Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə19/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   15   16   17   18   19   20   21   22   ...   34
Taqizade Kenan

 
 
 
 
 
 
 
 


39 
 
II FƏSİL. DEBİTOR VƏ KREDİTORLARLA HESABLAŞMA UÇOTU
 
2.1. Malsatanlar və podratçilarla hesablaşmaların uçotu. 
Malsatanlarla (podratçılarla) hesablaşmaların uçotu. Malsatanlar dedikdə 
müqavilə (sifariş) üzrə material sərvətləri göndərən, müxtəlif növ işləri yerinə 
yetirən və xidmətlər göstərən müəssisələr başa düşülür. İnşaat üzrə podratçılar da 
belə təşkilatlardandır. 
Malalan təşkilatlardan xammal, material, mallar, yanacaq, inşaat materialları, 
ehtiyat hissələri, az qiymətli və tez köhnələn əşyalar və s. əldə edirlər. 
Alıcı təşkilatlar malsatan və podratçılarda qaydaya görə onlara mal-material 
sərvətləri daxil olduqda hesablaşma aparırlar.
Hesablaşmalar qabaqcadan ödəniş qaydasından da həyata keçirilə bilər.
Ödəniş (aksept) üçün qəbul olunan hesab-faktura mal-material resursları uçota 
alınan hesablarda əlavə dəyər vergisiz əks etdirilir. Daha konkret desək-materiallar 
201 № li “Material ehtiyatları” hesabında, qurulmaq üçün avadanlıqlar 112 
“Torpaq, tikili ə avadanlıqlar” hesabında, yerinə yetirilən işlər və görülən 
xidmətlər 202-1, 202-2, 202-3, 202-4, 202-5, 202-6, 202-7 və s. hesablarda qeydə 
alınır. 
Malsatanlar tərəfindən müstəqil mövqedən hesab-fakturaya daxil edilən 
əlavə dəyər vergisi 521 “Vergi öhdəlikləri” hesabında qeyd edilir. 
Malsatanlardan daxil olan hesab-faktura çox ciddi surətdə yoxlanılmalıdır. 
Bu zaman əlavə dəyər vergisinin ayrıca mövqedən əks etdirilməsinə xüsusi diqqət 
yetirilməlidir. Əgər, ƏDV hesab-fakturada ayrıca qeyd olunmamışdırsa, onda 
malalan onun üçün müstəqil sətir açmaq hüququna malik deyildir. 
Malsatan və podratçılarla hesablaşmalar 531 saylı hesabın debetində, pul 
vəsaitlərinin hansı hesabdan köçürülməsindən asılı olaraq (hesablaşma hesabı, 


40 
valyuta hesabı, akkreditiv, çek kitabçalarının çekləri) 222, 223 və yaxud 225-ci 
hesabın kreditinə yazılır. 
Əgər, alıcı qısamüddətli və uzunmüddətli kreditlərdən istifadə edirsə, 
müvafiq surətdə 401, 501 saylı hesablar kreditləşir. Kreditlərdən digər, hüquqi 
şəxslər istifadə edərlərsə, onda borc hesabları (401, 504) kreditləşir. 
Praktikada elə hallar olur ki, malsatanlar tərəfindən yola salınan məhsullar 
ödənişi üçün hesablaşma sənədlərindən tez daxil olur. Bəzən də əksinə, hesablaşma 
sənədləri gəlib çıxır, məhsullar isə ya yoldadır, ya da hələ ki, malsatanın 
mühafizəsindədir.
Birinci hal fakturasız mal göndərişi haqda faktı, ikinci hal isə yolda olan 
məhsullar haqda faktı xarakterizə edir. Fakturasız daxil olan məhsullar satış 
(müqavilə) və yaxud uçot qiymətləri ilə (201, 202, 203 ci hesablar) əlavə dəyər 
vergisiz əks etdirilir. ƏDV mməbləği isə hesablaşma sənədləri daxil olduqdan 
sonra belə qeydə qeydə alınır. 
D-t 
521 “Vergi öhdəlikləri” 
K-t 
531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabı 
Fakturasız mallara mədaxil edən alıcı bu haqda təcili surətdə məktubla və 
sərvətlərin qəbulu haqda aktla birlikdə malsatanı xəbərdar edir. Malsatanların 
hesabnaməsi daxil olduqda əvvəlcə edilən yazılış edilir. 
Yolda olan maddi sərvətlərin dəyəri ayın axırında dəyəri ödəniləndə 
müəyyən olunur: 
D-t 
531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları” hesabı 
K-t 
223 “Bank hesablaşma hesabı” 
Müasir şəraitdə bəzi hallarda hüquqi şəxslər özlərinin arasındakı 
hesablaşmaları barter qaydasında həyata keçirir. Bu halda alıcılarla malsatanların 
hesablaşmalarının mühasibat uçotunun hesablarında əks etdirilməsi qaydasında 
aşaıdakı kimi təsəvvür etmək olar: 
-
materialların daxil olmasının hesablarda əks etdirilməsi; 
-
materialların kontragentə buraxılmasının hesablarda əks etdirilməsi; 


41 
-
əks mübadilə dəyərləri eyni olmayan mallarla həyata keçirilirsə 
malsatanların və alıcıların hesablarının bağlanılması. 
Müasir şəraitdə respublikanın kommersiya ilə məşğul olan müəssisələri 
hesablaşmaları təkcə manatla deyil, həm də sərbəst konvertləşən valyuta ilə 
(qüvvədə olan məzənnə ilə) də həyata keçirirlər.
Rezident-təşkilatların respublika ərazisində xarici valyuta ilə hesablaşmaları 
qadağandır. Belə hesablaşmalara istisna halda Milli Bank icazə verməlidir.
Sərbəst konvertləşən valyuta ilə bütün hesablaşmalar analitik uçotda hər
bir debitor və kreditor üzrə eyni zamanda həm xarici valyuta ilə, həm də
manata çevrilməklə göstərilir. Ayın axırında debitor və kreditor hesablarında 
müəyyənləşən xarici valyuta ilə borclar da Respublika Mərkəzi Bankının
məzənnəsi ilə manata çevrilməlidir. Bu zaman əmələ gələn müsbət məzənnə 
fərqi əməliyyat mənfəəti kimi mənfəət hesabına, mənfi fərq isə əməliyyat zərəri 
kimi zərərlərə aid edilir. Müsbət və mənfi məzənnə fərqlərini il ərzində 442 
“Gələcək hesabat dövrlərin gəlirləri” hesabının “Məzənnə fərqləri” hesabında əks 
etdirməyə icazə verilir. Dekabr ayının sonunda müsbət fərq saldosu əməliyyat 
gəlirlərinin, mənfi fərq isə əməliyyat zərərlərinə aid edilir. Nəticədə 442 “Gələcək 
hesabat dövrlərin gəlirləri” hesabının “Məzənnə fərqi” subhesabı bağlanılır.
Əgər, malsatan və podratçılarla hesablaşmalar sərbəst konvertləşən valyuta 
ilə aparılırsa, onda 531 saylı hesabın tərkibində “Sərbəst konvertləşən valyuta
ilə malsatan və podratçılarla hesablaşmalar” adlı subhesab açmaq məqsədə 
uyğundur.
Malsatanlardan sərbəst konvertləşən valyuta ilə hesab-faktura alan alıcı 
təşkilat onları adi qaydada aksept edir, başqa bir sıra saylı hesablar debetləşir və 
60-cı hesab kreditləşir. 531-ci hesab üzrə uçot xarici valyuta ilə aparıldıqda onun 
manatla ekvivalenti də göstərilməlidir. Əgər, xidmət ayın 17-də göstərilmişdirsə, 
hesab-faktura ayın 20-də yazılmışdırsa və ödənişə ayın 25-də təqdim edilmişdirsə, 
onda əməliyyatı ayın 17-də mövcud olan məzənnə əks etdirmək lazımdır.


42 
Malsatanların hesabnaməsinin ödənməsi adətən ödəniş gününün məzənnəsi 
ilə həyata keçirilir. Bu məzənnə isə bir çox hallarda borcun baş verdiyi tarixdən 
fərqlənir. Yaranan məzənnə fərqini alıcı (sifarİşçi) əməliyyat xərclərinə və yaxud 
801-ci hesabın gəlirlərinə aid edir.
Ayın axırında malsatanların sərbəst konvertləşən valyuta ilə ödənilməmiş
hesabnamələri respublika Mərkəzi Bankının məzənnəsi əsasında manata çevrilir. 
Baş verən məzənnə fərqi 531-cı hesabdan 801-ci hesaba silinir. 
Mənfi fərqə belə yazılış verilir: 
D-t 
801 “Ümumi mənfəət (zərər)” hesabı 
K-t 
531 “Malsatan və podratçılara qısamüddətli kreditor borcları”
hesabı 
Müsbət fərqə isə belə yazılış tərtib olunur: 
D-t 
531 “Malsatan və podratçılarla qısamüddətli kreditor borcları”
hesabı 
K-t 
801 “Ümumi mənfəət (zərərlər)” hesabı 
Respublika müəssisələri idxal üzrə əsas vəsaitləri (111-1, 111-2, 111-3 və 
s.), material sərvətlərini (201-1, 201-2 , 201-3), və malları (205) satın alır. 
Sərvətlərin satın alınması üçün bilavasitə xarici malsatanlarla və yaxud vasitəçi 
xarici ticarət təşkilatları ilə müqavilə (kontrakt) bağlanılır. Müqavilədə kontraktda 
bunlar göstərilməlidir: kontraktın predmeti, sərvətlərin miqdarı və keyfiyyəti, 
onların dəyəri, kontraktın icra olunduğu yer (malgöndərilməsinin bazisi), onun icra 
müddəti, ödənişin şərtləri, zəmanət qablaşdırma, markirova və digər zəruri 
rekvizitlər. 
Bu zaman yadda saxlamaq lazımdır ki, kontraktın icra olunduğu yer malın 
qiymətinə təsir göstərir, daşınma üzrə xərclərin malalan və satıcılar arasında 
bölüşdürülməsi qaydasını müəyyənləşdirir, habelə kontrakt üzrə sərvətlərin 
daşınması ilə əlaqədar tərəflərin vəzifələrini təyin edir. 
Sövdələşmənin yeri (məntəqəsi) ona görə vacibdir ki, kontraktın icra
yerində malsatan tərəfindən verilən mallar müqavilənin şərtlərinə uyğun 


43 
gəlməlidir. 
Sərvətlərin 
sonradan 
keyfiyyət 
dəyişikliyinə 
(xarab 
olma,
keyfiyyətin 
pisləşməsi 
və 
s.) 
məsuliyyəti 
artıq 
malsatan 
daşımır, 
malgöndərilməsinin şərtləri belə ola bilər. Franko-vaqon-Azərbaycan sərhədində 
dəmir yolu məntəqəsinin adını göstərməklə malın verilməsi; Franko-avtomobil-
Azərbaycan sərhədində avtomobili sərhədi keçdiyi məntəqəni göstərməklə malın 
verməsi və s. 
Daxil olan yük gömrük yoxlamasından keçirilir. Ünvanına mal daxil olan 
təşkilat gömrük rüsumu, əlavə dəyər vergisi, aksiz vergisi və s. ödəməlidir. 
Sadalanan ödənişlərin əsasında daxil olan sərvətlərin gömrük dəyəri 
müəyyənləşdirilir. Əgər, gömrük bəyannaməsinin materialın dəyəri 5000 dollar 
göstərilmişdirsə, ona malın gömrük dəyəri həmin günə məzənnə əsasında manatla 
ekvivalentə çevrilməlidir. Bu məbləğdən də gömrük rüsumu tutulur. Əlavə dəyər 
vergisi isə müvafiq həcmdə hesablanır. 
Sifarİşçilərlə, malsatanlar və podratçılar arasında hesablaşma münasibətləri 
prosesində avans ödəmələrindən istifadə etmək zərurəti meydana çıxır. Belə 
ödənişlər adətə müqavilələrdə nəzərdə tutulur. Müqavilə əsasında alıcı mala görə 
avans ödəyir. Avans ödənişləri bağlanılan müqaviləyə istinad olunmaqla ödəmə 
tapşırıqları ilə rəsmiyyət salınır. Malsatanlara köçürülən avanslara belə köçürmə 
tərtib olunur: 
D-t 
243 “Verilmiş qısamüddətli avanslar” 
K-t 
223 “Bank hesablaşma hesabı” və yaxud 
K-t 
222 “Yolda olan pul köçürmələri ”
K-t 
225 “Pul vəsaitlərinin ekvivalentləri” 
Malalan təşkilat istehsal prosesini həyata keçirmək üçün zəruri olan 
xammalı, materialları və digər komponentləri satın alaraq satılması vacib sayılan 
öz məhsulunu yaradır. 
Bu zaman o, öz məlumatını satan rolunda çıxış edir. Bəzən bu təşkilat 
özünün kommersiya fəaliyyəti üçün müəyyən malları satın alır, onları əhaliyə 
(özünün əmək kollektivinə) satır. Onun hesablaşma münasibətləri malanlar və 


44 
digər fiziki şəxslərlə başqa cür olur. Eyni zamanda alıcı təşkilat iş və xidmətlər 
üzrə müxtəlif sifarişləri də yerinə yetirilə bilər.
Alıcılarla hesablamaların uçotu aşaıdakı subhesablardan istifadə etməklə 
həyata keçirilir:
1.
İnkasso qaydasında hesablaşmalar; 
2.
Planlı ödəmələr üzrə hesablaşmalar; 
3.
Alınmış veksellər. 
Malsatan təşkilat bağlanılan müqavilə əsasında alıcıdan (sifarİşçidən) 
nəzərdə tutulan işləri yerinə yetirmək üçün avans alır (əlavə dəyər vergisi daxil 
edilməklə). Alınmış avans belə qeydə alınır: 
D-t 
221, 222, 223, 225 saylı hesablar 
K-t 
443 “Alınmış uzunmüddətli avanslar”. 
Sərbəst konvertləşən valyuta ilə daxil olan avansın uçotunun özünün 
xüsusiyyətləri var. 443 saylı hesaba belə avanslar adətən manatla ekvivalentə 
çevrilmək şərtilə öz əksini tapmalıdır. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin