426) Skarlatina ocağında dezinfeksiyanı kim aparır?
A) Tibb bacısı
B) Həkim-infeksionist
C) Dezinfeksiya xidmətinin işçiləri
D) Xəstənin ailə üzvləri
E) GEM-in işçiləri
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983.
427) Havası pis dəyişdirilən otağın zərərsizləşdirməsi üçün hansı preparat istifadə edilməlidir?
A) Sirkə turşusu
B) Xloramin
C) Hidrogen peroksid
D) Fenol
E) Lizol
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
428) Ocaqda dezinfeksiyanın mütləq aparılması nə ilə şərtlənir?
A) İnfeksiya mənbəyinin olmaması
B) Törədicilərin davamsız olması ilə
C) Viruslarla törədilən xəstəliklər ilə
D) Ocaqda kənar şəxslərin olması ilə
E) Törədicilərin ətraf mühitdə davamlılığı ilə
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
429) Xlortərkibli aktivləşdirilmiş məhlullar hansı müddətdə işlədilir?
A) 5-7 gün ərzində
B) Hazırladıqdan dərhal sonra
C) 1 ay ərzində
D) İş günü ərzində
E) 10 gün ərzində
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
430) Göstərilən siyahıda hansı xlortərkibli preparat yaşayış yerlərinin zərərsizləşdirilməsi üçün daha münasibdir?
A) Xloramin
B) Fenol
C) Etilen oksidi
D) Bor turşusu
E) Pervomur
Ədəbiyyat: Шляхов Э.Н. Практическая эпидемиология. Кишинев, 1983
Dostları ilə paylaş: |