Füzuli rayon sakini Qasımov Mətləb Misir oğlu yazdığı ərizəsində
göstərmişdir ki, doğma Qarabağ torpaqlarımız ayrı-ayrı erməni millətçilərinin
məkrli və şovinist siyasətlərinin qurbanı olmuşdur.
O, torpaqlarımızın, evinin, bütün yaşamaq imkanlarının itirildiyini, on ilə
yaxındır ki, yurdsuz-yuvasız qaldığını yazır. Qasımov Mətləb Qarabağ savaşının
əsl səbəkarları-R.Köçəryanın, S.Babayanın, A.Qukasyanın və digər cinayətkarların
hələ də cəzasız qaldıqlarına təəssüflənir. Onun fikrincə, müsibətlərimizin
baiskarları beynəlxalq məhkəmələr qarşısında cavab verməklə layiqli cəzalarını
almalıdırlar.
-
Füzuli rayon sakini İbrahimova Validə Cəfər qızı yazdığı izahatında
göstərmişdir ki, hal-hazırda Ermənistan prezidenti R.Köçəryan və qondarma
“DQR”ə rəhbərlik edən A.Qukasyan həqiqətən qaniçən, vətəndaşlarımızı
güllələyən cani və cinayətkarlardır. V.İbrahimova bu alçaqlıqları öz gözləri ilə
görən bir insan kimi xahiş və tələb edir ki, onlar haqqında beynəlxalq aləmdə
lazımi ölçü götürsünlər, Robert Köçəryan Ermənistan kimi işğalçı bir dövlətə
başçılıq edən rəhbər olaraq tanınsın.
Füzuli rayon sakini Qasımov Qasım Şahbala oğlu ərizəsində göstərmişdir
ki, 1993-cü il avqustun 17-də nahar fasiləsinə yaxın erməni quldurları qəflətən
kəndə hücum edərək kəndi işğal etmişlər. Ermənilər kəndə ağır hərbi texnikalarla
hücum zamanı cavanları, o cümlədən kənd sakini Fikrət və oğlunu qətlə yetirmiş,
nişanlı qızını isə girov götürmüşlər. Onun göstərdiyinə görə, erməni quldurları
R.Köçəryanın, onun əlaltıları S.Babayanın və S.Sarkisyanın göstərişləri əsasında
dinc əhaliyə qarşı amansız vəhşiliklər həyata keçirirdilər. Q.Qasımov həmin vaxt
girov götürülmüş Fəxrəddinin taleyi barəsində məlumat olmadığını bildirmişdir.
Yuxarıda adları çəkilən Cəbrayıl, Zəngilan və Füzuli rayon sakinləri
Azərbaycan xalqına qarşı kütləvi cinayətlərin törədilməsində erməni quldur
dəstələrinə rəhbərlik etmiş. Köçəryan, S.Babayan, K.Babayan S.Sarkisyanın
qanun çərçivəsində cəzalandırılmasını xahiş etmişlər.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda
azərbaycanlılara qarşı törətdikləri cinayətlər, vandalizm aktları barəsində
məlumatların toplanılması istiqamətində keçirilən tədbirlər zamanı aşağıdakı
faktlar haqqında məlumatlar alınmışdır:
1991-ci il iyunun 26-da Ağdərə rayonunun Zəylik kəndi ərazisində 65-69
AQF dövlət nömrə nişanlı “Ural” markalı maşınla hərəkət edərkən hərbçilər
tərəfindən saxlanılmış və maşında yoxlama keçirmək istəyərkən 1951-ci ildə AR
Ağdərə rayonunun Hoçoqot kəndində anadan olmuş milliyyətcə erməni, orta
35
natamam təhsilli, Ağdərə rayonunun Yuxarı Oratağ kəndində yaşamış Ayriyan
Arkadi Abramoviç əlindəki F-1 qumbarası ilə hərbçiləri öldürəcəyi ilə hədələmiş
və onu buraxmalarını tələb etmişdir. Hərbçilər onu aldadaraq qumbaranı əlindən
almış və axtarış zamanı maşından bir ədəd avtomat-tapança tipli silah və 40 ədəd
“Makarov” tapançasına məxsus güllə tapıb götürmüşlər. O, qanunsuz silah
gəzdirməsi ilə əlaqadar həbs edilmiş, istintaq zamanı onun tərəfindən
azərbaycanlılara qarşı bir neçə cinayət törədilməsi təsdiqləndikdən sonra 1991-ci il
dekabrın 12-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi ilə
təqsiri bilinərək cinayət işinin istintaqına başlanılmışdır.
İstintaq müddətində onunla keçirilmiş dindirilmələr zamanı verdiyi
ifadəyə görə, 1991-ci il iyunun 25-də tanışı olan Aterk kənd sakini Armen adlı
erməni onlara gələrək birlikdə Aterkə getməsinin vacibliyini söyləmişdir.
O, 1991-ci ilin əvvəlindən İşxanyan Zaven Vartanoviçin rəhbərliyi altında
fəaliyyət göstərən quldur dəstəsinə daxil olmuşdur. Həmin dəstədə ondan başqa
Ağdərə rayonunun Aterk kənd sakinləri Surik, Armen, Aşot, Rafik və Aram adlı
ermənilər də olmuşdur. Həmin dəstə Azərbaycan Respublikasının Dağlıq Qarabağ
ərazəsində yaşayan azərbaycanlılara qarşı partizan müharibəsi aparmaq üçün
Ağdərə rayonu Arqunamer asfalt zavodunun direktoru İşxanyan Zaven
Vartanoviçin ideyası əsasında yaradılmışdır. Z.İşxanyan dəstənin rəhbəri,
İskəndəryan Borik Vazgenoviç isə onun müavini olmuşdur. Dəstənin qarşısında
qoyulan məqsəd Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı silahlı
hücumlarla, evləri “Alazan” raketləri və digər odlu silahlarla atəşə tutmaqla onları
qətlə yetirmək və ev heyvanlarını oğurlamaqla elə bir şərait yaratmalıdır ki, bu
ərazilərdəki dözülməz haldan cana doyaraq çıxıb getsinlər. Həmin dəstəyə
rəhbərlik edən İşxanyan və İskəndəryan azərbaycanlılara qarşı keçiriləcək
əməliyyatların planını hazırlamışdılar.
Ayriyanın ifadəsinə görə, 1988-ci ildə ermənilər ilə azərbaycanlılar
arasında milli münasibətlər kəskinləşəndə İşxanyan Zaven zavodun işçilərinin və
qonşu kəndin sakinlərinin maşınlarla Ağdərə rayonuna nümayişə getmələrini təşkil
etmişdir.
Keçirilən əməliyyatlar zamanı dəstəyə əsas rəhbərlik Z.İşxanyan və
B.İskəndəryan tərəfindən Surikə həvalə olunmuşdur. O, odlu silahdan əla atmaq
qabiliyyətinə malik olmuşdur. Surik həmişə əməliyyatda qısalüləli və qundağı
bağlanan AKA-74 silahından istifadə etmişdir. O, A.Ayriyana AKA-74 silahı və
əldə düzəldilmiş “Makarov” tapançasının güllələri ilə atan “Şmayser” avtomatını
vermişdir. Aram hündür boylu və cüssəli olduğu üçün həmişə diskli “Kalaşnikov”
əl pulemyotunu götürmüş və dəstənin mühafizə edilməsi ona həvalə olunmuşdur.
Armenə və Rafikə karabin verilmişdir. Aşotun şəxsi “Kalaşnikov” avtomatı var idi.
O, əvvəllər Əfqanıstanda hərbi xidmətdə olduğu üçün partizan döyüşlərində xüsusi
hazırlığa malik idi. Bundan əlavə əməliyyat zamanı qrupa daxil olmuş Tamarazyan
Heno Mişayeviç bəzən özü ilə silah gətirər, bəzən isə silahı Surikə verərdi. 1990-cı
36
ildə Tərtərdən Kəlbəcərə gedən maşın karvanına hücum zamanı Heno
Tamarazyanın da “Kalaşnikov” markalı silahı olmuşdur. Həmin əməliyyatda
iştirak edən Arakelyan Qarnik və Aqo adlı şəxslər 4 nəfər erməni, öz silahları,
partlayıcı maddələr, qaytan və digər sursatlarla Xankəndiyə gəlmişlər. Həmin
ermənilərin hansı əməliyyatlar zamanı, hansı dəstədə iştirakını İşxanyan müəyyən
etmişdir.
Eyni zamanda A.Ayriyan verilən suallar əsasında bildirmişdir ki, 1991-ci
il iyunun 25-də Armen öz avtomaşınında A.Ayriyanın Yuxarı Orataq kəndindəki
evinə gəlmiş və Aterkə onun mənzilinə getməyi təklif etmişdir. Azərbaycanlılara
qarşı yenə də əməliyyat keçiriləcəyini bilərək Aterkə getmişlər. İlkin olaraq Surik
və Aram, sonra isə Aşot və Rafik gəlmişdir. Sonda B.İsgəndəryan gəlmiş və
demişdir ki, səhər sübh tezdən İmarət-Qərvəndə getmək və orada azərbaycanlılara
hücum etmək lazımdır. O, Suriklə təklikdə bir neçə dəqiqə söhbət etmiş və yəqin
ki, əməliyyatın keçirilməsi üçün ona tapşırıqlar vermişdir. 1991-ci il iyunun 26-da
saat 12 radələrində Aterk kəndi istiqamətinə atla gələn İmarət-Qərvənd kənd
sakinlərinə silahlı hücum etmişlər. Surik ağ köynək geyinmiş atlının sinəsinə atəş
açmış və nəticədə atlı yerə yıxılmışdır. A.Ayriyan isə digər qırmızı köynək geymiş
atlıya atəş açmış və o, da yerə yıxıldıqdan sonra dərəyə diyirlənmişdir. Onlar Surik
tərəfindən birinci vurularaq qətlə yetirilmiş ağ köynəkli, ağzı üstə uzanmış oğlana
yaxınlaşmışlar. Bu vaxt yaylaq tərəfdən onlara atəş açıldığı üçün A.Ayriyan, Surik
digər vurulmuş oğlanı axtarmadan oradan uzaqlaşmışlar.
A.Ayriyan sonradan tutulanda Şuşa türməsində ona məlum olmuşdur ki,
vurulan oğlan sağdır. Belə ki, həmin oğlan - Talışov Razin Mehdi oğlu ilə türmədə
üzləşəndə onu tanımışıdır. Qətlə yetirilmiş atlının isə Əzizov Dönməz Sultan oğlu
olduğu məlum olmuşdur. Bu əməliyyata görə, B.İsgəndəryan quldur dəstənin hər
üzvünə paylanması üçün Surikə 5000 rubl vermişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğunun müstəntiqi R.Y.Zeynalov
tərəfindən 1992-ci il yanvarın 6-da Azərbaycan dilində tərtib edilmiş, müttəhim
qismində cəlb etmək haqqında qərarda göstərilmişdir ki, Dağlıq Qarabağın
azərbaycanlılar yaşayan məntəqələrinə, dövlət və ictimai təşkilatlarına, ayrı-ayrı
vətəndaşlara basqın etmək məqsədilə Azərbaycan Respublikasının Ağdərə
rayonunun Aterk kənd sakini və kənd sovetinin sədri İsgəndəryan Borik tərəfindən
yaradılmış silahlı dəstəyə daxil olub İsgəndəryanın rəhbərliyi və göstərişi əsasında,
şəxsiyyətləri istintaqa məlum olmayan Ağdərə rayonunun Aterk kəndinin sakinləri
Surik, Aşot, Armen, Rafik, Aram və həmin rayonun Çapar kənd sakinləri
Sarkisyan Albert Qurqenoviç və Saakyan Aqo Samveloviçlə birlikdə 1991-ci il
iyunun 3-də təxminən saat 7-8 radələrində İmarət-Qərvənd kəndinin Murov
yaylağında, Humaylar adlanan yurda hücum etmişlər. Həmin rayonun naxırçıları
Məmmədov Halay Hüseyn oğlunun və Nəsirov Qayım Abdulla oğlunun
müvəqqəti yaşayış üçün tikdiyi alaçıqlara silahlı basqın etmiş, avtomat-tapança
tipli silahlarla alaçıqları gülləyə tutmuş, arxacda saxlanılan 7 baş qoyunu, bir baş
37
keçini, bir baş ulağı, bir baş camışı güllə ilə öldürmüş, iki baş atı, S.Vurğun adına
sovxozun 71 baş və həmin azərbaycanlılara məxsus 23 baş iribuynuzlu mal-qara
oğurlamışlar.
A.Ayriyan bildirmişdir ki, 1990-cı il iyulun 6-da Azərbaycanın Ağdərə
rayonu ərazisində Kəlbəcər rayonu istiqamətində hərəkət edən maşın karvanına
silahlı hücumdan 4-5 gün əvvəl asfalt zavodunun həyətində “KamAZ” markalı, 39-
54 AQT dövlət nömrə nişanlı bitum daşıyan maşının təkərlərini dəyişərkən
Tamarazyan Heno Minayeviç ona yaxınlaşmışdır. Söhbət zamanı Heno
bildirmişdir ki, azərbaycanlılara qarşı mübarizə aparmaq üçün silahlı dəstə təşkil
edilir. Həmin dəstəyə o da (A.Ayriyan) daxildir. Nahardan sonra Heno A.Ayriyana
demişdir ki, İşxanyan Zaven Yerevanla danışacaq və oradan adamlar gəldikdən
sonra əməliyyata başlayacaqlar.
1990-cı il iyulun 11-də A. Ayriyan, Rafik, Litvanın oğlu Lyova, Qalayan
Vitalik Karoeviç, Tamarazyan Heno Mişayeviç, Mirzoyan Razmik Rubenoviç,
Xankəndi sakini Aqo, Əsgəran rayonunun Ballıca kənd sakini Arapkelyan Qarnik
Samsonoviç və Yerevandan gələn 4 nəfər erməni ilə birlikdə Tərtər-Kəlbəcər
istiqamətində xalq təsərrüfatı malları daşıyan maşın karvanına silahlı basqın
etmişlər. Hadisə zamanı dəstədə 7 ədəd partlayıcı qurğu, bir ədəd pulemyot, bir
ədəd karabin və 8 ədəd 7, 62 kalibrli “Kalaşnikov” avtomatı olmuşdur.
Hücum zamanı Kəlbəcər rayon Partiya Komitəsinin birinci katibi Şükürov
Əvəz, ondan əlavə 3 nəfər qətlə yetirilmiş, 23 nəfər isə ağır yaralanmışdır.
Əməliyyatdan sonra Z.İşxanyan dəstənin hər birinə 5000 rubl vermişdir. A.
Ayriyan eyni zamanda öz ifadəsində 5 may 1965-ci ildə Xankəndidə anadan
olmuş, milliyyətcə erməni, orta təhsilli, metal istehsal edən zavodda ştamplayıcı
vəzifəsində işləyən, Xankəndi şəhəri Teryan küçəsi 20 saylı ünvanda yaşayan
Babayan Samvel Andranikoviçin də digər cinayətlərdə, o cümlədən 1990-cı il
iyulun 11-də Tərtər-Kəlbəcər istiqamətində hərəkət etmiş avtomaşın karvanına
silahlı basqında iştirakı barədə də bildirmişdir. Bununla əlaqədar, 1991-ci il
avqustun 3-də S.Babayan barəsində 33063 nömrəli cinayət işiqaldırılmışdır.
1991-ci ilin sentyabrında S.Babayan verdiyi ifadəsində göstərmişdir ki,
həmin il iyulun 11-də Tərtər-Kəlbəcər istiqamətində xalq təsərrüfatı malları
daşıyan maşın karvanına silahlı basqına Ballıca kənd sakini milliyyətcə erməni
Qarnik adlı quldur rəhbərlik etmiş, Kəlbəcər rayon Partiya Komitəsinin birinci
katibinin həyat yoldaşı və ondan əlavə üç nəfər qətlə yetirmişdir.
S.Babayan ifadəsində Dağlıq Qarabağda yaşayan azərbaycanlılara qarşı
cinayətlər törədən 8 qrupdan ibarət erməni quldur dəstəsinin fəaliyyət göstərdiyini
və Qarnikin 8-ci qrupa daxil olduğunu bildirmişdir.
Qarnikin 33-34 yaşı var. Boyu 1m.70sm-dir. Orta bədən quruluşuna
malikdir, Qara saçı, qalın bığı və saqqalı var. Böyük olmayan gözləri qara
rəngdədir, burnu düzdür, saçlarını sağ tərəfə darayır, sifəti nazikdir. Onun qrupuna
10 nəfər Ballıca kənd sakini daxildir.
38
3-cü qrupa Xankəndi şəhərində təcili yardım məntəqəsi yerləşən binada
yaşayan və ət kombinatında işləyən 34-35 yaşlarında olan Ado adlı quldur daxildir.
Adonun boyu 1 m. 78 sm-dir. Uzun, qara sifəti, qara gözləri var. Burnu düzdür,
dodaqları orta vəziyyətdədir.
Arkadik və Karen adlı quldurlar 7-ci qrupa daxildirlər. Arkadik əvvəllər
Vilayət Komsomol Komitəsində işləmişdir. O, Xankəndi Pedaqoji İnstitutunun
yaxınlığında yaşayır. 32-33 yaşlarında olar. Boyu 1.76-1.77 sm-dir. Qara saçları və
gözləri var, qara gözlü, yumru sifətdir.
A.Ayriyanın ifadəsinə görə, Ağdərə rayonu Drombon kənd sakini
Qarayan Vitalik Karoeviçin 40-42 yaşı olar, keçəldir, boyunun hündürlüyü 1.75-
1.80 sm, çəkisi 90-95 kq olar, bığ saxlamır, sarışın rənglidir, qaşları qaradır.
Qaşları qara olmasa rus millətinə oxşayar. Ketavan kəndində balıqçılıq
kooperativi, xarici markalı maşını var. Vitalik 1991-ci ilin yanvar ayında benzin
daşıyan maşının sürücüsünü vurmuş və benzini satmışdır.
-
Saro da Drombon kəndində yaşayır və Ketevan kəndindəVitalikin
kooperativində “KRAZ” markalı maşının sürücüsüdür. Hündürlüyü 1.60-1.65 sm-
dir. Bığ saxlayır sarışındır, çəkisi 75-80 kq, yaşı 30-35 olar. Rafik Ağdərə
rayonunun Drombon kəndində yaşayır və həmin kənddə fəhlə işləyir, 35-40 yaşı
olar, hündürlüyü 1.60-. 1.65, çəkisi 70 kq. Bığ saxlamır, sarışındır, burnu dikdir.
-
Litvanın oğlu Lyova da Drombon kəndində yaşayır və həmin kolxozda
“QAZ-53” markalı maşının sürücüsüdür, hündürlüyü 1.75-80 sm, çəkisi 90-92 kq,
iri gözlü, sarışındır, qaraşındır, bığ saxlayır, təxminən 30 yaşı olar.
1990-cı ilin mart ayında Kəlbəcər-Tərtər yolunda “PAZ” markalı
avtobusun sürücüsünü vurmuş Qastik Ağdərə rayonunun Aterk kəndində yaşayır,
Ağdərə avtobazasında “ZİL” markalı maşının sürücüsü işləyirdi, boyunun
hündürlüyü 1.75-80 sm, çəkisi 70-75 kq-dır, kürəndir, bığ saxlayır, ağzının üst
çənəsindəki dişlərinin təxminən 6-7-si qızıldan düzəldilmişdir. 50-52 yaşı olar,
gözləri iridir, burnu əyridir.
Onun ifadəsinə görə, Qarnikin hündürlüyü 1m.70 sm-dir, orta quruluşlu
bədəni, qara bığı var, bəzən saqqal saxlayır, böyük olmayan gözləri qara rəngdədir,
böyük olmayan düz burnu var, saçları qaradır, sağ tərəfə darayır, sifəti nazikdir,
dodaqları ortadır, normadadır.
A.Ayriyan eyni zamanda ifadəsində bildirmişdir ki 1991-ci il iyunun 25-
də saat 15-16 radələrində Ağdərə rayonunun Vaquas kəndi yaxınlığında Baş
Güneypəyə kəndinin, yəni M.F.Axundov adlanan kolxozun otlaq sahəsində qoyun
otarmağa gedərkən, orada qoyun otaran bir nəfərin öldürülməsində Ketevan
(Most) kənd sakinləri Tamrazyan Heno Mişayeviç, Samvel Ladoyeviç və
həmkəndlisi Mirzoyan Ramzik Rubenoviçlə birlikdə iştirak etdiyini və onun Heno
tərəfindən qətlə yetirildiyini göstərmişdir.
Göstərilənləri nəzərə alsaq, təhqiqat içi zamanı İşxanyan Zaven
vartanoviç, İsgəndəryan Borik Vazqeniviç, Tamrazyan heno Mişayeviç, Arkelyan
39
Qarnik Samsonoviç, Mirzoyan Ramzik Ruvenoviç, Sarkisyan Artur Aleşiyev,
Sarkisyan Aqo Sanveloviç, Mixaelyan Vaqo Vaçaqanoviç və Qalayan Vitalik
Karoyeviç barəsində beynəlxalq ictimaiyyət qarşısında qanuna müvafiq tədbirlərin
həyata keçirilməsi nəzərəd tutulmuşdur.
Ermənistanda və ermənlər tərəfindən işğal olunmuş azərbaycan ərazilərinə
azərbaycanlılara məxsus tarixi və mədəni abidələrinn dağıdılması ilə bağklı
məlumatların toplanılması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin müvafiq
qurumlarının imkanları ilə erməni əsirliyindən azad olunmuş şəxslərin sorğulatrı
keçirilmişdir. Sorğular nəticəsində əsirlikdən olmuş şəxslərin işğal olunmuş Şuşa,
Ağdam, Füzuli və digər əraziərdə abidələrin dağıdılmasının şahidi olduqları
müəyyən edilmişdir.
Belə ki, 1994-cü ilin yanvar ayında əsir düşmüş Siyəzən kənd sakini
Qəniyev Ariz Məhərrəm oğlu öz ifadəsində göstərir:
-
“Şuşada saxlanırlarkən erməni hərbiçiləri məni digər əsirlərlə birlikdə
azərbaycanlıların dəfn edildiyi qəbirstanlığa işləməyə aparmışdılar. Onlar bizi
mərmər və qədim qəbir daşlarını sökməyə məcbur edirdilər. Mərmər daşlarını XX
əsrin əvvəllərində erməni terror dəstələrinə başçılq etmiş Andranikin Şuşada
abidəsinin tikintisində istifadə edir, qədim qəbir daşlarını isə Yerevana aparırdılar”.
- 1993-1996-cı illərdə əsirlikdə olmuş Salyan şəhər sakini Məmmədov
Vəliəhd Adil oğlu təqdim etdiyi izahatında Əli-Bayramlı şəhər sakini Abdullayev
Rövşən və digər azərbaycanlı əsirlərlə birgə Şuşa məscidinin mərmər
döşəmələrinin sökülməsində iştirak etdiyini bildirmişdir. Bülbülün ev muzeyində
işləyərkən, onun büstünün təhqir olunmuş və güllələnmiş halda həyətin bir
küncünə atıldığının şahidi olmuşdur. Şuşa alayının hər hansı bir avtoparkında
Azərbaycanını hansısa rayonundan sökülüb gətirilmiş, kimə məxsus olduğu
xatırlamadığı bir bürüncdən olan heykəlin saxlanıldığını, işğal altında olan
rayonlardan azərbaycanlıların qəbirlərinin qiymətli baş və sinə daşlarının
dağıdıldığını görmüş, həmçinin Oğuz rayon sakini Kərimov Kazımdan Şuşada
Molla Pənah Vaqifin heykəlinin ətrafındakı döşəmələrin sökülüb naməlum
istiqamətlərə aparılması barədə eşitdiyini bildrimişdir. 1993-1996-cı illərdə
əsirlikdə olmuş Kərimov Kazım izahatında bu faktı təsdiqləmiş, əlavə olaraq
bildirmişdir ki, İbrahim xanın qəbir daşları, Şuşa hamamının yanında yerləşən
məscidin mərmərləri sökülüb aparılmışdır. Bunlardan ermənilər şəxsi mənafeləri
üçün istifadə edirdilər. Kazımov həmçinin öz izahatında göstərir ki, erməni
vandalları Şuşanın mərkəzi parkında ucaldılmış Üzeyir Hacıbəyovun heykəlini
uçuraraq avtomaşın parkına atmışdılar. Erməni gözətçisi heykəli göstərərək
təhqiramiz ifadələr işlətmişdir.
-
1994-1995-ci illərdə erməni hərbi əsirliyində olmuş Neftçala rayon
sakini Abdullayev Yaşar Əbdüləli oğlu isə Xankəndində saxlanılarkən
azərbaycanlıların qəbirlərinin baş və sinə daşlarının (qranit, mərmər) ora
gətirildiyi, Şuşada azərbaycanlı qəbirstanlığının dağıdıldığını və heykəllərin güllə
40
ilə vurulduğunun şahidi olmuşdur. Ermənilər həmin heykəllərə və abidələrə
azərbaycanlı əsirlərin hər vəchlə baxmasına mane olmağa çalışırdılar. Abdullayev
öz izahatında Şuşa şəhərində hətta kiçik bir hasarların belə sökülərək xaç şəkilli
dərilərlə əvəz edildiyini qeyd edir.
-
1993-1996-cı illərdə əsirlikdə olmuş Şəmkir rayon Çinarlı kənd sakini
İsmayılov Yunis Suca oğlu öz ifadəsində göstərir ki, Şuşada yerləşən Vaqif
məqbərəsi, Şuşa məscidi və digər mədəniyyət abidələri sökülərək içərisindəki
qiymətli əşyalarla birlikdə Ermənistana daşınırdı. Ü.Hacıbəyovun ev muzeyindəki
əşyaları talanaraq Ermənistana daşınmış, həmin binadan isə ermənilər yaşayış evi
kimi istifadə etmişlər.
Həmin kəndin digər sakinin əsirlikdə olmuş 1977-ci il təvəllüdlü Rəcəbov
nailin ifadələrində də yuxarıdakılar təsdiqlənir, əlavə olaraq Şuşadakı
qəbiristanlıqdan gətirilmiş baş daşlarını separatçı-terrorçu rejimin rəhbərlərinin
oturduğu binanın qarşısına düzüldüyü göstərilir. O, həmçinin Şuşadakı
Konservatoriyanın və qədim hamamın da tamamilə dağıldığını qeyd edir.
Əsirlikdə olmuş daha bir şəxs Şükürov Şükür Yaşar oğlu bildirmişdir
ki, Şuşa şəhərində qədim Alban kilsəsi kimi tanınan tarixi abidə ermənilər
tərəfindən “restavrasiya” olunaraq xarici görkəmində müəyyən dəyişiklər etmişdir
və bundan sonra işğalçılar abidənin guya özlərinə məxsus olduğunu iddia
etmişdilər. İsmayılov Yaşar Vilayət oğlu isə ermənilərin azərbaycanlı ədiblərə
ucaldılmış heyəklləri dağıdaraq əvəzində özlərinə məxsus heyəklləri qoyacaqları
barədə söhbətlər eşitdiyini bildirmişdir.
Şuşadakı tarixi abidələrin dağıdılmasını təsdiq edən daha bir şəxs, 1993-
1995-ci illərdə əsirlikdə olmuş Oğuz rayonu Qumlaq kənd sakini Ramazanov
Rəsul Nemət oğlu izahatında göstərmişdir ki, Şuşa şəhəri yaxınlığındakı baş
daşlarının, qədim azərbaycanlıların qəbiristanlığındakı baş daşlarının, qədim
türbələrin, qiymətli plitələrdən ibarət olan döşəmələrin, həmçinin şəhər məscidinin
söküldüyünün şahidi olmuşdur. Onun sözlərinə görə, həmin əşyalar Ermənistana
daşınırdı.
Keçirilmiş sorğular zamanı işğal olunmuş ərazilərdə ictimai və yaşayış
obyektlərinin də sökülərək Ermənistana daşınmasını bildirən Biləsuvar rayon
sakinləri - 1992-1995-ci illərdə əsirlikdə olmuş Əliyev Həbib Əlibala oğlu və
1994-1996-cı illərdə əsirlikdə olmuş Həbib Əlibala oğlu da ermənilər tərəfində
tarixi abidələrin dağıdılması faktını təsdiq etmişlər.
Beyləqan rayon sakinləri Sarıyev Əli Zöhrab oğlu Şuşa türməsində
saxlanılan zaman, Kəlbəcər rayonundan Mikayıl, Qaradağ rayonun Sahil
qəsəbəsidən İqor Əliyev, Füzuli rayonundan Qaraxan, Sədrəddin və Elxan,
Abbasov Natiq və İsmayılov Ələddin Şuşa şəhərində və Ağdam rayonunun bir
neçə kəndində ermənilər tərəfindən azərbaycanlı qəbirstanlığında ağ və qara
mərmərdən olan məzarların baş və sinə daşlarının sökülməsinə məcbur edilmişlər.
N.Abbasovla keçirilmiş sorğu zamanı onun adları xatırlamadığı bir neçə
41
azərbaycanlı əsirlərlə birlikdə Füzuli şəhər qəbirisitanlığında mərmərdən olan bir
məzarın baş və sinə daşlarının Şuşa şəhərinə aparılmasında iştirak etdiyini
bildirmişdir. Digər əsir və girovlarla keçirilmiş sorğular zamanı müəyyən
edilmişdir ki, onların əməyindən əsasən, işğal olunmuş ərazilərdə sökülmüş tikinti
materiallarının Xankəndi şəhərinə və Ermənistan Respublikasına daşınmasında
istifadə olunmuşdur. Həsənabad kəndində Samvel Babayana məxsus istixana və
digər tikililərin inşasında da istifadə olunmuşdur.
“İRS-Nasledie” beynəlxalq jurnalının 2002-cı ilin 4-cü sayında dərc
olunmuş (müəllif: Adil Rəcəbli) “Faktı bğöt v kolokol! Prisluşaytesğ!”
məqaləsindən 1994-cü ildən Ermənistan və Azərbaycan Respublikasının işğal
olunmuş ərazilərində azərbaycanlı əsir və girovların saxlanıldığı altı düşərgənin
mövcudluğu haqqında məlumat vermişdir.
Ermənistan silahlı qüvvələrinin faşist metodları ilə apardıqları mübarizə
nəticəsində Azərbaycanın on iki rayonu işğal olunmuşdur, iyirmi dörd min
soydaşımız öldürülmüş, dörd min nəfər əsir götürülmüşdür. Əsir düşənlərin böyük
bir qismi uşaqlar, qocalar və qadınlar təşkil edir. İtgin düşmüş insanların ümumi
sayı dörd min doqquz yüz altmış beş nəfərdir. Onların üç yüz iyirmisi qadın, altmış
doqquzu uşaqdır. Erməni əsirliyindən azad olmuş 3125 nəfərin 222 qadın, 125-i
uşaqlardır.
Erməni vandalları tərəfindən yaradılmış altı qadın və uşaq əsir düşərgəsi
haqqında məlumat vardır:
Vardenis uşaq düşərgəsi (250 nəfər)
Razdan uşaq düşərgəsi (180 nəfər)
Xankəndi uşaq düşərgəsi (180 nəfər)
Geçaşen qadın düşərgəsi (320 nəfər)
Cermuk qadın düşərgəsi (250 nəfər)
Kəlbəcər qadın düşərgəsi (150 nəfər)
Erməni ordusu tərəfindən 870 yaşayış məntəqəsi, 10 rayon məhv
edilmişdir. Erməni qəsbkarları tərəfindən 43666 inzibati obyekt, 1145 uşaq
bağçası, 1831 kinoteatr, 982 kitabxana, 862 mədəniyyət mərkəzi və mədəniyyət
evləri, 695 orta məktəb, 200-ə qədər tibb ocağı, 22 muzey və 1 ali tədris
müəssisəsi, 7 min sənaye və tikinti obyekti, kolxoz və sovxozlar, ticarət binaları, 9
min kvadratmetr yaşayış ərazisi viran qoyulmuşdur. İşğalçı Ermənistan ordusu zəbt
edilmiş ərazilərdə həmçinin xalqımızın milli-mənəvi irsinin tərkib hissəsini təşkil
edən mühüm mədəniyyət, tarixi və dini abidələri məhv etmişdir. İşğal olunmuş
ərazilərdə 32 məscid, 44 kilsə, 21 tarixi sitayiş yerləri, 13 qüllə, 22 kurqan, 8
körpü, 9 saray, 4 qızıl qazıntısı, 2 qranit və daş karxanası, karvansaray, 2 dövlət
qoruğu məhv edilmişdir. 808 mədəniyyət mərkəzi, o cümlədən 85 musiqi məktəbi,
o cümlədən onlarla rəsm qalereyası, istirahətparkı, teatrlar və konsertzalları erməni
qəsbkarlarının işğalı altında qalmışdır.
42
Postsovet məkanında yeganə olan Ağdam Çörək muzeyi darmadağın
edilmişdir. Kəlbəcər muzeyinin 13 min, Laçın Tarix-Diyarşünaslıq muzeyinin isə
45 min qiymətli eksponatı Ermənistana daşınmışdır. Habelə Şuşa Tarix muzeyinin
500 , Azərbaycan Dövlət Xalçaçılıq və Xalq Yaradıcılıq muzeyinin Şuşa filialının
eksponatları, Qarabağ Tarix muzeyinin 1000, dahi Azərbaycan bəstəkarı Üzeyir
Hacıbəyovun muzeyinin 300, vokal sənətinin görkəmli nümayəndəsi Bülbülün
muzeyinin 400, görkəmli musiqiçi və rəssam Mir Möhsün Nəvvabın muzeyinin
100, Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin 2000, Qubadlı Tarix-Diyarşünaslıq
Muzeyinin 3000, Zəngilan Tarix-Diyarşünaslıq muzeyinin 6000 eksponatı qarət
edilmişdir. Ağdamda Qurban Pirimovun muzeyi və Rahib Məmmədovun hərbi
muzeyi
məhv
edilmişdir.
Azərbaycan
mədəniyyətinin
görkəmli
nümayəndələrindən olan Vaqifin, Natəvanın, Ü.Hacıbəyovun, Bülbülün, əmək
qəhrəmanı S.Vəzirovun, müharibə qəhrəmanı L.Vəzirovun abidələri dağıdılmışdır.
982 kitabxana və 5 kitab fondunun 6 milyon nümunəsi qarət edilib yandırılmışdır.
Füzuli rayonu Üçbulaq kənd sakini Ə.Əkbərov yazdığı izahatında
göstərmişdir ki, 1988-ci ildən başlayaraq erməni quldurları mütəmadi olaraq
onların yaşadıqları kəndlərə silahlı basqınlar etmiş, mal-qaranı oğurlamışlar.
1988-ci ildən başlayaraq Dağlıq Qarabağ ərazisində Hoğa kənd sakini,
milliyyətcə erməni, riyaziyyat müəllimi işləyən Melkumyan Nikolay Markara
oğlunun rəhbərlik etdiyi erməni cəmiyyəti fəallaşmağa başlamışdır. Həmin
cəmiyyət Qarabağın Ermənistana birləşdirilməsi üçün geniş təbliğat və digər
pozuculuq fəaliyyətləri ilə məşğul idi. Bundan başqa Tuğ kənd sakini, məktəb
partiya təşkilatının katibi olmuş Qriqoryan Vigen, sovxoz direktorunun müavini
işləmiş Yoqa, Tuğ kəndi üzrə sahə müvəkkili, polis baş leytenantı olmuş Ediq və
başqaları Qarabağın Azərbaycandan qoparılması istiqamətində xüsusi fəallıqları
ilə seçilmişlər.
1991-ci ilin sentyabr ayında Hacıyev Rafiq Ədil oğlu, Hüseynov Nizami
Adışirin oğlu, Hüseynov Zülfüqar Adışirin oğlu və Qəhrəmanov Əhliman
Qəhrəman oğlu rus hərbiçilərinə bələdçilik edərək qonşu erməni kəndlərində
pasport rejimini yoxlamaq məqsədilə Hadrut rayonunun Gilədiz, Məmmədzor,
Tuğ, Azığ, Draktik, Hatant, Əhəngli və Sussalıq kəndinə və rayonun ən hündür
meşəlik ərazisində yerləşən Qalaya getməyi planlaşdırmışlar. Onlar Hatant
kəndini yoxlayan zaman kəndin kənarında yerləşmiş quşçuluq fermasında 90 dəst
hərbi geyim aşkar etmişlər. Rus hərbçilərindən olan dəstələr Gilədiz kənd sakini,
silah düzəldən Melik müəllimin evindən odlu silah, Draktik kəndində Yaşanın
evindən bir ədəd beşatılan və radioəlaqə qurğusu aşkar edərək götürmüşlər.
Sonra rus hərbçiləri tərəfindən Xankəndidən Hadruta gedən yeni
salınmış şose yolda reydlər keçirildi. Reydlər zamanı Ermənistandan
Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qanunsuzgətirilmiş 1 ədəd “QAZ-24”, 1
ədəd “ZİL-130” markalı maşınlar müsadirə edildi. Məmmədəzor kənd sakininin
43
idarə etdiyi “ZİL” markalı maşından 2 ədəd əl qumbarası aşkar edilərək
götürülmüşdür.
1992-ci il mart ayının 16-da erməni quldurları meşəlik ərazidən avtomat
silahı ilə kənd sakini Kərim Kərimovu yaralamışlar. Elə həmin gün erməni
quldurları Füzuli şəhərinə 10-dan çox “Qrad” raketi atmış və nəticədə bir neçə dinc
sakin, o cümlədən onun həmkəndlisi Murtuzayev Qadir Hərbiyyə oğlu həlak
olmuşdur.
1992-ci il fevralın 14-də isə Govşadlı kəndi yaxınlığında 2 nəfər
azərbaycanlı minaya düşmüşlər. Onlardan Quliyev Bayram Əyyub oğlu həlak
olmuş, Babayev Yusif Cahangir oğlu isə ağır yaralanaraq birinci qrup əlil
olmuşdur.
1992-ci il martın 31-də Manvel adlı erməninin başçılıq etdiyi 60 nəfərdən
ibarət quldur dəstəsi Üçbulaq (Hoğa) kəndini işğal etmiş, 3 nəfər kənd sakinini
qətlə yetirmiş, 1 nəfər girov götürülmüş, evlər talan edilərək yandırılmışdır.
Manvelin dəstəsinin 60 nəfərdən ibarət olmasını Düdükçü kənd sakini Hayka adlı
erməni ona hadisədən bir müddət əvvəl danışmışdır.
Erməni quldur dəstələri 1993-cü il aprelin 2-də isə Gövşadlı kəndini işğal
etmişlər.
İşğal zamanı hər iki kənddən 11 nəfər şəhid olmuş, 38 nəfər yaralanmış,
onlardan 17 nəfəri əlil olmuşlar.
- 1958-ci ildə Füzuli rayonunun Üçbulaq (Hoğa) kəndində anadan olmuş,
orta təhsilli, ailəli Ələkbərov Allahverdi Xanlar oğlu ərizəsində göstərmişdir ki,
1992-ci il martın 30-da idarə etdiyi “ZİL” markalı maşınla həmkəndlisi Quliyev
Elman Qubad oğlu ilə birlikdə səngərdə yaralanmış Cəfərov Elyar Bəxtiyar oğlunu
rayonun mərkəzi xəstəxanasına aparan zaman Üçbulaq kəndi qəbiristanlığının
yaxınlığındakı şose yolunda maşının altında partlayış baş vermişdir. Partlayış
zamanı maşın sağ tərəfə aşmış və yanmağa başlamışdır. Bu vaxt ermənilər
kənardan avtomat silahları ilə onları atəşə tutmuşlar. O, maşından düşərək
yaxınlıqdakı üzümlüyə qaçmışdır və maşına qayıdan zaman Elyarın və Elmanın
maşından kənarda olduqlarını və sonuncunun yandığını görmüşdür. Bir müddət
sonra sovxozun direktoru Hacıyev İlyas Ədil oğlu maşınla onların köməyinə
gəlmişdir. Elmanın bədəninin çox hissəsi yandığından vəfat etmişdir. Hadisə yeri
jurnalistlər tərəfindən lentə alınmışdır.
Qarabağ münaqişəsində itkin düşmüş Qubadlı rayonu Qaracallı kənd
sakinləri 1930 - cu il təvəllüdlü Abdullayev Köçəri İslam oğlu, həyat yoldaşı -
1934- cü il təvəllüdlü Abdullayeva Roza Nəsib qızı və oğlu - 1966-cı il təvəllüdlü
Abdullayev Zahid Köçəri oğlunun sonrakı talelərinin araşdırılması zamanı, onların
itkin düşmə şəratinin şahidi K. Abdullayevin bacısı - Binəqədi rayonu 3-cü mədən,
korpus 92-də yaşayan, 1946-cı il təvəllüdlü Əhmədova Raya İslam qızı müəyyən
edilmiş və onunla yuxarıda adları qeyd edilən şəxslərin itkin düşmə şərati barədə
əlaqədar qurumlar tərəfindən söhbət aparılmışdır.
44
Söhbət zamanı R.Əhmədova bildirmişdir ki, o, 1993-cü il avqustun 30-da
Qubadlı rayonunun işğalı zamanı bacısı Abdullayeva Minayə İslam qızı,
K.Abdullayev həyat yoldaşı Roza və oğlu Zahid Abdullayev, yaxın qohumları
Zülfünaz adlı qadınla birlikdə avtomobillə Qaracallı kəndindən çıxarkən, Qubadlı
rayonunun Bala Soltanlı kəndində erməni yaraqlıları tərəfindən atəşə tutulmuşlar.
Atəş nəticəsində R.Əhmədova ağır yaralanmış, adları qeyd edilən digər şəxslər isə
hadisə yerində həlak olmuşlar. Ermənilər onlara yaxınlaşanda həlak olduqlarını
görmüş və R.Əhmədovanın yaralandığından öləcəyini zənn edib hadisə yerindən
uzaqlaşmışlar. O, yaralı vəziyyətdə 1993-cü il avqustun 31-də özünü rayon
mərkəzinə çatdırmış və sonradan Ələt qəsəbəsində yerləşən hospitalda
yerləşdirilmişdir.
1993-cü ildə Xocavənd rayonunun Qaradağlı kəndində anadan olmuş,
azərbaycanlı, Sumqayıt şəhəri, 48-ci məhəllə, bağlar sahəsində yaşayan Doluxanov
Məhkəmə Müseyib oğlu 1992-ci il fevralın 17-də Qaradağlı kəndinin müdafiəsi
zamanı digər həmkəndliləri ilə birgə ermənilər tərəfindən əsir götürülmüş və 1992-
ci il martın 30-dan Xankəndi xəstəxanasında saxlanılmışdır. M.Doluxanov erməni
əsirliyindən mərhum Allahverdi Bağırovun vasitəçiliyi ilə dəyişdirmə yolu ilə azad
edilmişdir.
Qarabağ münaqişəsi zamanı itkin düşmüş şəxslərin siyahısından keçən
1982-ci il təvəllüdlü, azərbaycanlı, Xocalı şəhər sakini Ağayev Allahverdi Səttar
oğlu barəsində aparılmış araşdırmalar zamanı məlum olmuşdur ki, 1992-ci il
fevralın 26-da digər yaxın qohumları ilə birlikdə Xocalı şəhərini tərk etmiş, yolu
azdıqları üçün iki gün qarın üstündə meşədə qalmış, aclığa və soyuğa tab
gətirməyərək vəfat etmişdir. Bu zaman Səttar Ağayev (Allahverdinin atası) və
digər azərbaycanlıları girov götürmüş ermənilər Allahverdinin meyitini götürməyə
qoymadıqları üçün atası paltosunu çıxarıb onu bükmüş və 10 yaşlı oğlunun
cəsədini meşədə qoymaq məcburiyyətində qalmışdır.
Girov götürüldükdən sonra S.Ağayev və digər Xocalı şəhər sakinləri
ermənilər tərəfindən Dəhraz kəndi yaxınlığında yerləşən tövləyə aparılmışlar.
Orada iki gün ağır işgəncələrə məruz qalaraq saxlanıldıqdan sonra, S.Ağayev
şikəst vəziyyətdə 18 nəfər digər Xocalı sakinləri ilə birgə girovların arasından
seçilərək, ermənilər tərəfindən “KamAZ” markalı avtomaşınla Xankəndi şəhərinə
aparılmışdır. S.Ağayev Xankəndi həbsxanasında 35 gün saxlanıldıqdan sonra,
vəziyyəti ağırlaşdığı üçün 1992-ci il martın 31-də 9 nəfər Xocavənd rayon sakini
və 1 nəfər həmyerlisi ilə birgə ermənilər tərəfindən azad edilmişdir.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda,
eləcə də həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri cinayətlər,
vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində keçirilən
tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş
bir neçə cinayət işinin materialları, o cümlədən 1991-ci il iyun ayının 27-dən 28-nə
keçən gecə Azərbaycan Respublikası Xocavənd rayonunun Qaradağlı kəndi
45
ərazisində yerləşən N.Nərimanov adına kolxoza məxsus iribuynuzlu mal-qara
fermasının 6 nəfər işçilərinin qətlə yetirilmələri faktı ilə əlaqədar 1991 -ci il
iyunun 28-də Şuşa şəhərində Vilayət Əməliyyat İstintaq Qrupunun müstəntiqi
R.Mirzəyev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70, 88-1,
94-cü maddəsinin 4-cü və 6-cı bəndləri üzrə 32996 saylı cinayət işi qaldırılmışdır.
İşin təhlili zamanı məlum olmuşdur ki, iyunun 28-də N.Nərimanov adına
kolxozun işçilərinin yaşadıqları birmərtəbəli, beşotaqlı ev erməni quldurları
tərəfindən atəşə tutulmuş, nəticədə 6 nəfər azərbaycanlı - 1935-ci il təvəllüdlü
Şirinova Qaragöz Habil qızı, onun oğlu, fermada sağıcı işləyən, 1962-ci il
təvəllüdlü Şirinov İltifat Əjdər oğlu, sağıcı, 1936-cı il təvəllüdlü Əliyeva Səbiqə
Mürsəl qızı, sağıcı, 1924-cü il təvəllüdlü Hüseynova Məxmər Məcid qızı,
naxırçılar, 1948-ci il təvəllüdlü Tağıyev Bakir Qaçay oğlu və 1936-cı il təvəllüdlü
Məmmədov Tohid Cəlil oğlu xüsusi amansızlıqla qətlə yetirildikdən sonra
otaqların birində balon qazı vasitəsilə yandırılmışlar. Sonra ermənilər
N.Nərimanov adına kolxoza məxsus 41 baş mal-qaranı oğurlayıb aparmışlar.
Həmin vaxt erməni quldur dəstələri Qaradağlı kəndində olan azərbaycanlıların
yaşayış evlərini müxtəlif istiqamətlərdən odlu silahlarla atəşə tutmuş, nəticədə bir
çox evlərə ciddi ziyan dəymiş və üç sakin yaralandıqlarına görə xəstəxanaya
aparılmışlar.
İş üzrə keçirilmiş istintaq hərəkətləri zamanı hadisə ilə bağlı 1959-cu il
təvəllüdlü Azərbaycan Respublikası Xocavənd Kəndkürd kənd sakini Səfəryan
adına kolxozda traktorçu işləyən, milliyyətcə erməni Petrosyan Samvel
Vanyayeviç, 1957-ci il təvəllüdlü, Azərbaycan Respublikası Xocavənd rayonu
Muşkapat kənd sakini, milliyyətcə erməni Petrosyan Karo Anuşavanoviç, 1944-cü
il təvəllüdlü, Muşkapat kənd sakini, milliyyətcə erməni (14.04.1981-ci il tarixdə
XY-YG N 613134, Xocavənd RDİŞ tərəfindən pasport verilib). Petrosyan Şahen
Rubenoviç, 1960-cı il təvəllüdlü, milliyyətcə erməni, Xocavənd rayon kənd sakini
( XIY-JQ N 543253), Xocavənd RDİŞ tərəfindən pasport verilib) Osvenyan Norik
Vazgenoviç, 1964-cü il təvəllüdlü, milliyyətcə erməni, Azərbaycan Respublikası
Xocavənd rayonu Muşkapat kənd sakini Sarkisyan Aleksandr Benikoviç, 1962-ci il
təvəllüdlü, milliyyətcə erməni, (17.10. 1978-ci il tarixdə Azərbaycan Respublikası
Xocavənd rayonu RDİŞ tərəfindən ona YI-JQ seriyalı, 539646 saylı pasport
verilmişdir) Xocavənd Muşkapat kənd sakini Davidyan Yuri Aşotoviç, 1937-ci il
təvəllüdlü, milliyyətcə erməni, kənd orta məktəbində müəllim işləyən, Xocavənd
rayonu Qriqoryan Şahmurad Qriqoryeviç şahid qismində ifadə vermişlər.
K.Petrosyan 1991-ci il iyunun 29-da şahid qismində dindirilərkən
müstəntiqin sualına cavab olaraq bildirmişdir ki, 1991-ci il iyulun 28-də əməliyyat-
istintaq qrupu tərəfindən ondan götürülmüş təklüləli Q 08191 N-li ov tüfəngi
Sverdlov adına kolxoza məxsusdur və gözətçi Dadamyan Mişaya təhkim
edilmişdir.
46
Eyni zamanda K.Petrosyan verilmiş suala cavab olaraq bildirmişdir ki,
1991-ci il iyulun 28-də gecə Sverdlov adına kolxoza məxsus fermada baytar həkim
Sarkisyan Surik Abkaroviç, kolxozçu Musaelyan Arutyun, sürücü Ulubabyan
Şaqen və briqadir Sarkisyan Yuri adlı ermənilər qalmışlar.
- A.Sarkisyan müstəntiqin sualına cavab olaraq ifadəsində bildirmişdir ki,
Qaradağlı kəndinin fermasında baş vermiş hadisədən iki gün əvvəl Aşan kəndinin
mal-qarası oğurlanmış və Qaradağlı kəndinə aparılmışdır. Bundan sonra Aşan kənd
sakinləri olan erməni quldurları axşam kəndə gələrək 6 nəfər sakini qətlə yetirmiş
və mal-qaranı oğurlayaraq Spitakaşen kəndinə, oradan isə Aşan kəndinə
aparmışlar.
A.Sarkisyan suala cavab olaraq Xocavənd rayonunda tədarük kontorunda
işləyən Serjik və Vasyak adlı erməniləri quldur kimi tanıdığını bildirmişdir.
- Y.Davidyan müstəntiqin sualına əsasən ifadə verərkən bildirmişdir ki,
Xocavənd rayonunda yaşayan Vasyak adlı erməni beşatılan “Karabin” markalı
tüfəngi mühafizə məqsədilə kolxoza vermişdir. Bundan sonra həmin tüfəng
patronları ilə birlikdə fermada Norik adlı ermənilərdə saxlanılmışdır.
İşin təhlili zamanı 1992-ci il iyulun 29-da ibtidai istintaqın uzadılması
barədə tərtib edilmiş qərar müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki,
ermən quldurları Xocavənd rayonunun Qaradağlı kəndinə basqın edərək kənddə
olan yaşayış, ictimai və fərdi binaları bütün əmlakları ilə birlikdə yandırıb məhv
etmiş, kənd əhalisindən 47 nəfərini girov götürmüş, 49 nəfərini isə xüsusi
qəddarlıqla qətlə yetirmişlər.
İşin II cildinin təhlili zamanı VƏİQ-nin müstəntiqi Q.Zeynalov tərəfindən
1991-ci il avqustun 9-da müttəhim qismində cəlb olunmaq haqqında tərtib olunmuş
qərarda göstərilmişdir ki, 1938-ci ildə Azərbaycan Respublikası Xocavənd
rayonunun Aşan kəndində anadan olmuş, milliyətcə erməni, ailəli, Aşan kəndinin
Levon Mirzoyan adına kolxozunun sədri vəzifəsində işləyən Balayan Emil
Vartanoviç erməni quldur dəstəsinə daxil olaraq Dağlıq Qarabağ ərazisində ağır
cinayət törətmişdir. Belə ki, E.Babayan 1991-ci il iyulun 28-də gecə saat 10
radələrində silahlı quldur dəstəsi ilə Xocavənd rayonunun Qaradağlı rayonuna
məxsus fermaya gələrək 6 nəfər azərbaycanlını qətlə yetirmiş, sonra onları
yandırmışdır.
Qeyd olunanlarla əlaqədar, E.Babayanın Azərbaycan Respublikası
Cinayət Məcəlləsinin 70, 94 və 88-1 bəndi ilə müqəssir olduğu elan edilmişdir.
1991-ci avqust ayının 9-da Şuşa şəhərində Balayan Emil Vartanoviçin
barəsində həbs qəti-imkan tədbiri seçilməsi haqqında qərar tərtib edilmişdir.
E.Babayan müqəssir qismində dindirilmə zamanı törədilmiş cinayətdə özünü tam
təqsirli hesab etmiş (cinayət işinin təhlili zamanı sonradan E.Babayan cinayətin
törədilməsində iştirak etmədiyini bildirmişdir. Lakin həbs edilmiş A.Qriqoryanla
üzləşmə zamanı o, E.Babayanın da 6 nəfərin qətlə yetirilməsində iştirak etdiyini
göstərmişdir) və müstəntiqin suallarına cavab olaraq bildirmişdir ki, onun yaşadığı
47
kənddə quldur dəstəsinin rəhbəri, Levon Mirzoyan adına kolxozda işləyən
Qabrielyan Jorik Aramoviçdir. Onun dəstəsində Avakyan Armen Rudikoviç, 27-28
yaşlarında olan kolxozçu İşxanyan David Alekseyeviç, Xankəndidə Pedaqoji
İnstitutda təhsil alan Arutunyan Alyoşa Aşotoviç, 32-33 yaşlarında olan traktorçu
Petrosyan Tiqran Surenoviç, 25 yaşlı, Spitakaşen kənd sakini, kolxozçu
Baladanyan Kamo olmuşlar. E.Balayanın verdiyi məlumata görə, ermənilər
yaşayan kəndlərdə quldur dəstələri fəaliyyət göstərmişdir.
E.Babayan ifadəsində bildirmişdir ki, 1991-ci il iyun ayının 27-də,
təxminən saat 21.00 radələrində Sevidyan Vrejok adlı erməni tərəfindən idarə
olunan kolxoza məxsus “ZİL-130” markalı maşınla Gəncə şəhərində anadan
olmuş, təxminən 50-51 yaşlarında olan, E.Babayanın uzaq qohumu, əvvəllər futbol
komandasının məşqçisi, həmin vaxt isə Xankəndi şəhər stadionunun direktoru
vəzifəsində işləyən Petrosyan Razmik adlı erməni gəlmişdir.
R.Petrosyan özü ilə böyük əl çantasında Kalaşnikov avtomat silahı, ov
tüfəngləri və əl qumbaraları gətirmişdir. Maşında Saşa Qabrielyan, Norayr
Xaçaturyan, Armen Autamyan, Artyom adlı ermənilər də olmuşdur. R. Petrosyan
ona bildirmişdir ki, Qaradağlı kəndinin fermasına basqın etmək lazımdır.
Razılaşdırılmış vaxtda fermanın yaxınlığında olan E.Babayan orada 15-20
nəfər erməninin olduğunu görmüşdür. Həmin vaxt R.Petrosyan əl çantasından 2
ədəd Kalaşnikov avtomat silahı, 5 ədəd əl qumbarasını çıxarıb Saşa Qabrielyana və
Artyoma, ov tüfəngini isə E.Babayana vermiş, özündə isə tapança saxlamışdır.
Kəndkürd kəndi istiqamətində qırmızı rəngli siqnal raketi atıldıqdan sonra
erməni quldur dəstəsi Qaradağlı kəndini müxtəlif odlu silahlardan atəşə tutmuş,
E.Babayan isə bir neçə erməni ilə birlikdə fermaya hücum etmişdir. Atəş səslərinə
fermadan bir nəfər əli tüfəngli çıxan kimi onu qətlə yetirmişlər. Sonra isə binanı əl
qumbaraları və odlu silahlarla atəşə tutmuşlar.
E.Babayanın verdiyi ifadəyə görə, (cinayət işi № 32996, cild N2) fermaya
silahlı basqın nəticəsində içəridə olmuş 6 nəfər azərbaycanlı qətlə yetirilmiş, sonra
ermənilər binaya daxil olaraq onları yandırmış və oradakı mal-qaranı aparmışlar.
1991-ci ilin sentyabrın 23-də Şuşa şəhərində 1959-cu ildə Bakı şəhərində anadan
olmuş, milliyyətcə erməni, ailəli, əvvəllər məhkum olunmuş, Ermənistan
Respublikası Yerevan şəhəri 2-ci yaşayış massivi, Moldavanyan küçəsi ev 13,
mənzil 34-də yaşayan Qriqoryan Aleksandr Stepanoviç müqəssir qismində ifadə
vermişdir. A.Qriqoryan verilmiş suallar əsasında ifadəsində bildirmişdir ki,
Qaradağlı kəndinə və fermasına silahlı hücum etmək üçün Aşan kənd kolxozunun
mühasibi işləyən Qrişanın iş otağında (cinayət işi № 32996, cild №2) qaynaqçı
Avakyan Armen Rodikoviç, mühasib Jora, avtomaşın çilingəri Cavanşir
Maksimoviç, fəhlə Araik, Artyom, sürücü Vrej, qarajın mühəndisi Olen və
Qaymyan Qabriel Gevorkoviç toplaşmış və əməliyyatın keçirilməsini
planlaşdırmışlar. Armen hücumu əks etdirən kağıza çəkilmiş planı stolun üzərinə
qoyaraq 3 quldur dəstəsinin hansı istiqamətdən hərəkət edəcəyini göstərmişdir.
48
Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat - istintaq
tədbirləri zamanı ermənilərin vandalizm aktları barəsində aşağıdakı məlumatlar
toplanmışdır:
-
Cəbrayıl rayonu Böyük Mərcanlı kənd sakini Nəcəfov Məhərrəm Qulu
oğlu yazdığı ərizəsində göstərmişdir ki, 1988 - 1992-ci illər ərzində Robert
Köçəryan, Karo Babayan, Samvel Babayan və digər separatçılar öz fəaliyyətləri
nəticəsində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda terror
hadisələrinin törədilməsinə, on minlərlə insanın ölümünə və milyondan çox
vətəndaşın doğma yurd-yuvalarından didərgin düşməsinə şərait yaratdılar.
-
Füzuli rayon sakini Əhmədova Şəfiqə Nüsrət qızı yazdığı ərizəsində
göstərmişdirki, 1988-ci ildən başlayaraq R.Köçəryan, A.Qukasyan, S.Sarkisyan
və digərlərinin separatçılıq fəaliyyətləri nəticəsində Azərbaycan Respublikasının
ərazilərinin 20 faizi işğal olunmuş, bir milyondan çox evi talan edilmiş
azərbaycanlı doğma ata-baba yurdlarından didərgin düşmüşlər.
-
Cəbrayıl rayon sakini Quliyeva Sovet Sahib qızı yazdığı ərizəsində
göstərmişdir ki, qondarma Dağlıq Qarabağ Respublikasının rəhbərlərindən olan
Karo və Samvel Babayan qardaşları Qarabağda azəri türklərinə qarşı cinayət
tərkibli əməllər törətmişlər. İndi isə separatçı rejimin başçısı A. Qukasyan
dünyanı dolaşaraq özünü əzabkeş xalqın nümayəndəsi kimi qələmə verir.
- Füzuli rayonu Şükürbəyli kənd sakini Həsənov Murad Əhmədxan oğlu
yazdığı ərizəsində göstərmişdir ki, Karo Babayan, Serj Sarkisyan, Samvel
Babayan və digər separatçılar 1989-1992-ci illərdə Azərbaycan Respublikasının
ayrılmaz hissəsi olan Dağlıq Qarabağda terror hadisələri törədərək on minlərlə
azərbaycanlının qətlə yetirilməsini və milyondan çox insanın doğma ata-baba
yurdlarından didərgin düşməsini təşkil etmişlər.
- Cəbrayıl rayonu Soltanlı kənd sakini Abışova Zöhrə Əyyub qızı
tərəfindən yazılmış ərizədə göstərilmişdir ki, 1988-1992-ci illər ərzində Karo
Babayan, Samvel Babayan və digər erməni separatçıları Azərbaycan
Respublikasının Dağlıq Qarabağ bölgəsində milli zəmində ədavəti qızışdırmış və
nəticədə erməni quldurları azərbaycanlılara qarşı qanlı cinayətlər törətmişlər. Belə
ki, ermənilər minlərlə azərbaycanlını qətlə yetirmiş, Azərbaycanın tarixi ərazilərini
işğal edərək bir milyondan çox insanı doğma yurdunda məcburi köçkün
vəziyyətinə salmışlar.
- Cəbrayıl rayonu Çullu kənd sakini Ağayarov Murad Hüsən oğlu
ərizəsində göstərmişdir ki, erməni separatçıları Karo və onun qardaşı Samvel
Babayanlar 1988-1992-ci illər ərzində Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq
Qarabağda milli zəmində gərginliyə rəvac vermiş, sonra isə onların əlaltıları olan
erməni quldurları on minlərlə azərbaycanlını qətlə yetirmişlər. M.Ağayarov
ərizəsində yazmışdır ki, ermənilər quldur dəstələri yaradaraq beynəlxalq hüquq
normalarına məhəl qoymadan azərbaycanlılar yaşayan kəndlərə hücum edib onları
öldürür və ev-eşiklərini odlayırdılar.
49
Ərizədə habelə göstərilir ki, erməni işğalçıları Dağlıq Qarabağdakı
separatçı-terrorçu
rejimi
dünyada
tanıtmağa,
doğma
torpağımızı
özününküləşdirməyə çalışırlar. Erməni millətçiləri olan Samvel Babayan, Arkadi
Qukasyan, Karo Babayan, Robert Köçəryan diyar-diyar gəzərək özlərinin sərsəm
xülyalarını gerçəkləşdirmək üçün var gücləri ilə çalışırlar. Onun sözlərinə görə,
erməni vandalları azərbaycanlılara qarşı görünməmiş vəhşiliklər etmiş, soyqırımı
həyata keçirilmiş, bir milyondan artıq azərbaycanlını öz Vətənindən didərgin
salmış, soydaşlarımızın hüquqları pozulmuş, onlara qarşı terror aktları həyata
keçirilmişdir.
- Cəbrayıl rayon sakini İsmayılov Fəzail Kamran oğlu ərizəsində
göstərmişdir ki, 1988-ci dən başlayaraq Ermənistan silahlı qüvvələri xarici
dövlətlərdən
dəstək
alaraq
Azərbaycan
vətəndaşlarını
öz
ata-baba
torpaqlarımızdan zorla çıxarmışlar. Erməni terrorçuları azərbaycanlı uşaqları,
yaşlıları, qız-gəlinləri girov götürərək onlara olmazın əzablar, işgəncələr
vermişlər. Qatı millətçi olan Samvel Babayan, Karo Babayan, Serj Sarkisyan,
Arkadi Qukasyan, Robert Köçəryan və başqalarının törətdikləri qanlı faciələri
azərbaycanlılar heç vaxt yaddan çıxarmayacaqlar.
- Cəbrayıl rayon sakini Səfərli Hidayət Hümbət oğlu yazdığı ərizəsində
göstərmişdir ki, 1993-cü il avqustun 23-də Dağlıq Qarabağ inzibati ərazi bölgüsünə
daxil olmayan 53 min nəfərlik Cəbrayıl rayonu erməni quldurları tərəfindən işğal
olunmuş və əhaliyə, o cümlədən qadınlara, yaşlılara, şikəstlərə, körpə uşaqlara
münasibətdə misli görünməmiş vəhşiliklər törətmişlər. Karo Babayan və Samvel
Babayanlar və digər separatçıların rəhbərliyi altında fəaliyyət göstərmiş erməni
quldurlarının rayonu işğal etmələri nəticəsində 14 nəfər şəhid olmuş, 7 nəfər ağır
bədən xəsarəti alaraq şikəst olmuşdur. Ümumilikdə döyüşlər zamanı təxminən 500
nəfərə qədər rayon sakini ermənilər tərəfindən qətlə yetirilmişdir.
- Füzuli rayon sakini Novruzov İsa ərizəsində göstərmişdir ki, 1988-ci
ildən başlayan ermənilərin terror fəaliyyətləri nəticəsində azərbaycanlılar öz
doğma yurdlarından didərgin salınmışlar.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda,
eləcə də həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri cinayətlər,
vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində keçirilən
tədbirlərlə əlaqədar, Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş
bir neçə cinayət işinin materialları, o cümlədən 13/636-92 nömrəli cinayət işinin
təhlili zamanı məlum olmuşdur ki, 1992-ci il 21 oktyabr tarixdə saat 16.30
radələrində Tərtər-Kəlbəcər nəqliyyat yolunda, Sərsəng su anbarının 1,5 km-də
hərəkət edən “Zil-130”, “Ural”, “UAZ-469”, “Qaz-52” markalı avtomobillər odlu
silahlardan atəşə tutulmuş, nəticədə altı nəfər (Əsgərov Salman Fərman oğlu,
Quliyev Əşrəf Yunis oğlu, Bəylərov Mahir Əmiraslan oğlu, Orucov Musa Oruc
oğlu və Bayramov Məzahir Təhməz oğlu) qətlə yetirilmişdir.
50
1992-ci il oktyabrın 23-də Gəncə qarnizonunun hərbi prokuroru
R.M.Yusifov tərəfindən baş vermiş cinayət hadisəsi ilə əlaqədar Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 94-cü maddəsinin 6-cı və 8-ci bəndləri ilə
cinayət işinin başlanılması haqqında qərar tərtib edilmiş və iş üzrə istintaq qrupu
təşkil olunmuşdur. Cinayət işi ilə əlaqədar hadisə yeri müayinə edilmiş, avtomat və
birdəfəlik qumbaraatanların gilizləri tapılaraq işə əlavə edilmiş, çoxlu sayda
şahidlər dindirilmiş, üç nəfər barədə məhkəmə-tibb ekspertizası təyin edilmiş və
Kəlbəcər Rayon Polis Şöbəsinə xüsusi tapşırıqlar verilmişdir. İstintaq zamanı
cinayəti törətmiş şəxslərin iştirakı olmadan həyata keçirilməsi mümkün olan bütün
istintaq tədbirləri həyata keçirilmiş, lakin cinayətkarları müəyyən etmək mümkün
olmamışdır.
Müharibə şəraiti olduğu üçün və cinayəti törətmiş şəxslərin Dağlıq
Qarabağ erməniləri yaşayan ərazilərdə olması səbəbindən əməliyyat-axtarış
tədbirlərini davam etdirərək onların həbs edilməsi qeyri-mümkün olmuşdur
1
.
1988-ci ildən 1993-cü ilədək Azərbaycanın Dağlıq Qarabağ regionunda
fəaliyyət göstərmiş qondarma DQR-də rəhbər vəzifələrdə işləmiş, Xankəndi və
digər yaşayış məntəqələrindən azərbaycanlıların kütləvi surətdə öz doğma
yurdlarından məcburi qovulmaları və qətlə yetirilmələri üçün şərait yaratmış, bu işi
həyata keçirmiş erməni quldur dəstələrini maliyyələşdirmiş, silah, sursat, ərzaq,
nəqliyyat və sairə zəruri vasitələrlə təmin etmiş R.Köçəryan, S. Sarkisyan,
A.Qukasyan, S.Babayan, K.Babayan və digərlərinin cinayət əməlləri barədə
materiallar toplamaq məqsədi ilə MTN-in Əli-Bayramlı Şəhər Şöbəsi, Sabirabad,
Kəlbəcər, Tərtər, Şuşa və digər rayon bölmələrinə verilmiş sorğular nəticəsində
daxil olmuş materialların təhlili zamanı aşağıdakılar məlum olmuşdur:
- Ermənistan prezidenti R.Köçəryan 1953-cü ildə Xankəndidə anadan
olmuş, 1980-ci illərdə Xarkov Sənaye və Texnologiya İnstitutunu bitirmişdir.
1986-cı ildə Xankəndi Şəhər Komsomol Komitəsinin ikinci katibi vəzifəsində
çalışmışdır. 1986-cı ilin noyabr ayında Xankəndi İpək Kombinatına azad partiya
təşkilat katibi seçilmişdir. Həmin vaxtdan başlayaraq kombinatda çalışan
azərbaycanlılar müxtəlif bəhanələrlə bir-birinin ardınca işdən qovulmuşlar. 1988-ci
ildə artıq kombinatda azərbaycanlı milliyətindən olan işçi qalmamışdır.
- R.Köçəryan 1993-cü ildə qondarma “Dağlıq Qarabağ Respublikası”nın
prezidenti seçilənədək “Daşnaksütyun” partiyasının və millətçi “Krunk”
təşkilatının fəallarından biri kimi antiazərbaycan təbliğatının fəal təşkilatçısı
olmuşdur. O, 1991-1993-cü illərdə “Dağlıq Qarabağ Respublikası”nın hərbi
birləşmələlərinin rəhbəri olmuşdur. Dağlıq Qarabağda yerləşən Rusiyanın hərbi
qüvvələrinin rəhbərləri ilə sıx əlaqələr qurmuş, onların döyüş sursatları, texniki
imkanlarından və canlı qüvvəsindən azərbaycanlı əhalinin faciəli şəkildə doğma
torpaqlarından qovulmasında, Şuşanın, Xocalının və Azərbaycanın digər
1
AR MTN Arxiv sənədi.
51
rayonlarının işğal olunmasındə istifadə etmişdir. R.Köçəryanın separatçılıq və
digər cinayət fəaliyyətində ən yaxın köməkçiləri Serj Sarkisyan, Samvel və Karo
Babayan qardaşları, Arkadi Qukasyan və digərləri olmuşlar.
-
Alınmış məlumata görə, R.Köçəryan Xankəndidə komsomol
komitəsində işlədiyi müddətdə onun iş otağı həmin vaxtlarda ermənilər tərəfindən
“Daşnaksütyun” və “Krunk”un fəal dayaq nöqtəsi kimi istifadə olunurdu. 1988-ci
il fevralın 12-də azərbaycanlılara qarşi ilk mitinq məhz Köçəryanın rəhbərliyi
altında təşkil edilmişdir. Hadisələrin ilk aylarından Xocalı şəhərinin girəcəyində 4
evin yandırılması və azərbaycanlı ev sakinlərinin bir neçəsinin yaralanması ilə
nəticələnən təxribat aksiyası konkret olaraq R.Köçəryan, Serj Sarkisyan, Arkadi
Qukasyanın təşkliatçılığı və bilavasitə rəhbərliyi altında törədilmişdir.
-
İlk dəfə Azərbaycanın Dağlıq Qarabağ regionunda yaşayan ermənilərin
“acınacaqlı” vəziyyətdə yaşadıqlarını bildirmək üçün keçmiş Sov. İKP MK - nın
milli məsələlər üzrə şöbə müdiri Mixaylovun yanına Moskvaya getmiş 8 nəfər
ermənidən biri də R.Köçəryan olmuşdur.
-
R.Köçəryan ipək kombinatında işləyərkən tokar sexini odlu silahlar və
partlayıcı maddələr düzəltmək sexinə çevirmiş və müxtəlif döyüş sursatları
hazırlatdırmışdır. R.Köçəryan həmin dövrdə şəxsən özü odlu silah və döyüş sursatı
hazırlamışdır.
- 1992 - ci il 8 mayın 8-də Şuşa şəhəri işğalçı Ermənistanın silahlı
qüvvələri tərəfindən zəbt olunan zaman Şuşa avtobazasının həyətində Zirehli
Transpartyorun (ZTP-in) üzərində Ermənistan bayrağının dalğalandığı və bayrağın
yanında R.Köçəryanın fəxrlə durduğu müşahidə edilmişdir.
-1988-ci ii oktyabr ayının axırında Əsgəran rayon təhsil şöbəsinə
azərbaycanlıların əleyhinə təbliğat aparmaq üçün Xankəndidən gəlmiş və yığıncaq
təşkil etmiş R.Köçəryan çıxışında türklərin və azərbaycanlıların ermənilərə qarşı
bədnam “soyqırımı” təşkil etmələrini xatırladaraq pedaqoji kollektivə bu faciələri
heç vaxt yaddan çıxarmamağı və şagirdləri millətçi ruhda tərbiyə etməyi
tapşırmışdır.
Yığıncaqda iştirak etmiş Cəmilli kənd məktəbinin direktoru Qasım
Qırxqızlı və onun müavini Quliyev Xudayar bildirmişlər ki, onlar R.Köçəryanın
millətçi çıxışına öz etirazlarını bildirərək iclası tərk etmişlər.
Dağlıq Qarabağ hadisələri başlayan vaxtdan ermənilər azərbaycanlı
müəllim heyətinə hədə-qorxu gəlməklə ərizələrini yazaraq işdən getməyi tələb
etmişlər. Könüllü iş yerini tərk etməyən müəllimlər isə fiziki işgəncələrə və
təqiblərə məruz qalmışlar.
R.Köçəryan 1988-1989-cu illərdə qatı millətçi-separatçı fəaliyyətini
Xankəndidəki bütün təşkilatlarda ardıcıl surətdə həyata keçirirdi. Azərbaycanlıların
öz doğma əraziləri olan Xankəndi və Qarabağın digər yaşayış məntəqələrindən
kütləvi qovulmalarında R.Köçəryan, S.Sarkisyan, A.Qukasyan, Samvel və Karo
Babayanların fəal rolu olmuşdur. Həmin separatçılar həmçinin 1988-ci il sentyabr
52
ayının 16-da Xankəndidə azərbaycanlılara məxsus 50 evin yandırılmasının və bu
yönümlü digər faciəli hadisələrin fəal təşkilatçıları olmuşlar.
Eyni zamanda hazırda Ermənistanın müdafiə naziri S.Sarkisyan və
qondarma “DQR”in prezidenti A.Qukasyan barəsində aşağıdakı məlumatlar
alınmışdır.
-
Sarkisyan Serj Azatoviç 1952-ci ildə Xankəndidə anadan olmuş,
sonralar Yerevan Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, məlum hadisələr
dövründə Xankəndi Şəhər Komsomol Komitəsinin birinci katibi işləmişdir.
S.Sarkisyan R.Köçəryandan fərqli olaraq, olduqca hiyləgər, azərbaycanlılara qarşı
hər cür vəhşiliklər törətməyə hazır olan bir şəxsdir.
Separatçı-terrorçu rejimin başçısı Qukasyan Arkadi Arşaviroviç 1951-ci
ildə Xankəndidə anadan olmuş və məlum hadisələr dövründə keçmiş DQMV
Komsomol Komitəsinin büro üzvü və rus dilində nəşr olunmuş “Sovetskiy
Karabax” qəzetinin redaktor müavini işləmişdir. O, həmin dövrdə azərbaycanlıların
əleyhinə tarixi faktları saxtalaşdırdığı yazılarla bədnam şöhrət qazanmışdır.
Ümumiyyətlə, Azərbaycanın Dağlıq Qarabağ regionunda azərbaycanlılara
qarşı törədilmiş qanlı hadisələrin, soyqırımın, soydaşlarımızın kütləvi şəkildə və
zorakılıqla doğma yurd yerlərindən deportasiyasının və son nəticədə
torpaqlarımızın işğal olunmasının başında konkret olaraq R.Köçəryan, S.Sarkisyan,
A.Qukasyan dayanır.
- Ermənistan Respublikasının hazırki müdafiə naziri S.Sarkisyan
Xankəndi şəhərində anadan olmuş, təhsilini Yerevan şəhərində almışdır. Hadisələr
başlayan dövrdə o, Xankəndi Şəhər Komsomol Komitəsinin birinci katibi
vəzifəsində işləyirdi. “Krunk” və “Daşnaksütyun”nun fəallarından olmuşdur.
Xankəndidə yaşayan ermənilərin silahla təmin edilməsini, azərbaycanlıları daşıyan
Ağdam-Şuşa marşrutunda işləyən avtobusların əvvəlcə daş-qalaq edilməsi, sonra
odlu silahla atəşə tutulması nəticəsində 25 nəfərin qətlə yetirilməsini, 1989-cu ildə
Ağdamdan Şuşaya uçan “Mi-8” vertolyotunun vurulmasını, Malıbəyli kəndinə ilk
hücumu, Əsgəran-Ağdam rayonlarının sərhədində iki azərbaycanlının qətlə
yetirlməsini konkret olaraq S.Sarkisyan təşkil etmişdi. Həmin dövrdə S.Sarkisyan
Ermənistandan odlu silah və döyüş sursatlarının gətirilməsi və Dağlıq Qarabağda
yaşayan ermənilərə paylanılması ilə məşğul olurdu. S.Sarkisyan cinayətkar
fəaliyyətinə görə Ermənistan Respublikasının müdafiə naziri vəzifəsinə təyin
edilmişdir. Bu faktın özü terrorizmin Ermənistan Respublikasında dövlət
səviyyəsində dəstəklənməsinə əyani sübutdur.
-1988-ci ilin noyabr ayında Dağlıq Qarabağ Muxtar Vilayətinin səhiyyə
şöbəsinin müdiri, 30-35 yaşlarında olan ailəli qadın Tovmasyan milliyyətcə
azərbaycanlı olan bir şəxsi kabinetinə çağırmış və işdən çıxması üçün ərizə
yazmasını tələb etmişdir. Həmin vaxt telefon zəng etmiş və qarşı tərəfdən danışan
şəxsin V.Oskanyan adlı birisi olduğu məlum olmuşdur. Söhbət zamanı Tovmasyan
53
bildirmişdir ki, artıq 60-dan artıq azərbəycanlı öz iş yerindən azad edilmişdir,
yerdə qalan bir nəfər də yaxınlarda azad ediləcəkdir.
Telefon danışığı qurtarandan sonra Tovmasyan həmsöhbətinə yuxarı
təşkilatların vilayət səhiyyəsində çalışan azərbaycanlıların işdən xaric olunması
barədə göstəriş verdiklərini bildirmiş və ondan könüllü olaraq ərizəsini yazmağı
tələb etmişdir. Əks təqdirdə Tovmasyan ona haqsızlıqla işdən qovulmuş Nizami
həkimin taleyini yaşayacağı barədə hədə-qorxu gəlmişdir. Bu söhbətdən sonra
Tovmasyan Şuşa rayon səhiyyə şöbəsinin müdiri Romik Məhərrəmova zəng
edərək həkimin işlə təmin olunmasını xahiş etmiş və bir həftədən sonra o, ixtisası
üzrə Şuşada işlə təmin olunmuşdır.
Tovmasyan 1988-1989-cu illərdə Xankəndidə qanunsuz keçirilən
mitinqlərdə səhiyyə işçilərinin fəal iştirakını təmin edirdi.
Məlumatda adı qeyd olunan Nizami Aftandilov Xankəndi Uşaq
Xəstəxanasında həkim-rentgenoloq işləyirdi. İşdən çıxma barəsində könüllü ərizə
yazmadığına görə, 1988-ci ilin yayında Xankəndi şəhər Uşaq xəstəxanasının
həyətində iş yoldaşları və digər erməni millətçiləri tərəfindən vəhşicəsinə
döyülmüşdür. Bu hadisədən sonra o, yaşadığı Ağdam şəhərində aldığı daxili
zədələrdən vəfat etmişdir. Nizaminin başına gətirilmiş hadisədən əvvəl iki həkim
zəhərlənmə nəticəsində vəfat etmişdir.
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda,
eləcə də Ermənistanla həmsərhəd rayonlarında azərbaycanlılara qarşı törətdikləri
cinayətlər, vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində
keçirilən tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan
daxil olmuş bir neçə cinayət işinin materialları, o cümlədən 1989-cu il oktyabr
ayının 7-də, saat 01 radələrində Ağdamdan Şuşaya gedən şose yolunda Xəlfəliçay
üzərindəki körpünün partladılması ilə əlaqədar keçmiş SSRİ DTK-nın İstintaq
şöbəsinin istintaq qrupu tərəfindən 1989-cu il oktyabr ayının 8-də Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə qaldırılmış 5 cilddən ibarət
38/ 33063 saylı cinayət işi təhlil edilmişdir.
1991 -ci il 10 avqust tarixində Babayan Samvel Andranikoviç şübhəli şəxs
qismində dindirilən zaman aşağıdakıları bildirmişdir:
5 mart 1965-ci il tarixdə Xankəndində anadan olmuşdur. 1982-ci ildə
Xankəndi şəhər 7 saylı orta məktəbi bitirmişdir. 1983-cü ildə Yerevan şəhərində
texniki-peşə məktəbində dəmirçi ixtisasına yiyələnmişdir. 1983-1985-ci illər
ərzində sovet ordusunun Almaniya Demokratik Respublikasının Xalberştat
şəhərində dislokasiya olunmuş hərbi hissələrdən birində xidmət etmişdir. 1986-cı
ildə Xankəndi şəhərində fəaliyyət göstərən istehsalat kombinatında ştamplayıcı
kimi əmək fəaliyyətinə başlamışdır. Sarı rəngli, 1984-cü il buraxılışı olan “VAZ-
2106” markalı, X 71-07 AQ dövlət nömrə nişanlı şəxsi maşını vardır.
Atası - Babayan Andranik Mədətoviç 1934-cü ildə anadan olmuş, mebel
fabrikində dülgər işləyir, II qrup əlilidir. Anası-Babayan Viktoriya Aramovna
54
1938-ci il tarixdə anadan olmuş, Xankəndidə mərkəzi bazardakı çayxanada bufetçi
işləyir.
Qardaşı-Babayan Karen Andranikoviç Xankəndidə fəaliyyət göstərən
“Paros” kooperativinin çörəkbişirmə sexində işləyir. Yaxın qohumları və ailəsi ilə
birlikdə Xankəndi şəhərində, Teryan küçəsində yerləşən 20 saylı şəxsi evdə
yaşayırlar. 1988-ci ildə ailə həyatı qurmuşdur. Həyat yoldaşı - Babayan İrina
Yenekovna Xankəndi şəhərində fəaliyyət göstərən qanköçürmə laboratoriyasında
katibə işləyir. İki uşağı var.
Bacıları - Anuş Akopyan Stavropolda, Karina Nersesyan isə ailəsi ilə
birlikdə Xankəndidə yaşayırlar. Karinanın həyat yoldaşı, Aşot Akopyan Əhaliyə
Məişət Xidməti İdarəsinin direktor müavinidir. 1988-ci ildə S. Babayan bacısının
evində olarkən Aşot Akopyan dostu kimi Akop Baqramyanı onunla tanış etmiş,
söhbət əsnasında A.Baqramyan ona partlayıcı qurğuları hazırlamağı təklif etmişdir.
Bu görüşdən bir müddət sonra Akop Baqmanyan onu 30 nəfərə yaxın dəstəsinin
üzvü ilə tanış etmişdir.
1991-ci il 4 və 10 avqust tarixlərində S.Babayan öz ifadəsində bildirmişdir
ki, 1989-cu il oktyabr ayının ortalarında R.Köçəryanın tabeliyində olan Muradikin
tapşırığı ilə Qaqo, Abo, A.Abramyan, A.Baqramyanla birlikdə Xankəndinin
kənarındakı “Ağa körpüsü”nü partlatmışlar. O, A.Baqramyanın tapşırığı ilə
partlayıcı qurğunun onun tərəfindən hazırlandığını bildirmiş və sxemini çəkmişdir.
Partlayıcı qurğuya bir amunal, üç kapsul, qaytan, bir ədəd mexaniki saat və üç
enerji qidalandırıcısı daxil edilmişdir. Eyni zamanda o, dəstə üzvlərinin körpüyə
yaxınlaşdıqları sxemi də ətraflı çəkmişdir
Körpünü nə məqsədlə partlatmısınız? sualına cavab olaraq S.Babayan
azərbaycanlıların iri və xırda buynuzlu mal-qarasını, tikinti və ərzaq məhsullarını
Laçın və Şuşaya aparılmasının qarşısını almaq məqsədilə bu aksiyanı həyata
keçirdiklərini bildirmişdir. Lakin o, 1991-ci il oktyabrın 25-də verdiyi ifadəni inkar
etmişdir.
S.Babayanın verdiyi məlumata görə:
-
M.Petrosyanda olan pulları hərbçilərdən döyüş sursatları və geyim
əşyalarını Xankəndi şəhər sakini, təxminən 40 yaşında, boyu 172-173 sm olan
Lyova adlı şəxs almışdır. S.Babayan ilk dəfə 1990-cı ilin avqust ayında avtomat
silahı üçün 5, 45 və 7, 62 çaplı 10 minə yaxın güllələri və hərbi geyim əşyalarını
Lyovadan aldığını bildirmişdir.
-
1991-ci ilin iyun ayında o, Petrosyan Muradikdən 20 min pul almışdır.
M.Petrosyan S.Babayana demişdir ki, quldurlara vermək üçün hər ay Yerevandan
Sarkisyan Vazgen adlı şəxs 20 min rubl göndərəcəkdir.
-
1990-cı ilin aprel ayında M.Petrosyanın göstərişi ilə Xocavənd
rayonunun Mısmına kəndinə getmiş və orada 7 ədəd avtomat silahı, 7,62 çaplı
güllə olan iki ədəd dəmir qutunu və 10 ədəd 12 kalibrli ov tüfəngini kənd sakini
Alik adlı quldura vermişdir.
55
-
M.Petrosyanın tapşırığı ilə o, yığılan pulları, silah və döyüş
sursatlarını saxlamış və erməni silahlı dəstələrinə paylamışdır.
-
1991-ci ilin yazında Cəmilli kəndində Alikin quldur dəstəsinin üzvü
Xankəndidə qəbiristanlığın yanında yaşayan David adlı erməni Kərkicahandan
olan iki azərbaycanlı polis əməkdaşını qətlə yetirmişdir. Bundan sonra David
həmin əməkdaşların avtomat silahlarını götürmüşdür.
-
1991-ci ildə Polyaniçko Vilayət Komitəsində müşavirə keçirərkən
Arkadik adlı quldurun rəhbərliyi altında fəaliyyət göstərən “Avqanes” ləqəbli Aqo
adlı erməni qumbaraatan silahla binaya atəş açmışdır.
-
S.Babayan bildirmişdir ki, 1991-ci il iyun ayının sonlarında Xocavənd
rayonunun Qaradağlı kəndi raketlə atəşə tutulmuşdur. Xankəndi istehsalat
kombinatında ştamplayıcı işləyən və Arminavan qəsəbəsində yaşayan Sarkisyan
(və ya Saakyan) Saşik adlı quldur ona demişdi ki, Xocavənd rayonundan olan
Volodya ilə birlikdə “KamAZ” markalı maşının yük daşıyan hissəsinə bərkidilmiş
“Alazan” sistemi ilə Qaradağlı kəndinə 20 raket atmışdır.
-
Qeyd: Milli Təhlükəsizlik Nazirliyində olan materialların təhlili zamanı
əldə olunmuş məlumata görə, S.Babayan 1993-1995-ci illlər ərzində qondarma
“Dağlıq Qarabağ Respublikası”nın müdafiə naziri vəzifəsində işləmiş, rütbəsi
general-leytenant olmuşdur. Onu Xankəndindən Xocalıya gedən dairəvi yolun 500
metrliyində yerləşən villası vardır.
S.Babayanın məlumatına görə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin
ərazisində 8 erməni quldur dəstəsi fəaliyyət göstərir.
Birinci qrupa - Yurik Cahangiryan adlı Xankəndi şəhər sakini rəhbərlik
edir. Onun təxminən 50 yaşı olar, boyu 168-170 sm-dir. Nazik bığ saxlayır. O,
Yerevandan aldığı bir milyondan çox rubl sayəsində Xocalı şəhərinin yaxınlığında
strateji əhəmiyyətli Osipavan kəndini tikdirməyə başlamışdır. O, həmin kənddə
silah və döyüş sursatı, o cümlədən “Alazan” raket sistemi saxlayır. Həmin qrupa
Cahangiryanın oğlu Karen də daxildir. Onun boyu 176 sm, sifəti yumrudur. Qrupa
eyni zamanda Xankəndi şəhərinin Zavod küçəsində yaşayan, boyu 177-178 sm,
təxminən 42-43 yaşlı Qraçik adlı erməni də daxil olmuşdur. Həmin qrupun vəzifəsi
insanların qətlə yetirilməsi ilə nəticələnən terror aktlarını həyata keçirməkdir.
İkinci qrupa - Qaqo (rəhbər), Aşot və Slavik daxildirlər. Qaqo Xankəndi
mebel fabrikində işləyir, Xankəndi şəhər 1 nömrəli uşaq bağçasının və bazarın
yanındakı ikimərtəbəli evdə yaşayır. 29 yaşı var. Boyu 172 sm-dir. Saçları düzdür
və soldan sağa darayır, sifəti yumrudur. Orta, düz burnu və sarı qalın bığı var.
Onun yaşıl rəngli “Niva” marklı, X 67-81 AQ dövlət nömrə nişanlı şəxsi maşını
var. Azərbaycan Respublikası DİN DYP-nin kartotekasından alınmış məlumata
görə həmin maşın Xankəndi şəhər Ekimyan küçəsi 11 saylı evdə, mənzil 50-də
yaşayan Yeqizaryan Yuliya Berjikovnanın adınadır. O, M.Petrosyanın yaxın
dostudu.
56
S.Babayanın verdiyi məlumata görə, 1989-cu ilin sonu 1990-cı ilin
əvvəllərində Qaqo, Aşot və Slavik Şuşada yanacaq doldurma məntəqəsini
partlatmışlar. Bu barədə Qaqo özü ona danışmışdır.
S.Babayan ifadəsində bildirmişdir ki, 1990-cı il 30 noyabr tarixində
Qaqonun qrupu Ağa körpüsünün yaxınlığında Zərinbağ adlanan ərazidə Şuşadan
gələndə birinci döngədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi
Təyinatlı Polis Dəstəsinin (XTPD) hərəkət etdikləri avtobusu partlatmağa cəhd
göstərmiş, sonra isə avtobusa silahlı basqın etmişlər. Belə ki, S.Babayanın
ifadəsinə görə, XTPD-nin əməkdaşları Xocalı Hava Limanını mühafizə etdikləri
üçün Qaqonun qrupu M.Petrosyanın tapşırığı ilə onları oradan uzaqlaşdırmaq
məqsədilə təxribat aksiyaları keçirmişlər. Eyni zamanda Qaqonun rəhbərlik etdiyi
qrup 1991-ci ilin aprel ayında Xocavənd rayonundakı “Amarasi” kilsəsinin
yaxınlığında “UAZ” markalı maşında olan Azərbaycan Respublikası DİN-nin
XTPD-nin əməkdaşlarına silahlı basqın etmişdir. Bundan əlavə Qaqonun qrupu
1990-cı ildə Əsgəran rayonunda şose yolunu partaltmışdır”.
A.Abramyan öz ifadəsində bildirmişdir ki, 1991-ci ilin əvvəlləri idi.
M.Petrosyanla Xankəndi bazarının yanında dayanarkən Qaqo ilə Aşot yaşıl rəngli
X67-81AQ dövlət nömrə nışanlı “Niva” markalı maşınla onların yanında
dayanmışlar. Qaqo Muradikə demişdir ki, onlar borunu partlatdılar, lakin XTPD-
nın əməkdaşları olan avtobus oradan keçmədi. Onların söhbətindən məlum
olmuşdur ki, Qaqo və onunla birlikdə olan dəstə Xankəndi və Şuşa arasında olan
şose yolunun altından keçən böyük diametrli borunu partlatmışlar. Həmin boru
Ağa körpüsündən bir az yuxarıda, Zərinbağ adlanan əraziyə çatmamış Füzuli və
Qırmızı bazara gedən yolun ayrıcından keçir.
Aşot - Xankəndi mebel fabrikində işləyir. “Mayak” dükanı ilə üzbəüz
yaşayır. Boyu 172-173 sm-dir və orta bədən quruluşuna malikdir. Saçları və
gözləri qaradır, dodaqları nazikdir.
Slavik Ermənistanın Qafan rayonunda yaşayır. Xankəndində isə Qaqonun
və Aşotun evində qalıb. Boyu 170 sm, saçları qara və düzdür. Qalın qara bığları
var, gözləri orta qaradır, sifəti uzunsovdur.
Həmin qrupda Qaqo adlı bir quldur da vardır. O, Ermənistan vətəndaşıdır.
Boyu 168 sm, saçları və gözləri qara, orta qara bığ saxlayır, təxminən 35-37 yaşı
olar.
Qrupun vəzifəsinə əsasən körpülərin, evlərin və yolların partladılması
daxildir.
Üçüncü qrupa - Abo adlı quldur daxildir. O, Xankəndində təcili yardım
xəstəxanasının yaxınlığında yaşayır, ət kombinatında işləyir. Yaşı təxminən 34-35
olar. Boyu 178 sm, saçları düz qara, gözləri qara, dodaqları ortadır. Qrupun digər
üzvlərini tanımadığını bildirmişdir. Qrupun vəzifəsi Əsgəran rayon Primıke
kəndinin mühafizəsini həyata keçirməkdir. Həmin kənddə olan fermada inəklər
saxlanılır.
57
Dördüncü qrupa - Arminavan kənd sakinləri Samvel və Saşik, Karintaq
kəndindən isə Vaqo adlı quldur daxildir. Samvel Ermənistandandır, lakin Daşuşen
kəndində yaşamış və limonad sexinin rəhbəri olmuşdur. Boyu 168-170 sm-dir. İri
bədən qurluşuna malikdir, saçları qaradır, qara nazik bığ saxlayır, gözləri qaradır.
Təxminən 43 yaşı olar.
Saşik Arminavan qəsəbəsində yaşayır. Metal zavodunun ştamplayıcı
işləyir. Boyu 172-173 sm, saçları, gözləri qaradır, sıx qara bığ və saqqal saxlayır,
sifəti uzunsovdur. Vaqo Daşaltı kəndində yaşayır, ermənilər bu kəndi Karentaq
adlandırır.
Beşinci qrupa - Kərkicahan sakini Alik adlı quldur daxildir. Boyu 176 sm,
yaşı təxminən 35-36-dır, saçları və gözləri qaradır, düz burnu, iri alnı var.
Altıncı qrupa: Xankəndidəki təcili yardım məntəqəsinin yaxınlığında
yaşayan Akop adlı quldur daxildir. Boyu 172-173 sm, yaşı 28-29-dur. Saçları və
gözləri qaradır. Sifəti nazikdir. Dodaqları iridir. Daima qalstuk taxır və əlində
qovluq olur. Onun qrupuna əsasən tələbələr daxildirlər.
Yeddinci qrupa - Arkadik və Karen adlı quldurlar daxildir. Arkadik
komsomol komitəsinin keçmiş əməkdaşıdır, hazırda Xankəndidə Pedoqoji
İnstitutun yaxınlığında yaşayır. Boyu 176-177 sm, yaşı 32-33-dür, dodağı ortadır,
saçları, gözləri qaradır, qara orta bığ saxlayır, sifəti yumrudur. Karen barədə heç
bir məlumat yoxdur.
Səkkizinci qrupa - Ballıca kəndindən Qarnik adlı quldur daxildir. Yaşı 33-
34, boyu 170 sm, saçları düz, qara, orta həcmli buruna malikdir. Qara gözləri var,
qalın bığ və saqqal saxlayır. Onun qrupuna əsasən Ballıcadan 10 nəfər erməni
qulduru daxildir.
Doqquzuncu qrupa - Xankəndi şəhər 10 saylı orta məktəbin yaxınlığında
100 mənzilli evdə yaşayan Qaqo adlı quldur daxildir. Onun boyu 173 sm, yaşı 38-
dir. Arıq bədən quruluşuna malikdir, saçları və gözləri qaradır. Onun daxil olduğu
qrup əsasən Muradik Petrosyanın tapşırıqlarını icra edir.
Onuncu qrup - Xankəndi şəhər sakini A.Baqramyan və onun qardaşı
Samvelin rəhbərliyi ilə fəaliyyət göstərir.
Müstəntiqin sualına cavab olaraq Babayan bildirmişdir ki, qardaşı
Babayan Karen kooperativdə işləyən və Xankəndi şəhəri Xanlar küçəsində
yaşayan Rafiklə birlikdə Teryan küçəsində yaşayan Ovik, Nizami küçəsində
yaşayan Oqasyan Qarnik, Engels küçəsində yaşayan Aşot, əvvəllər milisdə
mühafizəçi işləmiş və Engels küçəsində yaşayan Sasunla görüşmüşdür.
Sonra Abramyan və Rafik onlara yaxınlaşmış və bildirmişdir ki,
Petrosyanın göstərişinə əsasən Çartar kəndində gedən döyüşdə güllələri qurtarmış
ermənilərə kömək etmək məqsədilə kəndə getmək lazımdır. Onlar Çartar kəndinə
çatmamış Mısmına kəndinə dönmüşlər. S.Babayan kənddəki mənzilində 7,62 çaplı
avtomat güllələri olan iki dəmir qutunu, 7 ədəd avtomat və 10 ədəd ov tüfəngini
götürüb Çartar kəndinə yola düşmüşlər. Kəndə çatdıqdan sonra atışmanın
58
olmadığını görüb geri qayıtmışlar. Bir neçə gündən sonra Kərkicahandan olan Alik
adlı quldur onda olan patron və avtomatları götürmək üçün M.Petrosyanın yazdığı
kağızı ona gətirmişdir. Alik bildirmişdir ki, onlar beş qrupdan ibarət olmaqla
silahlarla Hadrut rayonuna gedirlər.
Təxminən 1991-ci il mart ayının 20-də Xankəndi şəhəri, Engels küçəsində
yaşayan Karen kooperativdə çörəkbişirmə sexində işləyən Aşotla birlikdə
M.Petrosyanın göstərişinə əsasən təyyarə ilə Yerevana getmişlər,
Yerevan şəhərində mehmanxanada onlar Akop Baqramyan, onun qardaşı
Samvel və A.Abramyanla rastlaşmışlar. Akop ona demişdir ki, Xankəndinin
keçmiş komendantı general Safonovu öldürmək üçün Rostov şəhərinə gedir. Bu
məqsədlə Akopda iki ədəd sandıqçası 20 ədəd güllə tutan, 50-60 sm uzunluğunda
Çexoslovakiya istehsalı “Skorpion” markalı avtomat silahları olmuşdur. Sonradan
məlum olmuşdur ki, həmin quldurlar Rostovda Sofonovun əvəzinə səhvən keçmiş
SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Zaqafqaziya və Şimali Qafqaz
üzrə İdarəsinin rəis müavini polkovnik Bloxotini öz evinin qarşısında qətlə
yetirmişlər.
1989-cu il 7 oktyabr tarixində Ağdam-Şuşa şose yolundakı “Xəlfəliçay”
üzərində Ağa körpüsünün partladılmasında iştirakı barədə məlumatlar alınması,
(Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61 və 67-ci maddələri ilə
müqəssir bilinərək) 30 sentyabr 1991-ci il tarixdə Bloxotini qətlə yetirməsi ilə
əlaqədar keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Rostov vilayəti üzrə
istintaq idarəsinin təcridxanasında saxlanılan Baqramyan Akop Qavruşayeviçin
Bakı şəhərinə etap olunması barədə Baş Prokuror tərəfindən qərar imzalanmış,
lakin onun etap olunmasına razılıq verilməmişdir. 4 noyabr 1991-ci il tarixdə onun
qardaşı - 11.02.1967-ci il tarixdə Xankəndi şəhərində anadan olmuş, milliyyətcə
erməni, Xankəndi şəhər Kirov küçəsi, ev 33, mənzil 15-də yaşayan Baqramyan
Samvel Qavruşeviç Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır
Cinayətlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilmişdir. Cinayət işinin
təhlili zamanı məlum olmuşdur ki, 15.09.1965-ci il tarixdə Hadrut rayonunun
Xasabert kəndində anadan olmuş, milliyyətcə erməni, Xasabert kənd dükanında
işləyən Piliyan Vaqan Mixayloviç 5 avqust 1991-ci il tarixdə şahid qismində
dindirilmişdir. Dindirilmə zamanı V.Piliyan istintaqa aşağıdakı məlumatları
vermişdir:
- S.Babayanla keçmiş sovet ordusunun Almaniya Demokratik
Respublikasında dislokasiya olunmuş hərbi hissələrindən birində xidmət edərkən
tanış olmuşdur. 1991-ci il iyulun 1-də V.Piliyan anasını kəndə aparmaq məqsədilə
Xankəndidə olarkən dostu S.Babayanla görüşmüşdür. Söhbət zamanı S.Babayan
ona bildirmişdir ki, o, Xankəndi ştamplayıcı zavodunda əl qumbaraları hazırlayır
və dostları ilə birlikdə onlardan azərbaycanlıları qətlə yetirmək üçün istifadə
edirlər. S.Babayanın sözlərinə görə, 1989-cu ilin oktyabr ayında Xankəndinin
59
kənarından keçən Ağdam-Şuşa şose yolundakı Ağa körpüsünü həmin zavodda
düzəldilmiş qumbara ilə partlatmışlar.
Sonra V.Piliyanın verdiyi məlumata görə, S.Babayanla bir dəstədə olan
Erik Abramyan adlı erməni iki ov tüfəngi və 15-20 ədəd qumbaranı onların
yaşadığı kəndə gətirərək kənd sakini Lalayan Xaçikə vermişdir.
V.Piliyan eyni zamanda bildirmişdir ki, quldur kimi tanınan Hadrut
rayonun Xasabert kənd səkinləri Erik Abramyan və onun qardaşı Emil adlı erməni
azərbaycanlıların qətlə yetirilməsində fəal iştirak etmişlər.
29.01.1960-cı ildə Beyləqan rayonun Təzəkənd kəndində anadan olmuş
Zaxaryan Serob Artaşoviçin verdiyi məlumata görə, 1990-cı ilin iyun ayında
S.Babayan tanışı Rafik Arzumanyanla birlikdə minik maşınında gətirdiyi 30 güllə
ilə birlikdə avtomat və TOZ-8 markalı silahları “Axtanq” kooperativinin
mühafizəsini həyata keçirmiş qardaşı Karen Babayana vermişdir. Həmin vaxt o,
S.Zaxaryan da K.Babayanla birlikdə olmuşdur.
Bakı şəhər Prokurorluğunun şöbə prokuroru Şükür Rzayev Şuşa şəhərində
VƏİQ-nin üzvü kimi fəaliyyət göstərən zaman erməni quldurları tərəfindən girov
götürülmüşdür. 1991-ci il noyabrın 29-da Azərbaycan Respublikası Baş
Prokurorunun müavinin qərarı ilə S.Babayan və digər erməni cinayətkarları
Azərbaycan Respublikasının ərazisini tərk etməmək haqqında iltizam alaraq
Ş.Rzayevlə dəyişdirilmişlər.
Cinayət işinin istintaqı zamanı S.Babayanın 1990-cı ilin mart ayından
1991-ci ilin iyul ayınadək M.Petrosyanın təşkil etdiyi erməni quldur dəstəsinin
tərkibində fəaliyyət göstərərək odlu silahların, döyüş sursatlarının, hərbi geyim və
digər ləvazimatların, pul vəsaitlərinin alınması, dəstə üzvləri arasında paylanılması
ilə məşğul olması, eləcə də erməni quldurlarının keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayəti ərazisində törətdikləri dövləti cinayətləri, Xələfəliçay üzərindəki
körpünün partladılması faktını gizlədərək hüquq-mühafizə orqanlarına məlumat
verməməsi tam sübuta yetirilmişdir.
Göstərilənlərlə əlaqədar, 1992-ci il yanvar ayının 9-da S.Babayanın
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70 və 82-ci maddələri ilə müqəssir
bilinərək həbs edilməsi barədə qərar qəbul edilimişdir. Onun yaşayış yeri
müəyyənləşdirilmədiyi üçün barəsində axtarış elan edilmişdir.
Ağır fəsadalarla müşaiyət olunmuş Xəlfəliçay üzərindəki körpünün
partladılması, millətlərarası ədavətin qızışdırılması, bu kimi digər dövləti
cinayətlərlə əlaqədar A.A.Abramyan, A.V.Xaçaturyan, A.Q.Baqramyan adlı
şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61 və 67-ci maddələri
ilə müqəssir bilinərək, 1992-ci il 16yanvar tarixində barələrində həbs qəti imkan
tədbiri seçilmişdir. Həmin şəxslərin yaşadıqları yer müəyyənləşdirilmədiyi üçün
barələrində axtarış elan edilmişdir.
1992-ci il 31 yanvar tarixində Rusiyanın Rostov vilayəti üzrə
Təhlükəsizlik İdarəsinin İstintaq şöbəsi rəhbərliyinin qərarı ilə general-mayor
60
V.N.Safonova
qarşı
terror
aktının
hazırlanmasına
dair
materiallar,
A.A.Abramyanın,
S.A.Babayanın,
M.A.Petrosyanın,
R.S.Köçəryanın,
V.L.Petrosyanın və A.A.Aleksanyanın cinayət əməlləri barəsində sübutlar
baxılmaq üçün Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq
Şöbəsinə göndərilmişdir.
S.Babayan, A.Xaçaturyan, A.Baqramyan, M.Petrosyan, “Qaqo” ləqəbli
Q.Qasparyan, Abo və Slavik adlı ermənilərin cinayət əməllərinin istintaq
tərəfindən tam sübuta yetirilməsinə baxmayaraq, keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayətinin ərazisində silahlı qarşıdurmanın mövcudluğu, müvafiq regionda
fəaliyyət
göstərən icra strukturlarının və hüquq-mühafizə orqanlarının
Azərbaycanın rəhbərliyinə tabe olmamaları ilə əlaqədar sadalanan şəxslərin
yaşayış ünvanları müəyyənləşdirmək mümkün olmamışdır.
Azərbaycan Respublikasının Qarabağ bölgəsinə daxil olan rayonlarda
erməni cinayətkarlarının dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərdən
bəzi məqamlar:
Dostları ilə paylaş: |