Enerji Enerji cisim və maddələrlə əlaqəli xüsusiyyət



Yüklə 276,58 Kb.
səhifə4/5
tarix09.05.2023
ölçüsü276,58 Kb.
#110187
1   2   3   4   5
Enerji

A = Fa · h = mgh olur.
Bu iş nəticəsində cismin Yerlə qarşılıqlı təsir potensial (Ep) enerjisi artır. M asa səthindəki cismin Yerə nəzərən potensial enerjisi döşəmədəki enerjisindən mgh qədər böyük olur (a):
Ep = mgh.
Düsturdan da göründüyü kimi, potensial enerji cismin kütləsi, Yer səthindən olan hündürlüyü və sərbəstdüşmə təcilindən asılıdır. Eyni hündürlükdə böyük kütləli cismin potensial enerjisi daha böyükdür. Cisim Yer səthindən yuxarı qalxdıqda onun potensial enerjisi artır, aşağı düşdükdə isə azalır.
Deformasiya olunan lastic cisimlərin, məsələn, sıxılan və ya dartılan yayın potensial enerjisi onu təşkil edən hissəciklərin qarşılıqlı təsir enerjisidir. Bu hissəciklərin qarşılıqlı təsir qüvvəsi elastiklik qüvvəsini yaradır (Fel= -kx).



  • Elastik deformasiya etmiş yayın potensial enerjisi onun sərtliyi (k) ilə yayın uzanmasının (x) kvadratına hasilinin yarısına bərabərdir (b):



Daxili enerji
Cismi (plastilin kürəni) yuxarı qaldırıb saxladıqda o, potensial enerji ya malik olur. Kürə sərbəst buraxıldıqda onun döşəmədən olan hündürlüyü tədricən azalır, lakin sürətli artır. Uyğun olaraq, kürənin potensial enerjisi azalır, kinetik enerjisi isə artır. Kürənin döşəmədəki lövhəyə zərbə anında onun potensial enerjisi kinetik enerjiyə çevrilir. Lakin lövhəyə dəydikdə plastilin kürə ona “yapışaraq” dayanır, Kürə həm potensial, həm də kinetik enerjisini itirir — «Mexaniki enerjinin saxlanması qanunu pozuldu!”
Mexaniki enerji hara yox oldu?
Lövhəyə zərblə dəyərək onun səthinə yapışan plastilin kürənin molekulları “həyəcanlanır”. Bu, kürənin deformasiya etməsi və temperaturunun yüksəlməsi ilə müşayiət olunur. Temperaturun yüksəlməsi molekulların orta kinetik enerjilərinin artması, deformasiyası isə molekullararası məsafələrin və qarşılıqlı təsirlərin dəyişməsi deməkdir. Beləliklə, plastilin kürənin mexaniki enerjisi itmir, o, cismin daxili enerjisinə — molekulların kinetik və qarşılıqlı təsirlərinin potensial enerjisinə çevrilir.
Daxili enerji — cismi təşkil edən molekulların hərəkətinin kinetik və qarşılıqlı təsirinin potensial enerjilərinin cəmidir.
Daxili enerji U hərfi ilə işarə edilir və BS-də vahidi couldur (1C).Cismin tam enerjisi — onun mexaniki və daxili enerjisinin cəmidir:E = EMex + U = EK + Ep + U.


Yüklə 276,58 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin