77) İdarə olunmayan infeksiyalara hansı infeksiya aiddir?
A) Epidemik parotit
B) Difteriya
C) Göyöskürək
D) Qızılca
E) Yalançı göyöskürək
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
78) “Prevalentlik” termini nə deməkdir?
A) Bir qrup xəstəliklərin ümumi xəstələrin sayına olan nisbəti
B) Konkret vaxt ərzində yenidən qeydiyyata alınmış xəstələrin müəyyən miqdarı
C) Müəyyən qrup insanların müəyyən vaxt ərzində öyrənilən əlamətin aşkar olunmasının tezliyi
D) Konkret vaxt ərzində xəstələrin müəyyən miqdarı
E) Xəstələrin ümumi sayı
Ədəbiyyat: Покровский В.И., Пак С.Г., Брико Н.И., Данилкин Б.К. Инфекционные болезни и эпидемиология. Москва, 2004
79) Doğum müəssisələrində yenidoğulmuşlar arasında irinli-septik infeksiyalarda daha çox hansı törədicilərə təsadüf olunur?
A) Proteylər
B) Qızılı stafilokoklar
C) Eşerixiyalar
D) Klebsiellalar
E) Streptokoklar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
80) Hazırda irinli–septik xəstəliklərin etioloji strukturunda hansı mikroorqanizmlər aparıcı rol oynayır?
A) Leptospiralar
B) Qrammənfi aerob bakteriyalar
C) Salmonellalar
D) Göbələklər
E) Brusellalar
Ədəbiyyat: Покровский В.И. Медицинская микробиология. Москва, 1998
Dostları ilə paylaş: |