Qaradağlı kənd sakinlərindən fiziki cəhətdən sağlam olan gəncləri seçərək, onları
naməlum istiqamətdə aparmışlar. Onlar barəsində hazırki vaxtadək heç bir xəbər
yoxdur.
Girov götürülmüş kənd sakinləri “KamAz” markalı maşına Xankəndi
şəhərinə aparılarkən erməni quldurları yolda polis leytenantı Abbasov Sərvər,
Bayramov Elmar və Zahid adlı şəxslərin başlarını kəsmişlər.
Xankəndində 45 günlük əsrlik dövründə ermənilər Qaradağ kənd sakinləri
Quliyev Əliaslan, Quliyev Kamal, Axundov Şura, Tağıyev Böyükkişi, Fazil və
Şura adlı şəxslərə işgəncələr verərək qətlə yetirmişlər.
Erməni quldurları polis əməkdaşı, kiçik çavuş Kərimov Əliqismətin başını
kəsərək, başsız bədəninin erməni ilə dəyişdirmək məqsədilə Ağdama
göndərmişlər;
Tevon Tağıyev on altı gün Xankəndi türməsində girov taleyi yaşamışdır.
Sonra Ebil Balayanın Xankəndi pedoqoji İnstitutunda müəllim işləyən 45 yaşlı
oğlu Vartanın Quliyev Əmiraslanı, Tağıyev Talıbı və Əliyev Qasımın
oğlanlarından birini Tevon Tağıyev ilə birlikdə Xocanəddənki evlərinin maşın
qarajında üç gün saxlamaqda məqsədi Bakı şəhərində həbsxanada olan atası ilə
dəyişdirilmək olmuşdur. Bu müddətdə Vartan Balayan Ağdam rayonunda fəaliyyət
göstərmiş Azərbaycanın hökumət nümayəndələri ilə atası Ebilin dəyişdirilməsi
üçün danışıqlar aparmışdır. Aparılmış danışıqlar nəticəsində Ağdamda əldə
olunmuş razılaşmaya əsasən, Bakı şəhərində saxlanılmış 4 nəfər erməni
cinayətkarının müqabilində 14 nəfər girovun və 13 nəfərin meyitinin dəyişdirilməsi
nəzərdə tutulmuşdur.
20
Bundan sonra Vartan Tevon Tağıyevlə birlikdə olan digər azəbaycanlı
girovları Heşan kəndinə gətirərək onları kolxoz binasının gözətçi otağında daha 14
-15 gün saxlamışdır.
Qeyd olan müddətdə girovlar gündə 3 dəfə gecə və gündüz Qaradağlı
kəndinə aparılaraq 13 nəfər meyidin yığışdırılması ilə məşğul olmuşlar. Tevon
Tağıyev onların arasında silos quyusunda basdırılmış oğlu Telmanın da meydini
çıxarmağa səy göstərmiş, lakin bu mümkün olmamışdır. Belə ki, üç gün ərzində
Xankəndindən iki dəfə erməni quldurları gələrək onları hədələmiş və işi tez
qurtarmağı, deyilənlərdən artıq meyit çıxarmamağı tapşırmışlar.
Beləliklə, 1992-ci il martın 30-da mülki geyimdə olan Vartan Ağdamın
Mərzili postunda Xankəndi türməsində 50 gün saxlanılmış 14 nəfər Qaradağlı
kənd sakinini və qətlə yetirilmiş 13 nəfərin meyitini maşınla Ağdamın Mərzili
postuna gətirərək atası Ebil və 3 nəfər erməni qulduruna dəyişdirilmişdir.
14 nəfər aşağıdakılardan ibarətdir:
Tağıyev Tevon Habil oğlu, 1925-ci il təvəllüdlü;
Hüseynov Məhəmməd Hüseyn oğlu, 1934-cü il təvəllüdlü;
Abbasov Aydın Mehdi oğlu, 50-60 yaşında;
Hüseynov Atıxan Fərman oğlu, 1936-cı il təvəllüdlü;
Şirinov Şamxal Familət oğlu, 1968-ci il təvəllüdlü;
Şirinov Elman, 1968-ci il təvəllüdlü;
Əmirxanov Güloğlan Əkbər oğlu, 1953-cü il təvəllüdlü;
Tağıyev Talib İnqilab oğlu, 1964-cü il təvəllüdlü;
Kərimov Qara Hüseyn oğlu, 60 yaşında;
Əliyev Qasımın oğlanları -23 və 25 yaşlarında, hər ikisi evlidir,
Beyləqan rayonunda məskunlaşmışdır:
Quliyev Əmiraslan İmkan oğlu, 1966-cı il təvəllüdlü;
Tağıyev Sərdar Qaçay oğlu, 1940-cı il təvəllüdlü;
Tağıyev əvəz Qaçay oğlu, 1945-cı il təvəllüdlü; E.Balayana dəyişdirilmiş
13 nəfərin meyitinin 4-ü Qaradağlı kəndinin müxtəlif yerlərindən yığışdırılmış, 9
nəfərin meyiti isə kəndin yaxınlığında yerləşən silos quyularından çıxarılmışdır.
Kənddən götürülənlər:
-
Hüseynov Şamurad Hüseynalı oğlu, 60 yaşında;
-
Dadaşov Eldar İsa oğlu, 55 yaşında;
-
Kərimov Qaran adlı kənd sakinin oğlu 20 yaşında, polis əməkdaşı,
başı kəsik vəziyyətdə;
-
Bayramov Rəşid Həşim oğlu 60 yaşında;
Silos quyusundan çıxarılanlar:
-
Hüseynov Dəmir , 70 yaşında;
-
Mobil Mürsəl oğlu, 40 yaşında;
-
Əzizov Atəş Əfqan oğlu, 16 yaşında;
-
Xəlilov Zahid Əyyub oğlu, 40 yaşında;
21
-
Yaqub, 19 yaşında;
-
2 nəfər XTPD-nın işçiləri, Ağdam rayonu sakinləri.
İcraatda olan təhqiqat işi çərçivəsində keçirilən tədbirlər zamanı şahid
bazası ətrafında yoxlanmış materialların təhlili göstərir ki, Xocalı faciəsində 10
gün əvvəl başlamış Qaradağlı faciəsi Azərbaycan və dünya ictimaiyyətinin
nəzərindən kənarda qalmışdır. Belə ki, erməni quldurları 1992-ci il fevralın 17-də
Qaradağlı kəndinə hücum edərkən Xocalıdan fərqli olaraq müxtəlif işgəncələrlə 77
nəfərdən çox azərbaycanlının vəhşicəsinə qətlə yetirmişlər.
1993-cü il avqust ayının 23-dən 1996-cı il may ayının 10-dək erməni
girovluğunda olmuş 1958-ci ildə Cəbrayıl rayonunda anadan olmuş, azərbaycanlı,
ali təhsilli, ailəli, Cəbrayıl rayon İcra hakimiyyətində işləmiş Mehdiyev İlqar Ərşəd
oğlu girovluqda olarkən ağır işgəncələrə məruz qalmışdır.
Girovluq dövründə ona Azıərbaycan bayrağına tüpürmək əmri verildikdə
o, bayrağı öpərək bağrına basmış və bu zaman ermənilər onun onurğa sümüyünü
sındırmışlar. İ. Mehdiyevin boynuna zəncir bağlayaraq, ona çirkli qabda su və
çörək parçası verməklə saxlayırmışlar. Əsirlikdə ona sinir sisteminin məhv
edilməsi məqsədi ilə ermənilər tərəfindən müxtəlif iynələrin vurulması ehtimal
edilir. Şuşa həbsxanasında saxlanılmış İ.Mehdiyevin sözlərinə görə, orada 1600-
1700 həmvətənlərimiz saxlanılmış və gənclərimizin çoxunu Ermənistana apararaq
daxili orqanlarını xaricə satmışlar.
Girovluqda aldığı işgəncələr nəticəsində İ.Mehdiyev 1997-ci il yanvar
ayında Sumqayıt şəhərində vəfat etmişdir.
1991-ci il mayın 8-də saat 24 radələrində Xocavənd rayonunun
“Sveridov” adına kolxozun Müşkabad kənd ferması yaxınlığında naməlum
şəxslər tərəfindən Qarabağlı kənd sakinləri Quliyev Ələkbər Məmməd oğlunun və
Hüseynov Zülfüqar Dəmir oğlunun odlu silahla qətlə yetirilməsi ilə əlaqədar
1991-ci il martın 9-da Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 88 və 95-
ci maddələri ilə Xocavənd rayon Prokurorluğunun müstəntiqi R.E.Avanesyan
tərəfindən qaldırılmış 34482 saylı cinayət işi Azərbaycan Respublikası Baş
Prokurorluğundan ünvanımıza göndərilmişdir.
Cinayət işinin təhlili zamanı məlum olmuşdur ki, azərbaycanlı kənd
sakinlərinin qətlə yetirilmələri faktı ilə əlaqədar erməni müstəntiqi R.E.Avanesyan
1991-ci il martın 11-də 1947-ci ildə Azərbaycan Respublikası Xocavənd rayonu
Müşkabad kəndində anadan olmuş, milliyətcə erməni, Müşkabad kəndindəki
Sverdov kolxozuna məxsus fermada gözətçi işləyən Baqdasaryan Rudik Aşotviçi
şahid qismində dindirilmişdir.
Dindirilmə erməni dilində aparılmış, sonra rus dilinə tərcümə edilmişdir.
R.Baqdasaryan şahidi dindirilmə protokolunda göstərmişdir ki, 1991-ci il
ilin əvəllərindən fermada gözətçi işləyir. 1991-ci i martın 8-də axşam saat 11.00
radələrində itlərin səsinə onlar çölə çıxanda görmüşlər ki, bir neçə mal-qaranı
22
Qaradağlı kənd istiqamətinə aparır. Guya həmin şəxslər erməni gözətçilərini görüb
onlar tərəfə odlu silahlardan atəş açaraq mal-qaranı aparmaqda davam etmişlər.
R.Baqdasaryan ifadəsinə görə, guya onlar mal-qaranı aparanların üç nəfər
olduğunu görmüşlər. Onlardan biri atlı, ikisi isə piyada imiş. Ermənilər havaya
atəş aça-aça onların arxasınca getmişlər.
R.Baqdasaryan bildirmişdir ki, həmin üç nəfər dərəyə düşəndə mal-qara
ferma istiqamətində qayıtmışdır. Bu zaman guya atlı oğlan ona tərəf gələn iki
payada oğlanın ermənilər olduğunu güman edərək onlara bir neçə atəş açmış və
hər ikisi yerə yıxılmışdır.
Erməni müstəntiqinin suallarına cavab olaraq R.Baqdasaryan bildirmişdir
ki, fermada iki tüfəng var və onlar gözətçilər tərəfindən istifadə olunur. Bundan
əlavə, milliyətcə erməni müstəntiqi E.Avanesyan, 1965-ci ildə Xocavənd rayonu
Müşkabad kəndində anadan olmuş, milliyətcə erməni, Sverdlov kolxozuna məxsus
fermada gözətçi işləyən və Müşkabad kəndində yaşayan Beylaryan Yurik
Aşotoviç və 1947-ci ildə Azərbaycan Respublikası Xocavənd rayonu, Müşkabad
kəndində anadan olmuş, milliyətcə erməni, Sverdlov kolxozuna məxsus fermada
gözətçi işləyən və Müşkabad kəndində yaşayan Ayrapetyan Abrik Rubenoviçdən
Baqdasaryanın verdiyi ifadələrin təkrarını almışdır.
Cinayət işi 1991-ci il mayın 24-də Şuşa şəhərində keçmiş DQMV üzrə
fəaliyyət göstərən əməliyyat-istintaq qrupunun müstəntiqi, polis baş leytenantı
D.Q.Əhmədov tərəfindən tərtib edilmiş qərarla icraata götürülmüşdür.
1920-ci il Xocəvənd rayonu Qaradağlı kədində anadan olmuş, təqaüdçü,
Qaradağlı kənd sakini Hüseynov Dəmir Masa oğlu 1991-ci il martın 29-da şahid
qismində dindirilmiş və aşağıdakılar məlum olmuşdur:
Zülfüqarın qətlə yetirilməsinin həmin gün Müşkabad fermasında olmuş
gözətçilər dəqiq bilirlər. Fermanın daimi gözətçiləri Müşkabad kənd sakinləri
Raçiklə Suren adlı ermənlərdir.
Hadisə baş verən yerdə hərbiçilərlə birlikdə Xocavənd rayonundan
milliyətcə erməni müstəntiq də olmuşdur. Lakin həmin müstəntiq hadisə yerində,
eləcə də hadisədən sonra 3 ay ərzində nə onu, nə də ki, Ələkbərin ailəsini
dindirməmişdir. Hərbiçilərin rəhbərinə dəfələrlə müraciət edilməsinə baxmayaraq
komendant və müstəntiq onlardan izahat almamışdır.
D.Hüseynov ifadəsində bildirmişdir ki, cinayət işi ermənilərin quraşdırma
sözləri ilə birtərəfli aparılmışdır.
1991-ci il iyunun 29-da 1962-ci ildə Xocavənd rayonunda anadan olmuş,
milliyətcə erməni, 17.10.78-ci il tarixdə Xocavənd rayon Daxili İşlər Şöbəsi
tərəfindən VI-JQ, seriyalı, 539646 saylı pasport verilmiş, Muşkapat kənd sakini
Davidyan Yurik Aşotoviç şahidi dindirmə protokolunda bildirmişdir ki, 1991-ci il
martın 8-də səhər Balayan Larina adlı tanış qız ona demişdir ki, dünən Müşkabad
kənd sakinləri Sarkisyan Rudik və Beqlaryan Yurik odlu silahla iki azərbaycanlını
qətlə yetirmişlər. Qətlin səbəbi, həmin şəxslərin gecə Müşkabad fermasına mal-
23
qara oğurluğuna gəlmələri omuşdur. Ə.Quliyev və Z. Hüseynov əvvəlcə erməni
gözətçiləri tərəfindən saxlanılmış, sonra isə Qaradağlı kəndinə gedən yolun
kənarında gösətrilən şəxslər tərəfindən qətlə yetirilmişdir.
Müstəntiqin R.Sarkisyan və Y.Beqlaryan harada yaşayır və işləyir sualına
cavab olaraq Y.Davidyan bildirmişdir ki, Yurik Müşkabad kəndində yaşayır və
fermada işləyir. R.Sarkisyan isə Müşkabad kəndində yaşayır və kolxoza məxsus
“QAZ 53” markalı maşının sürücüsüdür.
Müstəntiqin, 08.03.1991-ci il tarixdə, təxminən saat 24:00 radələrində
Muşkapat kəndi ərazisində, “Sverdlov” kolxozuna məxsus ferma yaxınlığında
Qaradağlı kənd sakinləri Ələkbər Quliyev və Zülfüqar Hüseynovun qətlə
yetirilməsi faktı ilə bağlı nə deyə bilərsiniz sualı? ilə əlaqədar A.Sarkisyan
aşağıdakıları bildirmişdir:
1991-cı il matın 3-də fermada növbədə qalmış, fermanın sağıcısı
Beqlaryan Yurik Aşotoviç, kolxozda sürücü işləyən R.Baqdasaryan Rudik
Aşotoviç, orada gözətçi işləyən Ayrapetyan Abrik Rubenoviç və anbarın gözətçisi
Dadamyan Mişa Maniloviç səhər ona evə zəng etmiş və bildirmişdir ki, gecə iki
azərbaycanlı fermaya basqın edərək mal-qaranı oğurlamaq istəmişdir. Bu zaman
iki nəfər azərbaycanlı şəxs Rudik və Yurik tərəfindən saxlanılmış, sonra isə həmin
ermənilər tərəfindən odlu silahla qətlə yetirilmişlər.
Bundan sonra A.Baqdasaryan evdən çıxaraq hadisə olmuş istiqamətdə
hərəkət etmiş və saat 9-30 radələrində fermaya çatmamış Perosyan Sergey
Rubenoviçlər rastlamışdır.
Söhbət zamanı S.Petrosyan ona bildirmişdir ki, Rudik və Yurik iki
azərbaycanlını qətlə yetirmişlər.
O, hadisə yerinə çatan zaman orada fermanın bütün işçiləri və kolxozun
sədri Osipyan Rantikin olduğunu görmüşdür.
O, hadisənin kim tərəfindən tərədildiyini soruşduqda, Salvik, Raçik və
Abo bildirmişlər ki, iki nəfər Qaradağlı sakinini Baqdasaryan Rudik və Beqlaryan
Yurik qətlə yetirmişlər. Yurik Müşkabad kəndində sürücü, Radik isə sağıcı
işləmişdir.
Bundan sonra Giçi kənd sakini, əlində qoşalülə və ov tüfəngi olan bir
erməni oğlan gəlmiş və demişdir ki, bu tüfəngi qətlə yetirilmiş azərbaycanlılardan
götürmüşdür. Yurik Beqlaryan isə kolxozun sərdinə bildirmişdir ki, həmin tüfəng
ona məxsusdur. Çünki, o tüfənglə iki azərbaycanlı şəxsi qətlə yetirdiyini demişdir.
Giçi kənd sakini olan naməlum erməni buna baxmayaraq tüfəngi Yurikə
qaytarmamış və evinə aparmışdır. Sonra hadisə yerinə Yurik və müstəntiq gəlmiş,
A.Sarkisyanın xidməti otağında sənədləşdirmə aparmışlar.
Bu hadisədən təxminən on gün sonra Yurik Belaryanın tələbi ilə kolxozun
sədri R.Oseptyan və A.Sarkisyan tüfəngi sahibinə qaytarmaq üçün Giçi kəndinə
getmişlər. Onlar kənddə əlində avtomobil silahı olmuş vəziyyəti ona danışaraq
həmin ov tüfəngini sahibinə, Y.Beqlaryana qaytarılması üçün kömək etməsini
24
xahiş etmişlər. Marat həmin naməlum ermənini müəyyələşdirdikdən sonra, həmin
şəxs ona hazırda qoşalülə tüfənginin olmadığını demiş, və onun əvəzində “TOZ -
8” markalı silahı və “Viala” markalı radiostansiyanı Y.Beqlaryana aparmaq üçün
A.Sarkisyana vermişdir. A.Sarkisyan və R.Osepyan həmin silahlı və
radiostansiyanı Muşkapat kəndində Yurik Beqlaryana verimişdir.
A.Sarkisyan əlavə olaraq göstərmişdir ki, hadisənin törədilməsinin
təşəbbüskarı, fermada işləyən Beqlaryan Slavik Raçikoviç və kolxozda sürücü
işləyən Ayrapetyan Abrik Rubenoviç olmuşlar. Onlardan başqa həmin vaxt
Slavikin atası Belaryan Raçik Basklaroviç də fermada idi.
Müstəntiqin, Müşkabad kəndində quldur varmı sualına cavab olaraq
bildirmişdir ki, kənd sakinləri Osipyan Qrantik, Ayrapetyan Abrik və Baqdasaryan
Rudik kimi tanınırlar.
Muşkapat kəndinə silahlar harada saxlanılır və kim onlara cavabdehdir
sualına cavab olaraq A.Sarkisyan bildirmişdi ki, səkkiz ədəd odlu silah femada
onun xidməti otağında saxlanılmışdır. Həmin silahlar: üç ədəd (beşatılan) karabin,
üç ədəd ikilüləli öv tüfəngi və iki ədəd təhlükəli tüfənglər olmuşdur. Bundan əlavə
Ayrapetyan Abrik Rubenoviçin ədə əldə düzəldilmiş silahı olmuşdur.
A.Sarkisyanın dediyinə görə, 1991-ci il iyulun 28-də həmin 8 ədəd tüfəngi
kolxozun sədrinə qaytarmışdır.
A.Sarkisyan Ovsenyanla birgə hadisədən əvvəl səkkiz ədəd tüfəngi axşam
fermada növbədə olan gözətçilərə payladıqlarını demişdir.
1991-ci il iyulun 27-də Şuşa şəhərində, keçmiş Dağlıq Qarabağ Muxtar
Vilayəti üzrə əməliyyat-istintaq qrupunun müstəntiqi, polis kapitanı A.T.Əzimov
tərəfindən, 1957-ci il təvəllüdlü, Xocavənd rayonu Müşkabad kənd sakini,
milliyətcə erməni Petrosyan Karo Anuşoviçin müttəhim qismində cəlb edilməsi
haqqında tərtib edilmiş qərarda aşağıdakılar göstərilmişdir:
1991-ci il iyulun 28-də Şuşa rayon Polis Şöbəsinin əməkdaşı Müşkabad
kəndinə olarkən, K.Petrosyan ov tüfəngi ilə ona müqavimət göstərmiş və odlu
silahdan atəş açmağa cəhd göstərməsi ilə əlaqədar o, Azərbaycan Republikası
Cinayət Məcəlləsinin 189-cu maddəsinin 1-ci və 2-ci bəndlərinin tələblərinə uyğun
olaraq cinayət törətdiyi üçün müqəssir qismində cəlb edilmişdir. 1991-ci i iyulun
27-də K.Retrosyan barəsində həbs qəti-imkan tədbiri seçilmişdir.
Cinayət işinin yekun təhlili zamanı məlum olmuşdur ki, Azərbaycan
Respublikasının Xacavənd rayonu Müşkabad kənd sakinləri, milliyətcə erməni
Beqlaryan Yurik Aşotoviç və Baqdasaeyan Rudik Aşotoviş Qaradağlı kəninin
sakinləri Ə.Quliyev və Z.Hüseynovu qəsdən odlu silshla qətlə yetirmişlər.
Göstərilənləri nəzərə alaraq, Xocavənd rayonu Müşkabad kənd sakinləri -
erməni quldurları Beqlaryan Yurik Aşotoviç, Baqdasaeyan Rudik Aşotoviş,
Retrosyan Karo Anuşoviç və Sakisyan Aşot Ambarsumoviç barədə beynəlxalq
ictimaiyyət qarşısında qanuna müvafiq tədbirlər görmək məqsədilə onların
“İnterpol” vasitəsilə axtarışa verilməsi nəzərdə tutulmuşdur.
25
1989-cu il oktyabrın 7-də gecə saatlarında naməlum şəxslər tərəfindən
Ağdamdan Şuşaya gedən şose yolunda Xəlfəliçay üzərindəki körpününü
partladılması ilə əlaqədar keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin İstintaq
şöbəsinin istintaq qrupu tərəfindən 1989-cu il oktyabrın 8-də Azərbaycan
Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə qaldırılmış 5 cilddən ibarət
38/33063 saylı cinayət işi təhlil edilmişdir.
İşin təhlili zamanı məlum olmuşdur ki, 24 iyun 1991-ci il iyunun 24-dəı
Xankəndi şəhərində inzibati hüquqpozma ilə əlaqədar saxlanılmış 20.02. 1964-cü
il tarixdə Azərbaycan Respublikasının Xankəndi şəhərində anadan olmuş,
milliyətcə erməni, orta təhsilli, 1984-cü il Azərbaycan Respublikasının Cinayət
Məcəlləsinin 143-cü maddəsinin 2-ci hissəsi ilə məhkum olunmuş, Xankəndi
şəhəri Ekimyan küçəsi ev 16, mənzil 10 saylı ünvanda yaşayan Abramyan Artur
Artaşesoviç 25 iyun 1991-ci il tarixdə yazdığı ərizə ilə Xəlfəliçay üzərində olan
körpünün partladılmasına iştitak etdiyini və digər iştirakçılar barəsində də ifadə
verməyə hazır olduğunu bildirmişdir.
A.A.Abramyan ifadəsində cinayətin törədilməsində günahkar olduğunu
təsdiq edərək Xəlfəliçay üzərindəki körpünü 07.09.1962-ci il tarixdə, AR
Xankəndi şəhərində anadan olmuş, milliyətcə erməni, Xankəndi şəhəri Kubıyeş
küçəsi ev 13 saylı ünvanda yaşayan Baqmanyan Akop Qavruşeviç, 1948-ci ildə
Azərbaycan respublikasının Şuşa şəhərində anadan olmuş, milliyətcə erməni, əhali
arasında “Muradik”, “General” və “Keçəl” kimi çağrılan Petrosyan Murad
Azadoviç; 1966-cı ildə Azərbaycan Republikasının Xankəndi şəhərində anadan
olmuş, milliyətcə erməni, Xankəndi şəhəri Ketsxoveli küçəsi 29 saylı ünvanda
yaşayan Xaçaturyan Aşot Vaçaqanoviç; 1965-ci ildə Azərbaycan Respublikasının
Xankəndi şəhərində anadan olmuş, milliyətcə erməni, Xankəndi şəhəri Teryan
küçəsi 20 saylı ünvanda yaşayan (ev tel: 4-10-65) Babayan Samvel Andronikoviç
ilə birlikdə həyata keçirmişlər. Qeyd olunanlarla əlaqədar, 3 avqust 1991-ci il
tarixdə Şuşa şəhərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 82-ci
maddəsi ilə Babayan Samvel Andronikoviç barəsində 33028 saylı cinayət işi
başlamış və sonra 38/33063 saylı cinayət işinə əlavə edilmişdir.
1991-ci il iyulun 15-də Artur Abramyan şahid qismində dindirilmə
zamanı bildirmişdir ki, o, 1989-cu ilin may ayında Xankəndi-Ağdam şose yolunun
kənarında, Həsənabad qəsəbəsi yaxınlığında Petrosyan Muradik ilə sonuncunun
təşəbbüsü ilə görüşmüşdür. M.Petrosyan sarı rəngli şəxsi “Niva” markalı, X64-03
AQ dövlət nömərli nişanlı maşında A.Abramyanın ona sürücülük etməsini təklif
etmiş və sonra bildirmişdir ki, bundan sonra o, DQMV-ni Ermənistana
birləşdirilməsi üçün fəaliyyətini gücləndirəcəkdir.
Bir neçə gündən sonra, Xankəndi şəhər komsomol təşkilatının qarşısında
M.Petrosyan onu Aşot Xaçaturan, Akop Baqramyan, Abo, Xankəndində bazarın
yanında yaşayan Qaqo və Ermənistanın Gorus rayonundan gəlmiş və əvvəllər
həmin
rayonda
karxanada
partladıcı işləmiş Slaviklə tanış etmişdir.
26
Sonra.M.Petrosyanın göstərişi ilə həmin şəxsləri və partlayıcı maddələr
doldurulmuş, idarə etdiyi “Niva” markalı maşınla Ağdaş-Şuşa şose yolunun
yaxınlığında yerləşən Kərkər pioner düşərgəsinin yaxınlığına gətirmişdir. Onlar
Ağa körpüsü adlanan və Şuşa ilə Ağdamı birləşdirən şose yolundakı körpüyə 400-
500 metr qalmış dayanmış, sonra çayı piyada keçərək körpüyə çatmışlar.
Baqramyan Akop və Slavik tərəfindən meşəlik ərazidən gətirilmiş pilləkən vasitəsi
ilə partlayıcı maddələr körpünün sütunlarının altına qoyulmuşdur.
Onlar hazırlıq işlərini başa vurub Xankəndiyə qayıtdıqdan sonra Akop
Baqramyan və Slavik Muradikə bildirmişlər ki, qadağan saatdan sonra partlayış
olacaqdır. Ertəsi gün A.Abramyana məlum olmuşdur ki, körpü partladılmışdır.
A.Abramyan bildirmişdir ki, M.Petrosyanın göstərişi ilə körpünün
partladılmasında məqsəd Ağdam Şuşanın əlaqəsini kəsmək olmuşdur. Belə ki,
Akop, Abo, Qaqo, Slavik və Aşot hadisə yerinə gedərkən o, dəqiq bildirmişdir ki,
Ağdamla Şuşanı birləşdirən körpünü partlatmağa gedirlər.
Qrişa Baqramyan Akopun quldur dəstəsinə daxildir. Təxminən 40-45
yaşındadır, orta boyuludur, saçları qıvrımdır, bığı var, sağ və sol yanağında yanığ
izləri vardır. Xankəndi şəhəri Engels küçəsində yaşayır.
A.Abramyanın sözlərinə görə, Muradikin təxminən 40-43 yaşı olar,
Yerevanda Politexnik İstitutunu bitirmişdir. Orta məktəbdə təlim işləri üçün
nəzərdə tutulmuş avtomat silahını oğurladığı üçün təxminən on illik həbs cəzasına
məhkum olunmuşdur. M.Petrosyan Vilayət Komitəsinin aarxasındakı dörd
mərtəbəli evin üçüncü mərtəbəsində yaşayır. Bir otaqdan ibarət olan mənzilin
eyvanı Vilayət Partiya Komitəsinə baxır. Ailəsi ilə birlikdə yaşayır.
A.Abramyanın sözlərinə görə, M.Petrosyan tez-tez R.Köçəryanla
ünsiyyətdə olur. Bununla əlaqdar, daima Vilayət Partiya Komitəsində
R.Köçəryanın xidməti otağında söhbət edirlər. Söhbətləri barədə A.Abramyan heç
nə məlum deyil.
A.Abramyan bildirmişdir ki, 1991-ci ilin yanvar-fevral aylarına Xocavənd
rayonunda M.Petrosyan və Akop Baqramyanda 20 güllə ilə birlikdə Çexoslavakiya
buraxılışı olan “Skorpion” avtomatını görmüşdür.
Sonra M.Petrosyan onu Xocavənd rayonuna aparmış, orada prokurorluq
və ya polis şöbəsinin yaxınlığındakı şəhər istilik Qazanxanalar Trestinə daxil
olaraq həmin təşkilatın müdiri, quldur dəstəsinin başçılarından biri Vigen ilə tanış
Dostları ilə paylaş: |