Əlyazmasi hüququnda tağizadə KƏnan şAHİn oğLU


Verilmiş və alınmış veksellər üzrə hesablaşmaların uçotu



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə22/34
tarix30.08.2023
ölçüsü0,78 Mb.
#141036
1   ...   18   19   20   21   22   23   24   25   ...   34
Taqizade Kenan

2.4. Verilmiş və alınmış veksellər üzrə hesablaşmaların uçotu. 
Mühasibat uçotunda veksellər alınmış və verilmiş veksellərə bölünür. 
Müəssisə tərəfindən rəsmiləşdirilən öhdəlikləri təmin etmək üçün hüquq və fiziki 
şəxslər verilən “Verilmiş veksellər” adlı passiv hesabda uçota alınmalıdır. 
Azərbaycanın uçot praktikasında belə bir müstəqil hesab nəzərdə tutulmamışdır. 
Ümumiyyətlə, veksellər 223 “Qısamüddətli verilmiş borclar” və 404 
“Uzunmüddətli borclar” 431 “Malsatan və podratçılara uzunmüddətli kreditor 
borclar” adlı hesabların tərkibində açılması tövsiyyə olunan “Verilmiş veksellər” 
adlı subhesabda uçota alına bilər. 
431-cı hesabda alınmış mallara digər material dəyərlərinə və xidmətlərə görə 
borcların ödənilməsi üçün verilən veksellərin uçotu aparılır. 
Verilən kommersiya kreditinin təminatı üçün qəbul olunan veksellərin uçotu 
“Alınmış veksellər” üzrə aktiv hesabda aparılmışdır. Lakin mövcud hesab planında 
belə hesab nəzərdə tutulmamışdır. Konkret olaraq “Alınmış veksellər” subhesab 
şəklində açıla bilər. Birinci iki hesabda maliyyə vekselləri, üçüncüdə isə 
kommersiya kreditini təmin etmək üçün alınan veksellər uçota alınır. 
Ödəniş üçün aksept olunan veksel – trata və yaxud verilən veksel-sololar
60 saylı hesabın tərkibində açılması tövsiyyə olunan “Verilmiş veksellər” adlı 
subhesabda əks etdirilmişdir. 
Misal. Tutalım ki, müəssisə 152280 manatlıq mal almışdır. Bu məbləğ 205 
saylı hesabın debetinə və 431 saylı hesabın “Aksept olunan hesab-faktura” hesabı 
“Aksept olunan hesab-faktura üzrə malsatan və podratçılarla hesablaşmalar” adlı 


56 
subhesabına köçürülür. Malsatana 150 min manatlıq veksel verilmişdir. Bu məbləğ 
431 saylı hesabın “Aksept olunan hesab-faktura üzrə malsatan və podratçılarla 
hesablaşmalar” subhesabının debetinə və 431 saylı hesabın “Verilmiş veksellər” 
subhesabının kreditinə köçürülür.
Aksept olunan hesab-faktura üzrə 2280 min manat borc manatına 
köçürülmüşdür.
D-t 
431 saylı hesab, 
K-t 
223 saylı “Bank hesablaşma hesabı”. 
150 min manatlıq veksel ödənilmişdir. Əməliyyat 431 saylı hesabı “Verilmiş 
veksellər” subhesabının debetinə və 223 saylı hesabın kreditinə yazılıt. 
Misal. Daxil olan 43,4 min manatlıq partiya mal üçün 50 mindən manatlıq 
veksel verilmişdir. 6,6 min manat məbləğində fərq müəyyən dövr ərzində 
mallardan ödənişsiz istifadə olunmasına görə faizləri təşkil edir. 
Göstərilən vekselin verilməsi faktiki üzrə aşaıdakı yazılışlar həyata 
keçiriləcək: 
D-t 
431 saylı hesab 
D-t 
216 saylı hesab “Veksellər üzrə faizlər” subhesabı 
K-t 
431 saylı hesabın “Veksellər veksellər” subhesabı 
Vekselin ödənməsi 50 min man. 
D-t 
431 saylı hesabın “Veksellər veksellər” subhesabı 
K-t 
223 “Bank hesablaşma hesabı” – 50 min man. 
D-t 
431 saylı hesabın “Veksellər veksellər” subhesabı 
K-t 
223 “Bank hesablaşma hesabı” – 50 min man. 
D-t 801 “Ümumi mənfəət (zərərlər)” hesabı, 721 saylı
“İnzibati xərcləri” hesabı 
K-t 
216 saylı hesabın “Veksellər üzrə faizlər” subhesabı – 6,6 min.man. 
Veksellər üzrə ödəniləsi faizlər 216 “Gələcək dövrlərin xərcləri” hesabında 
ehtiyat yaradılır. 


57 
Qüvvədə olan hesab planına görə alınmış veksellərin uçotu 431 saylı
hesabın 3-cü subhesabında qeydə alınır. 
Vaxtı ötən, başqa sözlə vekselin başlıca prinsipi (sözsüz vaxtında ödəmək) 
pozulan hallarda arbitraj məhkəməsi vasitəsilə İddia qaldırılmalıdır. Bu məqsədlə 
63 “İddialar üzrə hesablaşmalar” hesabının tərkibində “Veksellər üzrə İddialar” 
adlı subhesab açmaq məqsədəuyğundur. 
Alınan veksellər üzrə əməliyyatların mühasibat uçotu hesablarında əks 
etdirilməsi qaydası belədir: 
1.
Yola salınan mallara görə 36 min manat veksel aksept olunmuşdur: 
D-t 
431 saylı hesabın 3-cü subhesabı 
K-t 
601 “Satış” hesabı 
2. Veksel 36 min manat məbləğində vaxtında ödənilmişdir: 
D-t 
223 saylı hesab 
K-t 
431 saylı hesabın 3-cü subhesabı 
3. Göndərilən mallara görə 11 min man. veksel, o cümlədən vekselə görə 2 
mln. manat faiz alınmışdır.
D-t 
431 saylı hesabın 3-cü subhesabı – 11 min.man. 
K-t 
601 saylı hesab – 9 min.man. 
K-t 
442 saylı hesab – 2 min.man. 
442 “Gələcək dövrlərin gəlirləri” hesabının tərkibində “Veksellər üzrə 
faizlər” adlı subhesab almaq məqsədə müvafiqdir. 
4. 11 min veksel ödənilmişdir. Pul hesablaşma hesabına daxil olmuşdur. Bu 
əməliyyata 2 köçürmə ilə rəsmiyyətə salınmalıdır. 
a) 
D-t 
223 saylı hesab – 11 min.man. 
K-t 
431 saylı hesab – 11 min.man. 
b) 
D-t 
442 saylı hesab – 2 min.man. 
K-t 
801 saylı hesab – 2 min.man. 
5. Əvvəllər alınan 5 min. manat məbləğində köçürmə vekselinə görə İddia 
qaldırılmışdır. İddia üzrə 108 min man. xərclər ödənilmişdir: 


58 
D-t 
801 saylı hesab – 5180 min.man. 
K-t 
431 saylı hesab – 5 min.man. 
K-t 
223 saylı hesab – 108 min.man 
6. Vekselə görə məhkəmə vasitəsilə İddia qaldırılmışdır: 
D-t 
435 saylı hesab – 236 man 
K-t 
223 saylı hesab – 236 man 
7. Məhkəmənin icra vərəqəsinə görə vekselin dəyəri tutulmuşdur. 
Hesablaşma hesabına daxil olan vəsait 5344 min manat təşkil edir: 
D-t 
223 saylı hesab 
K-t 
435 saylı hesab 
Ödənmə müddəti ən tezi bir ildən sonra çatan uzun müddətli veksellər neçə 
bir uzun müddətli maliyyə qoyuluşları kimi ayrıca subhesabda (məs., “Alınmış 
uzun müddətli veksellər” subhesabı) uçota alınmalıdır. Belə bir subhesabı 
açılmasına böyük ehtiyac var. 
Uzun müddətli veksellər onların satın alınmasına çəkilən həqiqi xərclərlə 
uçota alınır. Vekselin nominal dəyəri ilə onların həqiqi alış dəyəri arasındakı fərq 
hər ay bərabər hissələrlə veksellərin uçot dəyərinə və mənfəətin kütləsinə daxil 
edilir. Məs., 3,2 milyon manatlıq veksel alınmışdır. Onun ödəniş müddəti 1,5 ildən 
sonra çatır. Vekselin nominal dəyəri 5 milyon manatdır. Həmin əməliyyatların 
uçotda əks etdirilməsi qaydası aşaıdakı kimidir: 
D-t 
531 saylı hesab – 3,2 mln.man. 
K-t 
223 saylı hesab – 3,2 mln. man.
Vekselin nominal və alış dəyərləri arasındakı fərq 18 ay ərzində bərabər 
hissələrlə, başqa sözlə ayda 100 min man. hesabilə bərpa olunmalıdır. Bu məbləğ 
hər ay 531 saylı hesabın debetinə və 442 saylı hesabın kreditinə yazılır. 
Veksellər diskontlaşdırılması (veksellərin uçotu) banklar və digər xüsusi 
səlahiyyətli təşkilatlar tərəfindən həyata keçirilir. Belə veksellər ödəniş vaxtı 
çatanadək banka satılır. Bank, veksel satın almaqla onun müəyyən hissəsini öz 


59 
xeyrinə tutur. Belə əməliyyat diskont (uçot faizi) adlanır. Ümumiyyətlə, diskont 
əməliyyatları hər iki tərəf üçün əlverişlidir. 
Diskonta şərtləri ilə veksellərin banka satılması bankın adına müvafiq 
indossament yazılmaqla rəsmiyyətə salınır. Pulla mübadilə şəklində verilən 
qısamüddətli veksellər pul vəsaitləri uçota alınan hesabların debetinə və “Verilən 
veksellər” hesabının kreditinə yazılır. Verilən veksellər üzrə faizlər 801 “Ümumi 
mənfəət (zərərlər)” hesabına silinir. Bəzən həmin məbləğ ödənilənədək 442 
“Gələcək dövrlərin xərcləri” hesabında əks etdirilir.
Digər təşkilatların qiymətli kaızlarının əvəzinə verilən veksellər 531 saylı 
hesabın debetinə “Verilmiş veksellər” hesabının kreditinə yazılır. Faizlərin məbləği 
adi qaydada əks etdirilir. 
Veksellər eyni məbləğdə mübadilə olunduqda “Alınmış veksellər” hesabının 
debetində və “Verilmiş veksellər” hesabının kreditində qeydə alınır. 
Veksellər eyni məbləğdə mübadilə olunduqda “Alınmış veksellər” hesabının 
debetində və “Verilmiş veksellər” hesabının kreditində qeydə alınır. 
12 aydan artıq müddətə verilən uzunmüddətli veksellər 404 “Uzun müddətli 
borclar” hesabının “Verilmiş uzun müddətli veksellər” adlı subhesabının kreditində 
uçota alınır. Uzunmüddətli veksellər üzrə təxirə salınan faizləri 442 “Gələcək 
dövrlərin xərcləri” hesabında əks etdirmək lazımdır. Həmin məbləği hər ay
hesabat ilinin zərərlərinə silinməklə 801 saylı hesabın, 801 saylı hesabın və 08 
saylı hesabın debetinə aid edilməlidir. 

Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin