Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə Məktəblilərin sinifdən xaric oxusu üçün


bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə4/10
tarix02.12.2016
ölçüsü0,71 Mb.
#688
1   2   3   4   5   6   7   8   9   10

bilmir ki, eybəcər ördəklər bir gün durnaya çevrilib hini birdəfəlik tərk edirlər. Əslində biz hamımız 

eybəcər ördəklərik. Bizi birləşdirən də elə budur. Mən özüm əvvəl hüquq fakültəsində oxuyurdum. 3-cü kursa 

kimi bir təhər oxudum. Amma bir gün başa düşdüm ki, mən hüquqçu olmaq istəmirəm. Evdəkilər dəlı oldular -  

“Ondan yaxşı sənət var ki? Həmişə çörəyin olacaq”. Dedim, əgər iştah yoxdursa çörək nəyimə gərək? Dedim 

rəssam olmaq istəyirəm. Amma evdə bu fikir onlara gülünc gəldi. Məni çox danladılar. Bütün yaxşılıqları 

başıma vurdular. Universitetin illik ödənişlərini yadıma saldılar. Anam dedi, iki il də dözüm sonra rəssamlıq da 

eləyərəm. Atam dedi ki, yaxşı çəkmək istəyirsən çək, amma dərsdən  sonra. Amma mən dərsə getmək 

istəmirdim. Zəhləm gedirdi quru-quru qaydalardan. 

 Mən dedim: 

- Aslan, səni çox yaxşı başa düşürəm. Bəs sən nə etdin? 

- Nə etdim? Heç nə, gizlicə dekanlığa gedib ərizə yazdım ki, çıxıram universitetdən. Ondan sonra özümü axır 

ki, azad hiss elədim. Hər gün rəsmlər çəkirdim. Mən xoşbəxt idim. Valideynlərim şoka düşmüşdü. Əslində 

istəmədiyin gözəl fakültədə oxumaq sevmədiyin gözəl qızla evlənmək kimidir. Amma indi çirkin də olsa öz 

sevgilimin yanında idim - mənim sevimli fırçamın. Cəmiyyət hələ 100 il də böyüməlidir ki, mənim əslində düz 

etdiyimi başa düşsün. Mən arzuma çatmışdım. 

Günlərin bir günü məni əsgərliyə çağırdılar. Mənim tamam yadımdan çıxmışdı ki, dövlət adlı qəribə bir 

qurumun əsgərlik adlı mənasız bir orqanı var. Onlar məni aparmağa gəlmişdilər. İnsanı heç kəs rahat buraxmır. 

Bəlkə mən getmək istəmirdim? Bəlkə mən əsgər olmaq istəmirdim? Amma bu fikirlər çox təhlükəli idi. Mənə 

vətən xaini deyərdilər. Çünki belə bir söz var ki, bu torpaqda böyümüsənsə bu torpağa borcunu qaytarmalısan. 

Ana vətən əsgərliyə çağırır. Amma mən heç vaxt görməmişəm ki, torpaq ağzını açıb desin ki “Oğul, sən mənim 

üstümdə gəzirsən, get mənə borcunu qaytar”. Deyən dövlətdi. Dövlət isə Vətən deyil. Malı mala qatmaq olmaz. 

Nə isə, getdim əsgərliyə. Bütün rəssamlıq həvəsimi də orda öldürdülər. Yadıma gəlir ki, əsgərlikdən əvvəl 

ancaq işıqlı rəsmlər çəkərdim. Günəş, uşaqlar, kəpənəklər. Amma əsgərlikdən sonra elə bil bütün nifrətimi 

kağızlara köçürürdüm. Ancaq qoca eybəcər qırışlı üzlər, çürümüş meyvələr, xarabalıqlar çəkirdim. Əslində 

bununla ürəyimi boşaldırdım. Sonra sərgi keçirdim. Sərgidən sonra mənə zəng gəldi  - bu, A idi. Mənim bütün 

həyatım o zənglə dəyişdi. A mənim rəsmlərimi görmüşdü. Elə bil içimdəki bütün sıxıntıları rəsmlərdən 

oxuyubmuş kimi mənimlə danışırdı. İndi də gördüyün kimi mən buradayam. 

Mən axır məni ən çox maraqlandıran sualı verdim: 

- A kimdi ki? 

Aslan özünü eşitməməzliyə vurdu: 

- Abbas da çox qəribə həyat yolu keçib. Atası ilə Rusiyaya getmişdi. Amma millətçilər atasını öldürmüşdülər. 

Abbas isə bir təhər canın qurtara bilmişdi. Bakıya qayıdanda dayısı onu saxlamağa başlayıb. Bir müddət MTN-

də işləyib. Ona görə indi demək olar ki, hər şeydən xəbəri var. Onun maraqlı bir sözü var. Deyir ki, Bakıda 

gözəl bir varlanmaq üsulu var. Əgər kiminsə pullarını hər kəsin gözünün qabağında oğurlasan, tutaq ki 100000 

dollar pul oğurlasan. Məhkəməyə 50000 dollar rüşvət verib işi tər təmiz uda bilərsən. 50000 dollar da özünə 

qalar. Amma deyirdi ki, əvvəlcə xırda bizneslə başlayın. 3000 dollar oğurlayıb məhkəməyə 2000 dollar verin 

1000 dollar qabaq düşün. Eləcə də o bir çox qeyri qanuni, amma cəzası olmayan üsullar bilir. Bir kredit 

kartından eyni pulu iki dəfə çıxartmaqdan tutmuş Bakıda heç bir vergi düşməyən nöqtələrə qədər. 

Mən yenə soruşdum : 

- Bəs A kimdi? 

Aslan susdu. Sonra dedi: 

- Elə suallar var ki, onların cavabı yoxdu... 

 

HAVA, OD, SU, TORPAQ 

 

Abbas  gələndə hamı baş zala keçdi. Deyəsən yaxşı xəbərlə gəlmişdi. Ortaya keçib danışmağa başladı: 



- Uşaqlar, indi danışacağım şeydən sonra kim istəsə bu birliyi tərk edib gedə bilər. Əvvəlcə A-nın dediklərini 

bir daha təkrarlamaq istəyirəm. Kiçik bir mətn hazırlamışam. Burdan hər şey aydın olacaq. Kim istəsə götürsün.  



 

 

H.O.S.T 

 

Sənə öyrədilən hər şeyi unut. 

Sən qum dənəciyi qədər kiçiksən. 

Sən həyatın boyu ölümü düşünmədən yaşayırsan. 

Ölüm gələndə isə deyirsən “Mən ki heç yaşamadım”. 

100 il sonra isə sənə görə heç kəs ağlamayacaq. 

 

Sənə danışılan heç nəyə inanma. 

Sənin beynini uşaq nağılları ilə doldurdular. 

Səni inandırdılar ki, bir gün  Simurq quşu gələcək və bizi qaranlıq dünyadan xilas edəcək. 

Sən heç vaxt xoşbəxt olmayacaqsan. 

Çünki, gözəl pəncərə təkcə şüşənin təmizliyindən yox, həm də mənzərədən asılıdır. 

 

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. 

Biz Tarixin sınma nöqtəsiyik. 

Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. 

Bizim üçün dəyərli heç nə yoxdur. 

Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. 

 

Sənə inanan hər kəsi aldat. 

Səni tərifləyən hər kəsi söy. 

Bizi öldürməyən bizi gücləndirir. 

Bizim gücümüz zəifliyimizi anlamağımızdadır. 

Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri. 

Bizim döyüşümüz özümüzə qarşıdır. 

 

Bu mətni tam anlaya bilməmişdim. Amma onda nə isə qəribə bir doğmalıq hiss olunurdu. Birdən-birə beynimə 

təzyiq gəldiyini hiss etdim. Az qala huşumu itirirdim. Mətnin şüuratı təsiri vardı. Özümü pis hiss etməyə 

başladım. Sonra bir də oxudum. İçimdə hansısa bir sıxıntı yaranadı. Çox qəribə idi. Elə bil sözlərdə hansısa gizli 

bir şifrə, kod var idi. Onu tapmağa çalşırdım. Abbasın səsi fikirlərimi yayındırdı: 

- A dedi ki, bu vərəqləri hər yerdə paylayaq. Bu gün bir çox ali məktəblərə paylamışıq. Arxada əlaqə internet 

ünvanı da var. Bizə məktub yazırlar. Məncə bu sözlərdə nə isə gizli bir şey var. Çünki onlardan sonra elektron 

ünvana xeyli məktub gəlib. Intihar etmək istəyən, depressiyada olan gənclər öz dərdlərini danışırlar. Onlara heç 

kəs deməyib ki, bizdə belə bir qayda var. Onları heç kəs məcbur etməyib ki, tanımadıqları ünvana bütün 

həyatlarını yazsınlar. Məktubları da sizə paylayaram. Özünüz görəcəksiniz.  

 

Aysel yadıma düşmüşdü. İstəyirdim ki, iclası saxlayıb Ayseli necə sevdiyimdən danışım. Sonra Aslana baxdım. 



Onun gözləri dolmuşdu. Ümumiyyətə içəridə olan hər kəsdə qəribə bir narahatlıq vardı. Bircə Abbas rahat idi. 

O deyirdi: 



Uşaqlar, cəmiyyət içində yaşamaq gündən-günə çətinləşir. Deyirlər ki, bir 

nəfərin ölümü faciədir, 1000 nəfərin ölümü isə artıq statistikadır. Biz 

tanıdığımız  insanların dərdinə acıyırıq. Tanımadıqlarımız isə rəqəmlərdir. 

Gündə minlərlə insan acından, xəstəliklərdən ölür. Bir Titanikin batmasına biz 

göz yaşı ilə baxırdıq. Titanik boyda gəminin faciəvi məhvi ürəyimizi ağrıdırdı. 

İndi təsəvvür edin ki, hər gün, hər saat bir Titanik batır, dalbadal, 

dayanmadan. Hər gün 24000 insan aclıqdan və onun törətdiyi xəstəliklərdən 

ölür. Ölənlərin 60 %-i  5 yaşından kiçik uşaqlardır. Yoxsulluq və kasıblıq hər 

gün artır. Bu gün gündəlik yemək tapmayan insanların sayı 800 milyona çatıb. 

2007-ci il üçün dünya gəlirinin 80 %-i  dünya əhalisinin 15 %-inə çatır. Burda 

bərabərsizliyin nə dərəcədə yüksək olduğunu görürsünüz. Yalnız 15 % 

əhalinin orta aylıq maaşı 30000 dolar təşkil edir. Qalan 85 % əhalidə isə orta 

aylıq maaş 30 dollardır. 

Bizə bu qəribə gələ bilər. Amma bilin ki, dünyada nə qədər yalan olsa da 

rəqəmlər heç vaxt aldatmır. Bu aclıqlar bir yana, dünyada 200 milyondan çox 

narkoman var. Və illik narkotik gəliri 320 milyard dollar hesablanır. 

Bu pulların hesabına bütün dünyanı xilas etmək olar. 4 milyard insanı xilas 

edə biləcək pul  narkomanların kefinə gedir. Baxın siz bayaqkı mətni 

oxuyandan bu vaxta kimi bilirsiniz neçə uşaq acından öldü? İnsanlar 

azğınlaşıb. Deyəcəksiniz ki, bu həmişə belə olub?  Yox, bu qədər ədalətsiz dövr 

hələ olmayıb. Siz ayda qazandığınız 500 dollarla kifayətlənib ailənizi saxlaya 

bilərsiniz. Amma biləndə ki, bir ay əzab-əziyyətlə qazandığınız 500 dolları 

pozğun fahişə bir gecədə qazanır, avtobusda arvadınıza kimsə söz atanda 

həmin fahişə öz avtomobilini sürür, işdə üstünüzə qışqıran müdiriniz bəlkə 

həmin gecə fahişənin ayağının altını öpür - bunlara nə deyəcəksiniz? 

Bəs İraqın bombalanması? Ya da ki, baş örtüklərinə görə universitetdən 

qovulan tələbələr. Ya qlobal depressiya? Avropanın 80%-i bu dəqiqə 

depressiyadadır. Özləri də bilmirlər nəyə görə. Heç bir çıxış yolu yoxdu. Bütün 

psixoloqların məsləhətləri, Yoqa dərsləri, mənasız meditasiyalar, Tibet 

fəlsəfəsi, məsciddə yatıb məsciddə oyanan möminlər, komediyalar, Hollivud,  

MTV, seks, Havay adalarında keçirilən tətillər, Gucci, satanistlərin gecə 

ritualları, ezoterika, nəsli kəsilməkdə olan kenqurulara yardım fondu, kilsə 

mahnıları, tanışlıq saytları, astral uçuşlar, ev heyvanları, hippilik, populyarlıq, 

pul - bunarın heç biri sizi xilas etməyəcək. Çünki gözəl pəncərə təkcə şüşənin 

təmizliyindən yox, həm də mənzərədən asılıdır. Biz özümüz çox xoşbəxt ola 

bilərik. Amma əhatəmiz iyrənc olsa buna dözə bilmərik. Bütün sadaladıqlarım 

depressiyanın dərmanlarıdır. Amma bəzən xəstəlik elə ağır olur ki, 

cərrahiyyəyə ehtiyac yaranır. “Böyük təmizləmə” başlanmalıdır. Biz insanlığı 

sağalda bilmədik. Xəstəlik qanqrenlə yavaş-yavaş bütün bədənə yayılır. Deməli 

çıxış yolu ancaq amputasiyadır. Bu gündən etibarən biz radikallaşırıq. Hər 

şeyə qarşı. Heç bir güzəşt yoxdu. Heç bir qayda yoxdu. Gördüyümüz hər bir 

pisliyə qarşı bir mənalı döyüş. Bizə terroçu deyəcəklər. Amma uşaqların 

həmişə iynədən zəhlələri gedir. O biri otaqda sizin üçün qara köynəklər 

almışıq. Üzərində qırmızı dairənin içində ulduz işarəsi var. Bu işarə ilə biz bir-

birimizi tanıyacağıq. Haqsızlıqlara qarşı mübarizənin planını sabah hər kəs 

yazıb gətirsin. Biz ən uyğunlarını seçib həyata keçirəcəyik. Artıq A hücuma 

başlayıb. Kim nədən narazıdır və onun qarşınsını necə almağı təklif edirsə 

sabah bir kağıza yazıb gətirsin. Mənim özümdə də bir neçə plan var. 

Bu sözlərdən sonra mən Abbasa dedim: 



- Sual vermək olar? 

- Buyur. Burda hər şey olar. 

- Mən bir şeyi başa düşmədim. Sistemə qarşı döyüşməklə necə xoşbəxtliyə çıxmaq olar ki? Dağıtmaq, 

sındırmaq - axı bu düz olmaz. Əslində düzəltmək lazımdır. Dağıtmaqla necə xoşbəxt ola bilərik ki? 

- Sən cücənin nağılını oxumusan? Bu çox qəribə bir nağıldır. 

 

CÜCƏNİN NAĞILI 

 

Biri var idi, biri yox idi. Balaca yumurtanın içində balaca bir cücə yaşayırdı. Yumurtanın içində cücənin hər 



şeyi var idi. Yeməyi, onu qoruyan bəyaz divarlar, istilik, rahatlıq. Cücə yumurtanın içində xoşbəxt idi. O bu 

dünyanı sevirdi. Sevinirdi ki, qaranlıq bir dünyadan belə gözəl ağ divarlı bir dünyaya gəlib. Cücənin öz evindən, 

öz aləmindən çox xoşu gəlirdi. Amma günlər keçdikcə cücə böyüyürdü, evi isə darısqallaşırdı. Bir gün cücə o 

qədər böyüyür ki, artıq yumurtanın içində yaşaya bilmir. Cücə qəribə bir tərəddüd keçirir. İçindən bir səs deyir 

ki, qır bu divarları! Cücə fikirləşir ki, axı bu divarlar mənim dünyamdır, mənim evimdir, mən onu necə qırım? 

İçindəki səs yenə deyir: “QIR BU DİVARLARI!” Yenə cücə qorxur, axı bu divarları qırsa ona soyuq olar, 

həmişə onu qoruyan əzizləyən, rahat evini necə qırsın ? 

İçindəki səs yenə deyir: “HEÇ NƏYİ DÜŞÜNMƏ, QIR DİVARLARI”. 

Cücə öyrəşdiyi qaydalarla yenilik arasında qalır. Sonda gücünü toplayıb özü öz evini qırmağa başlayır, özü öz 

dünyasını dimdiyilə parçalayır. Onu qoruyan, əzizləyən, doğma divarları sındırır. Yumurtadan çıxmış cücə elə 

bilir ki, artıq ölüb. İndi onun əzabları gələcək. Amma cücə öz anasını görür, sonra özü kimi yumşaq, təmiz 

cücələri, sonra yamyaşıl çəmənliyi, sonra parlaq günəşi. Bütün bu cənnəti görəndən sonra sevinir. Sevinir ki, 

cəsarət toplayıb öz evini sındıra bildi. Yoxsa ömrü boyu darısqal qaranlıq divarların arasında boğulacaqdı...  

 

Bəzən xilas olmaq üçün məhv etmək lazımdır 

 

Mən Abbasın nə demək istədiyini indi başa düşdüm. Doğrudan da tarixə baxanda inqilablar insanlığa ancaq 

xeyir gətirib. Roma dağıldı - quldarlıq məhv oldu. Kəndlilər üsyan etdi - feodallar məhv oldu. Xalq birləşdi - 

monarxiya məhv oldu. Ətrafımızakı yumurtanı sındırmadan xoşbəxt ola bilmərik. 

Azad gələndə məni kənara çəkdi: 

- Anar, sənə maraqlı xəbərlərim var. Ayseli tapmışam. 

Bu adı eşidəndə içimdən qəribə bir titrəyiş keçdi. AYSEL AYSEL AYSEL. Kaş hamı yox olaydı. Dünyada tək 

onunla qalaydım. Adəmlə Həvva kimi. Onun mavi gözlərinə baxaydım. Ömrümün sonuna kimi onunla 

qucaqlaşıb dalğaların səsini dinləyəydim. SEVGİ... 

Ozon qatından tutmuş molekullara qədər hər şeyin sirri açılmışıdı. Amma sevgi hələ də dünya üçün ən böyük 

sirr olaraq qalırdı. 

SEVGİ NƏDİR? 

Niyə onun adını eşidəndə ürəyim titrəyir? Niyə onu qucaqlamaq istəyirəm? Niyə başqa qızlar gözümdə yox 

olur? Niyə mənim özümdən zəif bir varlığa ehtiyacım var? Qızların sevgisini haradasa başa düşmək olar. Oğlan 

qızdan güclüdür, qüvvətlidir, onu saxlayır, əzizləyir, qoruyur. Qızın oğlana ehtiyacı var. Bu qəribə deyil. Amma 

oğlan nə üçün özündən zəif bir varlığı qorumaq istəsin ki? Niyə bizdən qat-qat gücsüz bir qızın qarşısında diz 

çökməyə hazırıq? Necə olur ki, bir qızı sevirik, o birini yox? Bu nədən asılıdır? Gözəllikdən, xasiyyətdən, 

ağıldan, zövqdən, yoxsa hamısı bir yerdə? Bəlkə Allah qadınlara xüsusi bir sehrbazlıq verib və onlar bizi 

tilsimləyirlər. Sadəcə bunu özümüzdən gizli saxlayırlar ki, onlara etibarımız itməsin.. Bəlkə sevgi şeytan 

əməlidir, o bizi dəliliklər, ağılsız hərəkətlər etməyə vadar edir? Bəlkə də biz taleyimizlə qarşılaşırıq? Bəlkə 

sevgi heç yoxdur. Sadəcə o qədər hamı danışıb ki, biz də inanmışıq ki, doğrudan da belə bir şey var? 

Amma nə də olmasa mən Ayselin adını eşidəndə ciyərlərimdə hava donub qalır, ürəyim daha tez döyünməyə 

başlayırdı. Buna mən sevgidən başqa ad verə bilmirdim. MƏN AYSELİ SEVİRDİM!!! 

- Heyy, Məcnun, ay kişi, nə oldu sənə fikirə getdin? Eyy...Anar, Anar, kosmosda vəziyyət necədir? Siz bizi 

eşidirsiz? 

-Hə Azad, Aysel haradadır? Bu dəqiqə gedirəm onu gətirməyə. 

- Yox, özünə gəl. Bu bir az çətin olacaq. Sən Ayseli qaçırandan sonra div bir addım da qızdan uzaqlaşmır. 

- Heç nə olmaz, mən o divə göstərərəm. 

  - Ay qardaş, mən əlimdən gələn köməyi eləməyə hazıram. Amma bir az səbrli ol. O div sən girən kollardan 

deyil. Səni də, Ayseli də bir günün içində yox eləyər. Onu qaçıra bilməzsən. 

- Bəs onda niyə deyirsən ki, Ayseli tapmısan? 


- Onunla əlaqə saxlaya bilərsən. Aysel indi Divin villasında qalır. Onu heç yana buraxmırlar. Deyəsən qaçırılma 

prosesi Ayselin reytinqini qaldırıb. 

- Azad, uzatma ürəyim üzüldü. Necə əlaqə saxlaya bilərəm? 

- Villaya girmək mümkün deyil. Onu 7-8 cangüdən qoruyur. Ayselin telefonunu da əlindən alıbar. Amma biz 

həmin evin xadiməsini tapmışıq. Təmizlik işlərinə baxır. Çox vaxt Ayselin yanında olur. Həftədə 3 dəfə. Özü 

Adilgilin qonşusudur. Sən məktub yaza bilərsən. Biz xalaya demişik o da razılaşıb. Deyir ki, yazıq qıza zülm 

edirlər. Eşidəndə ki, onun sevgilisisən iki əlli razı oldu. Sən məktubla əlaqə saxla. Hələ ki, onu çıxara 

bilməzsən. Amma bir azdan bizim gücümüz artacaq. Bu biqeyrətlərin hamısının belini qıracağıq. Dünya 

gənclərin əlindədir. Bir azdan gənclər də bizim tərəfimizdə olacaq. Onda  görəcəyik kimdi güclü. 

- Düz deyirsən. Məktubu Adilə verim hə? 

- Hə, hə, Adilə ver. O çatdıracaq.  

Sonra biz zala keçdik. Uşaqlardan kimsə yenə öz dərdini danışırdı. İşıqlar sönmüşdü. Hamı diqqətlə dinləyirdi.  

“İstəmirdim ki, anam bilsin. Amma məktəbdə məni döyürdülər. Evdə deyirdim ki, yıxılmışam. Axı desəydim 

anam məktəbə gələcəkdi. Hamı mənə güləcəkdi həmişəki kimi. Onlar mənim uzun saçlarımı dolayırdılar. Mənə 

qızbibi deyirdilər”. 

 

A bir çox əlifbaların ilk hərfidir. Finikiya mənşəlidir. Piramidanın rəmzidir. Xristianlıqda müqəddəs 



üçlüyü bildirir. A Pentaqrammda (İnsan və kainatın rəmzi olan – çevrədə beş güşəli ulduz ) hər bir 

güşədə oxunur. Rəqəmsal anlamı “1”,  potensial enerjidən aktuallaşmaya keçiddir. Xristian 

teologiyasında İsanın beş yarasının göstəricisidir. Yunanlarda Alfa hər şeyin başlanğıcı mənasındadır. 

Slavyanlarda A əlifbanın ilk hərfi olub “Mən”-i bildirir. Hinduların inancına görə “Aom “ kəlməsi 

dünyanın yaranmasına səbəb olub. 

Lomonosova görə A məkanın sonsuzluğudur. Əlkimyada A hər bir şeyin əvvəlidir. Dəmiri qızıla çevirir. 

Kainatın varlığıdır. 

A – Eqonun simvoludur. 

 

 

 

 

==============================================================================

======= 

 

MƏKTUB 

 

Salam  Aysel, heç bilmirəm necə başlayım. Bu mənəm Anar. İnanırsan, qələmi götürənə qədər çox şey yazmaq 

istəyirdim, amma indi hər şey yadımdan çıxıb. İnana bilmirəm ki, səni tapmışam. Yadındadır, səninlə yolda 

fərqli cəmiyyətdən danışırdıq. Bilmirəm necə oldu, amma mən elə bir yerə düşmüşəm ki, burada hamı tam biz 

istəyən kimidir. Heç kəs heç kəsdən sirr saxlamır. Hamı fərqlidir. Amma birlikdə hamı bərabərdir. Burda 

cəmiyyətin ədalətsizliklərinə qarşı mübarizə aparacağıq. Kapitalizmin, demokratiyanın səhvlərini aradan 

qaldıracağıq. Bilirsən biz təkcə öz ölkəmizi yox, bütün dünyanı birləşdirmək istəyirik. İnsanları nə irqinə, nə 

dilinə, nə də millətinə görə bölürük. Hər kəs insandır. Kommunistlərdən fərqimiz isə ondadır ki, biz Allaha 

inanırıq. Fərqi yoxdur hansı dinə mənsubdur. Əgər kimsə Allahın varlığına inanırsa bu bizim üçün bəsdir. Bir 

də hər kəsin fərqli olduğunu qəbul edirik. Burda mənasız insanlar yoxdu. Heç kəs maddi şeylərin dalınca 

qaçmır. Biz nə bahalı geyim istəyirik,  nə də ki qır-qızıl. Bizim fikrimizcə dünyanın ən mənasız addımı qızılı 

qiymətli hesab etməsində olub. Ətrafımızda gənclər çoxalır. Dünyanı əxlaqsızlıq və cinayətlərdən xilas etmək 

istəyirik. Bizim başçımız var. Amma onu hələ görməmişəm. Elə bir insandır ki, heç kəs onun qarşısını ala 

bilməz. Onun böyük planı var. Amma heç kəs bilmir bu plan nədən ibarətdir. Cəmiyyət özünü HOST adlandırır. 

Hava Od Su Torpaq. Bunun dərin mənaları var. Bir məktubda yazmaq olmaz. Məqsəd köhnə sistemi tamam 

dağıdıb yerinə sistemsizlik gətirməkdir. Tam Azadlıq. Sərhədlər yox, dillər yox. Biz hər kəsi bərabər edə 

bilməyəcəyik. Bu utopiyadır. 6 milyard insanı bərabər etmək olmaz. Lap pulu bərabər bölsək də, hüquqları 

bərabər bölsək də  heç vaxt gözəl ilə çirkini bərabər edə bilməyəcəyik. Sosializmin ağılsız səhvi bunda idi. Heç 

vaxt  gözəl ilə çirkin, uzun boy ilə qısa boylu, kök ilə arıq bərabər ola bilməz. Biz deyə bilmərik ki, hər kəsin 

gözü qara rəngdə olmalıdır. Kimsə yaşıl gözlə doğulubsa qaraya dəyişsin. Başqalarından gözəl olmasın. 



Mənzərəni dəyişə bilməyəndə ona başqa cür baxmağa başlayırsan. Biz beyinləri dəyişəcəyik. Biz 

düşüncəni dəyişəcəyik. Günəş üçün fərqi yoxdu kim varlıdır kim kasıb. O hər kəsə eyni qədər işıq verir. 

Hava Od Su Torpaq da bu deməkdir. Onlar qədər fərqli bərabər. Bir-birini təkrarlamayan, sadəcə tamamlayan 

və heç biri digərindən üstün olmayan fərqli, amma bərabər ünsürlər. Evdə də məni bir az danladılar. Amma indi 


hər şey yaxşıdır. Yəqin başa düşdün ki  türmədən qaça bilmişəm. Bu da çox qəribə bir əhvalatdır. Eeee mən nə 

yazıram, Aysel, sevirəm səni, sevirəm səni, çoxx, çox, çox sevirəm. Dayana bilmirəm sənsiz. Balaca, çox 

darıxıram. Haralardasan? Necəsən? Səni çox sevirəm, ayrıldığımız gündən bir gecə də olmayıb ki, səni yuxuda 

görməyim. Görüşdüyümüz gündən əvvəl də bir gecə olmayıb ki, səni yuxuda görməyim. Sən həmişə mənim 

yanımda olmusan. Səni həmişə sevmişəm. Səni tanımayanda da səni sevirdim. Başa düşürsən biz bir-birimizin 

yarıyıq. Adəmlə Həvva kimi. Biz bir-birimiz üçün yaranmışıq. Mən sənin üçün, sən də mənim üçün. Sənsiz 

bacarmıram. Bilmirəm səhərdən niyə başqa şey yazırdım. Bəlkə utanıram, bəlkə qorxuram. Sən doğrudan ordan 

qaça bilməzsən? Bağışla məni, biz gərək sərhədi keçməyəydik. Nə isə başqa yol tapmalı idim. Bağışla, indi səni 

qızıl qəfəsdə saxlayırlar. Bu mənim günahımdır. Canım, həyatım, bir az səbrli ol. Mən səni xilas edəcəm. Hər 

şey yaxşı olacaq. Məktubunu gözləyirəm. Hər zaman sənin və yalnız sənin Anarın.. 



Sevgilərlə.. 

 

 

Bizim arzularımız yoxdu. Bizim hədəflərimiz var. 

Biz tarixin sınma nöqtəsiyik. 

Biz qorxularımızı ümidlərimizin yanında basdırdıq. 

Bizim üçün dəyərli heç nə yoxdur. 

Biz uça bilməyəcəyimizi dərk etmiş körpələrik. 

 

Qasım yeddi il güləşlə məşğul olub. Sonra kikboksinqə yazılıb və Azərbaycan birinciliyini qazana bilib. 

Qasımın günü məşq etməklə keçirdi. Kikboksinqlə bərabər karate və aykido ilə də məşqul olurdu. Qasım 

pəzəvəng idi. Məktəblərində onun qədər cüssəli, sərt, güclü, yekəpər adam yox idi. Bütün sinif onun 

üzərinə düşəndə də hərəsini bir tərəfə tullayırdı. Qasımın atası idman federasiyalarının birinin başçısı idi. 

Ona görə direktor da Qasımdan çəkinirdi. Qasım istədiyi vaxt sinfin qapısını təpiklə açır, müəllimlərə 

hörmətsizlik edir, dostlarını söyür, qızlara söz atırdı. Məktəbdə hamı ondan çəkinirdi. Neçə uşağın ağız-

burnunu partlatmışdı. Neçə oğlanı bütün sinfin qarşısında sürütləmişdi. Onun yanında həmişə yaltaqlar 

Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin