72) İnfeksiya ocağında epidemioloji müayinənin aparılma vaxtı nə qədərdir?
A) Təcilı bildiriş aldıqdan 1 ay ərzində
B) Qrafik üzrə plan əsasında
C) Təcili bildiriş aldıqdan sonra ilk 6 saat ərzində
D) Hər hansı vaxtda epidemioloqun göstərişinə əsasən
E) Təcili bildiriş aldıqdan 2 sutka ərzində
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
73) Xəstələnmənin ehtimal olunan təqribi yoluxma vaxtını təyin etmək üçün xəstələnmə tarixindən hansı dövrlərin davametmə müddətini çıxmaq lazımdır?
A) Yoluxduruculuq və minimal inkubasiya dövrlərinin
B) Maksimal inkubasiya və rekonvalessensiya dövrlərinin
C) Minimal və maksimal inkubasiya dövrlərinin
D) Yoluxduruculuq və rekonvalessensiya dövrlərinin
E) Maksimal inkubasiya dövrünün
Ədəbiyyat: Ющук Н.Д. Эпидемиология. Москва, 1993
74) Aşağıda qeyd olunanlardan hansı tədbirlərin köməyi ilə epidemik ocağın fəaliyyətinin qarşısı alınır?
A) Xəstələrin dispanserizasiyası
B) Cari dezinfeksiyanın aparılması
C) Təmasda olan şəxslərə peyvənd edilməsi
D) Xəstənin hospitallaşdırılması və maksimal inkubasiya dövrünün başa çatması
E) Təmasda olanlara faqlar vasitəsilə profilaktikanın aparılması
Ədəbiyyat: Tağızadə T.Ə., Abuşov F.A., Ağayev İ.Ə.Epidemiologiyadan təcrubə məşğələlərinə dair metodiki tövsiyələr. Bakı, 1984
Dostları ilə paylaş: |