nəticədir.
-Tüpürdüm
sizin vasitənizə də, nəticənizə də. Mən gedirəm hamıya deməyə.
Qapını açıb çıxmaq istəyirdim ki, arxadan Azad nə iləsə başımdan ilişdirdi.
Bilirsinizmi?
Əslində Şah İsmayıl heç vaxt şair olmayıb. Şeirləri isə sadəcə ona oxşayan adi bir kəndli yazırmış.
Əslində fransızların indiyə kimi fəxrlə danışdıqları Bastiliya qalasına olan hücum zamanı nə qanlar tökülüb, nə
qəhrəmanlıqlar nə də vətəndaş müharibəsi olub. 14 iyul 1789 –cu ildə Bastiliya qalası sadəcə köhnəlmiş və
dövlət tərəfindən boşaldılmış içində cəmi 7 nəfər məhbus olan türmə idi. Bastilliyaya yüz nəfərdən az adam
hücum edibmiş. Bastiliya qalasından isə cəmi bircə dəfə tapancadan göyə atəş açılmışlar. Hətta qapını belə
silahsız gözətçilər özləri açıbmışlar.
Əslində Roma kilsəsinin 600 il tabe olduğu “Constitutum Сопstantini”- Konstantindən qalmış sənəd ( bu
yazıda bütün hakimiyyət Roma kilsəsinə verilir – bütün Italiya, xristian torpaqları və qərb Romadan asılı olmasa
onların cəhənnəmdə yanacağı bildirilib) əslində saxta sənəd imiş. Bütün Xristianlar 600 il saxta sənədə tabe
olublar. Volter bu hadisəni xristian tarixinin ən böyük rüsvayçılığı adlandırıb.
Əslində İslamın mərkəzi sayılan Məkkədə yerləşən müqəddəs Kəbədəki qara daş 930-cu ildə oğurlanıbmış.
Lakin bu fakt gizli qalıbmış. Möminlər daşın orada olduğunu düşünüb Həccə gedirmişlər. Bir də müqəddəs daş
952-ci ildə tapılıb geri qaytarılıbmış.
Əslində Luvrda yerləşən, Leonardo Da Vinçinin ən məhşur əsəri olan “Cakonda”da Mona Liza yox,
Konstansiya adlı xanım təsvir olunub. Əsl Mona Liza isə London kolleksionerlərindən birinin evindədir.
Əslində Tarixin atası sayılan Herodot bilib bilmədiyi hər şeyi qələmə alırmış. Onun işlərinin çox hissəsi başqa
yazıçılardan oğurlanmadır.
Sondan Sonra
Başımın ağrısı hələ də keçməmişdi. Ayılanda əvvəlcə harada olduğumu anlamadım. Bu otağın içində hər şey
yumşaq idi. Yer, divar, qapı. İçəridə heç kəs yox idi. Hündür tavanda zəif işıq yanırdı. Məni bağlamışdılar. Bir
dəqiqə heç nə başa düşə bilmədim. Amma yavaş-yavaş yaddaşım yerinə gəlirdi. Onlar məni başımdan vurdular.
Həyətdəki uşaqlar. Mənim topumla oynayırdılar. Amma məni oynamağa qoymurdular. Mən də topu götürəndə
onlar məni arxadan vurdular. Sonra da ana məni xəstəxanaya gətirdi. Nə uzun yuxu görmüşəm. Bəs məni niyə
bağlayıblar? Yox, yox, məni Azad vurub arxadan. Hə, hə, Aysel məni atıb getdi. Sonra Azad vurdu arxadan.
Abbas öləndən sonra. Uşaqlar HOST-u hücuma səsləyirdilər. Ola bilməz. Deməli hücum baş verdi? Deməli
insanlar çevriliş etdilər. Məni də burada bağlayıblar? Yox, yox, nə isə düz gəlmir. Aysel niyə məni atıb getsin
ki? Axı hər şey yaxşı idi? Nə isə düz gəlmir! Bəs əgər dövlət təşkil etmişdirsə onda A necə oldu? Axı dəyirmi
masada o yox idi? Bəlkə bu, A-nın sınağıdır? Bəlkə məni sınaqdan keçirir? Axı o, peyğəmbərdi. Bəlkə özünə
yaxınlarını belə seçir. Mən sona qədər sadiq qalmalıyam. Bəzi şeylər danışdıqlarına uyğun gəlmir. Yaxşı lap
dövlət təşkil edibsə axı A camaatın gözünün qabağında 9-cu mərtəbədən yerə tullanmışdı? Axı onun otağından
çıxanda mənim ürəyim getmişdi. Hamı onun otağından çıxanda özünü itirirdi. Bu adi adam ola bilməz axı. Bəs
uşaq evinə düşməyi, evlərinin yanmağı? Yox, yox, nə isə düzgün gəlmir. Deməli elə çıxır ki, Azad, Aslan, Araz
A-nı satıblar, hə? Deməli onlar məni aldadıb əslində Milli Məclisə hücum ilə HOST-un məhvinə nail olmaq
istəyirmişlər. Deməli onlar istəyirdilər ki, hamımız qırılaq. Aha, düzdü. Ayselə də bunu A xəbər verib ki,
içimizdə casuslar var, o da elə bilib ki, mən də onlardanam. Ona görə Aysel məni atıb gedib. Yüz faiz..
Hmm. Bəs elə idisə onda niyə bir saat mənə nağıl danışırdılar? Elə birdəfəlik öldürəydilər də.Yox, yox, nə isə
başqa şey. Bura haradır? Məni niyə bağlyıblar? Deməli başlayaq başdan. A gəldi, HOST yarandı, mən evdən
qaçan vaxt bunlarla görüşdüm. Qoşuldum. Əsas üzvlərdən birinə çevrildim. Ayseli xilas elədim. Amma o
mənimlə sona kimi gedə bilmədi. Bir dəqiqə. Stop. Stop. Stop. A, Azad, Adil, Abbas, Aslan, Araz, Aydın,
Aynur, Aysel, Anar. Niyə hamısı A hərfi ilə başlayır? Niyə? Belə təsadüf ola bilər? Öz adım da A ilə başlayır.
Niyə?
Bəlkə bütün bunlar mənim təxəyyülümdür. Bəlkə heç bir HOST cəmiyyəti yoxdur? Bəlkə hamısını mən burada
fikirləşmişəm. Bura haradır ki? “Eyyy, məni kimsə eşidir? Bura haradır? Eyy buraxın məni”.
Yox, xeyri yoxdur. Bəlkə əvvəl gördüyüm yuxu deyildi? Bəlkə doğrudan nə vaxtsa topla oynayanda başımı
vurublar, dəli olmuşam, indi də bu xəstəxanada özümdən şeylər fikirləşirəm.Yox, yox, dəli heç vaxt dəli
oduğunu anlamır. Yox, yox . Sübut tapmalıyam. HOST-un var olduğunun sübutu olmalıdır. Hmm. Haradan
tapım sübutu? Burada heç nə yoxdu. Yox, yox, bu qədər şeyi fikirləşmək olmaz. Bəlkə mən. Bəlkə mən A-yam?
Bəlkə bütün bu cəmiyyəti mən toplamışam? Aysellə sərhəddə ayrılandan sonra türməyə düşdüm, orada Azadla
tanış oldum. Ona hər şeyi öyrətdim. Sonra qaçışı təşkil elədim. Axı mən peyğəmbərəm. Deməli bəzi şeylər
yadımdan çıxa bilər. Yüz faiz. A mənəm. O hamı ilə danışırdı. Bircə məndən başqa. Mənə kitab yazmağı
demişdi. Bir elçinin kitabını başqa adam yazmır. Mən də özüm öz kitabımı yazıb bitirdim. İndi də dəyirmi
masada oturmuşduq. Mən onlara əmr elədim ki, Milli Məclisə hücum etsinlər. İndi də..Hmm. İndi də Allahın
yanındayam. Bu ağ palata yəqin səmadır. Yəqin yenə çəkilmişəm gizli otağıma və indi də ruhum qalxıb bura.
Yoxxxx... Ağlıma gör nə gəlir. Yox.. A-zad deyiləm. Bu qədər nağılvari ola bilməz hər şey. Mən dəli-zad
deyiləm. Hər şeyi olduğu kimi fikirləş. Anar, sakitləş, sakitləş. Hə.. Bax belə... İndi getdik bir də başdan.
Uşaqlar deyir ki, HOST dövlətin qurduğu gizli təşkilatdır. Yaxşı, razılaşıram. Hmm. Sonra dedilər ki, hücum
edirik, amma narahat olmayım. Çünki hər şey qabaqcadan hazırlanıb. Mən də başlayıram qışqırmağa, onda
Azad məni vurur ki, gedib bütün planı alt-üst etməyim. Yıxılıram yerə, məni salırlar bura. Deməli hələ də
Episentrdəyəm. Bu otaq da gizli otaqlardan biridir. Mən onlara mane olmayım deyə hələlik məni burada
bağlayıblar. Bir azdan çevriliş qurtaracaq. Və gəlib məni buraxacaqlar. Stop. Bir məqam qalıb. Yaxşı, dövlətin
işidirsə, deməli A peyğəmbər zad deyil. O da dövlətə işləyən adi gənclərdən biridir. Hmm.. İndi bir məsələ qalıb.
Bəs niyə üzə çıxmır bu qədər? Niyə ancaq Abbas öləndən sonra çıxdı? Stop. Stop. Məntiqsizliyin biri də bu.
Abbas öləndən sonra uşaqların heç vecinə deyildi ki, Abbas ölüb ya yox. İkinci məntiqsizlik. Əgər HOST
dövlətin gizli qurumu idisə niyə Abbası öldürsünlər ki, özü də MTN-ə işləyir. Yox. Deməli belə. Bir az
kənardan baxmağa çalışaq.
Hmm. Abbasın ölməyini mən gözlərimlə görmüşəm? Yox. Qan axırdı amma. Bəlkə Abbası qəsdlə yaraladılar
ki, camaat bir az da qızışsın. Hə, hə.Yüz faiz. Kütləni oynatmaq üçün. İsa peyğəmbər xaça çəkilməsəydi bəlkə
bu qədər tərəfdarı olmazdı. Peyğəmbərlərin hamısı əzab əziyyət çəkib. Ancaq şəhidlər əsl qəhrəman sayılır. Hə,
yüz faiz. Bu iş quraşdırlıb. Romeo Cülyetta kimi. Onlar ölməsəydi bu qədər pərəstişkarları olmazdı. Nəsiminin
soyulması. Aha. Deməli burada iki variyant var. Ya Abbas razı olub ki, onu doğrudan da öldürsünlər. Bu da ona
tarixdə qalma şansı verir. Yox. Əslində onlar Abbası öldürmədilər. Mən onun meyitini görmədim. Gecə ilə
Abbas oradan çıxdı. Sonra onun yerinə başqa bir şeyi kəfənə bükdülər. Və A həmin şeyi çiyinlərində. Stop.
Stop. Stop. A yoxdur əslində!!! Uşaqlar onu uydurmuşdular. Əvvəlcədən elə bir adam olmayıb. Bomba.
Əla !!!!!! Yalandan nağıl fikirləşiblər ki, belə bir uşaq var imiş onu yetimxanaya atıblar. Evləri yanıb, nə bilim
dünyada hər şeydən xəbəri var. Nə bilim gecələr yatmır, bir neçə yerə bölünə bilir, peyğəmbərdi, nədi.
Peyğəmbərlər heç vaxt gizli iş görməyiblər. Onlar həmiş üzdə olublar. Heç vaxt gizlənməyiblər. Amma A heç
kəslə üz-üzə danışmırdı. Çünki dövlət onu tanıya bilərdi. Əgər HOST dövlətin işi idisə onda A dövlətdən
qorxmamalı idi dəə. Heç olmasa bu bir il ərzində bircə dəfə bizimlə bir yerdə oturmalı idi də. Amma mən elə
eşidirdim ki, A elə dedi, A belə dedi. Əslində o sadəcə uydurmadı. Hmm. Bəs niyə uydurulsun ki? Hmm. Hə,
tapdım. Çünki uşaqların hamısı adi uşaqlar idi. Hər kəsin mənfi cəhəti olduğu kimi uşaqların da mənfi cəhəti
var idi. Azad bəstəboy idi. Aslan üzdən çirkin, Abbas əvvəl MTN-də işləmişdi. Peyğəmbərləri MTN-ə işə
götürmürlər. O birilərin də hər birinin hansısa bir mənfi cəhəti var idi. Ideal adam yaratmaq lazım idi. Nə qara
saçlı olsun, nə azərbaycanlı olsun, nə sarışın olsun, nə gözünün rəngi bilinsin. Gərək hər kəs onu ideallaşdırdığı
kimi təsəvvür edə biləydi. Ona görə də hər dəfə uşaqlardan biri gizli otağa girib onun maskasını taxırdı. Bəlkə
də bir neçə eyni maska var imiş. Ona görə camaata elə gəlirdi ki, gecələr yatmır, bir neçə yerdə eyni vaxtda ola
bilir. Aha. Aha. Bura kimi gəldik. Bəs Abbas öləndə axı bütün uşaqlar yığışmışdı. A da gəldi. Necə oldu?
Hmmm.
Deməli belə, Abbas ölməyib. Hamı başlayıb qışqırmağa ki,
A gəlsin, A gəlsin. Abbas da A-nın paltarını
maskasını geyinib, özü öz saxta cənazəsini qaldırıb. Camaat da inanıb. Sonra özü-özünü qəbristanlığda basdırıb.
Hələ bir ağlayıb da. He he he. İdeal plan!!!! Sözüm yoxdu. Əla. İndi də camaat, özünü HOST-a qurban vermiş
Abbasın xatirəsini yad edir və onu çiyinlərində daşıyan A-nın qarşısında diz çökür. Bir daşla iki quş. Bəs sonra?
Mənim kitabım yayıldıqca bu nağıl tarixə çevriləcək. Sonra da. Sonra da hamı A-nın üzə çıxmasını gözlədiyi
vaxtda A yoxa çıxacaq. Yəni ki, onlar üçün. Necə əvvəlcədən yox idi. Eləcə də sonradan olmayacaq. Amma İsa
peyğəmbər də qeyb olmuşdu. Onun gəlişini hələ də gözləyirlər. A da qeyb olacaq. Bu da onun hər zaman dönə
biləcəyinə işarə. Camaat bu nağıl ilə yaşayacaq. Dövlət öz siyasətini yeridib, torpaqlarını genişləndirir. Olmur
adı Azərbaycan, olur HOST ölkəsi. Fərqi nədir? Bir xalq yüz dəfə himn dəyişir, hər əsr bayraq dəyişir, ad
dəyişir..
Yox, yox. Çox uzaqlara getdim. Burada Ayselin məni atmasında da nə isə bir şey var. Bir də 9-cu mərtəbədən
tullanmaq. Axı bunu Abbas edə bilməzdi. Bir də niyə hamımızın adı A ilə başlayır? Stop stop. Ola bilməz.
Səhərdən fikirləşdiyim hamısı səhv idi..
Bəs Azadla, Aslanın lap əvvəldə türməyə düşməyi? Əgər dövlətə işləyirdilərsə necə türməyə düşüblər ki? Mən
uşaq vaxtı futbol oynamaq istəyirdim. Top mənim idi, amma məni qoymurdular. Mən topumu götürəndə
arxadan kismə başıma yekə daş atdı. Ondan sonra nə olmuşdu? Hansı xəstəxanada yatmışdım? Niyə yadıma
gəlmir sağalmağım? Niyə heç nə yadıma gəlmir? Səyahətə çıxmamışdan mən artıq işləyirdim. Jurnalist
işləyirdim. Amma HOST vaxtlarında universitetdə oxuyurdum. Bu necə olur? Əvvəl işləmişəm sonra
oxumuşam? Yoxsa eyni vaxtda?
Bəlkə hamısını bu palatada yuxuda görürəm. Bəlkə Azadla türmədə qalanda bir gecə gəlib dedilər ki, sabah səni
öz bölməmizə aparırıq. Başına oyun açacaqlar - bəlkə bu həmin bölmədir.Yox, yox. Paltarımı çıxarda bilmirəm.
Paltarım belə düyünlənməsəydi onu çıxardıb hər şeyi bilərdim. Əgər üstümdə yaralar varsa deməli məni
doğrudan da o bölmədə elə çırpıblar ki, ağlım başımdan çıxıb. Əgər yaralar yoxdursa deməli məni heç kəs
döyməyib. Əgər iynə izləri bədənimdə çoxdursa deməli uşaq vaxtından dəli oluşam. 10 ildir başımdan aldığım
zədəyə görə dəlixanada yatırdım. Müalicə olunurdum. Əgər çiynimi görə bilsəydim. Orada HOST-un tatusu
olmalı idi. Mənim çiynimdə HOST yazısı olmalı idi. Əgər o varsa deməli hər şey doğrudan olub. Sadəcə Azad
başımı bir az bərk vurub. Amma zibil paltarı heç cürə çıxarda bilmirəm. Zibilə qalsın hər şeyy. Mən ölmək
istəyirəm. Heç nə başa düşmürəm. Həqiqət haradadır? Mən haradayam? Mən kiməm? A kimdi, HOST var ya
yox? Mən A-yam, yoxsa A ümumiyyətlə uydurmadır? Bu dövlətin işidir yoxsa Allahın? Bəlkə həm dövlətin
işidir, həm də A seçilmiş insanlardandır? Əgər dəliyəmsə bu qədər bilgi və materialı haradan bilirəm? Niyə
Aysel getdi ki? Niyə Abbasın meyitini görmədim? Niyə uşaq vaxtı başıma daş dəyəndən sonra nə olduğu
yadımda deyil? Görəsən dünya nə olacaq? Neçə vaxtdır buradayam? Bir ay, yoxsa 10 il? Əgər çevriliş oldusa
dünya indi necədir? Bəlkə uşaqlıqdan burdayam və əslində Dünya tamam başqa cürdür? Bəlkə mən seçilmişəm
indi də başqa dünyadayam? Nə? Nə? Köməy eləyin, kömək eləyin, kömək eləyin.
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAAAA məni kimsə eşidir?
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAAA,buraxın məni!!!
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAA....nə baş verir?
AAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAAA
AAAAAAAAAAAAAAAAA...
Qapı qapı.....kimsə qapını açır..kimsə qapını açmaq istəyir. Qapı açılır. Mən tanış sifətləri görürəm. Onlardan
biri deyir:
- Necəsən? Deyəsən özünə gəldin. Həə? Yeni dünyanı görməyə hazırsan? GƏL GEDƏY...