1993.06.28.
Erməni quldur dəstələri Azərbaycan Respublikasının Ağdərə şəhərini zəbt
etmişlər. Dinc sakinlər arasında xeyli sayda ölən və yaralanan var.
1
ARMTN Arxivi, jurnal №19 səh-42
2
ARMTN Arxivi, jurnal №19 səh-58
3
ARMTN Arxivi, jurnal № 30 səh-90
4
ARMTN Arxivi, jurnal № 30, cild № 2 səh-4
70
Beyləqan
1993.12.16.
Ermənilər Beyləqan şəhərinə “Qrad” qurğularından 40 mərmi atmışlar.
Şəhərdə ciddi dağıntılar var, 7 nəfər həlak olmuş, 8 nəfər isə yaralanmışdır.
Ağcabədi
1994.04.13.
Ağcabədi rayonunun Hindarxı kəndi ermənilər tərəfindən artilleriya
atəşinə tutulmuş, nəticədə bir nəfər mülki şəxs həlak olmuşdur
1
.
II Fəsil: Azəbaycanın həmsərhəd rayonlarında erməni
işğalçılarının törətdikləri cinayətlər
Dövlətlər arasında baş verən müharibələrdə adətən hərbi əməliyyatların
daha fəal surətdə cərəyan etdiyi və müvafiq olaraq da bu müharibələr nəticəsində
ən çox maddi və insani itkiyə məruz qalan ərazilər həmsərhəd bölgələr olur. Bu
mənada Ermənistan dövləti tərəfindən Azərbaycan Respublikasına qarşı elan
olunmamış müharibənin ağırlığını ilkin olaraq məhz Azərbaycanın həmsərhəd
rayonlarının hiss etməsi təsadüfi deyildir. Belə ki, Ermənistan tərəfindən
dövlətimizə qarşı aparılan işğalçı müharibənin aktiv fazasının 1992-1993-cü illərə
təsadüf etməsinə baxmayaraq, həmsərhəd rayonlarımız artıq 1988-ci ildən bu
təcavüzü və onun fəsadlarını müxtəlif formalarda hiss etməyə başlamışdılar.
Azərbaycan Respublikasının Ermənistanla həmsərhəd rayonlarında erməni
yaraqlıları tərəfindən törədilən cinayətlərin ümumi cəhətlərindən biri də ilkin
mərhələdə onun quldurluq və soyğunçuluq xarakterinə malik olmasındadır. İlkin
mərhələdə məhz quldurluq, soyğunçuluq kimi vasitələrə üstünlük verilməsində
əsas məqsəd bir tərəfdən bu növ cinayətlərin sərhəd bölgələrində məskunlaşmış
azərbaycanlılar arasında qorxu, inamsızlıq, təşviş əhval-ruhiyyəsinin bərqərar
olunması idisə, digər tərəfdən irimiqyaslı hərbi əməliyyatlarla müqayisədə daha az
xərc tələb etməsi və yerli erməni əhalisinin məhdud imkanları hesabına
reallaşmasının mümkünlüyündə idi. Bu müstəvidə, qeyd olunması zəruri
əhəmiyyət kəsb edən məqam ondan ibarətdir ki, müvaviq cinayət aksiyaları
həcmcə nisbətən kiçik miqyaslı kimi səciyyələndirilsə də, xarakteri və məzmununa
görə ümumilikdə erməni cinayətkarlığına xas olan başlıca xüsusiyyətləri özündə
əks etdirir.
Ermənistanın Azərbaycana 1988-ci ildən başlayan təcavüzü Azərbaycanın
həmsərhəd rayonlarında çoxsaylı insan qırğınlarına rəvac vermiş, kütləvi dağıntılar
törətmişdir. Ermənistanın bu mərhələdəki işğalçılıq niyyətinin əsas məqsədlərindən
biri Dağlıq Qarabağı Ermənistanla quru yolla birləşdirmək üçün Azərbaycan
ərazisindən dəhliz açmaq olmuşdur. Bu məqsədə nail olmaq üçün Ermənistanın
1
ARMTN Arxivi, jurnal №19 səh-41
71
Vardenis rayonundan Kəlbəcərə, Gorus rayonundan Laçına, Qafan istiqamətindən
Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarına mütəmadi hücumlar təşkil olunmuşdur.
Azərbaycan ordusunu bir neçə cəbhədə eyni vaxtda vuruşmağa vadar etmək və
əhali arasında vahimə yaratmaq niyyəti ilə erməni qəsbkarları Ermənistanın Tauş,
Noyemberyan, İcevan rayonlarından Azərbaycanın qərb rayonlarına və Naxçıvanla
həmsərhəd rayonlardan bu ərazilərə hücumlar etmişlər. Aşağıdakı məlumatlar
Ermənistanın işğalçılıq niyyəti ilə həyata keçirdiyi hücumlar nəticəsində törədilmiş
qanlı cinayətlərin, erməni vəhşiliklərinin ümumi xronikasını əks etdirir.
Erməni cinayətkarlarının 1992-1994-cü illərdə müharbənin aktiv
fazasının gedişində Ermənistan Respublikası ilə həmsərhəd rayonlarımızın
ərazisində yaşayan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi cinayətlərdən bəzi
məqamlar:
Laçın
1992.05.11.
Ermənilər tərəfindən hücumların intensivləşdirilməsi nəticəsində çoxlu
sayda insan itkisi və dağıntılar mövcuddur. 30 nəfər həlak olmuş və 40 yaralanmış
şəxs Laçın şəhərinə gətirilmişdir. Öz növbəsində 08.09.05.1992-ci il tarixlərində
Laçın şəhərinin intensiv şəkildə atəşə tutulması nəticəsində 20-yə qədər ev
dağıdılmış, 127 nəfər isə qətlə yetirilmişdir. Laçın şəhərinin növbəti dəfə
11.05.1992-ci il tarixində atəşə tutulması 14 nəfər həmyerlimizin həlak olması ilə
nəticələnmişdir
1
.
1992.05.18.
Erməni yaraqlıları Laçın rayonunu işğal etmişlər. Dinc əhali arasında
xeyli sayda ölən və yaralananlar vardır. Rayonun altmış mindən çox sakini öz
yaşayış yerlərindən didərgin salınmışlar.
Kəlbəcər
1992.04.08.
Rayonun Ağdaban kəndi erməni yaraqlıları tərəfindən tamamilə işğal
olunmuşdur. Kənddəki bütün evlər yandırılmış, uşaq və qadınlar əsir götürülmüş,
yerdə qalan sakinlər isə qətlə yetirilmişdir.
2
1992.10.16.
Ağdərə rayonunun Həsənirs kəndində itkin düşmüş Kəlbəcər rayon sakini
1939-cu
il
təvəllüdlü
Ələsgərov
Vaqif
Süleyman
oğlunun
yeri
müəyyənləşdirilmişdir. O, Ermənistan Respublikasının Vardenis şəhərində girov
qismində saxlanılır.
3
1992.10.22.
1
ARMTN Arxivi, jurnal №30 səh-82-84
2
ARMTN Arxivi, jurnal № 5 səh-63
3
ARMTN Arxivi, jurnal №7 səh-74
72
Tərtər - Kəlbəcər yolunda hərəkət edən maşın karvanı hücuma məruz
qalmış və nəticədə 6-ya qədər maşın məhv edilmişdir. Kəlbəcər DİŞ-nin müstəntiqi
də ölənlər arasındadır.
1993.27.01.
Tərtər-Kəlbəcər istiqamətində hərəkət edən QAZ-69 markalı maşının
atəşə tutulması nəticəsində 3 nəfər həlak olmuşdur.
1993.04.03
Azərbaycan Respublikasının Kəlbəcər rayonu erməni yaraqlıları
tərəfindən işğal edilmişdir. Nəticədə altmış minə qədər insan öz yaşayış
yerlərindən didərgin düşmüşdür. 511 nəfər qətlə yetirilmiş, 321 nəfər isə itkin
düşmüş və əsir götürülmüşdür.
Qubadlı
1992.07.01.
Rayonun mərkəzi Qafan rayonu istiqamətindən toplardan və digər iriçaplı
silahlardan atəşə tutulmuşdur. Nəticədə 2 ev dağıdılmış, 2 nəfər həlak olmuş, bir
neçə nəfər yaralanmışdır. Həmin gün Qubadlı şəhəri yenidən eyni istiqamətdən
atəşə tutulmuşdur. 3 nəfər həlak olmuş, 20 nəfər yaralanmış, 10 ev isə
dağıdılmışdır.
1992.08.08.
Rayon mərkəzinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində 1
körpə uşaq və 19 yaşlı qız həlak olmuş, 6 nəfər isə yaralanmışdır.
1992.08.27.
İşğal olunmuş Laçın rayonu istiqamətindən Muradxanlı kəndinin atəşə
tutulması nəticəsində iki nəfər xəsarət alıb.
1992.09.26.
Saat 15.00 radələrində Qafan rayonu tərəfindən “Qrad” tipli mərmilərdən
açılan atəş nəticəsində Qubadlı rayonunun Tarovlu kəndində 2 ev yanmışdır.
1992.09.30.
Rayon məkəzinin “Qrad” tipli mərmilərdən atəşə tutulması nəticəsində 5
nəfər şəhər sakini yaralanmışdır.
1992.10.09.
Rayonun Muradxanlı kəndinə 3 mərminin düşməsi 3 evin dağılmasına
səbəb olmuşdur.
1
1992.10.11.
Rayonun Muradxanlı kəndinin “Qrad” və toplardan atəşə tutulması
nəticəsində 1 nəfər yaralanmışdır
2
.
1992.11.25.
1
ARMTN Arxivi, jurnal №4 səh-73
2
ARMTN Arxivi, jurnal №5 səh-51
73
Noğullu kəndi ətrafında atışma nəticəsində tərəfimizdən 2 nəfər həlak
olmuşdur.
1992.12.24.
Rayonun Göyyam kəndinin atəşə tutulması nəticəsində 3 ev dağıdılmış, 2
nəfər isə yaralanmışdır.
1993.07.23.
Səhər saatlarından başlayaraq rayonun mərkəzi və kəndləri toplardan,
müxtəlif artilleriya qurğularından atəşə tutulmağa başlamışdır. Dağıntılar var, taxıl
zəmiləri yandırılmışdır.
1993.08.18.
Ermənistan Respublikasının Qafan rayonu ərazisindən Qubadlı rayon
mərkəzi top və “Qrad” qurğularından şiddətli atəşə məruz qalmış, 1 nəfər
yaralanmış, 2 ev isə dağıdılmışdır.
1993.08.31.
Erməni hərbi qüvvələri Azərbaycan Respublikasının Qubadlı rayonunu
işğal etmişlər. Otuz mindən çox dinc sakin öz yaşayış məskənlərini məcburiyyət
qarşısında tərk etməli olmuşdur.
1993.09.01.
Rayonu işğal etmiş erməni quldurları soyğunçuluq və talançılıqla məşğul
olmuşlar.
Zəngilan
1992.04.25.
Qafan rayonu istiqamətindən Qazançı, Seyidlər, Ağkənd, Canbar,
Gilqışlaq, Kirveys, Dərəli, Sarıkənd, Kollu Qışlaq kəndlərinin atəşə tutulması
nəticəsində sadalanan yaşayış məntəqələrində dağıntılar olmuşdur.
1992.05.14.
Rayonun Mehri ilə həmsərhəd bölgələrində Vəcnəli kənd sakinləri - kənd
məktəbinin müəllimi və şagirdi əsir götürülmüşdür.
1992.05.20.
Milli Ordu qüvvələri üçün çörək daşıyan “UAZ” avtomobili atəşə
tutulmuş, 2 nəfər həlak olmuş, 2 nəfər yaralanmışdır. May ayının 23-də rayonun
Ağkənd yaşayış məntəqəsinin atəşə tutulması nəticəsində 4 nəfər həlak olmuşdur,
onlardan ikisi yerli sakin, 1 nəfər DİN xüsusi alayının, 1 nəfər isə Milli Ordunun
əsgəridir.
1992.07.17.
Rayonun Seyidlər, Şərikan kəndləri və Şayıflı qəsəbəsi atəşə tutulmuşdur.
Şayıflı qəsəbəsinin iki sakini qəlpə yarası almışdır.
1
1992.08.31.
1
ARMTN Arxivi, jurnal №4 səh-5
74
Avqustun 30-da rayonun Qazançı kəndinin ermənilər tərəfindən atəşə
tutulması nəticəsində rayonun hərbi komendantı və Milli Ordunun bir döyüşçüsü
yaralanmış, bir polis əməkdaşı şəhid olmuşdur.
1992.09.17.
Qafan və Mehri rayonu istiqamətindən Zəngilan rayonunun bütün
sərhədyanı kəndləri atəşə tutulmuşdur. 2 nəfər əsgərimiz həlak olmuş, beş nəfər isə
yaralanmışdır.
1992.09.29.
Rayonun Şərikan və Seyidlər kəndləri Qafan rayonu ərazisindən iriçaplı
pulemyotlar və toplardan atəşə tutulmuşdur. Şərikan kəndində dağıntılar vardır
1
.
1992.09.30.
Saat 17.30-da Qafan rayonu ərazisindən Kollu qışlaq kəndi atəşə
tutulmuşdur. Nəticədə həmin kəndin sakinlərindən bir qadın həlak olmuş, iki nəfər
ağır yaralanmışdır.
1992.10.01.
Zəngilan rayonunun Ermənistanla sərhəddə yerləşən Saralı Xəşdab
kəndinin 2 nəfər sakini və bir neçə baş mal-qara Qafan rayonunun Hərək və
Ağavurd kəndlərində olan döyüşçülər tərəfindən girov götürülmüşdür.
1992.10.03.
Rayonun Kollu Qışlaq, Rəzdərə, Seyidlər, Qazançı və Ağkənd kəndləri
Qafan rayonu ərazisindən atəşə tutulmuş, nəticədə bir neçə ev, yaşayış binası, kənd
məktəbi dağıdılmışdır.
1992.12.12.
Rayonun Pirveyisli, Qazançı, Dərəli, Günqışlaq kəndləri istiqamətlərində
döyüşlər davam edir. Rayon mərkəzi mütəmadi olaraq “Qrad” tipli qurğulardan
atəşə tutulur. Məlumatlara görə, 12 nəfər həlak olmuş, 40 nəfərə yaxın yaralanmış,
30 nəfərin taleyi isə məlum deyildir.
2
1992.12.26.
Ermənistanın Qafan rayonu istiqamətindən Kollu Qışlaq kəndinin avtomat
və pulemyotlardan atəşə tutulması nəticəsində 1 nəfər yaralanmışdır.
1993.01.17.
Kollu Qışlaq kəndinin atəşə tutulması nəticəsində 1 nəfər həlak olmuş, 3
nəfər yaralanmışdır.
1993.10.30.
Erməni silahlı birləşmələri Azərbaycan Respublikasının Zəngilan
rayonunu zəbt etmişlər. Nəticədə otuz mindən çox həmyerlimiz öz yaşayış
yerlərini tərk etməyə məcbur olmuşdur.
Qazax rayonu
1
ARMTN Arxivi, jurnal №5 səh-9
2
ARMTN Arxivi, jurnal № 7 səh-13
75
Ermənilərin Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda,
eləcə də Ermənistanla həmsərhəd rayonlarda azərbaycanlılara qarşı törətdikləri
cinayətlər, vandalizm aktları barəsində məlumatların toplanılması istiqamətində
keçirilən tədbirlərlə əlaqədar Azərbaycan Respublikası Baş Prokurorluğundan
daxil olmuş bir neçə cinayət işinin materialları, o cümlədən 1990-cı il martın 24-də
Qazax rayonunun Bağanis-Ayrım kəndində 7 nəfər azərbaycanlının vəhşicəsinə
qətlə yetirilməsi ilə əlaqədar Qazax rayon Prokurorluğu tərəfindən Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin 3-cü hissəsi və 70-ci maddəsi
ilə qaldırılmış 11709 saylı cinayət işi təhlil edilmişdir.
Cinayət işinin təhlili zamanı məlum olmuşdur ki, müxtəlif vaxtlarda bir-
birinə yaxın ərazilərdə eyni tipli odlu silahlarla, azərbaycanlılara qarşı erməni
quldur dəstələri tərəfindən buna oxşar qətl hadisələri törədildiyi üçün qaldırılmış
10 cinayət işinin istintaqının 11709 saylı iş çərçivəsində davam etdirilməsi qərara
alınmışdır.
Beşinci epizod:
İşin beşinci cildinin təhlili zamanı məlum olmuşdur ki, SSRİ Daxili İşlər
Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin baş əməliyyat müvəkkili milis
podpolkovniki A.M.Kuş 1990-cı il aprelin1-i tarixində Azərbaycan Respublikası
daxili işiər nazirinin müavini polkovnik R.X.Məmmədova raportla müraciət
etmişdir.
O, raportda göstərmişdir ki, 1990-cı il martın 24-də saat 14-00-da ona və
V.V.Qusarova daxil olmuş məlumata görə, Ermənistanın Bağanis kəndi ərazisində
dislokasiya olunmuş (Kirovakandakı 15-ci diviziya) 343 saylı alayın hərbçiləri 2
ədəd əldə düzəldilmiş minaatan döyüş sursatı və 30 ədəd mina olan 11 nəfər
ermənini saxlamışlar.
Raportda əlavə olaraq qeyd olunmuşdur ki, faktla əlaqədar toplanmış
(müəyyənedici və digər) materiallar 343 saylı alay üzrə xüsusi şöbənin
əməkdaşına, baş leytenant rütbəli zabitə (soyadını yadda saxlamamışdır)
verilmişdir. Sonra o, həmin zabitdən materialların istintaq qrupuna verilməsini
xahiş etmişdir.
Bir müddət sonra A.M.Kuş və Qusarov Bağanis kəndinə qayıdarkən
məlum olmuşdur ki, Noyemberyan RDİŞ-də saxlanılmış ermənilər azad edilmişdir.
Xüsusi şöbənin əməkdaşı isə ermənilərdən götürülmüş döyüş sursatlarını hərbi
hissənin zabitləri arasında paylamışdır.
Cinayət işində döyüş sursatının ballistik ekspertizasından əlavə digər,
xüsusən ermənilər barədə müəyyənedici məlumatlar aşkar edilmişdir.
Altıncı epizod:
İşin 5-ci cildinin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 16-
da “Tbilisi-Yerevan” sərnişin qatarı ilə Ermənistana keçərkən, sərhəddə erməni
quldurları sərnişinlərin şəxsiyyətini yoxlayarkən Bakı şəhər sakini, azəbaycanlı
Sarıyev Afət Cəlil oğlu saxlanılmışdır.
76
A.Cəlilov 1990-cı ilin mart ayının 16-dan aprel ayının 5-dək Ermənistan
Respublikasının
Alaverdi qəsəbəsi yaxınlığında yerləşmiş quldurların
qərargahında saxlanılmış, mütəmadi olaraq onlar tərəfindən döyülmüş və
işgəncələrə məruz qalmışdır.
1990-cı il aprel ayının 5-də A.Sarıyev Yerevan şəhərinə aparılmış və
orada “Erməni Ümumilli Hərəkatının” rəhbərləri ilə görüşmüşdür.
1990-cı il aprelin 13-də A.Sarıyev hərbçilərin köməyi ilə Bakı şəhərinə
gətirilmişdir. 1990-cı il aprelin 23-də göstərilənlərlə əlaqədar Azərbaycan
Respublikası CM-nin 130-cu maddəsinin 1-ci hissəsi ilə A.Sarıyev barəsində
18/35115 saylı cinayət işi başlanmışdır.
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Mərkəzi Ünvanlar
Bürosunun qeydiyyatları üzrə yoxlama nəticəsində məlum olmuşdur ki, A.Sarıyev
1947-ci ildə Bakı şəhərində anadan olmuş, milliyətcə azərbaycanlıdır, 1981-ci
ildən Səbayıl rayonu Şeyx Şamil küçəsi ev №3, mənzil 12 ünvanında
qeydiyyatdadır.
1990-cı il yanvarın 2-də Səbayıl Rayon Daxili İşlər İdarəsi tərəfindən
A.Sarıyevə XXIV-JQ seriyalı, 644789 №-li pasport verilmişdir.
Yeddinci epizod:
11709 saylı cinayət işinin 4-cü cildində, 11712 saylı cinayət işinin
başlanması haqqında, Azərbaycan Respublikası Prokurorluğunun İstintaq İdarəsi
rəisinin 1-ci müavini, kiçik ədliyyə müşaviri R.Ə.Əliyev tərəfindən 1990-cı il
martın 30-da tərtib edilmiş qərar müəyyən edilmişdir. Qərarda göstərilmişdir ki,
1990-cı il martın 29-da saat 20 radələrində SSRİ DİN-nin Qoşunlarının hərbi
əməliyyatlar qrupunun rəisi, podpolkovnik Naqirniy Vasiliy Vasilyeviç, SSRİ
DİN-nin Baş Cinayət Axtarış idarəsinin baş əməliyyat müvəkkili Qusarov Valeri
Viktoroviç, bölük komandiri, kapitan Kosteneviç Vladimir, SSRİ DİN-nin baş
əməliyyat müvəkkili, milis baş leytenantı Lixaçov Valeri və sürücü, 5455 nömrəli
hərbi hissənin yefreytor Veşkortsev Viktordan ibarət əməliyyat-istintaq qrupu
erməni quldurları tərəfindən odlu silahlarla atəşə tutulmuşlar.
Belə ki, göstərilən əməliyyat-istintaq qrupunun üzvləri həmin tarixdə,
regionda ictimai asayişin mühafizəsi üzrə xidməti vəzifələrini yerinə yetirdikdən
sonra, 02-45 QAZ dövlət nömrə nişanlı, “UAZ-469” markalı maşınla Qazax
şəhərinə gələrkən rayonun Məzəm və Abbasbəyli kəndlərinin arasında, Coğaz çayı
üzərindəki bəndin yaxınlığında, erməni quldurları onları qəsdən qətlə yetirmək
məqsədi ilə şose yoluna daşlar düzərək avtomaşını dayandırmağa çalışmışlar.
Lakin sürücü V.Veşkortsev avtomaşını sürətlə sürərək çətinliklə həmin
ərazini keçə bilmişdir. Bunu görən erməni quldurları avtomat və ov silahları ilə
maşını atəşə tutmuş və nəticədə maşının bir neçə hissəsində güllə yerləri açılmış,
lakin xəsarət alan olmamışdır.
Göstərilənlərlə əlaqədar, Azərbaycan Respublikası CM-nin 15, 94-cü
maddəsinin 3-cü və 4-cü bəndləri və 191-1-ci maddəsi ilə cinayət işi başlanmışdır.
77
İşdə 1990-cı il martın 30-da SSRİ DİN Daxili Qoşunlarının hərbi
əməliyyat qrupunun rəisi, podpolkovnik V.V.Naqirniy tərəfindən Azərbaycan
Respublikası Daxili İşlər nazirinin müavini polkovnik R.X.Məmmədova və SSRİ
Baş Cinayət-Axtarış idarəsinin baş əməliyyat müvəkkili milis podpolkovniki
V.V.Qusarovun idarənin rəisi polkovnik A.A.Pleşkova yazdığı raport müəyyən
edilmişdir. Həmin raportlarda göstərilmişdir ki, 1990-cı il martın 29-da üzərində
xüsusi fərqlənmə nişanı - “Milis” yazısı olan “UAZ-469” markalı maşınla
gedərkən Məzəm və Abbasbəyli kəndləri arasında əməliyyat-istintaq qrupunun
üzvləri naməlum şəxslər tərəfindən pusquya salınmış və odlu silahlardan atəşə
tutulmuşlar.
SSRİ Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının rəis müavini general-
mayor Kasalapovun qərarı ilə cinayətkarların axtarılması və tutulması məqsədi ilə
əməliyyat-istintaq qrupu 2 PDM-in müşayiəti ilə həmin əraziyə getmişlər.
Ermənistan ərazisində olan hadisə yerinin müayinəsi zamanı su anbarının yanında
əməliyyat-istintaq qrupu 12 nəfər silahlı erməniləri tutmuşlar. Həmin ermənilərdən
dörd nəfəri Ermənistan Respublikası Dilican şəhər milis şöbəsinin əməkdaşları
olmuşlar. Ermənilərdən 6 ədəd əldə düzəldilmiş əl qumbarası, 4 ədəd (D 20516, D
20262, D 20936) təklüləli ov tüfəngi, 18 ədəd 16 kalibr, 32 ədəd 12 kalibr, 2 ədəd
7,62 kalibr (karabin üçün), 1 ədəd AK-74 silahının 5,45 kalibrli güllələri, 2 ədəd
26 kalibrli siqnal raketinin güllələri aşkar edilərək götürülmüşdür.
Bir neçə dəqiqə sonra isə hadisə yerinə İcevan RDİŞ-nin rəisi gəlmiş və
razılıq əsasında saxlanılmış ermənilər ona təhvil verilmiş və onlardan götürülmüş
odlu silah, partlayıcı maddələr və digər döyüş sursatları Qazax RDİŞ-nə
gətirilmişdir.
İstintaqın gedişində 1947-ci il təvəllüdlü, Ukrayna Respublikası, İvanovo-
Frankovsk vilayəti, Tlumaç şəhər sakini, milliyyətcə ukraynalı, sərhəd qoşunları
məktəbini bitirmiş, Tbilisi şəhərindəki 3405 hərbi hissədə əməliyyat bölməsinin
rəisi vəzifəsində işləyən podpolkovnik Naqirnıy Vasiliy Vasilyeviç, 1947-ci il
təvəllüdlü, Moskva şəhər sakini, milliyyətcə rus, 1976-cı ildə SSRİ DİN-in ali
məktəbini bitirmiş, SSRİ DİN-nin Baş QAİ-nin baş əməliyyat müvəkkili
podpolkovnik Qusarov Valeriy Viktoroviç, 1963-ci il təvəllüdlü, Ukrayna
Respublikası Voroşilovqrad vilayəti, Krasnodon şəhər DİŞ-də baş əməliyyat
müvəkkili vəzifəsində işləyən Lixaçov Valeriy Anatoliyeviç, 1969-cu il təvəllüdlü,
Sverdiovsk vilayətinin Kamensk-Uralsk şəhər sakini, orta ixtisas təhsilli, Tbilisi
şəhərində dislokasiya olunmuş 5455 saylı hərbi hissənin sürücüsü, Beşkursev
Viktor Vladimiroviç, 1962-ci il təvəllüdlü, Belarusiya Respublikası Bobruysk
şəhər sakini, SSRİ DİN-nin ali siyasi məktəbini bitirmiş, Tbilisi şəhərində
dislokasiya olunmuş 3219 saylı hərbi hissənin xüsusi təyinatlı bölüyünün
(rotasının) komandiri, kapitan Kosteneviç Vladimir Nikolayeviç yuxarıda
göstərilən ifadələri vermişlər.
78
1990-cı il iyunun 10-u tarixində istintaq qrupunun rəhbəri S.A.Solopon
Ermənistan Respublikası İcevan RDİŞ-ni rəisinin ünvanına sorğu göndərmişdir. O,
həmin sorğuda göstərmişdir ki, silah və döyüş sursatları hərbçilər tərəfindən
saxlanılmış və sonradan İcevan RDİŞ-nin xahişinə əsasən sonuncuya təhvil
verilmiş 12 nəfər erməni barəsində tam müəyyənedici məlumatların Qazax rayon
Prokurorluğuna göndərilməsini xahiş etmişdir.
1990-cı iyunun 18-də Ermənistan Respublikası İcevan şəhər DİŞ-nin rəisi
milis podpolkovniki İ.S.Əmirxanyan istintaq qrupunun rəhbəri S.A.Soloponun
ünvanına göndərdiyi sorğuya cavabda aşağıdakıları göstərmişdir:
-1936-cı il təvəllüdlü Kazaryan Şamir Vasilyeviç, İcevan rayonu Qetaovit
kənd sakini, İcevan şəhər DİŞ-nin sahə müvəkkili;
-1967-ci il təvəllüdlü, Dilijan şəhər DİŞ-nin əməkdaşı, Dilijan şəhəri
Qaya küçəsi 84/28 ünvanda yaşayan Nazaryan Anatoli Abdulkərimoviç;
-Dilican şəhər DİŞ-in əməkdaşı, İcevan rayonu Açacur kənd sakini
Xaçaturyan Radik (atasının adı göstərilmir);
-Dilican şəhər DİŞ-in əməkdaşı, İcevan rayonu Handzəkar kənd sakini
Meliksetyan Aşot (atasının adı göstərilmir);
-İcevan rayonu Berkaber kənd sovetinin sədri, İcevan rayonu Sariqyux
kənd sakini Ellaryan Aram (atasının adı göstərilmir);
-1938-ci il təvəllüdlü, Berkaber sovxozunun direktoru, Berkaber kənd
sakini Muradyan Manvel Əzizoviç;
-1949-cu il təvəllüdlü, Berkaber sovxozunun baş aqronomu, Berkaber
kənd sakini Arutunyan Edik Jorayeviç;
-1956-cı il təvəllüdlü, Berkaber sovxozunun mühəndisi, Berkaber kənd
sakini Arzumanyan Paşik Norayroviç;
-1952-ci il təvəllüdlü, su anbarının hərbiləşdirilmiş mühafizə dəstəsinin
rəisi, Berkaber kənd sakini Arutunyan Qadik Jorayeviç;
-1967-ci il təvəllüdlü, HMD-nın atıcısı, Berkaber kənd sakini Yeşayan
Qarik Qarnikoviç;
-1966-cı il təvəllüdlü, HMD-nın atıcısı, Berkaber kənd sakini Dilbaryan
Areq Kolyayeviç;
İcevan RDİŞ-in rəisi sorğuya cavabda on ikinci erməni barəsində
məlumat verməmişdir.
İşin təhlili zamanı götürülmüş 4 ədəd ov tüfəngi; 7, 62; 5, 45; 16 və 32
kalibrli güllələr və əldə düzəldilmiş 6 ədəd qumbaranın ballistik ekspertizası
keçirilərək onlar barədə aşağıdakı rəy verilmişdir:
Ov tüfəngləri və əl qumbaraları döyüşə tam yararlıdır. Əl qumbaralarının
yoxlanışı zamanı qəlpələrin 100 metr radiusdan artıq məsafəyə hərəkət etdiyi
müəyyən edilmişdir.
Voskepar kəndi istiqamətindən hərəkət edən, kabinası yaşıl rəngli olan,
24-34 dövlət nömrə nişanlı “QAZ-66” markalı maşın qara pencəkli şəxsdən 30-40
79
metr aralı məsafədə dayanmışdır. N.Həsənov həmin maşının Voskepar kənd sakini
Armen adlı erməniyə məxsus olduğunu tanımışdır. Maşından Armenin qardaşı,
əlində odlu silah olan Aro adı ilə çağırılan Ararat adlı erməni düşmüş və qara
pencəkli şəxsə atəş açmışdır. Nəticədə həmin şəxs yerə yıxılmışdır.
Bundan sonra “QAZ-53” markalı maşının, adını bilmədiyi sürücüsü və
İlyas adlı erməni odlu silahla vurulmuş qara və boz pencəkli şəxsləri maşının
kuzasına tullayaraq ferma istiqamətinə getmişlər. N. Həsənov əlindəki durbinlə
200-300 metr məsafədə yerləşən hadisə yerinə baxdığı üçün İlyası və Ararat adlı
ermənini asanlıqla tanıya bilmişdir.
Müstəntiqin, siz Voskepar kənd sakinləri Araratı və ilyas adlı erməniləri
nə vaxtdan və haradan tanıyırsınız sualına? cavab olaraq N.Həsənov bildirmişdir
ki, qonşu kəndlərdə yaşadıqları üçün on ildən artıq müddətdir ki, onları tanıyır. O,
Araratın təxminən 23-25, İlyasın isə 47- 48 yaşı olduğunu qeyd etmişdir.
1990-cı il martın 3-də 1962-ci il təvəllüdlü, Qazax rayonu Aşağı Əskipara
kənd sakini Əsgərov Kəsəmən Məhəmmədəli oğlu şahidi dindirmə protokolunda
göstərmişdir: 1990-cı il martın 3-də o, kənd sakinləri Etibar Hüseynov, Nemət
Həsənov, Füzuli Qafarov və digər şəxslər kəndin kənarındakı mühafizə postunda
dayanarkən “QAZ-24” və “VAZ-2103” markalı maşınlar Aşağı Əskipara
istiqamətində hərəkət etmişlər. “Voskepar” sovxozuna məxsus fermaya təxminən
50-60 metr qalmış oradan 15-30 nəfər silahlı erməni quldurları onları odlu silahdan
atəşə tutmuşlar. “Volqa” maşını atəşdən sonra dərhal geri dönərək sürətlə hərəkət
etməyə başlamışdır. “Jiquli” maşını isə “Volqa” döndüyü yerdə dayanmış, onun
içərisindəki qara və boz pencəkli şəxslər düşərək K.Əsgərovun və digər kənd
sakinlərini dayandıqları posta tərəf qaçmağa başlamışlar. Həmin vaxt fermadan
təzə öz yükünü boşaldan “QAZ-53” markalı maşın sürətlə onların arxasınca
getmişdir. Maşının kuzasında olan İlyas avtomat silahı ilə atəş açaraq boz pencəkli
şəxsi qətlə yetirmişdir.
K.Əsgərovun verdiyi ifadəyə görə, onların dayandığı yerdən hadisənin
törədildiyi əraziyə təxminən 300-400 metr məsafə olardı. Buna görə o, və
N.Həsənov mülki geyimli şəxsi tanıya bildiklərini demişdir. İkinci, qara pencəkli
şəxs isə hadisə yerindən təxminən 20-40 metr məsafədə olmuşdur. Həmin anda
onun qarşısını “QAZ-66” maşınla kəsən və sürücü tərəfdən düşən, yaxşı tanıdığı
Voskepar kənd sakini, “erməni milli ordusu” adlanan quldur dəstəsinin hərbi
formasında olmuş Ararat odlu silahla ikinci şəxsi qətlə yetirmişdir. İkinci şəxs
qətlə yetirildikdən sonra təxminən 5-10 nəfər erməni qulduru “VAZ-2103”
markalı maşını itələyərək fermaya aparmışlar.
1935-ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Abdiyev Paşa
Məmmədkərim oğlu şahidi dindirmə protokolunda göstərmişdir ki, 1990-cı il
martın 24-də Bağanis-Ayrım kəndində ermənilər tərəfindən törədilmiş qəti
hadisələri ilə əlaqədar sakinlərə müəyyən kömək göstərmək məqsədilə həmin
tarixdə saat 12-13 radələrində qardaşına məxsus E 61-31 AQ markalı “QAZ-24”
80
markalı maşına kənd istiqamətində hərəkət etmişdir. Voskepar kənd fermasının
yaxınlığından keçərkən təxminən 50-60 metr məsafədə, yolda üzü ona tərəf
dayanmış göy rəngli “QAZ-53” markalı maşının arxasından hərbi formalı, odlu
silahlı 2-3 nəfər erməni qarşısına çıxaraq atəş açmışlar. Atəş nəticəsində maşın 3
yerdən deşilmiş və P. Abdiyev çətinliklə Aşağı Əskipara istiqamətində maşını
sürərək ermənilərin əlindən qurtara bilmişdir.
1960-cı il təvəllüdlü, Aşağı Əskipara kənd sakinləri Hüseynov Etibar
Qəmbər oğlu, 1962- ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini, Bakı şəhəri,
Kooperativ küçəsi 29 saylı ünvanda yaşayan Carçıyeva Mehriban Təyyar qızı,
1935-ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Saniyeva Nigar Sadıq qızı,
1925- ci il təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Saniyev Şəmsəddin Qasım
oğlu, 1956-ci il təvəllüdlü, Qazax rayonu Yuxarı Göyçəli kənd sakini, Qazax
Rayon Daxili İşlər şöbəsinin əməkdaşı Abbasov Şəmsi Fərzalı oğlu, 1955-ci ildə
Gədəbəy rayonunda anadan olmuş, Ağstafa şəhər sakini, Qazax Rayon Daxili İşlər
şöbəsinin sahə müvəkkili Sadıqov Elxan İsa oğlu, 1954-cü ildə Tovuz rayonunda
anadan olmuş, Ağstafa şəhər sakini, Qazax RDİŞ-nin sahə müvəkkili Əhmədov
Akif Qəzənfər oğlu, 1958-ci ildə Qazax rayonu Köçvəlli kəndində anadan olmuş,
Qazax rayon sakini, Rayon Daxili İşlər Şöbəsinin əməkdaşı Quliyev Tahir Qoca
oğlu, 1950-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, Qazax RDİŞ-də Dövlət
Avtomobil Müfəttişliyi bölməsinin rəisi Hüseynov Cəbrayıl Qurban oğlu, 1959-cu
ildə Tovuz rayonu Alagöl kəndində anadan olmuş, Qazax Rayon Daxili İşlər
Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyən İbrahimov Məhərrəm
Ənvər oğlu, 1953-cü il təvəllüdlü, Ağstafa polis bölməsinin sahə müvəkkili
Sadıqov Elxan İsa oğlu, 1954-cü ildə Tovuz rayonunda anadan olmuş, 1966- cı il
təvəllüdlü, Qazax rayonu Çaylı kənd sakini Əmrazov Qorxmaz Əziz oğlu da şahidi
dindirmə protokolunda yuxarıda göstərilən məqamları təsdiq etmişlər.
Şahid ifadələri əsasında 1990-cı il martın 28-də saat 11.20-dən 15.40
dəqiqəyədək Azərbaycan Respublikası Prokurorluğunun mühüm işlər üzrə
müstəntiqi R.Əliyev tərəfindən 17.02.1968-ci il tarixdə, Ermənistan Respublikası
Noyemberyan rayonu Voskepar kəndində anadan olmuş, milliyyətcə erməni,
üzərində AVL seriyalı, 363084 saylı sürücülük vəsiqəsi olan Gevorkyan Ararat
Lipartoviç şübhəli şəxs qismində dindirilmişdir.
A.Gevorkyan dindirmə zamanı müstəntiqin sualına əsasən özü və ailə
üzvləri barəsində danışaraq bildirmişdir ki, onlar 3 bacı və üç qardaşdırlar. 28-29
yaşlarında olan böyük qardaşı Armen “Voskepar” sovxozunda yaşıl rəngli, kuzası
lentlə bağlı “QAZ-66” markalı, 24-34 dövlət nömrə nişanlı maşını idarə edir.
Onlar atası Lipar, anası Sarıgül və böyük qardaşının ailəsi ilə birlikdə Voskepar
kəndində bir evdə yaşayırlar.
Müstəntiqin, Əsgərov Kəsəmən və Həsənov Nemət qətiyyətlə bildirirlər
ki, 1990-cı il martın 24-də siz avtomat silahı ilə azərbaycanlılardan birini qətlə
yetirmisiniz, bu barədə nə deyə bilərsiz sualına? cavab olaraq A.Gevorkyan həmin
81
tarixdə guya əlinə avtomat almadığını və Voskepar kəndində olduğunu
bildirmişdir. O, ümumiyyətlə həmkəndlilərindən həmin tarixdə əlində avtomat
silahı olanları görmədiyini demişdir. Bundan sonra müstəntiq, həmin tarixdə saat
15.45-dən 18.05-dək N.Həsənovla A. Qevorkyanı üzləşdirmişdir.
N.Həsənov, siz qarşınızda əyləşən vətəndaş Gevorkyanı tanıyırsınızmı
sualına? cavab olaraq bildirmişdir ki, o, A. Qevorkyanı Ermənistan Respublikası
Noyemberyan rayonu Voskepar kənd sakini kimi 10 ildən çox müddətdir ki
tanıyır. Belə ki, o uşaqlıqda A.Qevorkyanla birlikdə Çoxaz çayında dəfələrlə
çimmişlər. A.Qevorkyan isə onun çayda çimməsinə baxmayaraq N. Həsənovu
tanımadığını bildirmişdir.
N.Həsənov üzləşmə zamanı 1990-cı martın 24-də A.Qevorkyanın qardaşı
Armenin idarə etdiyi “QAZ-66” markalı maşınla hadisə yerinə gələrək
azərbaycanlılardan birini avtomat silahla qətlə yetirdiyini demişdir.
Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş bir neçə
cinayət işinin materialları, o cümlədən 1990-cı il martın 24-də erməni quldur
dəstələri
tərəfindən
Qazax rayonu Bağanis-Ayrım kəndində 7 nəfər
azərbaycanlının vəhşicəsinə qətlə yetirilməsi ilə əlaqədar Qazax rayon
Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci
maddəsinin 3-cü hissəsi və 70-ci maddəsi ilə qaldırılmış 11709 saylı cinayət işi
tərəfimizdən təhlil edilmişdir.
İşin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 24-də saat 7-8
radələrində Ermənistan ərazisindən odlu silahlarla təchiz olunmuş üç erməni
quldur dəstəsi Qazax rayonu Bağanis-Ayrım kəndinə müxtəlif istiqamətlərdən
qəflətən basqın edərək kənd sakinləri 1915-ci il təvəllüdlü Əsliyev Dədəkişi
Bayram oğlunu və onun ailə üzvləri - 1923-ci il təvəllüdlü Əsliyeva Pakizə Qulu
qızını, 1959-cu il təvəllüdlü Əsgərova Havaxanım Dədəş qızını, 1963-cü il
təvəllüdlü Adıgözəlova Alya Dədəş qızını, 1990-cı ilin fevral ayında anadan olmuş
Adıgözəlov Hafiz Ramiz oğlunu, onların həmkəndlisi, 1942-ci il təvəllüdlü
Məhərrəmov Alməmməd Gülməmməd oğlunu və xidməti vəzifəsini həyata keçirən
1965-ci il təvəllüdlü, polis əməkdaşı Məmmədov Məcid Oqtay oğlunu odlu
silahlarla qəsdən qətlə yetirmiş, Adıgözəlov Mülkədar İsrafil oğlunu və polis
əməkdaşı Əhmədov Zirəddin Musa oğlunu isə odlu silahlarla yaralamışlar.
Bundan əlavə erməni quldurları kənd sakinləri Adıgözəlov Bəxtiyar
Ələmdar oğlunun, Adıgözəlov Ədalət Səfər oğlunun, Məhərrəmov Səməd
Gülməmməd oğlu, Piriyeva Məleykə Seyid qızının, Qafarov Təşkilat Mahmud
oğlunun, Quliyev Cavanşir Məhəmməd oğlunun və Əsliyev Bayram Mehralı
oğlunun evlərini talan etdikdən sonra yandırmışlar.
Cinayət işinin təhlili zamanı məlum olmuşdur ki, 1990-cı il martın 25-də
Qazax rayon Prokurorluğunun qərarı ilə məhkəmə-tibb ekspertizası şöbəsinin
müdiri K. Şəmmədov erməni quldurları tərəfindən qətlə yetirilmiş Bağanis-Ayrım
kənd sakinlərinin meyitlərinin tibbi ekspertizasını keçirmişdir. D.B. Əsliyevin tibbi
82
ekspertizası nəticəsində məlum olmuşdur ki, həmin şəxsin sol qulağı kəsilib
götürülmüş, odlu silahla qətlə yetirildikdən sonra yandırılmışdır.
H.D.Əsgərovanın müayinəsi zamanı məlum olmuşdur ki, başından odlu
silahla qətlə yetirilmiş, sol qulaq seyvanı ətraf yumşaq toxuması ilə birlikdə kəsilib
atılmışdır. Eyni zamanda onun alnında və sol yanağında sıyrıqlar aşkar edilmişdir.
Göstərilən xəsarətlər küt alətlə törədilmiş, sonra yandırılmışdır. Daxili orqanlarında
3-4-cü dərəcəli və kömürlənmiş yanıqlar aşkar edilmişdir.
A.D. Adıgözəlovanın müayinəsi zamanı məlum olmuşdur ki, o, odlu
silahla qətlə yetirilmiş, bədən səthinin yumşaq toxmalarının 95 faizi və sümükləri
də kömürləşmiş, 3-4-cü dərəcəli yanıqlar aşkar edilmişdir. Göstərilən yanıqlar
A.D. Adıgözəlovanın ölümündən sonra törədilmişdir.
P.Q. Əsliyevanın müayinəsi zamanı məlum olmuşdur ki, o, odlu silahla
qətlə yetirilmiş, sağ qulaq seyvanı ətraf yumşaq toxuması ilə birlikdə kəsilib
atılmışdır. Göstərilən xəsarət kəsici-deşici alətin təsirindən törədilmişdir.
P.Əsliyevanın bədən səthinin yumşaq toxumalarında olan yanıqlar ölümündən
sonra əmələ gəlmişdir.
1990-cı ilin fevral ayında anadan olmuş, qırx günlük Adıgözəlov Hafiz
Ramiz oğlunun müayinəsi zamanı məlum olmuşdur ki, odlu silahla başından aldığı
xəsarətlər nəticəsində (beyin maddəsi dağılmış vəziyyətdə) vəfat etmişdir.
Bədənində olan yanıqlar olümündən sonra törədilmişdir.
İşin təhlili zamanı məlum olmuşdur ki, aşağıda göstərilən Bağanis Ayrım
kənd sakinləri şahid qismində dindirilmişlər:
1954-cü il təvəllüdlü, Qazax rayonu Bağanis-Ayrım kənd sakini Əsgərov
Fərmuz Xanluma oğlu şahidi dindirmə protokolunda göstərmişdir ki, 1990-cı il
martın 23-də səhər saat 6-00 radələrində avtomat və karabin silahları ilə
silahlanmış təxminən 150-200 nəfərdən ibarət erməni quldur dəstələri müxtəlif
istiqamətlərdən kəndə hücum etmişlər. Onların ardınca kəndə yaşıl rəngdə “Ural”
markalı benzin daşıyan maşın, “Qaz-66” markalı və iki təcili yardım maşını
gəlmişdi. Maşınlar dayandıqdan sonra ermənilər vedrə ilə “Ural” markalı maşından
benzin daşıyaraq Adıgözəlov Ələddinin, Məhərrəmov Səmədin, Məhərrəmov
Əliməmmədin və Əsliyev Dədəkişinin evlərini yandırmışlar.
O, Əsliyev Dədəkişinin evinə yaxınlaşdıqdan sonra evin bütövlükdə
yandığını, sonra isə tövlədə Havaxanımın, Dədəkişinin, Pakizənin, Alyanın və
onun iki aylıq körpəsinin yanmış meyitlərini tapmışdır. Erməni quldurları eyni
zamanda sakinlərin çıxması üçün müqavimət göstərmiş polis əməkdaşını odlu
silahla qətlə yetirmişlər. F.Əsgərov bildirmişdir ki, 1990-cı il mart ayının 3-ü
tarixində Bağanis-Ayrım kəndinə hücum etmiş Ermənistan Respublikası
Noyemberyan rayonunun sakinləri Ağabəyi, Yegişi, Quzunun oğlunu, Davidun
oğlu Hoviki, Xoşkotan kəndindən Vovikin qardaşı Sofiki və Emil adlı ermənini
tanımışdır.
83
Yegişin 40-42 yaşı olar, dülgərdir. Ağabəyin 50-52 yaşı olar, gözətçidir.
Vovikin qardaşı Sofikin ağ rəngli “QAZ-24” markalı maşını vardır. Emilin isə 40
yaşı olar, o, sovxoz direktoru olmuşdur. Karabin odlu silahları ilə silahlanmış
göstərilən erməni quldurları kənd sakinlərini qətlə yetirmiş, evlərini talan etmiş və
yandırmışlar.
1947-ci il təvəllüdlü, Bağanis-Ayrım kənd sakini Əsgərov Cəlal İsaxan
oğlu şahidi dinidirmə protokolunda göstərmişdir ki, 1990-cı il mart ayının 24-də
kəndə silahlı basqın edən erməni quldurları arasında qonşu kənddə yaşayan
Ağabəyin, Beqlaryan Vanikin, Davidin oğlunun, Xoşkotanlı kənd sakini Jovikin,
Cücəvəli kənd sakini həkim Revikin Bağanis-Ayrım kəndindəki evləri talan
etdiklərinin və yandırıldıqlarının şahidi olmuşdur. Eyni zamanda, erməni quldurları
kənd sakinlərini atəşə tutarkən onlarla gəlmiş erməni qadınları maşınlardan vedrə
ilə benzin daşıyıb evlərə tökmüş və yandırmışlar. Basqın zamanı kəndə “QAZ-53”,
“Kamaz”, “Zil-131” markalı maşınlar gətirilmişdir. Həmin maşınlar arasında
yalnız “KamAZ” markalı maşının dövlət nömrə (14-61 ADF) nişanı olmuşdur.
1961-ci il təvəllüdlü, Bağanis-Ayrım kənd sakini Daşdəmirov Bəşir
Həsrət oğlu şahidi dindirmə protokolunda bildirmişdir ki, 1990-cı il mart ayının
24-də səhər saatlarında kamuflyaj geyinmiş erməni quldurları Ermənistan
ərazisindən kəndə basqın etmiş, evləri yandırmış, 5 nəfər kənd sakinini qətlə
yetirmişlər.
B.Daşdəmirovun məlumatına görə, basqın edən quldurların arasında o,
qonşu kənddə yaşayan Yegişi, Ağabəyi, Davidin oğlu Hoviki, Mişanı, Xoşkotan
kəndindən Voviki tanımışdır. Belə ki, basqın zamanı əvvəlcə silahlı erməni
quldurları atəş aça-aça kəndə daxil olmuş, onların arxasınca isə “MAZ” və “Ural”
markalı benzin daşıyan maşınlar hərəkət etmişdir. Ağabəy adlı erməninin başçılığı
ilə bir neçə quldur vedrələri benzinlə dolduraraq evləri yandırmaqla məşğul
olmuşlar. Yandırma işini həyata keçirmiş ermənilər arasında qadın da olmuşdur.
B.Daşdəmirov ailəsini götürüb kəndin yaxınlığındakı təpənin arxasında
gizlənərkən, erməni quldurlarının kənd sakini Alməmməd Məhərrəmovu ot
tayasına ataraq yandırmalarının və odun ətrafında əl çalaraq şənlik etdiklərinin
şahidi olmuşdur. Ertəsi gün kənd sakinləri ot tayasının yerində Alməmməd
Məhərrəmovun sümüklərini aşkar etmişlər.
1950-ci il təvəllüdlü Məmliyeva Qaratel Dadaş qızı şahidi dindirmə
protokolunda göstərmişdir ki, 1990-cı il mart ayının 24-də Bağanis və Xoşkotan
kənd sakinlərindən olan erməni quldurları Qazax rayonunun Bağanis-Ayrım
kəndinə basqın etmişlər.
Q.Məmliyeva həmin quldurlar arasında Bağanis kənd sakinləri-dülgər
Yegişi, rəssam Hoviki, gözətçi Ağabəyi, briqadir Mişanı, onun qardaşı Vahanı,
Xoşkatan kənd sakinləri Voviki, Rantiki, toyuq fermasında işləyən Vazgeni və
Suriki tanımışdır. Rantik isə Noyemberyan rayonunda mühasib vəzifəsində
işləmişdir.
84
Q.Məmliyeva göstərilən erməniləri yaxından tanıdığını bildirmişdir. Belə
ki, onun sözlərinə gorə, 1988-ci ilin məlum hadisələrinədək Bağanis-Ayrım kənd
sakinləri, o cümlədən onun atası qonşu kənddə yaşayan ermənilərlə mehriban
münasibətlərdə olmuşlar. Bununla əlaqədar, göstərilən ermənilər bir neçə dəfə
atasının qonağı olduqlarına görə, Q. Məmliyeva onların sifətlərini tanımışdır.
1988-ci il hadisələri başlayandan sonra ermənilərlə münasibətlər pisləşmiş və
əlaqələr kəsilmişdir. Q.Məmliyeva bildirmişdir ki, erməni quldurlarının kənd
sakinlərinə məxsus evlərin yandırılmasında iki qadın iştirak etmişdir.
1950-ci il təvəllüdlü, Məhərrəmova Ofeliya Şəmsi qızı şahidi dindirmə
protokolunda göstərmişdir ki, 1990-cı il martın 24-də səhər saat 7 radələrində güllə
səslərinə yuxudan ayılmışlar. Güllələrin bir neçəsi pəncərənin şüşəsini sındıraraq
evə düşmüşdür. Bir neçə dəqiqə sonra onun qaynı Səməd və həyat yoldaşı Gülşən
də onların evinə gəlmiş və bildirmişlər ki, ermənilər kəndi mühasirəyə alaraq
sakinləri odlu silahlardan atəşə tuturlar. Sonra O.Məhərrəmova, həyat yoldaşı
Alməmməd Məhərrəmov, oğlu Vüqar, qaynı Səməd, onun həyat yoldaşı Gülşən
çarpayının altında gizlənmişlər. Bir neçə dəqiqədən sonra ermənilər evə daxil
olmuşlar. O.Məhərrəmova və A. Məhərrəmov onların içərsində qonşu kənddə,
Bağanisdə yaşayan Allahverdinin oğlu Yeqişi, onun həyat yoldaşı Feniki və
rəngsaz işləyən Hoviki, Ağabəyin qızı Aqniki tanımışdılar. Ermənilər paltar
dolabında qırmızı şala bükülüb gizlədilmiş 18 min rublluq dövlət istiqraz
vərəqələrini, 500 rubl nəğd pulu, 1000 rubl dəyərində bir ədəd boyunbağı və qızıl
zənciri, 3000 rubl dəyərində brilyant qaşlı digər zinət əşyalarını götürmüşlər.
Erməni quldurları əşyaları götürdükdən sonra otaqda olan yorğan-döşəyə
od vuraraq evi tərk etmiş və 50-100 metr məsafədə olan Dədəşin, sonra Bəxtiyarın
və Ədalətin evlərini yandırmışlar. Bundan sonra O.Məhərrəmova və evdə
gizlənmiş digər ailə üzvləri çarpayının altından cıxmış və ermənilərin həyətdən
uzaqlaşdığını görüb alovu söndürdükdən sonra, sürünə-sürünə mal-qara saxlanılan
tövləyə getmişlər.
O.Məhərrəmova təxminən beş dəqiqə sonra tövlənin qapısından baxarkən
ermənilərin yenidən onların evinə qayıtdığını görmüşdür. O.Məhərrəmova bunu
mənzilin yanmaması ilə əlaqələndirmişdir. Erməni quldurları evə daxil olduqdan
sonra çoxsaylı atəş səslərini eşitmiş və güman etmişdir ki, onlar həyat yoldaşı
A.Məhərrəmovu qətlə yetirmişlər. Ermənilər evdən çıxaraq evi, sonra isə evin
arxasındakı ot tayasını yandırmış və ətrafında rəqs etməyə başlamışlar. Bu zaman
O.Məhərrəmova erməni quldurları arasında Xoşkotan kənd sakinləri Mardonu,
onun qardaşı Ardonu, qonşu Bağanis kəndində yaşayan Ağabəyi, Yeqişi,
poçtalyon Azmikin oğlunu, sürücü Seryojanı və briqadir Mişanı tanımışdır.
O.Məhərrəmovanın məlumatına görə, həmin ermənilər avtomat silahları ilə
silahlanmışlar. Onun sözlərinə görə, erməni quldurları 25-30 nəfərdən ibarət bir
neçə silahlı dəstələrlə kəndə basqın etmişlər.
85
Eyni zamanda O.Məhərrəmova bildirmişdir ki, Ağnikin atası Ağabəyi
qonşu Bağanis kəndində sovxoz bağının və torpaq sahələrinin gözətçisi kimi
tanıyır. O, 1-2 il bundan əvvələdək kəndə tez-tez gəlib-getmiş, sakinlərdən su, çay
istəmişdir. Onun qızı Ağnik isə qonşu Bağanis kəndindəki quşçuluq fermasında
işləmiş və dəfələrlə onların evinə çay, bel və s. əşyalar üçün gəlmişdir. Ağnik
ailəlidir, 24-26 yaşı olar. Həyat yoldaşı (adını və soyadını bilmir) mövsümi işlərlə
əlaqədar Rusiyaya və başqa respublikalarla gedir. Ağnik alçaq boylu qadındır,
saçları qaradır, ağbənizdir.
Dostları ilə paylaş: |