Ən dar günümdə də məni tək qoymayan Taylerin xatirəsinə Məktəblilərin sinifdən xaric oxusu üçün



Yüklə 0.71 Mb.
PDF просмотр
səhifə2/10
tarix02.12.2016
ölçüsü0.71 Mb.
1   2   3   4   5   6   7   8   9   10

Göydən üç alma düşmədi 

 

Biri var idi, biri yox idi. Qəfəsdə bir quş yaşayırdı. Hər dəfə o qəfəsdən açıq səmaya baxır, 

küləyin səsini dinləyir, o ağacdan bu ağaca uçan quşlara tamaşa edirdi. Yazıq quşcuğazın dərdi 

böyük idi. O da digər quşlar kimi azad, təmiz, sonsuz səmada qanadlarını çırparaq uzaqlara 

uçmaq istəyirdi. Hərdən başqa quşlar qəfəsin yanında qonub ona təəccübə baxırdılar. Onlar 

quşun qəfəsdə necə tək yaşadığını başa düşə bilmirdilər.Yazıq quş isə ağacların budaqlarında 

özünə yuva qurub balalarını böyütmək, yazda çiçəklərin ətrini alıb, payızda gölməçələrdə 

çimmək istəyirdi. Günlərin bir günü quşun sahibi qəfəsin qapısını bağlamağı unudur. Quş 

parlaq səmaya baxır, küləyin səsini dinləyir. Qəfəsin açıq qapısından uçuşan quşlara tamaşa 

edir. Ağaclardakı yuvaları görür, çiçəklərə baxır.Uçsun ya yox? Seçimini etmək istəyir. Elə 

bütün günü bu seçim qarşısında düşünür. Günün sonunda quşun sahibi gəlib qəfəsin açıq 

olduğunu görüb yavaşca qapını bağlayır. 

 

 

 



Həyatımızda elə anlar olur ki, ediləcək seçim bütün taleyimizi dəyişir. Ayseli qaçırtmaqla mən 

həyatımın ən böyük səhvini etdim. Amma Ayseli qaçırtmaqla mən həm də həyatımın ən böyük 

düz seçimini etdim.Yol boyu bir kəlmə də damışmadıq. Axşam düşəndə ocaq qaladım. Hava elə 

də soyuq deyildi. Göyün üzünə o qədər ulduz səpələnmişdi ki, heç bizim estradada o qədər 

ulduz olmazdı. Yenə də Ayseldən gözlərimi çəkə bilmirdim.Mənim yalançı şahzadəm.Təsadüf 

və Taleyim.Bəzən insanlar bir biriləri üçün o qədər yaxın olurlar ki, heç danışmağa da ehtiyac 

qalmır.Amma sükut sonsuz davam edə bilməzdi. Ilk olaraq mən dedim: 

- Soyuq deyil? 

-Yox , soyuq deyil. Olar bir sual verim? 

-Ver. 


- Sən yaxşı insansan? 

Mən bir az duruxdum: 

-Nə bilim vallah, özünə görə hamı yaxşıdı. Amma hələ adam öldürməmişəm. Bilmirəm, bu 

məni yaxşı edir ya yox. Bəs sən? Sən yaxşısan? 

Aysel gözlərini qaçırtdı: 

- Yox, mən yaxşı deyiləm. Mən çox pis adamam. Həmişə başqalarına paxıllıq eləmişəm.Yad 

adamlarla ikiüzlü, doğma adamlarla soyuq olmuşam. Məni bura gətirməklə sən böyük səhv 

elədin. Məni axtarırlar. Tapandan sonra yenidən qızıl qəfəsimə aparacaqlar. Amma səni tapsalar 

öldürə bilərlər. Mən istəmirəm sənə bir şey olsun. Axı mən səni sevmişəm. Sən mənə 

həyatımdakı ilk öpüşü verdin. Mən bu öpüşü uzun illərdi ki, gözləyirdim. Səni ilk baxışdan 

tanıdım. 

- Mən də səni ilk baxışdan tanıdım. Səni həmişə arzularımda, xəyalarımda canlandırırdım. 

Amma sən pis insan deyilsən. Pis insanlar pis olduqlarını demirlər axı. Bəs kim səni axtarır ki? 

Niyə bu qədər qorxursan? 

- Mən kimsəsiz bir qızam.Ən böyük arzum da mahnı oxumaq olub. Yetim qız idim, nə evim 

vardı, nə pulum.Günlərin bir günü qarşıma çox varlı bir adam çıxdı. O mənə sonsuz sevgi və 

xoşbəxt həyat vəd etdi. Mən də sadəlöv uşaq kimi ona inandım. Mənə ev aldı, sonra maşın, 

sonra qızıl. Günlərini işdə gecələrini mənimlə keçirirdi. Söz vermişdi ki, tez bir zamanda 

evlənəcəyik. Mən də axmaq kimi gözləyirdim. Bir gün xəbər tutdum ki, ailəsi var. Ondan 

uzaqlaşmaq istədim, qoymadı. Bakı kimi kiçik bir şəhərdə ondan gizlənmək mümkün deyildi. O 

məni inandırdı ki, ilk ailəsi cavanlıq səhvi olub. Amma o uşaqlarını atasız qoya bilməzdi. Mən 

də yenə ona inanmışdım. Sonra məlum oldu ki, mən tək deyiləm. Onun başqa məşuqələri də 

var. Amma mən heç nə demirdim. Bəlkə öyrəşmişdim, bəlkə pul gözlərimi bağlamışdı, bəlkə 

qorxu. Bir müddət sonra  onun vəziyyəti daha da yaxşılaşdı. İndi onun əlində həm pul , həm də 

hakimiyyət var. İndi o əvvəlkindən daha qəddar və təhlükəlidir. İndi o məni sevdiyinə görə yox

həzz aldığına görə yox, sadəcə özününkü hesab etdiyinə görə buraxmaq istəmir. İndi onun 

məşuqələrinin sayı-hesabı yoxdu. Amma bilmirəm belə əyyaş bir adamda bu qeyrət hissi deyim 

ya nə deyim bu hiss hardan əmələ gəlib. O artıq məni rahat buraxa bilər. Amma buraxmır. Mən 

onun oyuncağıyam. Uşaq kimi məni bir kənara atıb. Heç yadına da düşmürəm. Amma kimsə 

məni götürmək istəyən kimi qışqırır ki, əl vurma mənimdir. Deyirəm də, mən pis qızam. Bu da 

mənim vaxtı ilə yolumu azdığıma görə başıma gələn bəladır. Mən elə bilirdim ki, artıq 

həyatımın heç bir mənası yoxdur. Amma səni gördüm. Bilmirəm sənin gücün var ya yox. 

Bilmirəm məni xilas edə bilərsən ya yox. Amma mən səninlə olmaq istəyirəm. 

        Ayselin danışdıqlarından pis olmuşdum.Elə bil  itirilmiş bir dostunu tapırsan və xəbər 

tutursan ki , nə qədər sənə ehtiyacı olub. Amma sən  bilməmisən. Bəlkə mən əvvəllər Ayseli 

görsəydim  heç o alçağın əlinə düşməzdi. Biz bütün gecəni danışdıq. Mən öz ailəmdən 

danışdım, o öz ailəsindən. Arzularımızdan, yuxularımızdan, xoşladığımız filmlərdən tutmuş 

zəhləmiz gedən verilişlərə qədər hər şeydən danışdıq. Çox şeydə zövqlərimiz üst-üstə 

düşürdü.O gecə mənim həyatımda ən gözəl və unudulmaz gecələrdən biri oldu. Biz qucaqlaşıb 

hələ də istisini saxlamış ocaqdan çıxan son qığılcımların səmadakı ulduzlara qarışmasını seyr 

edirdik. Mən bilmirdim nə olacaq. Mən bilmirdim onu necə xilas edəcəm. Bilmirdim hara 

gedəcəyik. Sadəcə onunla olmaq istəyirdim. 

 

Səhər açılanda uzaqdan avtomobil səsi eşitdim. Deyəsən şahzadəni mənim əlimdən 



almağa gəlirdilər. Tez atı minib yola düşdük. Cığır və kəsə yollarla avtomobilləri geridə 

qoymuşduq. Amma dayanmaq olmazdı. Onlar hər an bizə çata bilərdilər.Biz ocaq qalamaqla 

səhv etmişdik. Onlar yəqin ki, gecədən tüstünün izinə düşübmüşlər.Yoxsa bu boyda dağlarda 

bizi tapa bilməzdilər. Yenə də sevinirdim ki, avtomobil yox atla gedirik. Çünki atla elə 

yerlərdən keçirdik ki, oradan heç bir minik vasitəsi keçə bilməzdi. Hərdən Aysel deyirdi ki, 

burax məni. Onlar səni öldürərlər. Amma mən Ayselsiz yaşaya bilməzdim. Həyatımın mənasını 



tapan kimi itirmək istəmirdim. Günün yarısını yollarda keçirdik. Günortadan bir az keçmişdi ki, 

heç gözləmədiyim bir şey baş verdi. SƏRHƏD. Biz sərhədə çatmışdıq.  

 

           Mən hər şeyi düşünmüşdüm.Qarşımıza yırtıcı heyvanların çıxmasından, zəlzələyə qədər. 



Amma yadımdan çıxmışdı ki, bu xaraba dünyada torpaqları bir-birindən ayıran tikanlı sərhədlər 

var. Düzdü, yaxınlıqda əsgər yox idi, amma bizi izləyirdilər. Onlar görünməsələr də 

yaxındaydılar. Ən uzağı 20 dəqiqəyə bizə çata bilərdilər. Çox fikirləşmək olmazdı. Biz sərhədi 

keçməli idik. Atdan düşdük. Heyvanı sığallayıb dedim: “Sən artıq azadsan.Qaç , ürəyin hara 

istəyirsə get”. Sonra biz hündür tikanlı məftillərin arasından ehtiyatla o biri tərəfə keçdik. Dəqiq 

bilmirdim hansı ölkənin sərhədləridir. Amma ya Rusiya ya da Gürcüstan olmalı idi. Belə 

baxanda bilmək olmur axı. Ağaclar eyni, meşələr eyni, dağlar eyni. Ancaq biz gic insanların 

ağlına gələ bilər ki, bu yerlər arasında fərq var. Biri Rusiyadı, biri Azərbaycan.Ya da ki  

Norveç, ya da ki Yunanıstan. İnsanlar niyə özlərini belə çətinə salırdılar? Niyə özlərinə süni 

qəfəslər yaradırdılar? Sərhədlərlə öz yollarını kəsirdilər. Biz dənizdəki balıqlar kimiyik. Allah 

balıqları dənizdə yaratdı, bizi yer üzündə. İndi hər bir balıq istədiyi yerə üzə bilər. Amma biz 

torpaqları çəpərlərə saldıq. Hətta ən axmaq balıqlar belə sonsuz böyük dənizin içində özlərinə 

akvarium düzəldib içinə girməzlər. Bunu yalnız insanlar edə bilər. Təzəcə sərhədi keçmişdik ki, 

avtomobil səsləri eşidilməyə başladı. Sərhəd gözətçiləri hərbi maşınlarda bu tərəfə gəlirdilər. 

Arxadan da Ayselin adamları gəlirdi. Vəziyyətin çıxılmaz olduğunu görüb dedim: 

-Aysel, indi bizə yaxınlaşanlara deyərsən ki, səni güclə qaçırmışam. Onda səni buraxarlar. 

Qayıdarsan öz evinə. Hamı sənə inanar. Amma bilsələr ki, sən mənimlə qaçmısan  sənə hər şey 

edə bilərlər. Canım, sevgilim. Şahzadə, bağışla. 

Bu sözü deyib ona şillə vurdum. O bunu gözləmirdi. Amma başa düşdü, bunu ona görə edirəm 

ki, yalanı inandırıcı olsun. Üzündəki qızartı onun zorla qaçırıldığına zəmanət idi. Əsgərlər 

yaxınlaşırdı. Ayselə dedim ki, ağlasın və əsgərlərə tərəf qaçıb onları qucaqlasın. Aysel bunu 

etmək istəmirdi. Mən onun gözərinin içinə baxıb dedim: 

- Şahzadə, məni düşünmə. Mənə heç nə olmayacaq. Ən uzağı bir illik basarlar dama. Amma 

çıxan kimi mən Bakıya gəlib səni tapacam. İnan mənə, mən səni tapacam. 

 

O ağlayıb əsgərlərə tərəf qaçmağa başladı. Hər şey düşündüyüm kimi oldu. Əsgərlər məni yerə 



yıxıb əllərimi bağladılar. Qaçaqmalçılıqdan tutmuş narkotiklərə qədər bütün şablon sualları 

verdilər. Sonra isə Ayseli axtaran adamlar gəldi. Aysel qaçıb onların yanına getdi və ağlamağa 

davam etdi. Onlar da inandılar. Aysel təhlükədən çıxdı. Əslində mən də təhlükədən 

uzaqlaşmışdım.Türmə hər halda divin adamlarının əlinə düşməkdən daha yaxşı idi. 

 

Türmə  və  “A” nın dostu 

 

Heç dəqiq bilmirdim hansı türməyə salmışdılar. Ora çatanda artıq gecə düşmüşdü. Hər halda 

dəmir türmə mənəvi türmədən yaxşı idi. Özümü barmaqlıqlar arasında çox rahat hiss edirdim. 

Türmədə qəribə bir şey var. İçrədi də heç kəs özünü günahkar saymır. Hərənin etdiyi cinayətə 

görə bir bəhanəsi var. Onlar haqsız olaraq saxlanıldıqlarına inanırlar, polislərdən də zəhlələri 

gedir. 


Mənimsə polislərlə işim yox idi. Gündəliyimi doldururdum. Buradakı boş vaxtımdan səmərəli 

istifadə edə bilərdim. Türmə dünyaya çox böyük şəxsiyyətlər verib. Elə Adolf Hitleri götürək. 

O ən məhşur əsərlərdən biri olan “Mayn Kampf“ı türmədə yazıb. Bundan sonra demək olar ki, 

bütün dünyanı dəyişib. Bəlkə mən də burada nə isə kəşf edə bildim. Yanımda bir oğlan da 

vardı. Üz-gözündən heç cinayətkara oxşamırdı. Bütün günü kitab oxuyur, arada  qəhqəhə çəkib 

gülür, arada isə deyirdi - “bilirdim ki , belə olacaq. He-he”.  



Adı Azad idi. İlk günlər o qədər də danışmasaq getdikcə söhbətimiz çoxalırdı. O da bura birinci 

dəfə düşmüşdü. Onu da haqsız olaraq salmışdılar. Küçədə üstünə düşən bir sərxoşu döydüyünə 

görə bura düşmüşdü. O mənim problemimi soruşanda  mən də öz hekayəmi danışdım. 

Azad soruşdu: 

- Sən də bezmisən hər şeydən? 

Başımla təsdiqlədim.O sakitcə danışmağa  başladı: 

Bilirsən , sistem özü lap əvvəldən səhv qurulub. Bax, yadına sal Babili. İnsanlar bir gün 

uca bir bina tikmək qərarına gəlirlər. Bina ucaldıqca onlar onu daha da uca etmək ,  

Allaha çatmaq istəyirlər.Bütün xalq bu işə qoşulur. Bəs Allah nə edir? Binalarını uçurur, 

özlərini də cəzalandırır -  ayrı –ayrı millətlərə bölüb dillərini dəyişir ki, bir də Allahdan 

uca olmaq fikrinə gəlməsinlər. Ya da Misirlilər,  adi insanları Allahlaşdırırdılar. Və yaxud 

inkivizisiya dövrü , xristianlıq sxolastikası. Alimləri edam edib, həkimləri cadügər 

adlandırırdılar. Birinci dünya müharibəsi , ikinci dünya müharibəsi. Bunların hansı 

doğru olub? Hansı ədalətli və düzgün olub? Heç biri. Amma fikir ver o dövrdəki 

insanların hamısı doğru yolda olduqlaını düşünürdülər. Necə ki , biz indi doğru yolda 

olduğumuzu düşünürük. O zaman da insanlar çoxluğun etdiyini edir, böyük dövlətlərin 

yolunu gedirdilər. Biz də elə. Müasirlik, inkişaf. Amma deyəsən dəmirlər insanlardan 

daha tez inkişaf edir. Əvvəl zəif avtomobillər tez sınırdı. İndi daha davamlı , müvazinətini 

saxlayan avtomobillər düzəldirlər. Amma insanlar hələ də yollarını azır. Raketlər 

kosmosu kəşf edir, Aya uçur, yeni planetlərlə tanış olur. Amma insanlar öz qapı 

qonşularıdan ulduzlar qədər uzaqdırlar. Telefonlar artıq məftilsizdir və istənilən yerdən 

danışmaq olur. Amma danışılan yenə də qiybət, yalan və yaltaqlıqdır. 

 

Azadın fikirləri mənim fikirlərimlə üst-üstə düşürdü. 



Bir gün soruşdum: 

- Sən bu fikirləri hardan deyirsən? Sənə bunları kim danışır? 

Azad cavab verdi: 

-Mən tək deyiləm. Mənə bunları “A” danışıb. A Başqalarına da maraqlı həqiqətlər açırdı. Sonra 

biz hamımız birləşdik. İndi biz birlikdə bütün bu sualların cavabını, bütün bu tələlərdən çıxış 

yolunu axtarırıq. Əgər istəsən burdan çıxan kimi səni A ilə tanış edərəm. Özün onunla 

danışarsan. O mənim dostumdur. 

- İstəyərdim. Amma deyəsən burda hələ çox qalacağıq. 

- Yox, bu günlərdə buradan çıxırıq. A artıq hər şeyi fikirləşib.Bax, o biri kameradakı namaz 

qılan oğlanı görürsən? 

- Hə, nədir ki? 

- O da bizim qrupdandır. Aslan. Biz onunla eyni vaxtda bura düşdük. Mən sərxoşu vuranda o da 

yanımda idi. Həmin gün A adamlarını göndərdi. Onlar da Aslana səccadə verdilər ki

namazlarını rahat qılsın. O gündən Aslan namaz qılır. 

Mən başa düşmədim: 

- Nə olsun ki  namaz qılır? Burdan çıxmağa nə dəxli var? 

- Aslan mənim uşaqlıq dostumdur.Mən hələ onun namaz qılmağını görməmişəm. İndi isə özün 

görürsən bütün günü səccadənin üstündən qalxmır. Məncə burda nə isə bir iş var. Yüz faiz nə 

isə bir iş var. 

Mən Azadın bu şübhələrinə o qədər fikir vermədim. Hər halda Aslan namaz qılmaqla nə 

edəcəkdi? Mələkləri bölməyə tökən deyil ki. Amma Azada dedim ki, çıxanda onlarla getmək 

istəyərəm. 

Yenə Dünyanın haqsızlıqlarından danışırdıq.O da hər dəfə danışanda misal gətiridi. A belə 

deyir, A elə deyir, A deyir ki əslində, A-nın dediyinə görə... bu mənə çox qəribə gəlirdi. Nə 

demək idi A? Niyə A? Bu sualları içimdə düşünürdüm. 


Son söhbətimiz mənəvi inkişafın təzadlarından idi.Azad deyirdi ki  

- İzahlı lüğətlərdə bir dəfə sifətlər, insani keyfiyyətlər bölməsinə bax. Bütün sifətləri bir yerə 

yaz. Sonra köhnə bir lüğətə bax, paxıl , utancaq, yazıq, pis, acgöz sözlərini keçmiş lüğətlərdə 

axtar. Görəcəksən ki, bu sözlər 5 əsr əvvəl də olub, 5000 il əvvəl də olub. Deməli bu 

xüsusiyyətlər insanlarda hər zaman olub. Keçmiş lüğətlərdə elə bir insan xasiyyəti yoxdur ki, 

sonradan arxaikləşsin. Yəni ki gündəlik həyatda işlənməyib köhnəlsin. Əgər bütün o sözlər 

işlənirsə deməli hələ də insanlarda o xüsusiyyətlər, pis xasiyyətlər var. Köhnələn sözlər isə 

sadəcə alətlər, rütbələr və ölkə adlarıdır. Belə çıxır ki, əsrlər boyu dəyişən yalnız formadır. 

Mahiyyət isə dəyişmir. 21-ci əsr isə artıq boş formanı qırarağa tullayıb mahiyyəti dəyişmək 

əsridir. Biz bunu etmək istəyirik. 

 

Onun danışdıqları mənə çox maraqlı gəlirdi. Söhbətimizin ən şirin yerində dedilər ki, 



yanıma gələn var. Həmin klip çəkən rejissor idi, yanında da paqonlu bir yekəpər durmuşdu. 

Rejissor barmağı ilə məni göstərib dedi: 

-De budu xanımınızı qaçıran. 

Paqonlu pəzəvəng mənə baxdı: 

- Gədə, çox böyük zibilə düşmüsən. Səni sabahdan aparırıq öz bölməmizə. Başına oyun açacam 

sənin. 


Sonra Pəzəvəng gözətçilərə nə isə dedi, onlar cəsarət eləyib kişinin üzünə də baxa bilmirdilər. 

Deyəsən çox samballı adam idi. Paqonlardan da başım çıxmır ki, bilim kimdi, nəçidi. 

Onlar gedəndən sonra bir müddət özümə gələ bilmədim. Sabah məni aparıb nə istəsələr edə 

bilərdilər. Təzəcə həyata həvəsim yaranan vaxt ölmək istəmirdim. Bilirəm bu alçaqların işini 

adamı döyüb döyüb öldürərlər, adını da qoyarlar ki, yemək yeməyə gedəndə pilləkəndən yıxılıb. 

Çox təəssüf ki, paqonlar nə dövlətin qanunlarına əməl edir, nə də ki Allahın. Çox qorxmuşdum. 

Azad da məni sakitləşdirirdi ki, başını qoy yat, hər şey düzələr. Elə xəyalımda məni necə 

çırpacaqlarını təsəvvür edə-edə yuxuya getdim. 

 

Gecə saat dörd olardı. Birdən qapı açıldı. Azad da, mən də yerimizdən dik atıldıq. Aslan 



idi, əlində səccadəsi, qapının ağzında durmuşdu. Bizə sakitcə yaxınlaşıb dedi: 

- Durun, qaçmaq vaxtıdır. 

Biz də yarı ayıq yarı yuxulu onunla getdik. 

Gözətçilər daş kimi yatırdı. Aslan onların açarını götürüb dəhlizlə sağ tərəfə getdi. Oradan da  

pilləkənlə aşağı endik. Zirzəmidə xüsusi bir çıxış yolu vardı. Aslan ora kecib bizi də çağırdı. 

İçəridə polis paltarları hazır qoyulmuşdu. Biz geyindik. Sonra yenidən dəhlizə çıxıb başqa bir 

yolla getdik. Beşcə dəqiqəyə polis maşınında türmənin hasarlarını adlamışdıq. Bir az sonra 

maşını qaranlıq küçələrdən birində saxlayıb piyada getdik. Bakının mərkəzindəki binaların 

birində bizi artıq gözləyirdilər. Mənzilə daxil olduq. İçəridə iki oğlan vardı. Azad bizi tanış etdi: 

- Tanış olun – bu, Anardı. Biz onunla türmədə bir yerdə qalırdıq. O da bizdən biridir. Anar, 

bunlar isə Araz və Aydındır - bizim yaxın dostlarımız. 

Sonra Azad üzünü Aslana tutub dedi: 

- İndi isə danış görəy. Bunu necə etdin? Vallah nə qədər fikirləşirəmsə ağlıma gəlmir. Bütün 

günü səccadədə oturmaqla belə plan qurmaq olar? Tez danış. 

Aslan gülümsəyib dedi: 

- Bəs bir həftədir mən səccadəyə baxıram. Heç fikirləşmədin ki, A niyə mənə səccadə göndərib? 

Onun naxışlarına diqqətlə bax. 

Biz səccadəyə baxdıq, qeyri-adi heç nə yox idi. Naxışlar, xəttlər .. 

Duruxduğumuzu görən Aslan dedi: 

- Baxın burada sağdan sola əksinə yazılar yazılıb. İlk baxışdan naxışa bənzəyir. Diqqətlə baxın. 

Sağdan sola, aşağıdan yuxarı. 


“ Sabah sənə su gətirəcəklər, onu içmə. Gözətçilərdən gizli qıfılın üstünə tök. Bu kimyəvi 

məhlul 3 günə qıfılı çürüdəcək. Cümə günü gözətçilərin yeməyinə dərman qatırıq 

oyanmayacaqlar.Onda qıfılı qır. Bu xətlər türmənin sxemidir. Arasındakı çiçəklər isə doğru 

yoldur. İlk yaşıl çiçəkdə paltarlar qoymuşuq. İkinci yaşıl çiçəkdə maşın var. Qalanı da 

aydındır”. 

Bizə isə bu səccadəyə heyrətlə baxmaqdan başqa heç nə qalmırdı. Aslan dedi: 

- Gördünüz, həyatda belə şeylər də olur. He-he. 

Azad dedi: 

- Hə.. Bəs bizə niyə demədin? Ürəyimiz partlayırdı. Axırıncı gün o yekəpərin hədələrindən 

sonra  Anar lap dəli olmuşdu. 

-Yox , sizə deyə bilməzdim. Eşidə bilərdilər. Nəzəri cəlb etmək olmazdı. Amma qulağım sizdə 

idi. Danışdıqlarınızı eşidirdim. Anar, sən çox cəsarətlisən. Qız günahkar olmasın deyə hər şeyi 

öz üzərinə götürdün. 

Mən başımla yavaşca təşəkkürümü bildirdim. Sonra Azad dedi: 

- Hə, Anar yaxşı oğlandı. Uşaqlar siz danışın görək. Bir həftədə təzə nə isə olub?  

Bayaqdan sakitcə qulaq asan Aydın dedi: 

- Hə qardaşlar. Biz Qərargahı ala bilmişik. 

Bunu eşidən Aslan da, Azad da sevinclərini saxlaya bilmədilər. 

“Əla!” , “Ola bilməz?!” , “Əla!”, ”Şükür Allaha!” 

Mən nədən söhbət getdiyini bilmirdim amma haranısa almışdılar. Sonra Aydın nə isə 

danışmağa başladı. Belə məlum oldu ki, səhəri gün biz hamımız ora gedə biləcəyik. 

 

 



 

Insanlar da Ağaclar kimidir. Onlar nə qədər yüksəklərə, işığa doğru can atırlarsa kökləri 

bir o qədər yerə, aşağı, qaranlıq və dərinliyə enir.   

(“Zərdüşt belə deyirdi”-Nitşe) 

 

QƏRARGAH 

Gözlədiyimdən daha böyük idi. 7-8 otaqdan ibarət ən azı 300 kvadrat metrlik bir yer. Divarlar 

müxtəlif filosofların aformizmləri, dünya statistikasından rəqəmlər, müxtəlif qəzetlərdən 

kəsilmiş məqalərlərlə dolu idi. Kənardan çox adi bir binanın içindəki bu mənzil adamı tamam 

başqa bir dünyaya aparırdı. Ev içəridən qaynayırdı. Bizim kimi cavan oğlanlar, qızlar mənzilə 

yığışmışdılar. Xüsusi stereo sistemlə bütün otaqlarda kalonkalar quraşdırılmışdı. Bu kalonkalar 

mərkəzi mikrofona birləşirdi. İçəridə sakitcə Rock musiqi gedirdi arada bir Raplə əvəz 

olunurdu. Evdə 30-40 adam olardı. Çox hissəsi oğlanlar. Azad hər dəfə məni kimləsə tanış edir 

köhnə tanışları ilə zarafatlaşır, türmədən necə çıxdığımızı danışırdı. Onlar da evin müxtəlif 

otaqlarını bizə göstərirdilər - kiçik kitabxana, kinozal, idman otağı, bir neçə yataq otağı vardı. 

Biz otaqlara baxa-baxa dəhlizin sonundakı böyük zala daxil olduq. Zalda qalın xalçadan başqa 

heç bir şey yox idi. Mən Azada baxıb dedim: 

- Bəs bu otağın mebelləri hanı? 

Azad gülümsədi: 

-Bu otağın mebelləri elə bizik. 

Yavaş-yavaş hamı zala toplaşırdı. Təxminən başa düşmüşdüm ki, bu uşaqlar hansısa bir 

cəmiyyətin üzvləridir. Bu yeri də yəqin kirayə götürüb öz təşkilatlarını yaratmaq istəyirlər. Bir 

neçə dəqiqəyə demək olar ki, hamı zala gəldi. Sonra bir sarışın oğlan irəli çıxıb mikrofonu 

götürdü: 


- xmm.. m...  eşidirsiz? Azadla Aslan qayıdıb. Mən onları qayıdışları münasibəti ilə təbrik 

edirəm. Gördüyünüz kimi qərargahı ala bildik. Bu gündən Bura bizim hamımızın evidir. Bütün 

planlarımız burda hazırlanıb o divardakı lövhədə yazılacaq. Növbətçi və xadimə olmadığına 

görə təmizliyə özümüz baxırıq. Hərə öz ətrafını təmizləsə çirk yer qalmaz. Sıralaımıza təzəcə 

qoşulan Aynuru da salamlayıram. Aynur, yəqin sənə artıq deyiblər ki , təzə gələnlər birinci 

qayda olaraq bütün həyatını danışmalıdırlar. Hələ ki, hamımız cavanıq, ona görə hekayəmiz də  

çox uzun deyil. Buyur, danışa bilərsən. Özü də bil ki, burada hamı sənin dostundur. 

Mən sakitcə Azaddan soruşdum: 

- Budu A? 

O dedi : 

- Yox , bu Abbasdır. O ən ilk qoşulanlardandır. Demək olar ki, bütün təşkilatçılıq işlərinə o 

baxır. Elə bu qərargahı da o alıb. Onun çoxlu əlaqələri var. Bakıda demək olar ki, hər 5 ci adamı 

tanıyır. Yaxşı oğlandır. Qoy gəlsin səninlə tanış eliyərəm. 

Azad bu sözləri deyən vaxtda artıq bir qız mikrofonun qarşısında durmuşdu. Onun üzündə 

qəribə sıxıntı vardı. Hər halda bütün həyatını danışmağa gəlmişdi. Bundan böyük çətinlik 

məncə ola bilməzdi. Aynur mikrofonu götürəndə Abbas əli ilə işarə etdi və kimsə işığı 

sondürdü. Pəncərələrin qarşısı qalın pərdə ilə örtüldüyünə görə otağa  zülmət çökdü. Mən heç 

nə görmürdüm.Bircə Abbasın səsini eşitdim: 

-Hə, Aynur, indi rahat danışa bilərsən. 

Sonra Aynurun dərin nəfəsi eşidildi: 

- Mənim anam xəstələnmişdi. Atam isə evdə tapılmırdı. Onun günü gecəsi fahişələrin yanında 

keçirdi. Anamın qanında xəstəlik vardı, tez-tez halı pisləşirdi,qusurdu. Gözlərinin altındakı 

qırışlar hər gün artırdı. Mənim 7 yaşım olardı, məktəbə gedirdim .Dərsdən sonra anama yemək 

bişirirdim.Onun yatağını dəyişdirirdim.Həftədə bir dəfə gələn həkimləri qarşılayırdım. Bakıda 

heç kəsimiz yox idi. Atam da anamın xəstəliyilə maraqlanmırdı. Bəlkə də anamın ölümünü ən 

çox elə o arzulayırdı. Anam ölsəydi rahatca avara həyatını davam etdirərdi. Hərdən içib qapının 

ağzında yuxuya gedirdi. Qonşulardan utandığımdan zəif canımla onu dartıb evə sürütləyirdim. 

O da ağzına gələn söyüşləri söyürdü. Çox heyf ki, ən pis söyüşləri küçədən əvvəl atamdan 

eşitmişdim. Bir tərəfdən atamın söyüşləri bir tərəfdən də anamın qusmaq səsi. Atamı dəhlizə 

salan kimi yatağın yanındakı vedrəni dəyişməyə gedirdim. Dərsdə müəllim məni danlayırdı, 

uşaqlar da gülürdü. Bir gün həkim atama dedi ki, filan filan dərmanları almalısınız. Hər gün 

onlardan içsə bir aya sağalacaq. Əks halda siz onu itirəcəksiniz. Mənlik burda daha iş qalmayıb. 

Əgər dərmanlardan sonra bir daha pristup olsa zəng edərsiniz. 

Həmin gün həkim getdi. Atam isə dərmanları almadı. Mən soruşanda deyirdi ki , bir həftəyə 

maaş alacaq. Amma bu bir həftə qurtarmırdı, 3 ay idi ki, bu bir həftə qurtarmırdı. Mən öz 

paltarlarımı və oyuncaqlarımı sinif yoldaşlarıma satırdım. Yığdığım pula dərmanların yarısını 

almışdım. Anama hər gün dərman verirdim. Amma bir gün, daha dəqiqi ad günümdə anamın 

vəziyyəti çox pisləşdi. Bəlkə mənim ad günümdə onun qulluğunu çəkməyim ona pis təsir 

edirdi, bəlkə atamın biganəliyi. Amma həmin gün çox pis olmuşdu. Bütün günü sayaqlayırdı. 3 

dəfə qusmuşdu, sonuncuda da qan qusmuşdu. Əlləri əsirdi. Soyuq tər axırdı. Amma bədəni od 

kimi idi. Yorğanı üstündən atırdı. Ürəyi çox sıxılırdı. Mən də onu soyundurmuşdum ki , isti 

olmasın. Rəngi qıpqırmızı idi. Yazıq anam lap pis gündə idi. Atam evə gələndə heç tanımadım 

onu. O qədər içmişdi ki, tamam başqa sima almışdı.Mənə baxıb dedi: 

-

 



Ehh.. qızım, bilirsən mən nə böyük səhv eləmişəm? Bütün pullarımı fahişələrə 

xərcləmişəm öz arvadım ola-ola. O zibilçəyə dedim ki, bu dəfə pul yoxdu, gəl yataq, 

gələn dəfə verərəm. Dedi ki, onda gələn dəfə gələrsən. İt qızı it...güya sevirdi məni. Öz 

arvadım ola-ola gedib başqalarını niyə xoşbəxt eliyim ki ? 



Mən onun danışdıqlarına fikir vermirdim. Ona görə də tez mətbəxə qaçdım ki, anama 

dərman hazırlayım. Atam yataq otağına keçdi. Anamın dərmanları indiyə kimi yadımdadır. 

Belə kiçik qırmızı paketdə ağ məhlul idi. Onu suda qarışdırıb isti isti içmək lazım idi. Mən 

onu hazırlayana kimi yataq otağından atamın səsi gəldi. 

“Mən səni sevirəm. Eşidirsən sevirəm. Gəl mənim yanıma, qayıdaq əvvəlki vaxtlara. Sən 

məni istədiyin vaxtlara. Gəl yanıma .bax belə ..sev məni..ah..” 

Atamın səsi kəsilmirdi.Mən isə onda uşaq idim yataq otağında nəyin baş verdiyini tam dərk 

eləmirdim. Anamın da qışqırıqları başladı. O məni çağırırdı köməyə... Elə bilirdim ki , 

xəstəliyinə görə qışqırır. Dərmanı gətirəndə isə elə bir səhnə gördüm ki , onu görüb dəli 

olmamaq olmazdı. Atam xəstə anamı zorlayırdı. Əlimdəki stəkan yerə düşüb çilik-çilik 

olmuşdu. Anam qan qusurdu sərxoş atam isə sanki bunu görmürdü, dayanmaq bilmirdi. 

Anam qışqırırdı: “Alçağ , namussuz, ölürəm..rədd ol... ölürəm...” 

Sonra o daha da bərk qusmağa başladı. Bütün bədəni əsirdi. Atam yastığı götürüb onun 

üzünə basdı..Mən isə donub qalmışdım. Mənə sadəcə qıraqdan bu iyrənc hadisəni izləmək 

qalmışdı. 

Həmin gecə anam öldü. Səhəri gün həkimlər gələndə gecəki hadisələri onlara danışmaq 

istədim. Amma atam məni otaqda bağlamışdı. 3 gün o otaqda ac susuz qaldım. Qapı açılanda 

isə artıq anam yox idi. Onu basdırmışdılar. Mən hələ də bilmirəm onun qəbri hardadır. 

Anamın ölümü atama pis təsir etmişdi deyə içməyi azaltmışdı. Mənə daha çox vaxt ayırırdı. 

Ona nifrət edirdim amma başqa heç kimim yox idi. 7 il onunla qaldım. Hərdən məni 

döyürdü. Doğma atam oldugundan heç nə edə bilməzdim. 

16 yaşım olardı. O, evin əşyalarını satmağa başlayırdı. Deyəsən kiməsə borcu vardı. Çünki 

hər dəfə iki-üç kişi evimizə gəlib onu hədələyirdilər. Atam onlara yaltaqlanırdı, çay təklif 

edirdi, onlar da oturub çay içirdilər. Bəziləri məni tərs-tərs süzürdü. Mən uşaq deyildim, 

onların nə istədiyini çox gözəl başa düşürdüm. Həmişə onlar gedəndə atam nəsə verirdi. Bir 

gün televizor, bir gün maqnitofon. İş ütüyə çatanda gördüm ki, artıq evdə heç nə qalmayıb. 

O gecə həmin kişilər bıçaqla gəldilər. Mən çay süzənə kimi atamı divara sıxıb hədələyirdilər: 

- Sən bizi hələ yaxşı tanımırsan. Biz elə belə çıxıb gedən deyilik. Əgər bu gün verəsi heç 

nəyin yoxdursa onda balaca barmağını kəsib aparacayıq. Narahat olma, pulu qaytarsan kimi 

biz də barmağı qaytararıq. 

Bu sözləri eşidən kişilər gülməyə başladılar. Mən otağa kecdim. Onlar atamın barmağını 

kəsmək istəyirdilər. Atam qışqırırdı: 

-

 

Yox, yox əl dəyməyin. Onu götürün, bu gün qızımı verirəm sizə. Onu götürün. Buraxın 



barmağımı.  

Atam məni bir barmağına satdı. Mən donub qalmışdım. Amma o alçaqların da deyəsən bu 

fikir daha çox ağlına batmışdı. “Bax bu başqa məsələlə. Sən özünü belə aparanda bizim də 

xoşumuza gəlir. Bax bu tamam başqa məsələ. He-he-he”. Mənim tüklərim biz biz olmuşdu. 

Biri atamı tutmuşdu, o biri ikisi üstümə gəlirdi. Bir onu bildim ki, əlimdəki qaynar çayı 

onların üstünə tökdüm. Birinin üzü yandı. Mən də tez mətbəxə qaçdım. Bıçagı götürüb 

arxamca gələn kişinin böyrünə soxdum. Onu itələyib qapıya yaxınlaşdım. Elə qapını 

açmışdım ki, atamı tuan kişi üstümə yeridi. Onda ilk dəfə atamı köməyə çağırdım. O isə 

qorxaq pişik kimi küncə qısılıb qalmışdı. Bunu görüb məni tutmağa gələn yekəpərin 

qucağına atıldım. Dişlərimlə yanağından yapışdım. Bir dişləyə onun yanağını qopardım. Qan 

fışqırmağa başladı. İkinci dişləyim boğazına kecdi. Deyəsən qırtlağından yapışmışdım.Var 

gücümlə dişlərimi bir birinə yaxınlaşdırdım. O da saçımda tutub məni yerə çırpdı. Onu 

öskürək tutmuşdu, boğazı qan içindəydi. Iməkləyə-iməkləyə onun yanında qapıya doğru 

keçdim. Pilləkənlərdən üzüaşağı qaçmağa başladım. Nə qədər bərk qaçmağa çalışdımsa da 

həyətdən çıxanda o biri ikisi mənə çatdı. Həyətdə kimsə yox idi, zil qaranlıq idi. Onlar məni 


öldürəcəkdilər. Həmin anda A gəldi. O məni xilas etdi. İndi də mən buradayam. Çox 

sevinirəm ki, qısa vaxtda özümə bu qədər çox dost tapa bilmişəm. Keçmiş həyatımla 

vidalaşıb yeni həyata başlamağa hazıram. 

 

 



Bu sözlərdən sonra Aynuru özümə elə yaxın hiss etdim ki. Istəyirdim bağrıma basıb onu necə 

çox istədiyimi deyim. Indi başa düşmüşdüm ki, işığı niyə söndürmüşdülər – Aynur cəkinməsin 

deyə. Qaranlıqda Aynurun danışdığı bütün səhnələr gözümün qarşısında canlanmışdı. Onun 

bütün ağrılarını hiss edirdim. İşıq yananda gördüm ki, Aynurun gözləri yaşla dolub. Ənənəvi 

olaraq hamı əl çalmağa başladı. Sonra Abbas dedi: 

- Uşaqlar, bağışlayın mövzunu dəyişirəm. Bayaq  A ilə görüşdüm. A dedi ki, bəzi dostlarımız 

artıq böyük planı həyata keçirməyə başlayıblar. Biz bilirik ki, A ilə olan söhbətləri hər kəs sirr 

saxlamalıdır. O özü dedi ki, bunu hamıya deyim. Hamı bilsin ki, artıq hazır olanlar işə başlayıb. 

Onları təbrik edirik. Yeni gələnlərə də uğurlar arzulayıram. 

 

 



Mən istəmirəm ki, kimsə özünü cinayətkar hesab etsin. Və istəmirəm ki , vicdanınız sizi incitsin. Həyat 
1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə