olurdu. Ona yaltaqlanmayanlar isə ondan uzaq gəzməyə çalışırdılar. Amma bu gün Qasımın bəxti heç
gətirməmişdi. Həmişəki kimi sinifdə kimisə lövhəyə çırpıb eşşək kimi təpikləmişdi. İndi də məktəbin
tualetində əl-üzünü yuyurdu. İndi o özünü qəhrəman kimi hiss edirdi. Bilirdi ki, hamının ondan zəhləsi
gedir. Amma heç kəs ona bir söz deyə bilməzdi. Bir azdan sinfə girib deyəcəkdi: “Bilirsiniz mən kiməm?
Mən çempionam. Dağıdaram hamınızı”. Sonra da qızlara baxıb lovğalanacaqdı. O elə bilirdi ki, qızların
kobud oğlanlardan xoşu gəlir. Çox təəssüf ki, bu doğrudan da belə idi.
Qasım əyilib əlini yuyanda birdən yanına nə isə batdı. Ani ağrıdan sonra Qasımın ayaqları əsməyə
başladı, müvazinətini itirib düz unitazın qabağına yıxıldı. Onun qarşısında qara geyimdə qara kapüşonlu
kiçik bir uşaq durmuşdu. Əlində də iynə var idi. Qasım ayağa qalxıb uşağın belini sındırmaq istəyirdi,
amma bütün bədəni keyimişdi.
O əlini belə qaldıra bilmirdi. Onda Qasım uşağı söyüb qorxutmaq istədi. Amma dilini də tərpədə
bilmədi. Uşaq onun yanında əyilib dedi:
- Ehh, Qasım Qasım... Nə pis zibilə düşdün hə? Bir azdan bütün məktəb biləcək ki, səni 11 yaşlı uşaq it
kimi çırpıb. Vay-vay-vay, biabırçılıq olar ki. Görəsən qızlar sənə necə baxar? Ya sinifdə nə deyərlər? Bəs
atan? Bəs məşqçin? Bax Qasım, mən çox ciddi adamam. Mənim boş-boş danışmaqdan xoşum gəlmir ona
görə deyirəm. Bir də sənin kiməsə əl qaldırdığından xəbərim olsa çox pis olacaq. Bir özünə bax, sən insan
deyilsən e, eşşəksən, eşşək. Belə bir söz var ee deyirlər ki, eşşək sözündəki “ş” ların sayı həmin adamın
eşşəkliyindən asıllıdır. Sən də çox eşşşşşək adamsan. Elə bilirsən ki, güclə hər şeyi həll edə bilərsən. Bax,
mən səndən 5 yaş balacayam. Amma sən unitazdan da dura bilmirsən. Yəqin maraqlıdır da bu necə
olur? Mənim bir dənə kimyaçı dostum var. O da sənin kimi eşşəklərə qarşı maraqlı bir dərman
fikirləşib. Onun bircə qramı dəridən keçən kimi bütün bədən 10 dəqiqəlik keyiyir. Sən artıq 3 dəqiqədir
keyimisən. Bir azdan sənin immun sistemin zəhəri bədəndən çıxarmağa başlayacaq. Amma o vaxt mən
artıq burda olmayacağam. Yeri gəlmişkən dərmanı iynə ilə batırmaq məcburi deyil. Onu yeməyə də
tökmək olar. Bir azdan biz onu balonlara yerləşdirəcəyik. Və bircə dəfə fısqırtmaqla nəfəsinə keçib səni
bu vəziyyətə salacaq. Görürsən, mən səndən də pis oğlanam. Ən maraqlısı bilirsən nədir? İndi qapının
ağzında bütün dostların sənin çıxmağını gözləyir. Amma səndən qorxduqlarına görə bura girə bilmirlər.
Bəlkə sən onları bu qədər döyməsəydin, biri girib səni xilas edə bilərdi. Ehh, Qasım. Ağlını başına yığ.
Kapüşonun altından üzümü seçməyə də çalışma, onsuz da altdan maska da var. Əgər güclüsənsə gedib
qoca nənələrə bazarlıqda kömək elə. Ya da ağac ək. Nə bilim, bir xeyirli iş gör. Başqalarına öz gücünü
göstərmə. Sən hər gün kimisə döyürsən. Bu gün isə özün döyüləcəksən. Yox, mən səni döymək istəmirəm.
Hmm. Qasım, “küçələrə su səpmişəm” mahnısını eşitmisən?
Qasım donub qalmışdı. Onun səsi də çıxmırdı. Həyatında ən çox güvəndiyi əzələləri onu dar gündə
atmışdı. Qasım tək qalmışdı. Qasım ilk dəfə idi ki, gücsüzlüklə üzləşirdi. Qara geyimli uşaq dedi:
- Ehhh. Deyəsən eşitməmisən. Nə isə. Yəqin bilirsən də tualetə niyə gəlirlər. Zəhmət olmasa unitazın
üstündən çəkil.
Qasım donub qalmışdı.
-Qasım, eşitmirsən işim var, unitazın üstündən çəkil. Mmmmmm
Qasımın gözləri bərəlmişdi. O qədər gərgin idi ki, ürəyinin döyüntüsünü də eşitmək olurdu.
Qasım tərpənə bilmirdi. Var gücü ilə hərəkətə gəlmək istəyirdi . Amma tərpənə bilmirdi.
- Qasım, dözə bimirəm, tökülürrr, hmmm. Qasım... Bax çəkilmirsənsə mənlik deyil. Mən işəyirəm.
Bu an Qasımın bütün 18 illik həyatı gözünün qabağından keçirdi. Qasım həyətin şefidir, Qasım
məktəbdə hamını döyür. Bütün əzişdirdiyi sifətlər, bütün qazandığı medallar, bütün zərbələri, bütün
məşqləri, biləyi ilə sındırdığı taxtalar. Hamısı. Hər şey. Bütün kişiliyi, mənliyi, qeyrəti, qüruru. Hər şeyi
məhv olmuşdu... Qasım unitaz idi... Sidik onun sinəsinə tökülür, arada üzünə sıçrayır, çənəsindən
süzülürdü. O sidiyin iyini alır, istisini hiss edirdi. 15-cə saniyə Qasım üçün əbədi uzanmışdı. Bədənində
hərəkətli olan bircə gözləri idi. Bir də onlardan axan yaşlar.
Uşaq işini bitirəndən sonra Qasıma diqqətlə baxıb başını yellədi.
- Eh Qasım, Qasım... İndi görürsən gücsüzlük nə pis şeydi. Mən day gedim. Başqa işlərim də var. Amma
sözüm sözdür. Bir də görsəm ki, kiməsə əl qaldırmısan, biz eyni prosesi təkrar edəcəyik. Gələn dəfə lap
istəsən video ilə. Məncə bütün məktəbə maraqı olar. Yaxşı Qasım, sənin hələ 3 dəqiqən də var. Bir az da
fikirləşə bilərsən. Mən getdim.
Qara kapüşonlu uşaq qapını açıb ayaq yolundan çıxdı. Onun dediyi kimi bütün sinif qapının ağzında
gözləyirdi. Amma Qasım çıxmamış onlar içəri girməyəcəkdilər. Onlar Qasımın qanunlarını poza
bilməzdilər. Onlar bilmirdilər ki, bir azdan Qasım ağlaya-ağlaya çıxıb evə gedəcək. Səhəri günsə sinfin
ən sakit uşağına çevriləcək. Qasımın birdən-birə müsbət tərəfə necə dəyişdiyi onlar üçün həmişə sirr
olaraq qalacaq.
Sənə inanan hər kəsi aldat.
Səni tərifləyən hər kəsi söy.
Bizi öldürməyən bizi gücləndirir.
Bizim gücümüz zəifliyimizi anlamağımızdadır.
Biz nə qəhrəmanlarıq, nə də ki ədalət döyüşçüləri.
Bizim döyüşümüz özümüzə qarşıdır.
BALU və SUTA
Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş
vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün
Balu Sutaya deyir :
- Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
- Üç.
Balu gülüb deyir:
- Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
- Yox, üç edir.
Balu deyir:
- Beş.
- Yox, üç.
- Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır. Axırda başlayırlar dalaşmağa . Bir-birlərini yerdə
sürütləyərkən müəllim içəri girir. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır.
Onda müəllim Sutaya deyir - sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Bir həftə idi ki, Ayseldən məktub gəlmirdi. Çox darıxırdım. Nigaran idim. Həm də o qədər maraqlı şey
olurdu ki, hamısını Ayselə danışmaq istəyirdim. Biz fikirlərimizi, ideologiyamızı kiçik kağızlarda gənclərə
paylayırdıq. Sayımız getdikcə artırdı. Məktəblərdə, universitetlərdə haqqımızda söhbətlər gəzişirdi. Gənclər
çoxdan belə bir şeyin baş verməsini gözləyirmişlər. Onlar bu daxili boşluğu hiss edirdilər. Ona görə bütün
ümidsizlər və tənhalar, romantiklər və şizofreniklər bizə qoşulurdu. Qərargah iki hissəyə bölünmüşdü. Bir
hissədə əvvəldən gələnlər idi. Bir hissədə isə təzə gələnlər yığışırdı. Onlara ilk tapşırıqlar verilirdi. Birinci iş
olaraq hər kəs küçədə tanımadığı bir adama yaxınlaşıb ona bütün həyatını danışmalı idi. İnsanlar çox vaxt
bizdən çəkinirdilər. Elə bilirdilər ki, indi bu manyakalar onları bıçaqlayacaq. Hər birimiz Qara kapüşon
geyinirdik. İsti havada qara köynəklərdə olurduq. Bizim işarəmiz isə qırmızı Pentraqramm idi. Lakin bu
Satanistlərin Pentaqrammından fərqli olaraq onun əksinə çevrilmiş forması idi. Bununla biz Şeytana və
pisliklərə qarşı olduğumuzu bildirirdik. İkinci tapşırıq - etmək istədiyimiz lakin edə bilmədiyimiz bir şeyi etmək
idi. Bu əslində daha maraqlı idi. Bəzən kimsə şəhərin mərkəzində dombalaq aşırdı. Kimsə dərsin ortasında
sevgilisinə çiçək bağışlayırdı. Kimsə gecə qəbirstanlıqda yatırdı. Kimsə tanımadığı adamların toyuna gedib
ürəkdən rəqs edirdi. Kimsə heyvan dükanından meymun alıb sinfə buraxırdı. Kimsə saçını qırmızı rəngə
boyayırdı. Kimsə tatuaj vururdu. Bu, içimizdəki uşağı yenidən oyadırdı. Bizi şəhərdə barmaqla göstərirdilər.
Bəziləri bizi dolayırdı. Bizim onlara sadəcə yazığımız gəlirdi. Çünki dolamaq artıq hər bir şeyi məhv olmuş
insanlara məxsus xüsusiyyət idi. Evdə bizi danlayırdılar, küçədə söz atırdılar, məktəbdə cəzalandırırdılar.
Amma biz fikir vermirdik. Növbəti tapşırıq dilənmək idi. Hər kəs bir gün dilənçi paltarı geyinib şəhərin
mərkəzində dilənməli idi. Bu bizim içimizdəki qüruru öldürürdü. Başa düşürdük ki , bizim öz hörmətimiz
yoxdu, yalnız paltarlarımıza görə bizi sevirdilər. Dilənən gün bir qız da mənə baxmadı. Hər dəfə nahar etdiyim
kafeyə isə girən kimi qovdular. Mən yenidən girmək istəyəndə qoymadılar. Onda mən cibimdən 100 dollarlıq
əskinazı menecerə göstərib dedim. Mənim pulum var. İcazə verin nahar edim. Amma qarşımda duran düdük
mənim paltarımı göstərib dedi:
- Bağışlayın, mən sizi bu görkəmdə içəri buraxa bimərəm. Bu o biri qonaqlara qarşı mədəniyyətsizlik olar.
Mən səsimi qaldırıb dedim:
- Mədəniyyətsizlik olar? Bəs o bar fahişəsinin çılpağ baldırlarını qaldırmağı mədəniyyətsizlik deyil? Ya o biri
masada əyləşən bığlı daydayın əyilib ayaqqabısını silirmiş kimi fahişənin tumanına baxması mədəniyyətsizlik
deyil? Ya o yandakı mavinin geydirmə döşləri mədəniyyətsizlik deyil? Ya sizin işçilərin pullu daydaylara
hesabda atması mədəniyyətsizlik deyil? Bəlkə menyudakı yeməklərin bəzilərini üzbəüzdəki ucuz kafedən alıb
burda baha satmağnız da mədəniyyətsizlik deyil? Yoxsa burda eşşək kimi içib kişilikdən, namusdan, qeyrətdən,
ana-bacıdan danışan qaqaşların evə gedib analarını söyməsi də mədəniyyətsizlik deyil?
Düdük, sözsüz ki, mənim danışdıqlarımdan heç nə qanmırdı. Onun qulağının unitazı çoxdan tutulmuşdu.
Heç bir sözün xeyri yox idi. Onda Azad məni kənara çəkdi. Mən bir az əsəbi idim. Azad dedi:
- Gəl bura vaxtını boş insanlara sərf etmə. Bu dəqiqə nə qədər dostumuzun bizə, bu sözlərimizə ehtiyacı
var. Sən isə qozbellərdən yapışmısan. Bunu bir dəfəlik yadında saxla.
A deyir ki, Çürümüş odundan ocaq olmaz. Cavanların üzərində işləyin. Yüz əxlaqsızı düz yola
gətirməyə sərf edəcəyiniz vaxtda min əxlaqlı da əxlaqsız olacaq.
Mən yenə də mübahisə etmək istədim. Onda Azad mənə BALU və SUTA-nın hekayəsini danışdı.
“Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir sən cəzalanırsan. Keç otağına, üç gün
bayıra çıxma”.
Hekayə bu sözlərlə bitir. Mən heç nə başa düşmürəm. Səbrim tükənir və soruşuram:
- Azad, nə mənasız nağıldı.
Azad deyir:
- Bu nağıl üç günlük nağıldı. Üç gün fikirləş...
3 gün sonra
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş
halda ona tərs-tərs baxır. Sonra deyir:
- Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab
verdiyimə baxmayaraq məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
- Balu, ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən yüz faiz əmin
olduğun bir şeyə görə mübahisə etdin. İndi de görüm hansınız daha Axmaqsınız?
Bizim həyat tərzimiz aksiom idi. Onun sübuta ehtiyacı yox idi. Azad nağılın ikinci hissəsini üç gün sonra
danışdı.
Bu gündən daha çətin tapşırıq başlayırdı. Bizə pislik edənlərə yaxşılıq edirdik. Yaxşılığı elə etməli idik ki, heç
kəsin xəbəri olmasın. Onun özünün belə. Ortaya sual çıxırdı – Day nə mənası oldu?
Mənası da o idi ki, biz ona yaxşılıq eləməklə ona dərs vermək istəmirdik. Biz ona yaxşılıq eləməklə başqalarına
nə qədər mərhəmətli olduğumuzu göstərmək istəmirdik. Biz onu vicdan əzabı çəkməyə məcbur etmək
istəmirdik. Biz özümüzə əzab verirdik. Bu, ilahi bir mazoxizm idi. Bircə dəfə bunu etməyə çalışın. Hansısa bir
əclaf adama yaxşılıq edin. Amma bunu heç kimə danışmayın. Üzdə hamı onu söyəndə siz də söyün. Amma
altdan - altdan heç kəsin xəbəri olmayanda ona yaxşılıq edin. Məni dərsdə bir oğlan tez-tez dolayırdı, söyürdü.
Oğlanın adı Zahid idi, çox axmaq uşaq idi. Hər dəfə söz atanda onu çırpmaq istəyirdim. Amma indən belə gərək
hər pislik edəndə ona yaxşılıq edəydim. Birinci gün məni yenə söydü, evə gedərkən yolunun qabağına 10 manat
atdım. Qıraqdan pulu necə sevinclə götürüyünü gördüm. Səhəri gün o məni yenə doladı. Hirsimdən özümü
güclə saxlayırdım. Amma yaxşılıq etməliydim. Universitetin həyətində hamıdan gizli onun maşınını silib
təmizlədim. Bir gün məni hamının qarşısında itəldi. O gün gizlicə öyrəndim ki, sevdiyi futbol komandasının
orijinal forması onun çoxdankı arzusu imiş. Abbasın köməyilə formanı tapdım, bağlamaya qoyub anonim
olaraq Zahidin ünvanına yolladım.
Tək mən belə deyildim. Biz hamımız bu əzabı çəkirdik deyə dərdimiz bir az yüngülləşirdi. Bir həftə sonra A-
dan xəbər gəldi ki, artıq bəsdir. Artıq edilən pisliklər heç tükümüzü də tərpətmirdi. Əksinə, sevinirik ki, buna
görə həmin adama heç bir yaxşılıq etməməliyik. Bu hissin nə olduğunu sözlərlə izah edə bilməyəcəm. İstəyən
özü yoxlaya bilər. Məndən sizə məsləhət, doğrudan peşman olmazsınız. Bütün bu vaxt ərzində biz həm fiziki
məşqlər edirdik, həm də mənəvi söhbətlər edirdik. Xəstəxanalarda tanımadığımız xəstələrə baş çəkir, hal-
əhvallarnı öyrənirdik. Yetimxanalara gedir, uşaqlarla saatlarla oynayır, gülməli tamaşalar düzəldib uşaqlara
göstərirdik. Bu xeyriyyə deyildi. Bu yaxşılıq idi. Xeyriyyə bir az quru və soyuq olur. Bəzən elə adamlar uşaq
evlərinə pul göndərir ki, həmin uşaqların saçlarına sığal çəkməkdən də iyrənir. Amma yaxşılıq tam ürəkdən
olmalıdır. Yaxşılıqda yazığın gəlməməlidir. Yaxşılıqda sevməlisən. Sıralarımıza bəzi varlı uşaqlar da
qoşulmuşdu. Onlar da öz pullarını əsirgəmirdilər. Tezliklə HOST işarəli avtomobillərimiz çıxdı. Bu işarə
Pentaqramm idi. Bəzi üzvlərimiz qruplar yaradıb musiqi bəstələməklə məşğul olurdular. Çünki gəncləri
kitabdan, qəzetdən çox musiqi cəlb edirdi. Tapşırıqlar getdikcə çətinləşirdi. Onları daxili mübarizə
adlandırırdıq. Bunların hamısı A-dan gəlirdi. Amma mən hələ də A ilə qarşılaşmamışdım. Rastlaşanlar da heç
nə danışmırdı. Deyirdilər ki:
- Hərənin vaxtı çatanda A özü ona yaxınlaşır.
MƏKTUB
Anar, inana bilmirəm. Bu doğrudan da sənsən? Mənə demişdilər ki, səni türmədə döyüb-döyüb öldürüblər.
Qorxumdan ağlaya da bilmirdim. Damarımı kəsmək istədim. Sadəcə gücüm çatmadı. Sənin yanına gəlmək
istəyirdim. Elə bilirdim ki, o dünyadasan. Amma qorxurdum özümü öldürməkdən. Canım, nə yaxşı məni tapa
bildin. Anar, sevgilim, mənim günüm-gecəm yoxdur. Burda mənə zülm eləyirlər. Həyatımda heç bir həvəs
qalmayıb. Gözlərimin nuru solub. Üzümdə gülüş yoxdu. Həyatımın mənasını ilk məhəbbətimi tapıb itirdim,
sonra yenidən tapdım. Səni bir daha itirsəm dəli olaram. Anar, o alçaq məni sevmir. Mən onun üçün sadəcə bir
oyuncağam. Neçə dəfə qaçmaq istəmişəm, amma evi möhkəm qoruyurlar. Həm də gedəsi bir yerim yoxdu.
Hara getsəm məni tapacaqlar. Özün bilirsən ki, bu ev kimindir. Bilirsən onun əlində nə qədər adam, casus var.
Mən səni sevirəm. İlk baxışdan səni sevdim. Mənim Nağılım , mənim qara atlı cəngavərim. Mən
səninəm.Yalnız sənin. Hər nəfəsim, ürəyimin hər döyüntüsü sənindir. Bəlkə bədənim başqalarının ola bilər,
amma qəlbim sənindir. Canım, yalvarıram, ruhum yanındadır, cismimi də yanına apar. Mən burada daha qala
bilmirəm. Mən sənə inanıram. Öpürəm ilk dəfə öpdüyüm kimi. Sevirəm. Bu məktubu bu gecə qucaqlayıb
yatacağam. Sənə çatanda sən də qucaqlayarsan. Bəlkə bir azca da olsa sənin istini duya bildim. Sevirəm, mənim
ilk və son məhəbbətim...
Ayseldən Sevgilərlə
Bu məktub gələndə göz yaşlarımı saxlaya bilmədim. Ayselin harada olduğunu bilirdim, Ayselin nə
əzablar çəkdiyindən xəbərim var idi. Amma ona heç cür kömək edə bilmirdim. Mənim nə yaşım vardı ki, təzəcə
ayağa durmağa başlamış bir gənc. Amma o pəzəvəngin 40 yaşı vardı. Artıq nail ola biləcəyi hər şeyə nail
olmuşdu. Mənim Ayseli qaçırası maşınım da yox idi. Pulum da yox idi. Heç nəyim yox idi. Bircə HOST.
Mənim dəli dostlarım. Onlar mənə kömək edərdilər. Amma sonrası necə olacaqdı? Axır əvvəl hamımızı məhv
eləyərdilər. Çox böyük adam idi. Onun hələ polisləri demirəm, özünün şəxsi mühafizəçilər dəstəsi var idi. 40
nəfər, 50 nəfər peşəkar idmançı killer. Biz isə altmışa yaxın həyatından bezmiş gənc insan. Tankın qabağına
dırmıqla çıxmaq olardı bu. Amma namusum da dözə bilmirdi. Mənim sevgilim onun əlindədir. Onun iyrənc
nəfəsinə dözməyə məcburdur. Bu gün onun evinə cumub iki mühafizəçini öldürüb həyətə girə bilərdim. Amma
sonra məni eyvandan güllələyərdilər. Əslində ən namussuz hərəkət bunu etmək olardı. Özümün güya ki,
şəhidliyimlə təmizə çıxardım. Amma Şahzadəyə bundan nə xeyir dəyə bilərdi ki? O yenə də onun altında
qalacaqdı. Nəsə başqa bir şey fikirləşməli idim. Nəsə başqa bir çıxış yolu. Həmin günlər çox pis hiss edirdim
özümü. Amma kaş ki, onda biləydim bircə ayın içində nə qədər şey baş verəcək.
FAHİŞƏLİK
Bu əxlaqsız sənət lap qədimlərdən qalıb. Hindlilərdə, Babildə, ermənilərdə, eskimoslarda və digər
xalqların tarixi yazılarında fahişəlik qürurla vurğulanırdı. O dövrlərdə bu xalqlar xüsusi məbədlərdə əxlaqsız
qadınları saxlayırdılar. Həmin qadınlar ölkəyə gələn səyahətçilərlə yatırdı. Bu adət həmin ölkədəki
qonaqpərvərliyin göstəricisi idi. Misirdə fahişəlik ən müqəddəs peşələrdən biri olub. Hətta Misir Fironu
Xeopsun ehramı onun qızının fahişəlikdən qazandığı pullarla tikilib. Fironun qızı ehrama qoyulan hər daşa görə
quldarlarla bir dəfə yatırmış. Yəhudilərdə istənilən ata aldığı borc əvəzinə öz qızını bir müddətlik başqa kişilərə
sata bilərdi. Qədimdən gələn bu ənənələr isə yalnız MUSA peyğəmbərin vaxtında qadağan olundu.
“Yer ləkə və çirkabla dolmasın deyə, qızlarını satma “ (K. Levit. XIX)
BMT nin bu günkü hesabatına görə isə dünyada 9.000.000 qadın fahişədir.
Abbas bir axşam iclasda dedi:
- Uşaqlar, A artıq bir neçə dəfə hücuma keçib. Burada gizli heç nə qalmasın deyə deyirəm. Mən özüm də
daxil olmaqla beş altı nəfər bir neçə dəfə hücum etmişik. İndi isə bu işi bir az genişləndirmək lazımdır. Boş-boş
məsləhətlərlə, gic-gic tərbiyəvi verilişlərlə, həftədə bir dəfə məsciddə, kilsədə xütbələrlə dünyanı xilas
etmək olmaz. Biz onları onların silahı ilə öldürməliyik. Cəmiyyətin birinci ən böyük problemi ailədir. Aslan
sizə bu haqda danışmaq istəyir.
Aslan əlindəki kağızı qırağa qoyub sözə keçdi:
- Xahiş edirəm kimin ailəsində hər şey yaxşıdırsa əlini qaldırsın. Ya da kim ailədə hər kəsin xoşbəxt
olduğunu bilirsə əlini qaldırsın. Hmm. Mən elə də bilirdim ki, heç kim xoşbəxt ailədə yaşamır. Bilirsiniz niyə?
Çünki xoşbəxt ailə qalmayıb. Xoşbəxt ailələr indi ancaq diş pastası reklamlarında olur. Əslində isə hər şey
acınacaqlıdır. Statistikaya görə Azərbaycan kişilərinin 70 faizi arvadına xəyanət edir. Dünyadan isə heç
danışmağa da dəyməz. Bəs niyə belə olur? Niyə ailələr dağılır? Əgər iki nəfər bir-birini sevib evlənirsə niyə
ortaya xəyanət çıxır. Niyə kişi öz halal arvadı ilə olmaqdansa gedib pul verib başqa qadınlarla əlaqədə olur?
Çox adi bir məntiqlə indi izah edəcəm. Əgər bu xəstəlikdirsə deməli bunun səbəbləri var. Qayıdırıq kişilərin
cavanlıq illərinə - Hər cavan oğlan çox qəribə bir adət ənənə olan bazlığa getməlidir. Bu onu kişi edir, bu onun
artıq böyümüş sayılması deməkdir. Hər bir gənc bu yoldan keçməlidir. Bu kefdir ki? Bundan yaxşı nə ola bilər?
Qırxca manata qadın sənin olur. Heç evlənmək də lazım deyil. Amma burda çürük bir məntiq var, oğlanın cinsi
əlaqəsi kişilik, qızın cinsi əlaqəsi isə əxlaqsız sayılır. Niyə bu belədir? Niyə biz bir dəfə də olsun başqası ilə
olmuş qızla evlənmək istəmərik? Amma oğlan istəyir min dəfə olsun yenə adı təmiz qalır. Çünki kişidir. Belə 4
gözümüz aydın kişidir. Əgər qadınların əxlaqsızlığına görə onlara fahişə deyirlərsə bizim gözümüzdə fahişə ilə
yatan da fahişədir. Necə oğlan eləcə də qız. Biz evlənəndə qarşımızdakı qızın necə təmiz olmasını istəyiriksə
qız da bizdən həmin şeyi istəyir. Amma bu adətlərə görə səfehlikdir. Kişi gərək arvadından qabaq bakirəliyini
pozsun. Çox heyif ki, bizim xalqda kişilik düşməni yox fahişəni altına yıxmaqla ölçülür. Əslində cəmiyyətin
bütün bəlaları buradan başlayır. Bir dəfə bazlığa gedən oğlan sözsüz ki, bunu ikinci dəfə də istəyir. Sonra
üçüncü dəfə. Qısa vaxtda bu vərdişə çevrilir. Artıq oğlan bir fahişənin deyil hər dəfə fərqli fahişələrin yanına
gedir. Bir dəfə uzun boy, bir dəfə sarışın, bir dəfə qara, bir dəfə kök. Bir dəfə cavan, bir dəfə yaşlı. Bu
evlənəcəyi günə qədər davam edir. Evləndiyi gün isə deyir - daha qurtardı, subaylığım sona çatdı... Belə yerdə
biz deyirik ZIRT... Bazlıq siqaret kimidir. İllərlə yatağından min cür qız keçən oğlan, necə birdən-birə bircə
qızla ömrünün axırına kimi öz seksual həyatını davam etdirə biləcək? Bəlkə birinci ay yox, bəlkə birinci il yox,
amma bir gün, bir cındır günün birində deyəcək mənim xanımım kökdü, görəsən arıqla yatsam necə olar? Və
çoxdankı vərdiş yenidən başlayacaq. Ər artıq dostlarını evə qonaq çağırmayacaq onlarla ya saunaya ya hansısa
iyrənc bir kafeyə gedib bir iki zibilçə də aparacaq. Onların hər birinin evində həyat yoldaşları, uşaqları var.
Amma kişilər də hərdən istirahət eləməlidirlər axı... Çox qəribədir ki, bu istirahətdən qadınlar eləyə bilməz.
Onların başlarını da kəsərlər. Amma kişi kişidir də. Onun üzərində holoqram var, xüsusi bir ştamp var “Diqqət
bu kişidir. Ona hər şey olar”.
Evdə tapılmayan ata uşaqlardan uzaqlaşır. Ərini tapa bilməyən analar mənəvi məhv olurlar. Onlar qocaldıqlarını
hiss edirlər. Hər gün güzgüdə yeni qırış axtarırlar, hər gün artan kilolarına baxırlar. Onlar qocadır, onlar
eybəcərdir, onlar yazıqdır. Beləliklə ailədə daxili bir kompleks yaranır. Ümidsizlik, özgəlik, ikiüzlülük. Ata öz
dostları ilə ana öz rəfiqələri ilə uşaqlar da televizor ilə. Cəmiyyətin birliyi də elə ailədən başlayır da. Bizdə xalqı
birləşdirməkdən, milləti birləşdirməkdən danışırlar. Elə millətçi axmaqlara demək lazımdır ki, ay kişi heç
Dostları ilə paylaş: |