1078) Ölkədə səpgili yatalağa görə salamatlığın saxlanması əsasən nə ilə təmin edilir?
A) Təcili profilaktika ilə
B) Xaricdən gətirilmənin profilaktikası ilə
C) Dezinseksiya tədbirləri ilə
D) Xəstələrin erkən aşkar edilməsi ilə
E) Əhalinin yüksək sosial – iqtisadi həyat səviyyəsi ilə
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
1079) Hal - hazırda malyariya ilə mübarizədə hansı əksepidemik tədbirlər aparılır?
A) Kimyəvi profilaktika
B) Faqoprofilaktika
C) Vaksin profilaktikası
D) Dezinfeksiya
E) Təcili profilaktika
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
1080) Malyariya zamanı həssas insana görə aparılan profilaktik tədbirlərə nə daxildir?
A) Kimyəvi profilaktika, ağcaqanad hücumundan müdafiə tədbirləri
B) Kimyəvi profilaktika, dezinfeksiya
C) Kimyəvi profilaktika, vaksinasiya
D) Ağcaqanad hücumundan müdafiə tədbirləri
E) Vaksinasiya, dezinfeksiya
Ədəbiyyat: Çobanov R.Ə. İnsan protozoozları. Bakı, 2006
1081) Karantində saxlanılan heyvanlar arasında hər hansı bir infeksion xəstəliklər aşkar olunduqda hansı tədbir görülməlidir?
A) Heyvanlar məhv edilir
B) Heç bir tədbir görülmür
C) Karantin müddəti 1 aya qədər uzadılır
D) Karantin müddəti 2 aya qədər uzadılır
E) Vivari dezinfeksiya olunur
Ədəbiyyat: Методические указания по зоологической работе. Москва: Информационно-издательский Центр Минздрава России, 2000 г., 96 с.
Dostları ilə paylaş: |