Erməni cinayətləri (sənədlər əsasında) I cild



Yüklə 1,03 Mb.
Pdf görüntüsü
səhifə2/11
tarix06.09.2017
ölçüsü1,03 Mb.
#29049
1   2   3   4   5   6   7   8   9   10   11

QEYD:  Kitabda  ayrı-ayrı  erməni  terrorçuları  haqqında  əksini  tapmış 
müəyyənedici  məlumatlar  (yaşı,  ünvanı  və  s.)  bilavasitə  hərbi  əməliyyatların 
cərəyan etdiyi dövrə aiddir. 
Azərbaycanlılara  işgəncələrin  verilməsində  xüsusi  qəddarlıq  nümayiş 
etdirən Ağayan Elmira erməni ordusu adlanan quldur birləşmələrinin şəxsi heyəti 
arasında  böyük  nüfuza  malik  olmuşdur.  Ağayan  Elmira  Ağdam  və  ya  Bərdə 

12 
 
rayonunda  anadan  olub,  Azərbaycan  dilini  təmiz  bilir.  1989-cu  ilədək  Bərdədə 
işləyib, ali təhsillidir, subaydır. 
E.Ağayana  bədnam  xidmətlərinə  görə,  qondarma  “Dağlıq  Qarabağ 
Respublikasının”  rəhbərliyi  tərəfindən  nömrə  nişanı  olmayan,  iki  qapılı  “Toyota” 
markalı şəxsi avtomaşın hədiyyə edilmişdir. Onun xidməti istifadəsində həmçinin 
08-01 NKR hərbi nömrə nişanı olan qırmızı rəngli “Niva” markalı maşını var. 
Podpolkovnik  Abramyan  Sergey  31.03.1957-ci  il  tarixdə  Gürcüstan 
Respublikasının  Çxaltubo  rayonunda  anadan  olmuşdur.  Ermənistan  tərəfdən 
Avropada  adi  silahlara  məhdudiyyət  üzrə  hərbi  inspektor  vəzifəsində  çalışır. 
Xidməti  vəsiqəsi  AD  seriyalı,  0001376  nömrəlidir.  Avropada  adi  silahlara 
məhdudiyyət  üzrə  müqavilə  iştirakçıları  olan  ölkələrin  inspeksiya  qrupları 
tərkibində  qonaq  inspektor  kimi  digər  iştirakçı  dövlətlərin  adi  silahlarını  təftiş 
etmək  üçün  xarici  ölkələrə  səfərlər  edə  bilər.  Sözügedən  müqavilənin  şərtlərinə 
görə, inspektorlar diplomatik toxunulmazlığa malik olduqları üçün S.Abramyanın 
diplomatik pasportu olması mümkündür. 
Babayan  Karen  Andronikoviç  Xankəndi  şəhərinin  meri  vəzifəsində 
işləyən zaman vəzifəsindən sui-istifadə və qanunsuz odlu silah saxlamaqda təqsirli 
bilinərək,  2000-ci  ildə  5  il  həbs  cəzasına  məhkum  edilmiş,  20  dekabr  2001-ci  il 
tarixdə isə həbs cəzası 4 il şərti cəza ilə əvəzlənmişdir. 
K.Babayanın qardaşı, qondarma “DQR”ın keçmiş müdafiə naziri Samvel 
Babayan  separatçı-terrorçu  rejimin  lideri  A.  Qukasyana  sui-qəsddə  təqsirli 
bilinərək  26  fevral  2000-ci  il  tarixdə  14  il  müddətinə  azadlıqdan  məhrum 
edilmişdir. 
Kapitan  Marqaryan  Sveta  556-cı  əlahiddə  motoatıcı  alay  komandirinin 
tərbiyəvi işlər üzrə müavinidir. 
Ermənilərin  Azərbaycan  Respublikasının  Dağlıq  Qarabağ  regionunda 
azərbaycanlılara  qarşı  törətdikləri  cinayətlər,  vandalizm  aktları  barəsində 
məlumatların  toplanılması  istiqamətində  keçirilən  tədbirlər  zamanı  aşağıdakı 
cinayət hadisələri haqqında məlumatlar alınmışdır: 
1991-ci  il  sentyabrın  8-də  saat  15-30 radələrində,  Xocavənd  rayonu  Gişi 
kənd  ferması  ərazisində  Qaradağlı  kənd  sakinlərini  aparan  avtobus  erməni 
quldurları  tərəfindən  avtomat  silahlarla  atəşə  tutulmuş,  nəticədə  kənd  sakinləri 
Hüseynova  Rəhilə  Şahmar  qızı,  Hüseynova  Rəxşəndə  Bayram  qızı,  Quliyev 
Əlioğlan Əliaslan oğlu, Hüseynova Qənirə Həmid qızı və Quliyeva Nazənin Rəşid 
qızı qətlə yetirilmiş və aşağıda göstərilən 32 nəfər Xocavənd rayonunun Qaradağlı 
kənd və 2 nəfər Ağdam rayon sakinləri yaralanmışlar: 
1.
 
Hüseynova Huma Bakir qızı; 
2.
 
Quliyev Gündüz Əlihama oğlu; 
3.
 
Bayramov Rəşid Həşim oğlu; 
4.
 
Hüseynov Ənvər Məriş oğlu; 
5.
 
Əliyev Zulu Məhəmməd oğlu; 

13 
 
6.
 
Hüseynov Zülfüqar Həmzə oğlu; 
7.
 
Bayramov Afərim Əlihüseyn oğlu; 
8.
 
Bayramov Elmidar Rəşid oğlu; 
9.
 
Şirinova Minarə Cəfər qızı; 
10.
 
Hüseynov Firuz Mahmud oğlu; 
11.
 
Babayeva Validə Məmməd qızı; 
12.
 
Süleymanova Göyçək Məmməd qızı; 
13.
 
Quliyev Əliağa Baloğlan oğlu; 
14.
 
Hüseynova Nisə Hüseyn qızı; 
15.
 
Hüseynova Durna Cəlil qızı; 
16.
 
Əliyev Əbülfət Hilal oğlu
17.
 
Abbasov Vidadi Aydın oğlu; 
18.
 
Əliyev Təyyar Əmirxan oğlu; 
19.
 
Şirinov Böyükkişi Lələ oğlu; 
20.
 
Məmmədov Ədalət Şahmar oğlu; 
21.
 
Bayramov Sahil Sultan oğlu
22.
 
Hüseynova Ruzigar Nurəddin qızı; 
23.
 
Əzizov İltifat Elmar oğlu; 
24.
 
Hüseynov Almazxan Arazxan oğlu; 
25.
 
Məmmədov Təvəkkül Nurəddin oğlu
26.
 
Hüseynov Bəkir Həmzə oğlu; 
27.
 
Hüseynov Həbib Həmzə oğlu; 
28.
 
Hüseynov Əvəz Mahmud oğlu; 
29.
 
Məmmədov Rizvan Tofiq oğlu; 
30.
 
Məmmədov Samir Rizvan oğlu; 
31.
 
Hüseynov Niftəli Bakir oğlu; 
32.
 
Hacıyev Akif - polis əməkdaşı; 
33.
 
Hüseynov Seymur Ağdam; 
34.
 
Cəfərov Elmidar - Ağdam 
Cinayət  faktı  ilə  əlaqədar  1991-ci  il  sentyabrın  10-da  Şuşa  şəhərində 
Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  70,  94-cü  maddəsinin  4-cü  və 
6-cı bəndləri üzrə 33602 saylı cinayət işıqlandırılmışdır. 
1949-cu  il  təvəllüdlü,  həmin  dövrdə  N.Nərimanov  adına  kolxozda 
iqtisadçı  işləmiş  Bayramov  Məhəmməd  Rəşid  oğlu  izahatında  aşağıdakıları 
göstərmişdir: 
1991-ci  il  sentyabrın  8-də  digər  kənd  sakinləri  ilə  birlikdə  Hüseynov 
Zülfüqar Həmzə oğlunun idarə etdiyi “UAZ-420217” markalı, 02-51 AQX dövlət 
nömrə nişanlı avtobusla Ağdam rayonundan Qaradağlı kəndinə gələrkən Gişi kəndi 
ərazisində müxtəlif istiqamətlərdən avtomat silahları ilə atəşə tutulmuşlar. Bir neçə 
dəqiqə  sonra  həmin  əraziyə  “UAZ”  markalı,  onun  arxasınca  isə  ağ  rəngli, 
“Moskviç-412” markalı dövlət nömrə nişanı olmayan maşınlar gəlmişdir. 

14 
 
Maşınlar  dayandıqdan  sonra,  “UAZ”  maşınına  minən  Xocavənd  rayon 
sakini Xaçaturyan Valodu, Gişi kəndindən olan Arustamyan Armonu, Ağ kənddən 
olan Mersik adlı oğlanı, Xocavənd Qaz İdarəsində işləyən Yeremyan Saronu, eləcə 
də  Dövlət  Avtomobil  Müfəttişliyində  işləyən  polis  əməkdaşı  Çalyan  Saşanı 
tanımışdır. Onların hər birinin əlində avtomat silahı olmuşdur. 
Eyni  zamanda  məlum  olmuşdur  ki,  1991-ci  il  sentyabrın  8-də  Xocavənd 
rayonuna  ezam  olunmuş  polis  əməkdaşları,  Quliyev  Vaqif  Nuru  oğlu,  Şirinov 
İxtiyar Narkom oğlu və Mehdiyev Murad Mehdi oğlu “UAZ-469” markalı maşınla 
kənd  istiqamətində  hərəkət  edərkən  Xocavənd  yaxınlığında  atəşə  tutulmuş  və 
nəticədə yaralanmışlar. 
Faktla əlaqədar 1991-ci il sentyabrın 8-də Xocavənd rayon Prokurorluğu 
tərəfindən,  Azərbaycan  Respublikasının  Cinayət  Məcəlləsinin  15  və  95-ci 
maddələri  ilə  63413  saylı  cinayət  işi  qaldırılmış  və  hadisənin  eyni  tarixdə  və 
ərazidə  baş  verməsi  ilə  əlaqədar  materiallar  33062  saylı  cinayət  işinə  əlavə 
edilmişdir. 
İş  üzrə  aparılmış  istintaq  tədbirləri  zamanı  hadisəni  törətmiş  Xocavənd 
rayon  sakini  Xaçaturyan  Valodun,  Gişi  kəndindən  olan  Arustamyan  Armonun, 
Ağkənddən olan Mersikin Xocavənd Qaz İdarəsində  işləyən Yeremyan Saronun, 
eləcə də Dövlət Avtomobil Müfəttişliyində işləyən polis əməkdaşı Çalyan Saşanın 
cinayətin  törədilməsində  əməllərinin  tam  sübuta  yetirilməsi  Dağlıq  Qarabağ 
regionundakı  dövlət  strukturlarının  Azərbaycan  Respublikasının  hakimiyyət 
orqanlarına  tabe  olmamaları  ilə  əlaqədar  müvafiq  tədbirlərin  həyata  keçirilməsi 
mümkün olmadığına görə, cinayət işi 1992-ci il yanvarın 9-da dayandırılmışdır. 
Göstərilənləri nəzərə alaraq, MTN tərəfindən aparılan təhqiqat işi zamanı 
erməni  quldurları  barəsində  tam  müəyyənedici  məlumat  əldə  edildiyi  təqdirdə 
onlar  haqqında  qanuna  müvafiq  tədbirlərin  həyata  keçirilməsi  nəzərdə 
tutulmuşdur. 
Azərbaycan  Respublikası  Beyləqan  rayonu  Örənqala  kənd  sakini,  Şuşa 
həbsxanasında  əsir  saxlanılmış  Camalov  Fədai  İsmayil  oğlu  ərizəsində 
göstərmişdir ki, 1993-cü il sentyabrın 23-dən 1996-cı il oktyabrın 5-dək Xankəndi 
uşaq  xəstəxanasında,  sonra  isə  Şuşa  həbsxanasında  saxlanılarkən,  baş  leytenant 
rütbəsində  olan  Qor  adlı  erməni  zabiti  Ağdam  rayon  sakini  təxminən  50  yaşında 
olan  İldırım  ədlı  şəxsi  və  Beyləqan  rayonu  İkinci  Aşıqlı  kənd  sakini  Qurbanov 
İlqarı  dəyənək  ilə  döyərək  qətlə  yetirmişdir.  Sonra  Şuşa  həbsxanasında  nəzarətçi 
işləyən  Slavik  adlı  erməni  əsir  və  girovlara,  o  cümlədən  F.Camalova  müxtəlif 
işgəncələr  vermiş,  Füzuli  rayon  sakinləri  İlham  və  Mirzəli  kişini  döyərək  qətlə 
yetirmişlər. 
Beyləqan  rayonu  Dünyamalılar  kənd  sakini  Sarıyev  Əli  Zöhrab  oğlu 
ərizəsində  göstərmişdir  ki,  1993-cü  il  oktyabrın  31-dən  1995-ci  il  iyunun  8-dək 
Xankəndidə  və  Şuşa  həbsxanasında  girovluqda  saxlanıldığı  müddətdə  erməni 
quldurlarının  törətdikləri  vəhşilikləri  və  cinayət  əməllərinin  bir  çoxunun  şahidi 

15 
 
olmuşdur.  Belə  ki,  Ə.Sarıyevin  məlumatına  görə,  o,  1994-cü  ildə  Şuşa 
həbsxanasında  saxlanılarkən,  əvvələr  yanğından  mühafizə  xidmətində,  həmin 
dövrdə  isə  Xankəndi  şəhərinin  hərbi  komendantı  vəzifəsində  işləmiş  polkovnik 
rütbəli,  Samvel  Babayanın  əlaltısı  olan  Aşot  adlı  erməninin  əmri  ilə  Bakı 
şəhərindən olan Rauf adlı şəxsə alçaldıcı işgəncə verilmişdir. Belə ki, Raufun bir 
gün sonra dəyişdiriləcəyindən xəbər tutan Aşot digər saxlanılmış əsir və girovların 
gözü  qarşısında  əlindəki  dəyənəyi  onun  arxasına  soxmağı  əmr  etmiş  və 
tabeçiliyindəki  erməni  əsgəri  bunu  icra  etmişdir.  Huşsuz  vəziyyətdə  olan  Rauf 
ertəsi  gün  dəyişdirilərək  Bakı  şəhərinə  göndərilmişdir.  Sonradan  bu  səbəbdən 
Raufun bağırsaqlarından on santimetr kəsilərək götürülmüşdür. 
Ə.Sarıyev  əlavə  olaraq  F.İ.Camalovun  verdiyi  məlumatı  təsdiqləyərək 
Şuşa  türməsində  baş  leytenant  Qor  və  Slavik  adlı  erməni  hərbçiləri  tərəfindən 
İ.Qurbanov, İldırım, İlham və Mirzəli adlı şəxslərin döyülərək qətlə yetirilmələrini 
qeyd etmişdir. 
Beyləqan  rayonunun  Dünyamalılar  kəndində  məskunlaşmış,  Xocavənd 
rayonu Qaradağlı kənd sakini Əliyev İlqar Qasım oğlu ərizəsində göstərmişdir ki, 
1992-ci  il  fevralın  17-də  erməni  quldurları  Xocavənd  rayonu  Qaradağlı  kəndinə 
hücum  edərək  117  nəfər  mülki  şəxsi  girov  götürmüş,  Xankəndinə  apararkən 
“Bəylik  bağı”  deyilən  ərazidə  onlardan  36  nəfərini  güllələmişlər.  Əsasən 
Sudandan,  Suriyadan  və  Livandan  olan  erməni  muzdluları  sağ  qalan  digər 
azərbaycanlılara  məxsus  qızıl  əşyalarını  və  pullarını  götürdükdən  sonra  onlara 
işgəncələr  vermişlər.  (Erməni  quldurlarının  törətdikləri  bu  cinayətin  təfərrüatları 
barədə daha ətraflı bəhs ediləcək). 
Xocavənd  rayonu  Tuğ  kənd  sakinləri,  hazırda  İmişli  və  Beləqan  
şəhərlərində  müvəqqəti  məskunlaşmış,  1967-ci  il  təvəllüdlü  Süleymanov  Azər 
Fərrux  oğlu  və  1957-ci  il  təvəllüdlü  Göyüşov  Ramiz  Sərdar    oğlunun  yazdıqları 
ərazilərin  təhlili  zamanı  məlum  olmuşdur  ki,  1988-ci  ildən  başlayaraq  ermənilər 
kəndə  mütəmadi  hücumlar    etmiş,  sakinləri  vahimə  içərisində  saxlamışlar.  Onlara 
qarşı  amansız  mübarizə  aparmış  məktəbli  Teyyub  Süleymanov  Tuğ  kənd  orta  
məktəbinin  həyatındə  sovet    hərbiçilərinin  gözü    qarşısında  erməni  quldurları 
tərəfindən soyuq  silahla qətlə yetirilmiş ilk şəhid olmuşdur.  
Eyni  zamnda    ərzilərdən    məlum  olmuşdur  ki,  1990-cı  il  mayın  1-də 
məktəbli  Vəliyev  Ələmşad  Eldar    oğlu  və  onun  əmisi  oğlu  Vəliyev  İslam 
Allahverdi oğlu “UAZ” markal maşınla Füzulidən Tuğ kəndinə qayıdarkən erməni 
terrorçularının kənd şose yolunda, içərisində partlayıcı qurğu yerləşdirilmiş dərman 
sandıqçası  qoymaları  il  əlaqədar    partlayış  baş  vermiş  və  hər  iki  şəxs  həlak 
olmuşdur. 
1991-ci il avqustun 23-də kənd sakinləri Hüseynov Oqtay Dərgah oğlu və 
Yusubov  Amil  Əvəz  oğlu  Quruçay  adlanan  ərazidə  “Jiquli”  markalı  şəxsi 
avtomobil  yuyarkən  erməni  quldurları  tərəfidən  vəhşicəsinə  qətlə  yetirilmiş  və 
onların meyitləri balta  və bıçaqla  doğranmışdır. 

16 
 
1991-ci  il  oktyabr  ayında  Tuğ  kənd  sakini  İsmayılov  Mirzəli  öz  evində 
erməni quldurları tərəfindən qətlə yetirilmişdir.  
1991-ci  il  sentyabrın  7-də  Tuğ  kənd  sakinləri  Məmmədov  İbiş  Pəsi  oğlu 
və  Nəcəfov  Vahid  Hüsən  oğlu  bostanda  işləyərkən  erməni  quldurları  tərəfindən   
odlu silahla qətlə yetirilmiş, onların meyitləri tanınmaz hala salınmışdır. 
1993-cü  ildə  Ermənistan    Silahlı  Qüvvələri  Füzuli  rayonunun  Aşağı 
Veysəlli  kəndinə  hücum  edərkən  erməni  quldurları  orada    yerləşmiş  Tuğ  kəndinə 
məxsus  fermadan  mal-qaranı  qarət  etmiş,  fermada  işləyən  kənd  sakini  Tahirov 
Cəfər Heydərqulu oğlunu vəhşicəsinə qətlə yetirmişlər. 
Xocavənd  rayonu  Nuxullu    kənd  sakini,  hazırda  Beyləqan  şəhərində 
məskunlaşmış,  1957-ci  il  təvəllüdlü  Vəliyev  Kərəm  Sədaqət  oğlu  yazdığı 
ərizəsində  göstərmişdir  ki,  erməni  quldur  dəstələri  ilə  əlbir  olmuş  rus  hərbiçiləri 
1989-cu  ildə  Xocavənd  rayonu  Nuxullu  kənd  sakini  Əhəd  Quliyevin  evini 
yandırmışlar.  
Eyni  zamanda    K.Vəliyev  göstərmişdir  ki,  Xocavənd    rayonu  Nuxullu 
kənd  sakini  məktəbli  Namiq  Hüseynov  kənd  orta  məktəbinin  qarısında  erməni 
quldurları tərəfindən ağır vəziyyətə düşənədək döyülmüşdür. Nəticədə o, başından  
aldığı zərbədən əlil olmuşdur . 
Xocavənd  rayonu  Qaradağlı  kənd  sakinləri,  hazırda  Beyləqan  şəhərində 
müvəqqəti  məskunlaşmış,  1957-ci  il  təvəllüdlü  Şirinov    Ruslan  Böyükişi  oğlu  və 
1958-ci  il  təvəllüdlü  Hüseynov  Cavad  Həmid  oğlu  yazdıqları  ərizələrdə 
göstərmişdilər  ki,  erməni  quldur  dəstələri  1990-cı  il  noyabrın  24-də  Xocavənd 
Xankəndi yolunun 6-cı kilometrliyində 3 nəfər azərbaycanlını odlu silahlarla qətlə 
yetirmişlər.  Onlardan    biri  -  Qaradağlı  kənd  sakini  Hüseynov  Xandəmir  Bəbir  
oğlunun  cəsədi  güllələrlə  xaç  şəklinə  salınmışdır.  Bu  cinayət  hadisəsi  Xacəvənd 
rayonu Ağkənd və Qışı adlanan kəndlərin erməni sakinləri tərəfindən törədilmişdir. 
1991-ci  il  iyulun  27-28-də  saat  01.00-da  erməni  quldurları  kəndindən  3 
kilometr  aralıda  Vərəndəli  adlanan  yerdə  yerləşən  fermadakı  çoban  evinin 
içərisində aşağıdakı 6 nəfəri diri-diri yandırmışlar. 
1.
 
Tağıyev Bakir Qaçar  oğlu 
2.
 
Məmmədov Tohil Cəlil oğlu 
3.
 
Şirinov İltifad Əjdər oğlu 
4.
 
Şirinova Qaragöz  Həbil qızı 
5.
 
Hüseynova Məxmər Məcid  qızı 
6.
 
Hüseynova Səbiqə Mürsəl qızı 
Şirinova  Qaragöz    Həbil  qızı  və  Şirinov  İltifad  Əjdər  oğlu  ilə  birlikdə 
qucaqlaşmış  vəziyyətdə  faciəli  surətdə  yanmışlar.  Həmin  quldur    dəstəsi  bu 
cinayəti  törətdikdən  sonra    fermada    saxlanılmış  100  başdan    artıq    iri  buynuzlu 
mal-qaranı da  özləri ilə aparmışlar. 
 Keçirimliş  əməliyyat  tədbirləri  nəticəsində  hadisəni  törətmiş  erməni 
quldur  dəstəsinə  başçılıq    etmiş  Xocavənd  rayonu  Hasan  kolxozunun  sədri  Emil 

17 
 
Babayan  həbs  olunmuş,  sonradan  bir  neçə  əsir  və  girov  düşmüş  şəxslərlə 
dəyişdirilmişdir. 
1991-ci  il  sentyabrın  8-də  Ağdamdan  Qaradağlı  kəndinə  30  nəfər 
azərbaycanlı  aparan  avtobus  Xocavənd-Xankəndi  şose  yolunun  6-cı  km-də 
müxtəlif  istiqamətlərdən  odlu  silahlardan  atəşə  tutulmuşdur.  Baş  vermiş  hadisə 
nəticəsində avtobusdakı sakinlərdən 8 nəfəri qətlə yetirilmişdir. 
1.
 
Quliyev Əlioğlu Əliaslan oğlu 
2.
 
Quliyev Gündüz Əlqəmə oğlu 
3.
 
Quliyeva  Zanənin Rəşid  qızı 
4.
 
Hüseynova Rəxşəndə 
5.
 
Hüseynova Rəhilə Şahmar  qızı 
6.
 
Hüseynova Qəmirə Həmid  qızı 
7.
 
Hüseynova Gülzəndə Bakir qızı 
8.
 
Babayeva  Validə Həmid qızı 
1992-cı  ilin  fevral  Qaradağlı  kəndini  mühasirəyə  almış  erməni    quldur 
dəstələri aralarında qadınlar, yaşlılar, uşaqlar olmuş və 33 nəfər kənd sakinini girov 
götürdükdən sonra  onları güllələyərək silos  quyusuna  doldurmuşlar. 
 İki  nəfər  kənd  sakini  Hüseynov  Şahmurad    və  Dadaşov  Eldar  ilə  yolda  
ermənilər tərəfindən döyülərək qətlə yetirilmişlər. 
R.Şirinovun  məlumatına  görə,  azərbaycanlılara  qaşır  cinayətlərin 
törədilməsi  üçün  təbliğat  və  ideoloji  iş  aparan  ermənilərdən  biri  də  Xocavənd 
rayonu Kəndkürd (ermənilər isə Kəndxord adlandırır) kəndindən olan Zori Balayan 
olmuşdur. 
1993-cü  ildə  ermənilər  Füzuli  rayonu  Gorazilli  kənd  sakini  Nuxiyeva 
Fəridə  Vaqif  qızının  kənddəki  toy  məclisinə  hücum    edərək  onu,  atası  Nuxiyev 
Vaqif Qutais  oğlunu, anası Tamaşa qızı, uşaqları Mətanət, Arzu və 19 nəfər digər 
kənd sakinlərini girov götürmüşlər. Ermənilər onları Hadrutda, Xankəndində, sonra 
isə Şuşa türməsində saxlayaraq müxtəlif işgəncələr vermişlər. 
Nəticədə işgəncələrə dözməyən Vaqif Nuxiyev vəfat  etmişdir. 
Göstərilmiş  cinayət  fakt  ilə  bağlı  məlumata  malik  olan  Füzuli  rayonun 
Gorazilli kənd icra  nümayəndəsi Şirinov Mətləb Nadir  oğlundan alınmış izahatda 
göstərilmişdir  ki,  1993-cü    ilin  iyul  ayının  2-də  erməni  quldurları  Gorazilli 
kəndindən  20  nəfər  azərbaycanlı  girov  götürmüşlər.  Erməni  quldurlar    girov 
götürdükləri  kənd  sakinlərinin  Hadrut  istiqamətinə  apararkən  onlardan  birinə 
Məmmədov Bəyəndik Qəhrəman  oğluna işgəncə verərək qətlə yetirmişlər. 
Girovluq    dövründə  Nuxiyev  Vaqif  Qutais  oğlu  ermənilərin  əsirlərlə  pis 
rəftar  etməsinə,  qadınların  namusuna  toxunmalarına,  girovlara  işgəncələr 
vermələrinə,  xüsusən  cavan-yeniyetmə  oğlanların  sifətlərinə  siqareti  yandırıb 
basmalarına  və  s.  digər    əməllərinə  dözməyərək  özünə  bir  neçə  dəfə  qəsd  etmək 
istəmiş, lakin ermənilər bunu bildikdə onun qarşısını almışlar. Nəhayət  bir gün əsir 
və  girovların  sırasından  çıxaraq  erməni  əsgərlərinin  üstünə  yeriyərək  onlardan  

18 
 
birinə  əli  ilə  zərbə  endirmişdir.  Bundan  sonra  erməni  faşistləri  ona  müxtəlif 
işgəncələr vermiş, əllərini, qollarını sındırmış və qətlə yetirmişlər. 
M.Şirinov    eyni  zamanda    izahatında    göstərmişdir  ki,  erməni  quldurları 
əsir    və  girovlara  həm  də  mənəvi  əziyyətlər  vermişlər.  Belə  ki,  ermənilər  əsir  və 
girovların eşitmələri üçün xüsusi səsgücləndiriciləri vasitəsilə ilə elan edirdilər ki, 
Hadrutdan Əli-Bayramlıya gedən avtobusun çıxmasına  15 dəqiqə var. 
Eyni  zamnda  erməni  vəhşiliklərini  canlı  şahidi  Xocavənd  rayonu 
Qaradağlı  kənd  sakini  Tevon  Tağıyevdən  alınmış  məlumata    görə,  erməni 
quldurları  1989-cu  ilin  may-iyun  aylarından  başlayaraq  Qaradağlı  kəndinə  silahlı 
basqınlar    etmişlər.  Basqınlar    əsasən  Xocavənd  rayonun  Ağkənd,  Heşən,  Geşi, 
Müşkabad  (ermənilər  tərəfindən  bu  kəndin  adı  təhrif  olunaraq  Muşkapat 
adlandırılmışdır),  Kəndkürd,  Cəmiyyət  və  s.  kəndlərindən  olan  erməni  quldurları 
tərəfindən törədilmişdir. 
1989-cu  ilin  iyun  ayında    Heşən    kəndinin  kolxoz    sədri  Ebil  Balayanın 
Rəhbərliyi  ilə  bir  qrup  erməni  quldurları  -  Muşkapat  kəndindən  kolxoz  sərdi 
Şahmurad da daxil olmaqla iki nəfər erməni Cəmiyyət kəndindən iki nəfər erməni, 
Kəndkürddən  dörd  nəfər  erməni,  həmçinin  Xocavənd  Dövlət  Avtomobil 
Müffətişliyində işləyən Artur adlı milis əməkdaşını, Vərəndəli fermasında  çalışan  
Şirinov  İltifat  Əjdər oğlunu, Şirinova Qaragöz Həbib qızını, Axundova Məxmər 
Məcid  qızını,  Hüseynova  Səbiqə  Mürsəl  qızını,  Tağıyev  Bakir  Qaçay  oğlunu  və 
Məmmədov Tahir Cəlil oğlunu yandırmışlar.  
Hüquq-mühafizə  orqanları  və  Azərbaycan  dövlət  televiziyasının 
əməkdaşları ertəsi gün hadisə yerinə getmişlər. Hadisədən sonra azərbaycanlı polis  
əməkdaşları E.Balayan və digər erməniləri tutaraq Şuşa  şəhərinə aparmış, oradan 
isə Ebil, Artir və iki nəfər erməni Bakı şəhərinə göndərilmişdir. 
1992-ci  il    fevral  ayının  17-də  erməni  quldurları  Xocavənd  (keşmiş 
Martuni)  rayonunun  Qaradağlı  kəndinə  soxularaq,  yüz  on  yeddi  nəfər 
azərbaycanlını  girov  götürmüşlər.  Həmin  tarixdə  erməni  yaraqlıları  kəndin 
fermasında    üç  kişini  və  bir  qadını  yandırmışlar.  Ermənilər  əlli  altı  nəfər  sakini 
(onlardan    10-12  nəfəri  uşaq)  güllələyərək  quyuya    tökmüş  və  üstünü    traktorla  
torpaqlamışlar. Həmin vaxt ermənilər “KamAZ” maşını ilə kənd sakini Hüseynov 
Şahmuradın üzərindən keçərək onu qətlə yetirmiş, Qaradağlı kənd orta məktəbində 
çalışan  Mobil  müəllimin,  22-23  yaşlı  Həsənov  Altayın  və  Hüseynov  Xanalının 
üzərinə dizel yanacaqı tökərək diri-diri yandırmışlar.  
Qaradağlı  kəndinə  basqın  zamanı  Telman  Tağıyev  adlı  soydaşımız  da 
girov  götürülən  kənd  sakinləri  ilə  birlikdə  Xankəndi  türməsinə  aparılmışdır. 
Xankəndiyə aparılarkən T.Tağıyev yolda papağının altına gizlətdiyi əl qumbarasını 
çıxardaraq erməni quldurlarının üzərinə atmış və nəticədə onlardan bir neçəsi məhv 
olmuşdur.  Bundan  sonra    erməni  quldurları  T.Tağıyevi  və  digər  kənd  sakinlərini 
güllələyərək onları yaxınlıqdakı silos  quyusuna  tökmüşlər. 

19 
 
Eyni  zamanda  alınmış  məlumata  görə,  erməni  quldurları  girov 
götürdükləri  kənd  sakinləri  olan  qadınları  və  yaşlıları  bir  maşına,  cavanları  isə 
digər  maşına mindirmişlər. Mənbənin tanışı Şirinov Familət Gəray oğlunun yaxın 
qohumu  Şirinov  Şamxal  Familət  oğlunun  ona  etdiklərindən  məlum  olmuşdur  ki, 
yolda    cavanlar  olan  maşını  erməni  vəhşiləri  amansızcasına  avtomat  atəşinə 
tutmuşlar. Həmin atəş nəticəsində onlarla adam qətlə yetirilmiş və həmin ərazilərdə 
meyitlər maşında  yerə tökdürülmüşdür. 
Erməni  quldurları  qadınlar  və  yaşlılardan  ibarət  girovları  Xankəndiyə 
apararkən  şəhərə  beş  km  qalmış  maşını  saxlayıb  azərbaycanlılara  qarşı  soyunmaq  
əmrini  vermişlər.  Alt    paltarında    olan  qadınlar    və  yaşlılar  qışın  sərt  soyuğunda 
ayaqyalın 5 km məsafəni Xankəndiyə  piyada  getmişlər.  İki ay  yaxında  davan 
edən girovluq  həyatı dövründə Qaradağlı kənd sakinləri Quliyev Əliaslan Nəriman 
oğlu, Quliyev Kamal Bəyləroğlu, Şirinov Böyükişi Lələ oğlu, Vəliyev Fazil Cavad  
oğlu, Hüseynov Şura Hüseynalı oğlu, Nəzərova  Şura  İbad  oğlu, Hüseynov İran 
Əsəd oğlu, Tağıyev Kamil Sərdar  oğlu erməni hərbiçilərinin amasız zümlərinə və 
işgəncələrinə  dözməyərək  həbsxanada  vəfat  etmişlər.  Ermənilər  həbsxanada 

Yüklə 1,03 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin