə 
əməliyyatların uçotu üçün bank müəssisəyə şəxsi hesab açır. Həmin şəxsi hesabın 
krediti üzrə limitin məbləğləri, debiti üzrə isə onların nömrələrini göstərməklə 
verilmiş çeklər üzrə hesablaşma məbləği yazılır. 
Çeklərin imza edilməsinə hüquqi olmasına aid müəssisənin vəkalətinə malik 
olan ekspeditor limit hüduduna limitləşdirilmiş çek kitabçalarından çeklər 
yazmaqla tarifin ödənilməsini həyata keçirir. Onun imzasının nümunəsi zavodun 
direktoru və baş mühasibi tərəfindən təsdiq edilir və qabaqcadan nəqliyyat 
idarəsinə təqdim olunur. Nəqliyyat baş idarəsinin kassiri çeki qəbul edən zaman 
çekin kötüyünün üst tərəfindən rekvizitləri doldurur. Əvvəlki çekin kötüyündən 
limitin qalıını yazır. Rəqəm və yazı limitin yeni qalıını göstərir. Bu qeydlərin 
düzgünlüyünü kassir özünün imzası ilə və kassanın möhürü ilə təsdiq edir. 
Limitləşdirilmiş çek kitabçalarının çeklərindən mal satanların hesabının ödənilməsi 
şəxsi hesab üzrə çıxarışa əsasən ödəyicidə belə əks etdirilir və verilmiş çeklər üzrə 
yazılır. 
Limitləşdirilmiş çek kitabçalarını alarkən onda göstərilən limitin məbləğinə 
şəxsi hesab üzrə bankın çıxarışına əsasən yazılış tərtib edilir. Ona görə də 


25 
hesablaşmalar üçün limitləşdirilmiş çek kitabçalarından istifadə edilir. Bu çek 
kitabçalarının etibar müddəti 1 il olur. 
Limitləşdirilməmiş çek kitabçalarından aşaıdakı hesablaşmalar həyata 
keçirilir. Əgər alıcı desentrilizasiya edilmiş hesablaşmaların iştirakçısıdırsa və ya 
xüsusi ssuda hesabından kreditləşərsə mallara və xidmətlərə görə hesablaşma 
həyata keçirilir. 
Nəqliyyat təşkilatları ilə yüklənmiş və daxil olmuş yüklərə xidmətlərə və 
xidmətlərə və tarifə görə, Rabitə Nazirliyinin müəssisəsi ilə poçt bağlamalrının 
daşınmasına görə limitləşdirilməmiş çek kitabçaları bank tərəfindən zavodun 
hesablaşma hesabından deponentləşdirildikdən sonra verilir. Onları bankda xüsusi 
hesabı olan və ya bankda mərkəzləşdirilməmiş hesablaşma üzrə hesabı olan 
müəssisələr alır. Mal satanlara hesab faktlarının və ya onları əvəz edən əmtəə 
sənədlərinin limitləşdirilməmiş çek kitabçalarından ödənilməsi ödəyicinin 
balansında adi qeydlə əks etdirilir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin