64
Kredit almaq üçün təşkilat banka ərizə və yaxud zəmanət təqdim etməlidir.
Bu sənədlərdə borc alan haqda əsas məlumatlar və kreditin xarakteristikası
verilməlidir: kreditin məqsədli təyinatı; ölçüsü; növü; müddəti; mümkün təminatı,
kreditləşən müəssisənin qısa xarakteristikası və onun
həyata keçirilməsindən əldə
olunan iqtisadi səmərə. Bankın irəli sürdüyü tələblərə uyğun olaraq zəmanətə
kredit əməliyyatının xarakterindən asılı olaraq zəruri sənədlər əlavə olunur.
Müxtəlif qrup müştərilər üçün müxtəlif sənədlərin paketləri işlənilib hazırlanıla
bilər:
-
təsis sənədlərinin, təlimatların, icarə müqavilələrinin, qeydiyyat vəsiqəsi
və
patentlərin surəti; torpaq sahələrindən istifadə hüququnu təsdiq edən
sənədin notarius tərəfindən təsdiq olunan surəti;
müştərinin kredit almağa
hüququnu təsdiq edən vətəndaşın pasportu, yaxud digər sənədi;
-
son ayın 1-i tarixinə və son rübün axırına müştərinin balans maddələri üzrə
analitik məlumatları;
-
balansın müxtəlif maddələrinin açıqlanması;
-
sövdələşmənin rentabellik səviyyəsini xarakterizə edən texniki-iqtisadi
hesablaşmalar və ödəmə müddəti;
-
sövdələşmələr üzrə kreditləşmə obyektlərinin əsaslılıını təsdiq
etmək
məqsədilə müqavilənin surəti (material dəyərlərinin göndərilməsi və
satılmasına, mal-material qiymətlilərinin hesabnamələrinin surəti və i.a.);
-
digər banklardan alınan kreditlər haqda, məlumat (hesablar üzrə çıxarışlar);
-
borcalanın əmlakına mülkiyyət hüququnu təsdiq edən sənədlər (öhdəliyi
təmin etmək məqsədilə girov kimi qoyulan);
-
borcalanın kreditqabiliyyətini müəyyənləşdirmək üçün hesabat: əmək üzrə
hesabat, maliyyə nəticələri və onlardan istifadə haqda hesabat kassanın
dövriyyəsi haqda hesabat il ərzində əldə olunan
faktik mənfəətdən vergi
hesablanması;
-
kreditin qaytarılması üzrə öhdəlikləri təmin edən sənədlər;
65
-
maliyyə hesabatları və digər sənədləri olmayan fəaliyyətə ilk dəfə başlayan
müəssisələrə kredit verilirsə, onun biznes-planı;
-
kommersiya sövdələşmələrinin səmərəliliyinin hesablanması;
-
peniya fondundan arayış;
-
kredit resurslarına tələbatın hesablanması;
-
kredit resurslarının qaytarılması müddətinin hesablanması.
Zəruri hallarda bank, borcalan təşkilatdan kreditin qaytarılmasının təminatını
təsdiq edən digər sənəd və məlumatları, həmçinin borcalanın
ödəmə qabiliyyətini
və zəmanətini də tələb edə bilər. Eyni zamanda bankla daimi kredit münasibətləri
olan borcalanlar üçün kreditləşməyə görə təqdim olunan sənədlərin siyahısı bank
tərəfindən ixtisar oluna bilər.
Təqdim olunan sənədləri təhlil edərək, kredit şöbəsi kreditləşmə haqda müsbət
qərar qəbul etdiyi halda müştəriyə ssuda hesabı açmaq üçün mühasibatlığa
sərəncam verir. Bu sərəncama kredit müqaviləsi və girov müqaviləsi əlavə
olunmalıdır. Ssuda hesabını açmaq üçün müəssisə bankın mühasibatlıına aşaıdakı
sənədləri təqdim etməlidir:
Müqavilə üzrə borcun ödənilməsi üçün tədiyyə tələbnaməsi üzrə borcalanın
hesabından akseptsiz qaydada vəsaitin silinməsi haqda borc alanın bankına hüququ
verilməsi haqda sərəncam yaxud sərəncamın surəti;
-
əgər müəyyən
vaxtda vəsait daxil olmazsa, onda akseptsiz qaydada
müştərinin hesabından vəsaitin silinməsi üçün müştəriyə xidmət göstərən
banka verilən tədiyyə tələbnaməsi-tapşırıı;
-
ssuda hesabının açılması haqda vergi müfəttişliyindən arayış,
habelə
müqavilə üzrə müvafiq ödənişin vaxtı çatdıı halda borcalanın hesabından
vəsaitin silinməsinə hüquq verən öhdəlik-tapşırıq.
Bankdan kredit alan təşkilat, əsas borcun qaytarılması üzrə bank
qarşısında meydana çıxan öhdəliklərin məbləğini uçot və hesabatda etibarlı
şəkildə əks etdirilməlidir. Eyni zamanda kreditdən
istifadəyə görə faizlərin
ödənilməsinə çəkilən xərclərin silinməsi mənbələrini də düzgün seçməlidir.
66
Alınmış kreditlər üzrə bankla hesablaşmaların uçotu üçün mühasibat
uçotunun hesablar planında aşaıdakı hesablar nəzərdə tutulmuşdur:
501“Qısamüddətli bank kreditləri” hesabı
401 “Uzunmüddətli bank kreditləri” hesabı
502 “İşçilər üçün qısamüddətli bank kreditləri” hesabı
Bu hesablarda müvafiq qeydlər bankın çıxarışları əsasında həyata keçirilir.
Alınan kreditlər üzrə hesablaşmaların vəziyyəti haqda informasiyalar
ölkənin ərazisində və onun hüdudlarından kənarda
olan banklarda Azərbaycan
manatı və xarici valyuta ilə aparılır.
Qısamüddətli kreditlərin uçotu 501 saylı passiv hesabda əks etdirilir:
Dostları ilə paylaş: