911) Qadın orqanizmində testosteron artıqlığı nəyi törətmir?
A) Vaginizm
B) Alopesiya
C) Hirsutizm
D) Amenoreya
E) Klitorun böyüməsi
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
912) Polikistoz yumurtalıqlar sindromu, piylənməsi və dismenoreyası olan qadınlara ilk növbədə hansı dərman təyin edilməlidir?
A) Progesteron
B) Estrogen - hestagen
C) Estrogen
D) Metformin
E) Deksametazon
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
913) Qadınlarda birincili hipoqonadizmə hansı laborator əlamətlər xasdır:
A) FSH və LH aşağı, estradiol və progesteronun normal olması
B) FSH və LH normal, estradiol və progesteronun aşağı olması
C) FSH və LH aşağı olması, estradiol və progesteronun artması
D) FSH və LH artması, estradiol və progesteronun aşağı olması
E) FSH və LH artması, estradiol və progesteronun artması
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
914) Qalaktoreyası və menstrual sikl pozğunluğu olan qadında hansı hormonun qanda səviyyəsi artmışdır?
A) FSH
B) Testosteron
C) LH
D) Prolaktin
E) AKTH
Ədəbiyyat: “эндокринология национальное руководство" под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
915) Polikistoz yumurtalıq sindromu ilə 2-ci tip şəkərli diabet xəstəliyinin patogenezinin oxşarlığı?
A) İnsulin defisiti
B) İnsulinə həssaslığın artması
C) İnsulinə qarşı antitellərin sintezi
D) İnsulinrezistentliyi
E) Testesteronun artması
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
916) Dörd aydır menstrual pozğunluğu olan 30 yaşında qadın hamiləlik testinin neqativ çıxmasından sonra müraciət edir. Dediyinə görə uzun müddətdir baş ağrılarından əziyyət çəkir. Diaqnoz qoymaq üçün qanda hansı hormonun səviyyəsinə baxılmalıdır?
A) İnsulin
B) Parathormon
C) Prolaktin
D) AKTH
E) STH
Ədəbiyyat: “эндокринология национальное руководство» под редакцией акад. РАН и РАМН И. И. Дедова, чл. - кор. РАМН Г. А. Мельниченко
Dostları ilə paylaş: |