2.3. İşçilərlə və təhtəhlhesab şəxslərlə hesablaşmaların uçotu.
Müəssisə, hər bir təsərrüfat fəaliyyəti prosesində caqlı əməkdən istifadə edir.
Belə bir əməyin ödənişini bir tərəfdən istehsal və tədavül xərclərinin bir hissəsi
kimi, digər cəhətdən hər bir İşçinin əmək ödənişi kimi nəzərdən keçirmək olar.
Əmək ödənişinə məsrəflərin, əməyin ödənişi üzrə hesablaşmaların və əmək
ödənişindən tutulmaların uçotu tamamilə başqa bir tədqiqat işinin mövzusudur. Biz
isə bu bölmədə İşçi heyətlə hesablaşmaların xüsusi formalarını (məs., kreditlə
satılan mallara görə İşçi heyətilə hesablaşmalar, verilən borclar üzrə hesablaşmalar,
maddi ziyanların ödənilməsi üzrə hesablaşmalar və s.) araşdırmaı qarşımızda
məqsəd qoymuşuq. Bu qəbildən olan hesablaşma münasibətlərinin uçotu üçün 202-
3 “Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər” hesabından istifadə
olunur. Hesabın tərkibində aşaıdakı subhesablar açıla bilər:
1.
“Kreditlə satılmış mallara görə hesablaşmalar”
2.
“Verilmiş borclar üzrə hesablaşmalar”
3.
“Maddi zərərin ödənilməsinə görə hesablaşmalar”
Hesabın debeti üzrə İşçilərin borcları kreditində isə həmin borcların
silinməsi qeydə alınır. Analitik uçot müəssisənin hər bir İşçisi üzrə ayrılıqda
aparılır.
Məsələn, “Verilmiş borclar üzrə hesablaşmalar” subhesabında onlara fərdi
mənzil tikintisi, bağ evlərinin satın alınması və s. məqsədlər üçün müəssisə
tərəfindən verilən borclar uçota alınır. İşçiyə verilən borcun məbləği həmin
subhesabın debetində və pul vəsaitləri uçota alınan hesabların kreditinə (221
“Kassa”, 223 “Bank hesablaşma hesabı”) əks etdirilir. Borclar ödənildikdə (qismən
və yaxud tamamilə) pul vəsaitləri uçota alınan hesablar debetləşir.
50
İşçinin yazılı ərizəsinə əsasən o, aldıı borcu hissə-hissə öz əmək haqqından
tutulmaqla ödəyə bilər. Belə əməliyyat aşaıdakı qaydada rəsmiləşdirilir:
D-t
202-3
K-t
223
Sənaye müəssisələri alınmış mal-material dəyərlərinin malın, metalın yerinə
yetirilmiş iş və xidmətlərin dəyərini nəqdsiz qaydada (köçürmə) həyata keçirir.
Müəssisə və təşkilatların elə xərcləri də olur ki, onları mütləq nağd qaydada
ödəmək lazımdır. Bunun üçün müəssisədə təchizatçı (ekspeditor) vəzifəsi olur ki,
həmin şəxslər bu qəbildən məsrəfləri ödəmək üçün kassadan nağd olaraq pul
götürməklə təhtəlhesab şəxs sayılır. Bu cür vəsaitləri İşçinin ezamiyyətə getməsi
və yaxud yük göndərilməsi və alınması, təşkilatları xırda xərcləri, poçta, teleqraf
və başqa inzibati idarə xərcləri ilə əlaqədar olaraq baş verir.
Təhtəlhesab məbləğlər bir qayda olaraq müəssisənin ştatında olan az
miqdarda İşçilərə verilir. Bu zaman avansın həcmi tapşırıı yerinə yetirmək üçün
lazım olan minimum həcmdə müəyyən edilir. Təsərrüfat-maliyyə intizamını
möhkəmləndirmək məqsədi ilə elə bir qayda müəyyən edilmişdir ki, vəzifəli şəxs
yalnız əvvəllər ona verilmiş avanslar üzrə hesab verdikdə, təhtəlhesab olaraq pul
ala bilər. Bir təhtəlhesab şəxsin avansını başqasına (tamamilə və ya qismən)
verilməsinə yol verilmir. Təhtəlhesab məbləğlərdən əmək haqqı verilməsinə,
habelə təhtəlhesab şəxslər vasitəsilə debitor borcları, məhsul və yaxud xidmətlərin
satışından əldə edilən pul vəsaitinin alınmasına icazə verilmir.
Müəssisələrdə təhtəlhesab məbləğlər ya ezamiyyətə göndərilən şəxsin ərizəsi
yaxud da kassa məxaric orderi ilə verilir. Hər iki halda sənədlərdə direktorun
razılıq icazəsi və baş mühasibin imzası olmalıdır. Mühasibat avansı verdikdə sərf
edilmiş məbləğ haqqında hesabat tərtib etməyin vaxtını müəyyən edir.
Adətən təhtəlhesab şəxslər ezamiyyət vaxtı xərclər haqqındakı hesabatı
ezamiyyətdən qayıdandan sonra üç gün ərzində təqdimi edirlər. Əməliyyat və
təhtəl məqsədləri üçün verilən avanslar üzrə hesabatlar bir qayda olaraq mühasibat
51
tərəfindən müəyyən edilmiş vaxtlarda təqdim edilir (avans alınan gündən sonra 6-
10 gün ərzində). Avans hesabatı aşaıdakı formada tərtib edilir.
Təhtəlhesab şəxs avans hesabatını imzalamış və bütün inandırıcı sənədləri,
ezamiyyət vərəqəsini, hesabları, qəbzləri və başqa sənədləri ona əlavə etməlidir.
Daxil olmuş avans hesabatları mühasibatda xüsusi cədvəldə qeyd edilir ki, burada
təhtəlhesab şəxslərin soyadı, vəzifəsi, hesabatın təqdim edilmə vaxtı, sərf edilmiş
məbləğ göstərilir. Qeyd edilmiş və yoxlanmış hesabat təsdiq olunmaq üçün
müəssisənin müdiriyyətinə verilir. Hesabat təsdiq olunduqdan sonra təhtəlhesab
şəxslərin şəxsi hesabatlarına və istehsalat və təhtəl əməliyyatları uçota alınan başqa
hesablara mühasibat yazılışı aparmaq üçün əsas sayılır.
Təhtəlhesab şəxslərlə hesablaşmalar üzrə əməliyyatlar mühasibat uçotunun
hesab planında 244 “Təhtəlhesab məbləğlər hesablaşmalar” adlı aktiv hesabında
uçota alınır. Həmin hesab üzrə müəssisə avans alan bütün İşçilərinə analitik (şəxsi)
hesablar açılır. Hər bir hesabda təhtəlhesab, şəxslərin düzgün uçotunu təmin edən
bütün rekvizitləri doldurmaq lazımdır. Xüsusən şəxsi hesablarda təhtəlhesab şəxsin
soyadı, adı və atasının adı (tam) tutduğu vəzifə, tabel nömrəsi göstərilməlidir.
Son vaxtlarda müəssisədə təhtəlhesab şəxslərlə hesablaşmaları uçota almaq
üçün xüsusi formada olan xüsusi cədvəllər tərtib edirlər.
Verilən formadan görünür ki, hər bir təhtəlhesab şəxs üzrə əməliyyatları
yazmaq üçün bir neçə sətir ayrılır. Əməliyyatlar baş verdikcə müvafiq yazılış
aparılır. Avansın verilməsi, sərf edilmiş məbləğin silinməsi, avans məbləğlərinin
verilməsi haqqında növbəti əməliyyat, onların xərclənməsi və istifadə edilməmiş
vəsaitlərin qaytarılması növbəti sətirdə yazılır və s.
Başqa təhtəlhesab şəxslər üzrə əməliyyatlarda da bu cür hərəkət edirlər.
Ayın axırında cədvəldə müxabirləşən hesablar: 221 “Kassa”, 223 “Bank
hesablaşma hesabı” və başqaları üzrə (“Təhtəlhesab şəxslərlə hesablaşmalar”
hesabının debeti üzrə) və təhtəlhesab şəxslərlə hesablaşmalar “Hesabının krediti ilə
müxabirləşən hesablar” üzrə yekun çıxarılır.
52
Göründüyü kimi cədvəl yalnız analitik yazılışlar üçün əsas deyil, o eyni
zamanda 244 “Təhtəlhesab məbləğlər hesablaşmalar” hesabı üzrə dövriyyə
cədvəlini əvəz edir.
Müəssisə və təşkilatlarda ezamiyyətə göndərilmiş şəxslərdin xərcləri vahid
şəkildə Respublika Nаzirlər Kabinetinin müvafiq Əsasnaməsi ilə qaydada
salınmışdır.
Ezam olunma yerinə getmək və oradan daimi iş yerinə qayıtmaq üçün
İşçiyə nəqliyyat xərcləri təqdim edilən sənədlər əsasında ümumi istifadə olan hava,
dəmir yolu, su və avtomobil (taksidən başqa) nəqliyyatı ilə gedişi dəyəri
miqdarında ödənilir. Bu vaxt İşçiyə əlavə dəyərin ödənilməsi, nəqliyyatda
sərnişinlərin dövlət icbari sığortası üzrə sığorta tədiyyələri, biletlərin qabaqcadan
satışı üzrə xidmətin ödənilməsi, qatarlarda yatacaq ləvazimatından istifadə üçün
xərclər ödənilir.
Təsdiqedici sənədlər təqdim olunmayan təqdim olunmayan hallarda gediş-
gəliş üzrə nəqliyyat xərcləri dəmir yolu, avtomobil və su nəqliyyatının ən aşaı
qiymətləri miqdarında ödənilir.
Müəssisələrdə təhtəlhesab şəxslərlə hesablaşmaların uçotunu aparmaq,
mühasibat uçotunun hesab planında 244 “Təltəllhesab məbləğlər hesablaşma” adlı
hesabı” nəzərdə tutulmuşdur. Hesab balansa görə aktiv hesabdır. Hesabın
debetində kassadan
götürülmüş pullar, kreditində
isə həmin pulların
xərclənməsinin silinməsi qeydə alınır.
Təhtəlhesab şəxs kassadan nağd olaraq pul götürüldükdə:
Debet –244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı
Kredit – 221
“Kassa” hesabı
Ezamiyyətə gedən şəxs, ezamiyyətdən qayıtdıqdan sonra gördüyü iş və
götürdüyü pul haqqında hesabat verməlidir. Təhtəlhesab şəxs ezamiyyəti
qurtardıqdan 3 gün keçmişə qədər hesabatını mühasibatlığa təqdim etməlidir.
Hesabat diqqətlə yoxlandıqdan sonra, təhtəlhesab şəxsin hesabından nağd
xərclənmiş pulun dəyəri aşaıdakı qaydada silinir:
53
Debet – 721 “İnzibati xərclər” hesabı
Kredit – 244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı
Bütün haqq-hesab qurtardıqdan sonra təhtəlhesab şəxs pulun qalıını kassaya
qaytarmalıdır və qaytarılmış pul üçün:
Debet – 221 “Kassa” hesabı
Kredit – 244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı kimi razılıq verilir.
Müəssisə rəhbəri tərəfindən təsdiq edilən avans hesabatları əsasında həyata
keçirilən aşaıdakı hesablara aid edilir:
D-t
201 “Material ehtiyatları”, 205 “Mallar”, 721 “İnzibati xərclər”,
711 “Kommersiya xərcləri” və s. hesablar
K-t
244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı
Satın alınan material dəyərləri, iş və xidmətlərin dəyəri üzrə əlavə dəyər
vergisi təhtəlhesab məbləğdən ödənildikdə, aşaıdakı köçürmə tərtib olunur:
D-t
521 “Vergi öhdəlikləri” hesabı
K-t
244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı
İstifadə olunmuş avans məbləği vaxtında müəssisəyə qaytarılmadıqda onun
müəssisələrə vurulan ziyan kimi qiymətləndirmək olar. TƏhtəlhesab şəxs
tərəfindən qanunsuz (müəssisə rəhbərinin icazəsi olmadan) istifadə olunan
məbləğləri də şəxslərə aid etmək lazımdır. Mühasibat uçotu hesablarında bu
aşaıdakı qaydada əks olunur:
D-t
217 “Dİgər qısamüddətli debitor borcları” hesabı
K-t
244 “Təltəllhesab məbləğlər hesablaşma” hesabı
Günahkar şəxsdən tutulası məbləğ aşaıdakı köçürmə ilə rəsmiyyətə salınır:
D-t
202-3 “Əsas istehsalatla məşğul olan işçi heyətinə məsrəflər”
hesabının
“Maddi zərərin ödənilməsinə görə hesablaşmalar” subhesabı
K-t
217 “Dİgər qısamüddətli debitor borcları” hesabı
54
İşçilər xarici ölkəyə ezam olunduqda ona müəyyən limit həddində həmin
ölkənin valyutası ilə avans verilir. Bankdan alınan valyuta belə əks etdirilir:
D-t
221 “Kassa” hesabı “Xarici valyuta ilə kassa” subhesabı
K-t
223 “Bank hesablaşma hesabı”
Valyuta vəsaiti İşçiyə təhtəlhesab qaydada verildikdə belə yazılış aparılır:
D-t
244 “Təhtəlhesab məbləğlər hesablaşmalar” hesabı.
K-t
221 “Kassa” hesabı “Xarici valyuta ilə kassa” subhesabı
Valyuta vəsaitinin hərəkəti mühasibat uçotunda Respublika Milli Bankının
həmin günə müəyyənləşdirdiyi məzənnə ilə manatla əks etdirilir.
Ezamiyyətdən qayıtdıqdan və avans hesabatını təhvil verdikdən sonra
(xidməti xarici ezamiyyətin qurtardıı müddətdən keçən 10 gün ərzində) təhtəlhesab
şəxsin borcu Respublika Milli Bankının hesabat verildiyi günə məzənnəsi ilə qeydə
alınır:
D-t
721 “İnzibati xərclər” hesabı, 711 “Kommersiya xərcləri” hesabı
Sutkalıq hesablamaların düzgünlüyünü əsaslandırmaq üçün avans
hesabatına əlavə olunan bəraətləndirici sənədlərin tərkibinə xarici pasportun
kserosurətini də əlavə etmək lazımdır.
Ezamiyyə müddətində valyutanın məzənnəsi dəyişikliyə uğradıqda baş verən
kurs fərqi belə əks etdirilir:
D-t
244 “Təhtəlhesab məbləğlər” hesabı.
K-t
442 “Gələcək dövrlərin gəlirləri” – müsbət fərqi
D-t
442 “Gələcək dövrlərin gəlirləri”
K-t
244 “Təhtəlhesab məbləğlər” hesabı – mənfi fərqi
Yuxarıda göstərilən hesablaşma münasibətlərindən başqa 244-ci hesabda
İşçilərə verilən çek kitabçaları ilə hesablaşmalar da əks etdirilir. İşçilərə
təhtəlhesab qaydada verilən çek kitabçaları mühasibat uçotunda belə qeydə alınır:
D-t
244 “Təhtəlhesab məbləğlər” hesabı
K-t
217 “Digər qısamüddətli debitor borcları” hesabı
55
İşçi tərəfindən çeklərin istifadəsi haqda hesabat təqdim olunduqdan sonra
əks müxabirləşmə tərtib edilir. Ümumiyyətlə, 244 və 217-cı hesabların, habelə çek
kitabçalarındakı qalıın məbləği bir-birinə bərabər olmalıdır. Əgər, fərq əmələ
gələrsə, onda arasındakı fərq 223 “Bank hesablaşma hesabı” hesabının 2-ci “Çek
kitabçaları” subhesabının debetində əks etdirilir.
Dostları ilə paylaş: |