ƏDƏBİYYAT
1.Həmzəyev M.Ə. Yaş və pedaqoji psixologiyanın əsasları.Bakı. 2003.
2.Qədirov Ə.Ə. Xəlilov N.Yaş psixologiyası. Gəncə 1999.
3.Qədirov Ə.Ə. Məmmədov İ.N. Yaş psixologiyası. Bakı 1978.
4.N.ÇələbiyevUşaq psixologiyası, Bakı, 2005
Erkən gənclik fərdin ontigenezdə inkişafının ən əhəmiyyətli mərhələlərindən biridir. 15-18 yaşları əhatə edən bu yaş mərhələsi yaşlılıq və yetginlik dövrünə real keçidin yekunu, yenuyetməlik dövründə özünü göstərən yeni psixi keyfiyyətlərin dolğunlaşması və tamamlanması ilə səciyyələnir. Böyük məktəb yaşı romantika, böyük coşgunluq, gənclik arzuları, öznqüvvəsini nə isə böyük işlərə həsr etmək, yaradıcı təşəbbüslərin genişlənməsi dövrüdür bu yaş dövrü şəxsiyyətin bir sıra xüsusiyyətlərinin cilalanması kimi qiymətləndirilir. Bu dövrdə gəncin fəaliyyəti, onun mənəvi və sosial siması formalaşır, ictimai fəaliyyətə maraq və şəxsi məsuliyyət hissi artır, həyatda öz yerini tapmaq meyili yaranır. Gənclik illərində oğlanlar və qızlarda uşaqlar üçün tipik olan əlamətlər tədricən onların həyatından silinib gedir, yaşlılara məxsus psixi keyfiyyətlər, xassə və əlamətlər formalaşır, get-gedə möhkəmlənərək davamlı xarakter kəsb edir. Böyük türk şairi N.Hikmət deyirdi ki, gənclik arzu, inam,igidliyə həvəs deməkdir. Gənclik-lirika və romantikadır. Bu, gələcək üçün tükənməz arzulardır. Bütün yaxşı əməllərin başlanğıcıdır.
Ötən əsrin 60 -cı illərində inkişaf etmiş xarici ölkələrdə baç vermiş gənclərin etiraz hərakatlarının səbəblərini araşdıran Qərb alimləri qeyd edirdi ki, yaşlılarla gənclərin, atalarla oğulların münaqişəsi tarixi bir münaqişədir. Ayanın hakimiyyətinə və əmlakına sahib olmaq arzusu nəsillər arasındakı münaqişənin əsas səbəbidir. M.Mud, E. Fridenberq belə hesab edirdilər ki nəsillər atasındakı münaqişə get-gedə sürətlənəcəkdir. Məsələyə fərqli mövqedə yanaşan digər alimlər (L.Foyer, D.Yankeloviç) isə bu mövüe ilə razılaşmır və qeyd edirdilər ki, burada yeni heç nə yoxdur: atalarla oğullar arasındakı münaqişə tarixən həmişə mövcud olmuşdur. Sadəcə olaraq müasir dövrdə onun miqyası güclü şəkildə genişlənmişdir.
Şəxsiyyətin təşəkkül tapılması bu yaş dövrünün onunda əsasən başa çatır: İnsan fiziki cəhətdən yetişir, həyati seçimi və təmayyülü dəqiqləşir, bəzən ömür boyu davam edən dostluq başlanır, əsil ilk məhəbbət yaranır. İlk gənclik yaşı yükaək heysiyyət, öz ləyaqətini ciddi anlamaq və tam müstəqilliyə meyk etmək cəhdi ilə səciyyələnir.
Erkən və ya ilk gənclik dövrü adlandırılan bu yaş dövrü otra məktəbin IX-XI siniflərində təhsil illərinə təsadüf edir. Bir sıra psixoloqlar ilk gənclik dövrünü müxtəlif adlarla adlandırmışlar. Məsələn, rus psixoloqlarından L.S.Vıqotski bu yaş mərhələsini puberdat yaş dövrü, D.B.Elkonin isə böyük yeniyetməlik dövrü kimi xarakterinizə edirdi. L.İ.Bojoviç belə hesab edirdi ki, böyük məktəb yaşı dövründə psixi inkişafda özünü göstərən ən mühüm xüsusiyyət insan cəmiyyətində özünütəyinetmə, imkan və cəhdlərin dərk edilməsidir. Böyük məktəb yaşı dövründə gənclərin malik olduqları psixi imkanlarla yaşlıların, cəmiyyətin artan tələbləri arasında yaranan ziddiyyət psixi inkişafın hərəkətverici qüvvəsinə çevrilir.
Qəbul edilmiş yaş dövrlərinin təsnifatında ilk gənclik dövründə aparıcı fəaliyyət növü təlim-peşə fəaliyyəti hesab edilir.
Böyük məktəbli və ya ilk gənclik dövründə psixi inkişafın sosial situasiyası (L.S.Viqotski) yeniyetməlikdə yaranan psixi törəmələrin təkmilləşməsi üçün əlverişli zəmin yaratmış olur. Böyük məktəblinin müstəqil həyatın astanasına daxil olması onun inkişafı üçün tamamilə yeni sosial şərait yaratmış olur. O, öz həyat yolunu təyinetmə, peşəseçmə ərəfəsində olduğu üçün onun daxili mövqeyində Erkən gənclik orta məktəb yaşı dövrünün sonudur. Bu dövrdə məktəblinin fiziki keyfiyyətlərin inkişafında əhəmiyyətli dəyişikliklər davam edir.Cinsi yetişgənlik başa çatır, ikinci cinsi əlamətlər aydın xarici təzahürlərə malik olur. Boy artımının sürəti zəifləyir, bədənin çəki artımı dinamik xarakter alır. Əzələlərin inkişafı sürətlənir, yaşlı adamın qüvvəsimə yaxınlaşır. Ürək-damar sisteminin inkişafı normalaşır, qan təzyiqi müvaziməti forma alır, daxili sekresiya vəzilərinin fəaliyyəti ritmik vəziyyətə düşür, skletin sümükləşməsi əsasən tamamlanmış olur, baş beyin strukturlarının inkişafı davam edir, bədən ölçüləri mütənasib forma alır. Fizioloji tədqiqatlar vasitəsilə müəyyən edilmişdir ki, 8 yaşda əzələ çəkisi bədənin ümumi çəkisinin 27%-ni, 15 yaşda 32%- ni təşkil etdiyi halda, 17 yaşda bu göstərici 44%-çatır. Bütün bu keyfiyyətlər böyük məktəblilərin istənilən fiziki və əqli işə dözümlüyünü təmin etmiş olur, oğlan və qızların bədəninin xarici görünüşdə cəlbedici skmmetriya yaranır, 《qadınlıq》və《kişilik》etalonlarına yaxınlaşır. Bu yaş dövründə yeniyetməlik üçün səciyyəvi olan coşqun və qeyri- bərabər boy artımı, orqanizmin sürətli inkişafı başa çatır, fiziki inkişafın nisbətən sakit dövrü başlayır. Boyun uzununa böyümə tempi yaşayır, əzələ gücü və onun iş qabiliyyəti artır, döş qəfəsinin həcmi genişlənir. Böyük məktəb yaşı dövründə sinir sisteminin, xüsusilə beyinin inkişafında dəyişikliklər baş verir. Beyinin hüceyrədaxili sturkturları mürəkkəbləşir, onların funksional imkanları artır. Nəticədə təlim və əmək prosesində böyük beyin yarımkürələrinin təhlil-tərkib fəaliyyətinin mürəkkəb təzahürləri yatanır. Məşhur İsveçə psixoloqu Klapared qeyd edirdi ki, uşaqlıq və gənclik illəri inkişafın təkamül mərhələləridir. Yetginlik (yaşlılıq) dövründə bu təkamül prosesi tamamlanır. Bununla belə fiziki görünüşdə nəzərə çarpan bəzi qüsurlar erkən gənclik dövrünü yaşayan məktəbliləri daim narahat edir. Təbii yetginləşmə əlaməti kimi üzü dərsində əmələ gələn sızanaq sızanaq və piqment ləkələri qızların kosmetikadan istimadəsinə yol açmış olur. Onların bir çoxu bədənin eninə inkişafından qayğılanır, kokəlmədən qorxur, incə və zərif görünmək üçün bəzən pəhriz saxlayır, normal qidalanmır.
Erkən gənclik dövründə insanın mənəvi qüvvəsi intensiv şəkildə inkişaf edir, onun əxlaqi siması formalaşır, xarakteri müəyyənləşir və dünyagörüşü təşəkkül tapır. Şəxsiyyətin qazanılmış yeni keyfiyyətləri böyük məktəblinin məktəbdə, ailədə və ictimai münasibətlər sistemində mövqeyinin dəyişməsinə güclü təsir göstərir. Bu dəyişkənliklərin yaranmasına səbəb olan ən ciddi amil yaş amilidir. Müasir 15-18 yaşlı gənclər fiziki və mənəvi yetginliyin bir çox əlamətlərinə malikdir. Onlarda cinsi yetişmə başa çatmış olur. Bu isə onlara bu yaş mərhələsinin sonlarında ailə qurmaü hüququ verir. Gənclər sosial məşğulluq və əmək hüququ əldə edir, pasport almaqla, hərbi xidmət yaşına çatmaqla həqiqi hərbi xidmətdə əsgər vətəndaş borcunu yerinə yetirirlər. Gənclər həyatda, cəmiyyətdə baş verən ictimai, siyasi,iqtisadi və mənəvi proseslərdə fəal iştirak edir, ən mühüm siyasi hüquqlarıdan biri olan seçki hüquq qazanmış olurlar. Onlar həyata, əməyə başqa adamlara yetgin münasibət bəsləyirlər. Bununla belə, təəsüf doğurucu hal ondan ibarətdir ki, bir sıra yeniyetmə və gəclərdə həyata istehlakçı münasibəti, yüngül və pozğun həyat tərzinə meyl, əməyə münasibətdə infantil əlamətlər özünü göstərir. Zəngin həyay tərzi ilə yaşayan bəzi gənclər vaxtların Böyük məktəb yaşında əxlaqi şüurda və davranışda keyfiyyət dəyişiklikləri yaranır. Onlarln həyaya baxışlar sistemi-dünyagörüşü formalaşır, əxlaqi anlayışlar təşəkkül tapır. Bu yaş dövründə mıktəbliərdə dosta təlabat hissi yaranır, şərəf, ləyaqət, borc, namus, qeyrət, xəyanət yoldaşlıq və s. kimi mütəkkəb etik anlayışların düzgün anlaşılması diqqəti cəlb edir. Görkəmli psixoloq M.Ə.Həmzəyev qeyd edirdi ki, gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasınl arzulayırlar. Əxlaqi şüur və davranışdakı bu yeni keyfiyyətlər böyük məktəblilərə ictimai həyatda fəal mövqe tutmaq, mənəvi davranışda başqalarına nümunə olmaq imkanı verir. Ətraf aləmdə baş verən hər bir şey gənc ürəyi narahat edir, həyəcanlandırır, şəxsi bir şey kimi hiss edilir.
Erkən gəclik dövründə ünsiyyət və emosioanl həyat keyfiyyətcə yeni məzmun kəsb edir. Mənəvi və sərvət seçim imkanları artır. Bunlar böyük məktəbli gənclərin təlimə, əməyə, ictimai hadisələrə,başqa adamlara münasibətində, davranışın ümumi yönəlişliyində aydın ifadə olunur. Həyatda öz yerini müəyyən etmək böyük məktəblinin sosial-psixi inkişafının əsas motivinə mevrilir. Böyük məktəb yaşlı şagirdlərdə idrak motivləri, geniş sosial motivlər və fəaliyyətin nəticəsində yönəlmiş motivlər, psixi inkişafın başlıca təhrik edici qüvvələr kimi təzahür etməyə başlayır.
Rusiya PEA-nın əməkdaşları böyük məktəblilərin müxtəlif ünsiyyət formalarına və müxtəlif tərəfdaşlara qarşılıqlı münasibətlərə olan təlabatlarını öyrəmərək belə qənaətə gəlmişlər ki, böyük məktəblilərin valideynlər və digər yaşlılarla ünsiyyətə olan təlabatı yaxın həmyaşıda olan tələbatına nəzərən daha formal xarakter kəsb edir. Bu nəticələri aşağıdakı cədvəldən də görməl olar.
İngilis psixoloqu Con Koulmenin 11-13 yaşlı yeniyetmələr və 15-17 yaşlı gəclərlə 《Tamamlanmamış cümlələr》 metodikası ilə apardığı tədqiqatın nəticələri bu baxımdan maraqlıdır. O, oğlan və qızlara 《Ətrafımda heç kim olmayanda...》 və 《Əgər insan təkdirsə...》 tipli cümlələri tamamlağı tapşırmışdı. Alınmış cavablar müsbət (məsələn: 《Ətrafımda heç kim olmayanda xoşbəxtəm, ona görə ki, istədiyim hər şeyi edə bilərəm》) və mənfi ( məsələn: 《Adam tək olanda o əsəbləşməyə başlayır》) olmaqla təsnif edilmişdir. Müəyyən edilmişdir ki, yeniyetməlikdən gəcliyə doğru müsbət mühakimələrin sayı artır, mənfilər isə azalır. Əgər yeniyetmələr buna xəlvət guşə kimi qiymətləndirirsə, böyük məktəblilər darıxdırıcılıq hesab edilər. Utancaqlıq yeniyetmə və gənclərin şəxsi həyatında ən geniş yayılmış kommunikativ çətinlikdir.
Erkən gənclik dövrünün dünyagörüşünün formalaşması baxımından ən səmərəli dövr kimi nəzərdən keçirmək olar. Geniş həcmli biliklərə yiyələnən gənc malik olduğu çoxcəhətli məlumatları sistemə salmağa fəal surətdə meyl. O, ümumiləşmiş nəzəri biliklərin, prinsip və qanunauyğunluqların öyrənilməsinə xüsusi maraq göstərir. Bütün bunlar böyük məktəblilərdə nəzəri təfəkkürün səviyyəsinin yüksəlməsində, idrak fəaiyyətində mücərrəd təfəkkürün rolunun artmasında öz əksini tapmış olur. Gənclərin artan idrak imkanları onların fərdi hazırlığa saatlarla vaxt sərf etməsində, biliklərə yiyəlınməsində İDRAK ÖZÜNÜTƏKMİLLƏŞDİRMƏ TƏLABATLARINDA ifadə olunur. Böyük məktəb yaş dövrü təbii-elmi, fəlsəfi, əxlaqi estetik, siyasi, hüquqi dunyagörüşü formalarının təməl prinsiplərinin yaranmasında və möhkəmlənməsi ilə müşayət olunur. Bu prossesdə şagirdlərin inyellektual inkişaf səviyyəsi mühüm amillərdən təşəkkülündə mühüm amilə çevrilmiş olur. Erkən gənclik dövründə ümumbəşəri və milli dəyərlər əsasında əxlaqi keyfiyyətlərin formalaşması prossesi intensiv xarakter kəsb etməyə başlayır. Gənclər elm, mədəniyyət, incəsənət sahəsində ictimai sərvətlərə seçici münasibətlər bəsləyir, cəmiyətin demokratikcəsinə yeniləşməsinə fəal həyat mövqeyindən YANAŞIR, VƏTƏNDAŞLIQ FUNKSİYALARINI mənimsəyirlər.
Erkən gənclik dövründə yaşlılıq hissi güclənir, mənlik şüuru və əxlaqi şüurun inkişafında yeni əlamətlər meydana çıxır. Böyük məktəblilərdə 《susma mövqeyi》 aradan qalxır, haqsızlığa qarşı barışmaz münasibət özünü göstərir. Onlar ailə şərəfinə, milli heysiyyata hörmət bəsləyir, bu dəyərləri qorumağı özlərinə borc hesab edirlər.
Bu cəhətlər İ.Şıxlının 《Dəli Kür》 romanındakı gənc Şamxalın obrazında öz bədii həllini tapmışdır. Atası Cahandar ağanın evə başqa bir qadını -Allahyarın arvadını qaçırıb gətirməsi onu sarsıdır, bu halı o, anasına qarşı hörmətsizlik hesab edir, həmin qadını evdən qovmaq təşəbbüsündə anasına tərəfdar çıxır.
Çoxsaylı psixoloqji tədüiqayların nəticəsi sübut edir ki, insanın yaradıcılıq sahəsindəki nailiyyatləri statistik baxımından heçdə onun məktəbdəki təlim müvəffəqiyyəti ilə bağlıdır. Darvin, Hegel, Napaleon, Nyuton, Eynşteyn, Vaqner, Verdi,Şiller, Heyne, Svift və başqaları məktəbli və ya tələbəlik dövründə qabiliyyətsizlik hesab olunmuş və ya ortabab şagird kimi yaşıdlarından fərqlənə bilməmişlər. Psixoloqlar belə hesab edir ki, məktəb proqramları ciddi surətdə reqlamentləşmiş xarakterlidir. Uşaq və gənclərin yaradıcı qabiliyyətləri isə sinifdən kənarda, asudə vaxt zamanı onların məşğul olduğu elmi dərnəklərdə, sərbəst oyun formalarında daha parlaq və tam şəkildə üzə çıxmaq imkanı qazanmış olur.
Böyük məktəb yaşlı şagirdlər özlərinin emosional aləminin zənginliyi, hisslərinin əxlaqi tərbiyəlilik səviyyəsinə görə yeniyetmələrdən xeyli irəli getmiş olurlar. Onlar həyat hadisələrinə münasibətini əxlaqi ölçülər baxımından müəyyən edirlər. Ona görə də, ilk gənclik yaşında yaşanmış hisslər özlərinin davamlılığı,dərinliyi ilə seçilir. Oğlanlar və qızlarda həyat hadisələrinin təsiri ilə AMBİVALENT HİSSLƏR, ZİDDİYYƏTLİ EMOSİONAL VƏZİYYƏTLƏR yaranır. X sinifdə oxuyan gənc bir qız yazdığı məktubunda bu sətirlərə yer vermişdi:
《Mən bilmirəm, səni sevirəm, yoxda nifrət edirəm. Mənə elə gəlir ki, bu hisslər məndə qorxulu dərəcədə bir-birinə qarışmışdır. Öz-özümə sual verirəm: 《Nə üçün mən səni sevməliyəm?》 Cavab tapa bilmirəm. Həm də fikirləşirəm ki, nifrət etmək üçün də əsasım yoxdur. Bəlkə, sənə qarşı münasibətdə qəribə vəziyyətə düşməyimin səbəbini anlamaqda mənə komək edəsən?》(N.D.Levitovun tədqiqatlarından)
Gənclər belə hallarda öz hərəkətlərinin doğru olub - olmadığını başqa adamların verdikləri qiymətlər əsasında müəyyən etmək təlabatı hiss edir, daha təcrübəli, yetkin adamların dəstəyinə ehtiyac duyur, daxili yaşanyılarını başqaları ilə bölüşdürmək istəyirlər. Onun təzahürü kimi böyük məktəblilərdə yaşıdları fəalyyətinin müxtəlif sahələrinə aid şəxsi əhəmiyətli münasibətlərin dairəsi xeyli genişlənir. Əldə edilmiş təcrübə öz hisslərini təqdim etmə qabiliyyətləri gənclərə şəxsi həyatlarında baş vermiş bir sıra uğursuzluqları, xoşagəlməz halları <>, dözüm və səbrlə yaşamaq imkanı verir. Dostluqda, sevgidə uğursuzluq- qızların vəfasızlığı, oğlanların etibarsızlığı gənclərin şəxsi həyatında çox böyük zərbə təsiri bağışlayır. Çox vaxt böyük məktəblilərin şəxsi həyatında baş vermiş halların ifadəsini onların sifətlərindən duymaq olar. Bununla belə, böyük məktəblilər, X-XI sinif şagirdi yaşlılar aləminə qorxu və həyəcanla deyil, sərbəst daxil olmaq imkanlarına malik olurlar.
Gənclik dövrünə aid psixoloji səpkidə yazılmış ilk əsər alman filosofu və psixoloqu E.Şprangerin <> (1924) adlı əsərdir. O psixologiyanın başlıca məqsədini şəxsiyyətin mədəniyyət və tarixlə sıx bağlı olan daxili aləmini dərk etməkdə görürdü. E.Şprangerin fikrincə, gənclik yaşı qızlarda 13-19, oğlanlarda 19-22 yaşları əhatə edir, bu dövr mənəvi inkişaf mərhələsidir və o, psixofizioloji proseslər kompleksi ilə sıx bağlıdır. 1934- cü ildə alman psixoloqu K.Bülerin <<Üç nəsil gənclik gündəliyində>> adlı əsəri çap olunmuşdur. O, bu əsərin 93 gənclik gündəliyinin (38 oğlan, 55 qız) təhlilini vermiş və oğlanların qızlara nəzərən daha çox gündəlik yazmağa meyilli olduqlarını aşkara çıxarmışdır. 1929- cu ildə rus psixoloqları V.E.Smirnovanın <>, 1929-1931-ci illərdə isə L.S.Viqotskinin <> adlı əsərləri çap olunmuşdur.
Son illər psixoloq və pedaqoqlar yeniyetmə və gənclərin seksual davranış meyllərinin güclənməsi, xoşagəlməz nəticələrə gətirib çıxaran hallar haqqında həyəcanla danışırlar. Yeniyetmə və gənclər arasında seksual davranış şablonlarının artması diqqəti cəlb edir. Onların seksual davranışının situativ amillərin təsiri ilə dəyişir və hətda pataloji formalara ( onanizm, pettinq, erkən cinsi həyat, homoseksualizm və s.) keçir. Müəyyən edilmişdir ki, seksual davranış formalarının artmasında parnoqrafik film və jurnallar, pozğun adamlar və s. əsas rol oynayırlar. Burada pula,hədiyyə ilə ələ alma, qızın qohumları və rəfiqələri ilə yaxınlıq kimi dolayı vasitələrin də təsiri böyükdür. Ona görədə, yeniyetmələrlə müqayisədə böyük məktəblilərin emosional aləmi yaşanılmış hadisələrin daha yüksək dərəcədə differensiasiyası baxımından daha zəngin və dərin təəssüratlarla diqqəti cəlb edir. Bütün bunlar isə öz növbəsində onların ali hisslərinin əxlaqi, intellektual və estetik aləminin dərinləşməsinə və genişlənməsinə gətirib çıxarır. Böyük məktəblilərin əhvalları özünün davamlılığı və düşüncəli xarakteri ilə seşilir. Onlarda öz emosional vəziyyətlərin tənzimlənmək, ona nəzarət etmək qabiliyyətləri xeyli yüksəlmiş olur. Erkən gənclik illərində şəxsiyyətin başlıca psixoloji keyfiyyətləri, o cümlədən xarakterin baza əlamətləri kifayət qədər davamlı forma alır. Bu keyfiyyətlərin təşəkkülündə iradi keyfiyyətlərin xüsusi rolu vardır. Iradi fəaliyyətin şüurlu şəkildə idarə edilməsi: özünütənzimetmə, özünüinandırma, özünütəhriketmə, özünübəyənmə və s. bu kimi iradi aktlar gənclərin xarakterində davamlı iradi keyiyyətlərə çevrilir. Bununla zəminində böyük məktəblilərin motivlər sahəsi yaranır, onların şəxsiyyətin istiqaməti müəyyənləşmiş olur. Böyük məktəblilərin təhrikedici qüvvələr aləmində yüksək dərəcəli mənəvi təlabatlar – ünsiyyət, dostluq, yüksək biliyə və dünyagörüşünə, başqaları üçün nümunəyə,ətrafdakıların rəğbət və hörmətinə, sevgisinə sahib olmaq meylləri aktuallaşır. Gənclərin həyatında aydın perspektivli cazibəli məqsədlər meydana çıxır, seçici münasibət yaranır. Böyük məktəbli yaşında əxlaqi hisslərin, norma və qaydaların, davranış prinsiplərinin mənimsənilməsi prosesi güclənir. Yaşlılıq hissi, əxlaqi şüur və mənlik şüuru müəyyən inkişaf həddinə çatır, gənclərin müstəqil həyata hazırlığının mühüm şərtinə çevrilir. Bununla belə,ABŞ psixoloqu L.Kolberq belə hesab edirlər ki, 16 yaşlı uşaqların 10%- əxlaqın yüksək norma və prinsiplərinə yiyələnmiş olurlar. Bu səviyyəni potkonvensial əxlaq adlandırlan L.Kolberq görə, əxlaqi davranış, ictimai rifaha yönəlmiş və hamı tərəfindən qəbul edilmiş prinsiplər,başqa adamlara və özünə hörmət və s. bu yaş mərhələsində bütün uşaqların şüur davranış normalarına çevrilmir.
Böyük məktəb yaşı dövründə gənclərdə milli mənlik şüuru təşəkkül aparmır. Onların şüurunda milli mənəviyyat, adət-ənənələr, milli əxlaq və dini dəyərlər, yurda bağlılıq milli düşüncə tərzi və s. kimi xüsusiyyətlər əks olunmağa başlayır. Gənclər etnik şüurun subyektinə, milli dil isə onların etnik şüurunun daşıyıcısına çevrilir. Böyük məktəblinin etnik şüuru ona milli kimliyin müəyyən etməyə imkan yaradır, milli özünüdərketməsinə təkan verir. Coşub çağlayan romatik arzuları reallaşdırmaq, ali məktəbə daxil olmaq, əmək fəaliyyətinə başlamaq, ailə qurmaq və s. kimi daha dəyərli gənclik arzuları gənclərin fəallığının mənəvi rolunda çəxəş edir. Gənclərin fəaliyyətinin təhrikedici qüvvələrin təsiri altında onlarda ikinci və yaxud törəmə iradi keyfiyyətlər olan qətiyyətlilik, cəsarət, özünü ələ almaq,səbirlilik, inam və s. ilə yanaşı daha yüksək iradi keyfiyyətlər – məsuliyyətlilik, intizamlılıq, işgüzarlıvə təşəbbüskarlıq artmağa başlayır. Iradi keyfiyyətin strukturunda mühüm yer tutan iradi səy- daxili və xarici maneələrin aradan qaldırılmasına yönəlmiş psixi fəallıq, iradənin tam səfərbərliyi yüksəlir, subyekt tərəfində daxili psixi akt və vəziyyətlərin dərk olunması prosesi kimi refleksiya özünün yüksək səviyyəsinə çatmış olurlar. Böyük məktəblilərdə formalaşmış əxlaqi dəyərlər və prinsiplər onların iradi fəaliyyətində yaranan motivlər mübarizəsində ictimai yönəlişliyi şərtləndirmiş olur. Ədalətli müdafiə etmək, haqqında tərəfində durmaq,köməksizə, qocalara yardım etmək, şikəst adamlara əl uzatmaq, qabarıq şəkildə üzə çıxmış olur. Böyük məktəb yaşında gənclərin şəxsiyyətinin psixoloji strukturunda baş verən dəyişikliklər ideallar, gənclik arzuları və romantikadır. Bu xüsusiyyətlərin ilkin təzahürləri yeniyetməlik dövründə müşahidə olunsa da, gənclik yaşında onlar daha da cilalanır, yüksək dəyərlər baxımından qiymətləndirilərək seçilir. Yeniyetmələrin həyat idealları konkret bir şəxsin simasında ( sevimli müəllim, valideynlər, kino və bıdii ədəbiyyat qəhrəmanları, estrada ulduzları müğənni və dövründə bu, daha çox əxlaqi dəyərlilik, ictimai və şəxsi əhəmiyyətlilik, şəxsiyyət-insani keyfiyyətlər baxımından başlayır. Psixoloq L.Y.Dukatın tədqiqatlarına görə, IV sinifdə şagirdlərin 100, V sinifdə 99, VI sinifdə 94, VII sinifdə isə 80%-nin idealı konkret idealların miqdarı tədricən azalır, ümumiləşmiş ideallar isə təzahür etməyə başlayır. Gənclər həyatın mənasını <<özünü insanlara həsr etməkdə>>, <<əməksevər, faydalı vətəndaş olmaqla>>, <>, <<şərəf və ləyaqət sahibi olub, heş kimin qarşısında borclubolmamaqda>>, <> və s. görürlər. Gənclərlə keçirilmiş sorğulardan aydındır ki, onların çoxu şəxsi xoşbəxtili yaxşı peşə, qazanclı iş və vəzifələrdə görürlər. Son illər gənclərin nüfuzlu ixtisarlara meylinin artması da bunu sübut edir. Hüquqşünas, həkim, komputer, biznes, gömrük işi, xarici dil və s. ixtisarlara axının gücləməsi səbəbləri arxasında gənclərin öz gələcək həyatlarını firavan görmək, yaxşı pul qazanmaq arzuları dayanır. Gənclərin arasında firavan həyata meylin qeyri-ənənvi sferada yaşından asılı olmayaraq varlı adamla ailə qurmaq, xarici ölkələrdə rəqs qruplarında, restoranlarda işləmək, intim xarakterli reklam çarxlarına çəkilmək <> olmaq, açıq-saçıq geyinmək və s. milli-mənəvi dəyərlərimizin deformasiyaya uğradığını əks etdirir. Pul ehtirası, iqtisadi çətinlikər çox vaxt milli-mənəvi norma və prinsiplərin aşınmasına gətirib çıxarır. Təhsili yarımçıq qoyub, məktəbdən yayınaraq vaxtlarını yüngül əyləncə yerlərində keçirən gənclərin taleyi bu gün cəmiyyətdə böyük narahatlıq doğurur.
Erkən gəclik dövründə böyük məktəb yaşlı uşaqların emosional aləmində baş verən ən böyük dəyişikliklərdən biri məhəbbət hissidir. Bu, öz məzmunu baxımından kiçik məktəblilərin rəğbət, yeniyetmələrin ilk məhəbbət hissindən əhəmiyyətli şəkildə fərqlənir.
Yeniyetmələrdə əks cinsə qarşı şəxsi simpatiya əsasında yaranan sevgi hissi ötəri, cəlbedici xarakter daşıdığı halda, erkən gənclikdə bu hiss özünün dərinliyi, gücü və həqiqi sevgi olması ilə seçilir. Erkən gənclik döründə fərdi intim dostluğa tələbat hissi güclənir. Qızlarda cinsi yetişmənin bir qədər tez başlanması ilə əlaqədar onlarda bu tələbat oğlanlardan xeyli əvvə hiss olunur. Bu yaş dövündə cinsi yetişmə başa çatdığından aydın ifadəli seksual çalarlarla xarakterizə olunur. Lakin bu heç də bütün gənclər tərəfindən dərk edilmiş, düşüncəli məzmuna malik deyildir. Oğlanardan fərqli olaraq qızlarda əks cinsə olan münasibət fizii yaxınlıq fonunda deyil, daha artıq dərəcədə nəzakətliyə, ünsiyyətə, nəvazişə və mənəvi emosional yaxınlığa olan tələbatlarla şərtlənmiş olur. Oğlanlarda isə hissi-erotik əyləncə, tam diffuz erotizm meylləri əvvəlcə güclü olsa da, sonralar bu, qızlaa qarşı həssas, qayğıkeş və nəzakətli münasibətlə əvəz olunmağa başlayır. Bu məsələnin mahiyyətinə varan V.A.Suxomlinski yazıdı: <>
Rus psixoloqları V.A.Kurutetski və İ.S.Lukkinin fikrincə yeniyetməlik yaşı dövründə şəxsi rəğbət, əyləncə, bağlılıq hətda ilk məhəbbət hissinin təahürlərindən danışmaq daha doğru olar. Lakin dərin, güclü təsirli hiss kimi məhəbbət ilk gənclik dövründə yaranır. Bu təsadüf olmayıb böyük məktəblinin şxsiyyətinin, xüsusiə onun emosional həyatını ümumi inkişafı ilə bağlıdır. Böyük məktəblinin bir şəxsiyyət kimi xüsusiyyətləri onun dostluq-məhəbbət hissində bütün aydınlığı ilə əks olunur.
Məhəbbət təkcə bioloji hadisə deyil, o daha çox insanın mənəviyyatı ilə bağlıdır. Oğlan, qız, kişi-qadın arasındakı məhəbbət insanın bütün varlığı ümumi inkişaf səviyyəsi ictimai fəaliyyəti, dünyagörüşü, marağı, duyğuları, təxəyyülü ilə sıx bağlıdır. O, cox müqəddəs elmi təhlilə gəlməyən ülvi, incə, dərin, eyni zamanda mürəkkəb bir fenomendir. Sevgi ehtirası möcüzəli hissdi, onun öz qanunları, öz buxovları vardır.
Gənclərin məhəbbəti bir qaydada olaraq, pak, təravətli, davamlı, müxtəlif yaşantılar, daxili həyəcan vəehtiraslarla zəngindir, özünün lirik təbiəti, atəşin yanğısı ilə daha üksək, nəcib duyğu kimi nəzərə çarpır. Bu cəhdi xüsusi fərləndirən məhşur ispan yaıçısı M.S.Servantes yazırdı : << Sevgi elə bir eynək taxır ki, ondan baxanda kasıblıq zənginlik kimi, od zərərləri qızıl və mirvari kimi görünür.>> ciddi və cəlbedici məhəbbət, emosional yaxınlığa meyil məhs ilk dəfə erkən gənclik yaşında meydana gəlir. 15-16 yaşda bu hissin artıq ciddi mənəvi tələbata,insan həyatında ünsiyyət fəaliyyətində güclü amilə çevrilməsindən söhbət gedə bilər. Bu yaş dövründə məhəbbət sadəcə olaraq əks cinsə yönəlmiş adi həvəs primitiv cinsi instinik deyil, insani sosial-mənəvi bağlılıq, başqası qarşısında məsuliyyət və borcudur. Məhəbbətin seçici faktorları sırasında xarici görkəm gənclik və sağlamlıq əsas amillər kimi ön planda durur. Məhəbbətin ilk mənbəyi gözəllikdir. Bu hiss yer üzərində həyatın, sivilizasiyanın qüdrətli mənbəyidir.O, insanın yalnız şəxsi həyatına, əmək və ictimai fəaliyyətinə deyil, həm də, onun psixikasına və hərtərəfli inkişafına səmərəli təsir göstərir. Gənclər arasında tanışlıqdan başlanan, yoldaşlıq və dostluğa keçən simpatiya çox vaxt məhəbbətə çevrilir. Dərinləşən şəxsi intim münasibətlər onlar arasında məktublaşma, telefonla əlaqə, görüş təyinetmə, birgəgəzinti rəqs və s. formaları qarşılıqlı əlaqələrdə ifadə olunur. Hal hazırda yeni mobil rabitə vasitələri internetsevən gənclər arasında əyləncəli ünsiyyətə imkanlar açmışdır. Məhəbbət intim hisslərdə biri kimi gənclərin inkişafının bütöv bir kompleksi-fizioloji, psixoloji və psixoseksual amillərin bitgin sistemidir. Gənc olan hər bir adamı belə bir sual həmişə düşündürür. Görəsən insan öz həyatında neçə dəfə sevə bilər. Bu suala aydın cavaba tanınmış rus sosioloqu A.Q.Xarçevanın fikirlərində rast gəlmək olar. O, yazır: << Yüngül düşüncəli adamlarda təsadüfi yaxınlıq və əyləncə fiziki yaxınlıqla nəticələnir. Əgər <> dedikdə belə əyləncə nəzərdə tutlarsa, onda görünürki, inan həyatda dəfələrlə sevə bilər>>.
Orta mktəbin yuxarı siniflərində təhsil alan gənclər arasında uzun illər boyudur ki, psixoloqların <> adlandırdıqları zəngin psixoloji tədqiqat materialları geniş yayılmışdır. Gənclərin fikiri fəaliyyətinin məhsulu kimi bu gündəliklər yaş psixologiyasının tədqiqat obyekti kimi zəngin faktlar mənbəyidr. Gənclər öz gündəliklərindən həyatlarında baş verən hadisələri, ən intim hissərini qeyd edir, adətən onları gizli saxlayırlar. << Gənclik gündəlikləri>> ndən bəzi nümunələrə nəzər yetirək:
- <>. (Lena 17 yaş SSRİ EA-nın Ümumi və Pedaqoji Psixologiya nstutunun materiallarından).
<>.
16 yaşlı Tanya redaksiyaya ünvanladığı məktubunda yazırdı: << Valideynlərim məni başa düşmurlər! Məni sevdiklərini söyləyirlər. Məgər adamı belə sevərlər?Həmişə şübhələr, suallar: << harada idin? Kiminlə idin? >>. Xəlvəti mənim məktublarımı oxuyurlar. Daim məni danlayırlar. Beş qiymət alanda tərifləmirlər, deyirlər belə lazımdır. Üç alanda isə həmişə qalmaqal düşür. Heç səbəbinidə soruşmurlar. Sadəcə olaraq danlayırlar. Bütün bunlar övlada məhəbbətdəndir. Hə? >> (A.İ.Şerbakovun tədqiqatlarından).
Bunlardan fərqli olaraq şagirdlərin bir-birinə ötürmə yolu ilə özləri haqqında məlumat əldə etmək istədikləri <> naminə gənclər bu yazılarında qeyri-səmimi mövqe nümayiş etdirsələrdə elmi psixologiya üçün bu dəftərlərdə xeyli material ,gənclərin maraq və meyilləri dünagörüşünün səviyyəsi, istək və arzuların hissləri təlabatları və idealları cəmlənmiş olur >>.
<< Xatirə dəftərindən götürülmüş bəzi nümunələr bu cəhətdən maraqlıdır:
-<>.
-<>.
Dəftəri açana ürəkdən salam!
Oxuyan gözlərə böyük ehtiram.
Çiçəklər açılıb tökülsə düzə,
Icazə versəniz,başlayaram sözə.
(X s, M.Gülnar)
Xatirə yazıram sabahın xeyir,
Günorta oxusan hərvaxtın xeyir.
Bəlkə gecikdirib axşam oxudun,
Urəkdən deyirəm axşamın xeyir.
(X s, C.Elnarə)
Müasir sivilizasiya, ictimai münasibətlərin xarakterində baş verən proseslər hal – hazırda dərin sosidinamik və psixodinamik dəyişikliklərə gətirib çıxarmışdır. Gənclərin həyata baxışında həyat hadisələrinə münasibətdə yeni yönəlişliklər, fəa mövqe yaranmışdır. Milli – mənəvi dəyərlərə, tarixi keçmişə bu günə və gələcəyə münasibətin yeni perspektlivləri diqqəti cəlb edir. Gənclərin psixologiyasında mütillik, qeyri – tənqidi itaətkarlıq kimi xüsusiyyətlər get- gedə aradan qalxır. Cəsarət və tolerantlıq vətənpərvərlik demokratik baxışlar, vətəndaşlıq mövqeyi və mübarizlik güclənir.
Böyük məktəb yaşlı şagirdlərin təlim fəaliyyəti öz xarakteri və müzmunu etibarı ilə yeniyetmələrin təlim fəaliyyətindən fərqlənir. Yuxarı siniflrdə tədris olunan yeni fənlər, proqram materiallarının məzmunca mürəkkəbləşməsi böyük məktəblilərin fəallığına və müstəqilliyinə yeni tələblər verir. Tədris olunan mövzuları yüksək səviyyədə mənimsəmək üçün böyük məktəblinin nəzəri təfəkkürünün yüksək inkişafı tələb olunur. Yeniyetmənin öyrənmə üsulları ilə böyük məktəb yaşı dövrünə aid proqram tələbləri arasında ziddiyət meydana gəlir. Bu ziddiyət böyük məktəblini özünü təhsil bacarıqları ilə aradan qaldırır.
Böyük məktəb yaşı dövründə şagirdlərin təlimə münasibəti də dəyişir və ciddi xarakter alır. Onlar böydükcə təcrübələri artır, maraq dairəsi genişlənir. Gənclər müstəqil həyatın astanasına gəlib çatmış olurlar. Təlimə dərk edilmiş, şüurlu münasibət, gələcək müstəqil həyatda biliklərin bacarıq və vərdişlərin əhəmiyyəti daha aydın dərk olunur. Biliklərə təlabat hissi müasir gənclərin xarakterik chətlərindən biridir. Onlar dərk edirki, << təhsil əsri>> adlandırılan XXI əsrdə elm və bilik real kapitaldır, onlara sahib olmağın yolu isə məktəb və təhsildən keçir. Böyük məktəb yaşı dövründə fənlərə seçici münasibət yeniyetmələrdən fərqli olaraq peşə maraqları və peşə istiqaməti ilə bağlı olur. Onlar məktəbi bitirdikdən sonra öz həyat yollarının istiqamətinin dərk edrək hansı yolu seçəcəklərini hasnı peşəyə sahib olacaqlarını qəti təyin etmiş olurlar. Bu dövrdə şagirdlərin idrak maraqları daha geniş və davamlı xarakter kəsb edir. Idman, texnika, elmin ayrı – ayrı dahələri elektronika ictimai – siyasi fəlsəfi – etik problemlər gənclərin maraq dairəsində əsas yer tutağa başlayır. Həyatda öz yeini müəyyən etmək böyük məktəblinin inkişafının sosial şəraitini başlıca komponentinə çevrilir.
Böyük məktəblinin təlimə şüurlu münasibəti idrak prosseslərinin inkişafının stimullaşdıraraq onların ixtiyari formalarının yaranmasını təmin etmiş olur. Qavrayış, hafizə, təfəkkür və təxəyyül kimi psixi inkişaf prosesləri həmçinin diqqət bu yaş dövründə iradi və idarə olunan, tənzimlənən proseslər kimi özünü göstərir. Onların gəncin həyatı məqsədləri və fəaliyyət istiqamətlərindən asılılığı hər zaman müşahidə olunur. Müşahisəçilik əhəmiyyətli dərəcədə inkişaf edərək şəxsiyyətin idrak qabiliyyətlərindən birinə çevrilir. Hafizənin inkişafı dinamik şəkildə davam edir. Sözlü – məntiqi və mənalı yadda saxlama özünün yüksək həddinə çatır. Buraxılış və ali məktəblərdə test imtahanlarına hazırlıqla əlaqədar böyük məktəblinin hafizəsi hədsiz dərəcədə yüklənir və gərginliyə məruz qalır. Ixtiyari hafizə dominant hafizə növü olmaqla həm təlim, həm də ictimai həyat prosesində fəal və aparıcı rol oynayır. Keçilmiş mövzular və öyrənilən digər materiallar üzrə böyük məktəblilər mənalı yadda saxlama üsullarına, bu məqsədlə plan, sxem və konspekt tərtibi kimi vasitələrə daha çox istinad edirlər. Böyük məktəb yaşı dövründə davamlı həyat maraqlarından asılı olaraq diqqətin seçiciliyi artır, onun intelektual fəaliyyətdə rolu və əhəmiyyəti yüksəlir. Gənc diqqətini ilk növbədə onun üçün davamlı və əhəmiyyətli olan obyektlərə doğru yönəldir. Təlim prossesində təfəkkür fəaliyətə gətirilən biliyə, həm də bilik əldə etmə vasitəisnə çevrilir. Təlimdə, xüsusilə yoxlama, yazı, laborotoriya və praktik işlərin icrası zamanı fikri fəaliyyətin rolu və əhəmiyyəti yüksəlir. Təfəkkür fəal, müstəqil və yaradıcı məzmun kəsb edir,fikri əməliyyatlar habelə isbat, ümumiləşdirmə mücərrədləşdirmə, əsaslandırma, səbəb nəticə asılılıqlarını aşkar etməyə yönəldilmiş fikri əməliyyatlar fəal şəkildə üzə çıxır. Təfəkkürün inkişafı nitqin obrazlığına, məntiqliyinə, öz fikrini sərbəst ifadə etmək bacarıqlarının formalaşmasına gətirib çıxarır. Gənclərin nitqinin strukturu mürəkkəbləşir, lüğət fondu zənginləşir və ünsiyyət fəaliyyətində verbal imkanlar artır. Böyük məktəb yaşı dövründə nitq mədəniyyəti və nitq etiketi xeyli dərəcədə inkişaf edərək ümumi mədəni səviyyəni mühüm amilinə çevrilir. Tədricən belə davranış vərdişə çevrilir, yəni şəxsiyyətin yeni, asılı xüsusiyyətləri formalaşır. Aksentuasiya latınca vurğu deməkdir. Xarakterin aksentuasiyası dedikdə, onun ayrı- ayrı xarakter əlamətlərinin güclənməsi nəticəsində əmələ gələn ifrat variantları nəzərdə tutulur.Xarakter aksentuasiyası tiplərini alman psixiatrı K. Leonqard və A.E.Liçko təsnif etmişdirlər. Liçkonun təsnifatına aşağıdakı tiplər daxildir.
1.Gipertin tip - əhvalları həmişə yüksək olur, işə yüksək həvəslə başlayır, ama axıra qədər çatmırlar, tək qala bilmirlər.
2.Tsikloid tip - əhvalları əsasən xarici şəraitlə bağlıdır, əhvalı yasxşı olanda zarafatcıl olurlar, pis olanda isə dostlarından, yoldaşlarından qaçır və tənbəl olurlar.
3.Labil tip - əhvalları həddən artız tez-tez dəyişir və onun ünsiyyəti, iş qabiliyyəti, iştahı da bundan asılı olaraq dəyişir.
4.Astenonevrotik tip – tez yorulur, bir şey olmamış tez həyəcanlanır, ruh düşkünlüyü olur.
5.Senzitiv tip – çox həssas, utancaq, qorxaq, cəsarətsizdirlər. Dostları ilə mehribandırlar.
6.Psixoastenik tip – hə mişə nədənsə ehtiyat edir, şübhələnirlər, qorxurlar, həyəcanlanırlar.
7.Şizoid tip – adamlardan qaçırlar, qaradinməzdirlər.
8.Epileptoid tip – özlərini idarə edə bilmirlər, heç nədən dava salırlar, uzun müddət özlərinə gələ bilmirlər, hövsələsizdirlər.
9.İsteroid tip – yerli-yersiz danışırlar, yalan danışırlar, şöhrətpərəstdirlər, özlərini yalandan xəstəliyə vururlar.
10.Səbatsız tip – indiki günlə yaşayırlar, gələcək barəsində fikirləşmirlər, tez təsir altına düşürlər, adamlarla tez dil tapırlar.
11.Konfrom tip – başqa adamların tələbərinə tez uyğunlaşırlar, hamı necə məndə elə.
12.Konform tipin korform ginyetiv variant – qaydalara canla-başla xidmət edirlər, gələcəyinə optimistcəsinə yanaşır, başqalarının istədiyi kimi hərəkət edir.
13.Qarışıq tip- davranışında müxtəlif tiplərin əlamətləri özünü göstərir.
Ədəbiyyat
Ələddin Qədirov, Nərman Xəlilov. Yaş psixologiyası, Gəncə, 1999
Çələbiyev Nurəli. Uşaq psixologiyası, Bakı, 2005
Quliyev E.M.Kiçik məktəblinin psixologiyası, B.D.U.,2003
Zəkəriyyə Mehdizadə. Uşaq psixologiyası, I-II-III hissə, APİ., 1984-1986-1988
Limunərt Əmrahlı, Rzayev N., Uşaq psixologiyası. Bakı, 2010
Muxtar Həmzəyev və b., Psixologiya Bakı,2007
Dostları ilə paylaş: |