580) A viruslu hepatitin sarılıqönü dövrünün ən çox yayılmış variantı hansıdır?
A) mədə-bağırsaq
B) asteno-vegetativ
C) qripəbənzər
D) artralgik
E) nevroloji
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
581) Qrip xəstələri üçün səciyyəvi olan xəstəliyin təzahür əlaməti hansıdır?
A) hepato-lienal sindrom
B) öskürək
C) xəstəliyin tədricən başlanması
D) hərarətin olmaması
E) yüksək, uzun sürməyən qızdırma
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
582) Qrip zamanı hipertoksikoz sindromunu hansı simptom müəyyən edir?
A) hipertenziya
B) qarında ağrılar
C) hipotermiya
D) baş ağrısının olmaması
E) qıcolmalar
Ədəbiyyat: Зуева Л.П., Яфаев Р.Х. Эпидемиология. Санкт-Петербург, 2006
583) Qripin mümkün olan ağırlaşması hansıdır?
A) qanaxma
B) birincili virus-bakterial pnevmoniya
C) qaraciyər sirrozu
D) kəskin ürək çatmamazlığı
E) qlomerulonefrit
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
Dostları ilə paylaş: |