Emal müəssisələrin tikintisinə qoyulan sanitar-gigiyenik tələblər


Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri



Yüklə 196,75 Kb.
səhifə55/82
tarix11.06.2023
ölçüsü196,75 Kb.
#128410
1   ...   51   52   53   54   55   56   57   58   ...   82
Baytarlıq sanitariyası CAVAB

Havanın mühafizəsi və bu sahədə dövlət qanunları



Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsinin əsas prinsipləri


3.0. Atmosfer havasının mühafizəsi sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
3.0.1. insan sağlamlığının qorunmasının üstünlüyü;
3.0.2. insanın həyatı, əmək fəaliyyəti və istirahəti üçün əlverişli ekoloji şəraitin təmin edilməsi;
3.0.3. atmosfer havasının çirklənməsindən ətraf mühit üçün bərpa olunmayacaq nəticələrinə yol verilməməsi;
3.0.4. atmosfer havasına zərərli maddələrin atılmasının və zərərli fiziki təsirlərin dövlət tənzimlənməsi;
3.0.5. atmosfer havasının vəziyyəti və onun çirklənməsi barədə məlumatların dolğunluğu, dəqiqliyi və aşkarlığı;
3.0.6. atmosfer havasının mühafizəsinə elmi cəhətdən əsaslandırılmış, sistemli və kompleks yanaşma.

Maddə 4. Atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri


4.0. Atmosfer havasının mühafizəsi sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
4.0.1. atmosfer havasına atılan zərərli maddələrin və ona zərərli fiziki təsirlərin dövlət uçotu qaydalarının müəyyən etmək;
4.0.2. atılmanın texniki normativlərinin və atılmanın yol verilən həddini, habelə bu hədlərin tətbiq edildiyi obyektlərin siyahısını tərtib və təsdiq etmək;
4.0.3. atmosfer havasına zərərli maddələrin atılmasına görə ödəmələri, habelə atmosfer havasının çirklənməsi və ona zərərli fiziki təsirlərin nəticəsində insanların sağlamlığına və ətraf mühitə vurduğu zərərin ödənilməsi qaydalarını müəyyən etmək;
4.0.4. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazənin verilməsi qaydalarının müəyyən etmək;
4.0.5. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazə alınmasına görə ödəmələrin miqdarını və istifadə olunması qaydalarının müəyyən etmək;
4.0.6. dövlət monitorinqi təşkil etmək, maliyyələşdirmək və onun keçirilməsini təmin etmək;
4.0.7. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirlərə xüsusi icazədə nəzərdə tutulmuş şərtlər pozulmaqla atmosfer havasına zərərli maddələrin atılmasının və (və ya) zərərli fiziki təsirlərin məhdudlaşdırılması, dayandırılması və onlara xitam verilməsi qaydalarının müəyyən etmək;
4.0.8. yanacağın, texniki qurğuların, texnoloji proseslərin, mühərriklərin, nəqliyyat və digər səyyar vasitələrin, avadanlıqların atmosfer havasının mühafizəsinə dair tələblərə uyğun olmasını təsdiq edən sertifikatlaşdırmanın qaydalarını müəyyən etmək;
4.0.9. Azərbaycan Respublikasının ərazisində atmosfer havasının mühafizəsi sahəsində vahid dövlət siyasətini müəyyənləşdirmək və həyata keçirmək;
4.0.10. atmosfer havasının mühafizəsi sahəsində müstəqil dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;
4.0.11. atmosfer havasının çirklənməsi və atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarının yerinə yetirilməsi barədə əhalinin məlumatlandırılmasını təşkil etmək;
4.0.12. atmosfer havasının çirklənməsi nəticəsində insanların həyatı və sağlamlığına təhlükə yaradan fövqəladə vəziyyətlərdə əhalinin mühafizəsinə dair tədbirləri həyata keçirmək;
4.0.13. atmosfer havasının mühafizəsi məqsədilə atmosfer havasının keyfiyyətinin gigiyenik və ekoloji normativlərini, ekoloji sistemlərin yüklənməsi və atmosfer havasına zərərli fiziki təsirlərin yol verilən səviyyəsi və onun hədlərini müəyyən etmək;
4.0.14. müvafiq icra hakimiyyəti orqanlarının, hüquqi və fiziki şəxslərin atmosfer havasının mühafizəsi sahəsində fəaliyyətini əlaqələndirmək;
4.0.15. atmosfer havasının mühafizəsinə dair məqsədli dövlət proqramlarına və Azərbaycan Respublikasının bu sahədə beynəlxalq öhdəliklərinə müvafiq olaraq atmosfer havasına zərərli maddələrin atılmasının azaldılması, həmçinin belə azalmanın həyata keçirilmə müddətlərini müəyyən etmək;
4.0.16. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.




  1. Yüklə 196,75 Kb.

    Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   82




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin