431) Hansı preparat pedikulyozla mübarizədə istifadə edilmir?
A) Neopin
B) Hidrogen peroksid
C) Karbofos
D) Nittifor
E) Sabunlu-kerosinli emulsiya
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
432) Bağırsaq infeksiyası ocağında xəstənin hospitalizasiyasından sonra yekunlaşdırıcı dezinfeksiya hansı müddət ərzində aparılır?
A) Ocağın sanitar vəziyyətindən asılı olaraq aparılmaya bilər
B) 1 həftə ərzində
C) 12 saatdan sonra
D) Bir sutka ərzində
E) 6 saat ərzində
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
433) Hansı halda profilaktik dezinfeksiyanın aparılmasına göstəriş vardır?
A) Vərəmli xəstə olan ocaqda
B) Yoluxucu xəstəxanaya köçürülmüş qarın yatalağı ilə xəstənin («pnevmoniya» diaqnozu ilə hospitallaşdırılmışdır) əvvəl olduğu terapiya şöbəsində
C) Difteriyanın ev ocağı
D) Dizenteriyalı xəstənin hospitallaşdırıldığı yataqxanada
E) Şəhərdə dizenteriya ilə xəstələnmənin yüksəlişi dövründə ümumi ayaqyolularda
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993.
434) Difteriya ocağından götürülmüş əşyaların zərərsizləşdirilməsi necə aparılır?
A) Şotka ilə təmizləmək kifayətdir
B) Kamera dezinfeksiyasına məruz qalmalıdır
C) Zərərsizləşdirilmir
D) Dezinseksiya aparılmalıdır
E) 1%-li xloramin məhlulunda isladılmış əski ilə silinir
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
435) İnfeksion xəstə cərrahi şöbədən köçürüldükdən sonra orada son dezinfeksiyanı kim aparır?
A) Şöbənin sanitarı
B) Şöbənin baş tibb bacısı
C) Həkim epidemioloq
D) Dezinfeksiya xidməti işçiləri
E) Həkim-cərrah
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
436) Evdə saxlanılan salmonelyozlu xəstənin mənzilində cari dezinfeksiyanı kim təyin edir?
A) Həkim-epidemioloq
B) Həkim-entomoloq
C) Dezinfeksiya stansiyasının həkimi
D) Sahə tibb bacısı
E) Sahə terapevti
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |